5
sülalərinin hakimiyyəti dövründəki idarəçilik sistemindən formaca o
qədər də fərqli deyildi və adları çəkilən sülalələrin hər üçünün
dövründə mövcud olmuş idarəçilik sistemi araşdırılıb təhlil olun-
duqda, onların qədim Türk dövlətçilik təcrübəsindən geniş şəkildə
bəhrələndiyi aydın görünür. Eyni zamanda Türkistan və Osmanlı
dövlətçilik ənənələrindən də istifadə olunduğu nəzərə çarpır.
Ancaq bu günə qədər Azərbaycan Səfəvi dövlətinin quruluşu
və onun idarə olunmasında Türk-Qızılbaş əyanlarının roluna aid
ayrıca tədqiqat işi aparılmadığına görə bu problem lazımi səviyyədə
öyrənilməyibdir. Buna görə də, Azərbaycan Səfəvi dövlətinin idarə
sisteminin araşdırılması, bu dövlətin mahiyyəti və xüsusiyyətlərinin
öyrənilməsi tarixşünaslığımızın aktual məsələlərindəndir. Tədqiqat
zamanı Azərbaycan Səfəvi dövlətinin idarə quruluşunda Qızılbaş-
Türk əyanlarının XVI əsrdə olduğu kimi, XVII yüzillikdə də aparıcı
mövqeyi, sarayda, orduda, diplomatik danışıqlarda türk dilinin
işlənməsi ilə bağlı məsələlərin aydınlaşdırılması dövlətin milli
mahiyyətinin öyrənilməsində başlıca istiqamətverici amil kimi əsas
götürülmüşdür. Səfəvi dövlətinin etnik kimliyi məsələsinin hələ
indiyədək tarixşünaslığımızın gündəmindən düşmədiyini nəzərə
alaraq XVI əsrin əvvəlində meydana çıxmış bu dövlətin elə yara-
nışından Azərbaycan türklərinə məxsusluğunun ilkin qaynaqlar
əsasında təsdiq edilməsi, bu dövlətin XVII əsrdə də özünün türk
mahiyyətinin qoruyub saxlaması gerçəkliyinin inkaredilməz dəlil-
lərlə sübuta yetirilməsi tarixşünaslığımızda bu dövlətin XVI əsrin
sonu-XVII əsrin əvvəllərindən farslaşaraq İran dövlətinə çevrilməsi
haqqındakı yanlış fikir və mülahizələrin təkzib edilməsi üçün çox
ciddi elmi əsas yaradır.
Türk əyanlarının dövlətin strukturunda rolu, türk dilinin
dövlət dili kimi işlədilməsi, təkcə dövlətin mahiyyət məsələsini üzə
çıxarmır, həm də Azərbaycan türklərinin bir xalq olaraq qədim və
zəngin dövlətçilik təcrübəsinə malik olduğunu göstərir.
Qeyd etdiyimiz kimi, günümüzə qədər mövzu ayrıca bir
problem kimi araşdırılmamışdır. Doğrudur, istər Azərbaycan,
istərsə də xarici tarixşünaslıqda Səfəvi dövlətinin tarixinə həsr
olunmuş bir çox əsərlərdə dövlət quruluşu qismən də olsa tədqiq
6
edilmiş, lakin bu əsərlərdə idarə sistemində Türk-Qızılbaş əsilzadə-
lərinin rolu diqqətdən kənarda qalmışdır.
AMEA-nın müxbir üzvü O.Əfəndiyevin tədqiqatları (20; 155;
156) Azərbaycanın XVI əsr sosial-iqtisadi və siyasi tarixinin
konseptual məsələlərini hərtərəfli şəkildə əks etdirir. Onun əsərləri
Azərbaycan Səfəvi dövləti tarixinin öyrənilməsi üçün çox böyük
elmi əhəmiyyətə, dəyərə malikdir. Müəllif 1981-ci ildə nəşr olun-
muş monoqrafiyasında Səfəvi dövlətinin yaranması, onun ictimai-
siyasi, iqtisadi quruluşu, beynəlxalq əlaqələrini ilk qaynaqlardan
əldə etdiyi zəngin faktiki materialları təhlil edərək araşdırmış,
düzgün elmi məntiqi nəticələr əldə etmişdir. Onun qeyd olunan
əsərindəki «Səfəvilər dövlətinin siyasi-inzibati quruluşu» adlı
sonuncu bölüm mövzunun araşdırılıb düzgün elmi nəticələr əldə
edilməsində xüsusi əhəmiyyət kəsb etmişdir.
