Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   2   3   4   5   6   7   8   9   ...   72

 
11 
yazırdı: “İnsan… təbiəti, ətraf mühiti korlamaqla tamam məhv ola bilər. 
Su, hava, torpaq çirklənərsə, bütün canlılar aləmi, təbiətin yaşıllığı  və 
gözəlliyindən tutmuş heyvanat və insan aləminə  qədər hamısı  məhv 
olmaq təhlükəsi qarşısında qalar. Bu baxımdan laqeydlik üzündən bizim 
zəngin və  bərəkətli torpağımızın min, on min, yüz min hektarlarla 
sahəsinin  şorlaşıb, meşəsizləşib sıradan çıxması  təkcə alimləri deyil, 
hamını düşündürməli, narahat etməlidir. Belə olduqda biz özümüzün xilas 
olmağımız naminə, gələcəyimiz naminə, gələcək nəslimizin inkişafı 
naminə… torpağımızı hər cür çirkabdan, natəmizlikdən qorumalıyıq.” 
Kənd təsərrüfatı elmləri namizədi A.D.Babayevanın torpağı bir canlı 
kimi insan orqanizmi ilə obrazlı müqayisəsi də maraq doğurur. O yazır. 
“…İnsanlar irqindən, milliyyətindən asılı olaraq müxtəlif olduqları kimi 
torpaq da coğrafi yayılma qanunauyğunluqlarından asılı olaraq müxtəlif 
cür olur… Torpağa rəng verən, başqa sözlə torpaqda “piqment” rolunu 
oynayan onun tərkibində olan müxtəlif birləşmələrdir… qan və limfa 
dövranlarını humus və suda həll olmuş üzvi və kimyəvi maddələrin 
dövranı kimi qəbul etmək olar. …Torpaqda “ağciyərlər” funksiyasını tor-
pağın məsaməliyi yerinə yetirir. Torpağın məsaməliliyi azaldıqda “tənəf-
füs sistemi” - hava rejimi pozulur. Torpaq da insan kimi xarici təsirlərdən 
“xəstələnir”-gücdən düşür, məhsulvermə qabiliyyətini itirir və ya əksinə 
“güclü”, “sağlam”-münbit olur… Torpağın suqaldırma, susızdırma qabi-
liyyəti pozulduqda “limfa” sistemi, “qan damarları” kirəcləşir. Yeraltı 
qrunt sularının artıq miqdarından asılı olaraq torpağın “böyrəkləri”-ifrazat 
sistemi sıradan çıxır və nəticədə torpaqda duzlaşma, şoranlaşma prosesləri 
gedir…”  
Gənc alimin bu bənzətməsi maraqlıdır, düzgündür və torpağın 
doğrudan da canlı orqanizm olduğuna dəyərli yanaşmalardandır. 
Torpaq təbii kompleksin tərkib hissəsi kimi, yer məskunlaşdığımız 
planetin səthi kimi həyatımızda müstəsna,  əvəzsiz  əhəmiyyət kəsb 
etməklə insanların yaşaması üçün təbii mühit rolunu oynayır. Təbiət 
kompleksi bütün zamanlarda cəmiyyətlərə məkan, enerji, maddi nemətlər 
mənbəyi olmuşdur. Yer təbii kompleks olub, planetimizin superqlobal 
ekosisteminin bir hissəsidir. Yerin özü ekosistem kimi müxtəlif 
landşaftlar və ya onların tərkib hissələri kimi təzahür edir. Landşaftlar bir 
sıra elementlər məcmusu ilə xarakterizə olunurlar: iqlim, litoqrafiya, 
relyef, su, torpaq, bitki, heyvanat aləmi. 
Yer-planetdə biosferin tərkib hissəsi kimi bir sıra qanunlarla idarə 


 
12 
olunur.  İnsan və  təbii kompleks arasındakı qarşılıqlı  əlaqələri müəy-
yənləşdirən  əsas qanunlara minimum, tolerantlıq, faktorların birgə  təsiri, 
təbii zonallıq və s. kimi qanunları aid etmək olar. 
Minimum qanununa görə, təbii kompleksin məhsuldarlığı vacibi 
şəraitlərin orta göstəricilərinə görə deyil, minimum göstəriciləri ilə təyin 
olunur. Adətən torpaqlardan istifadəyə dair layihələrin hazırlanması 
zamanı torpaq xüsusiyyətlərinin orta göstəricilərindən istifadə olunur. Bu, 
landşaftlar haqqında təsəvvürləri tarazlaşdırır, onları sadələşdirir ki, onlar 
da son nəticədə səhv layihə həllərinin qəbuluna səbəb olurlar. 
Faktorların birgə  təsiri qanunu landşaftın xüsusiyyətlərinin 
təsirinin kompleks şəkildə