AMEA-nın müxbir üzvü Y.Mahmudovun «Səyyahlar Azər-
baycana gəlir», «Odlar yurduna səyahət», «Səyyahlar, kəşflər, Azər-
baycan», «Ağqoyunlu və Səfəvi dövlətinin Qərbi Avropa ölkələri
ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı – XVII əsrin əvvəlləri)»
(34, 35, 36; 171) adlı əsərlərində Azərbaycan Səfəvi dövlətinin
sosial-iqtisadi həyatı, siyasi tarixi, mədəniyyəti ilə bağlı məsələlər
işıqlandırılmaqla yanaşı, beynəlxalq əlaqələri də hərtərəfli tədqiq
olunmuşdur. Müəllifin əsərlərində Səfəvi dövlətinin quruluşu, saray
həyatı, Qızılbaş əyanlarına aid dəyərli məlumatlar vardır. Kitabın
yazılmasında Y.Mahmudovun əsərlərindən geniş şəkildə istifadə
olunmuşdur.
Ş.Fərzəliyevin 1983-cü ildə nəşr etdirdiyi «Azərbaycan XV-
XVI əsrlərdə» (24) adlı əsərində «Əhsən ət-təvarix» xüsusi tədqiqat
obyekti kimi seçilsə də, dövrün bir çox unikal mənbələrindən də
istifadə olunmuşdur. Əsər Azərbaycanın XV-XVI əsrlərdə sosial-
iqtisadi həyatı və siyasi tarixinə həsr edilmişdir. Müəllif XVI əsrdə
Azərbaycan Səfəvi dövlətinin quruluşu ilə bağlı bir sıra məsələləri
də işıqlandırmışdır.
S.M.Onullahi «XIII-XVII əsrlərdə Təbriz şəhərinin tarixi»
(49) adlı əsərində dövrün Şərq və Qərb mənbələrindən əldə etdiyi
zəngin materialları təhlil etmiş, şəhərin ictimai quruluşu, sosial
7
münasibətlər, iqtisadi tarixi, mədəni həyatının mühüm məsələlərini
araşdırmışdır. Əsərdə Təbriz şəhərinin idarə quruluşu da işıqlan-
dırılmışdır.
Ə.Ə.Rəhmaninin «Azərbaycan XVI əsrin sonu və XVII əsrdə
(1590-1700-cü illər)» (194) adlı əsəri adından da göründüyü kimi
Azərbaycanın sosial-iqtisadi, siyasi tarixi və mədəni həyatına həsr
olunmuşdur. Ancaq müəllif sovet dövrünün bir çox tarixçiləri kimi
bu dönəmdə mövcud olan «yanlış irançılıq konsepsiyasından»
uzaqlaşa bilməmiş, XVI əsrin sonlarında İran etnik elementlərinin
hakimiyyətdə güclənməsi, yəni dövlətin iranlılaşması kimi saxta bir
fikirlə razılaşmaq zorunda qalmışdır. Müəllifin əsərinin «Dil və
ədəbiyyat» fənərciyində dövrün avropalı səyyahlarından Şarden,
Tavernye, Sanson və İran tarixçisi Nəsrulla Fəlsəfinin XVII əsrdə
türkcənin Səfəvilərin rəsmi danışıq və saray dili olduğunu qeyd
etdiklərini yazması, onun birinci fikrinin yanlışlığının bəlli göstəri-
cisidir. Əsərinin qeyd olunan bəhsində türk dili əvəzinə azərbaycan
dili ifadəsi işlətməsi, Osmanlı türkcəsinin Azərbaycan türkcəsindən
fərqli olduğunu qeyd etməsi də XVII əsrin tarixi gerçəklikləri ilə
səsləşmir.
Süleyman Əliyarlının redaktorluğu, gərgin elmi araşdırmaları
və zəhməti sayəsində 1996-cı ildə nəşr olunan «Azərbaycan tarixi.
Uzaq keçmişdən 1870-ci illərə qədər» (3) dərsliyində «Səfəvi
imperatorluğu (XVI-XVII yüzillər)» fəslinin «Səfəvilərin hakimiy-
yətə gəlməsində sosial-siyasi bidətçiliyin yeri, Qızılbaş təlimi»
bölümündə səfəvişünaslıqda Qızılbaş ideologiyası, hərəkatı, onlara
arxa olan zümrələr haqqında yeni elmi konsepsiyanın əsası qoyul-
muşdur. Görkəmli tarixçi 2012-ci ildə nəşr etdirdiyi “Tariximiz
açıqlanmamış mövzuları ilə” kitabında yazır: “...mən elmi əsərləri-
mi yuxarı məqamlarda-yüksək görəv sahiblərinin buyruqlarına tabe
tutmaq və bununla da nə isə qazanmaq istəyindən həmişə uzaq
olmağa çalışmışam” (21a, 6). Və elə bu amalla ömrünü tarixi
gerçəkliklərin üzə çıxarılmasına həsr edən, yaratdığı milli tarix
məktəbinin əməkdaşlarının hamısının gənəşik və güvən yeri olan
ustad tarixçimiz demək olar ki, tariximizin bir çox gərəkli
problemləri üzrə yeni elmi konsepsiya yaratmağa müvəffəq olmuş-
Dostları ilə paylaş: |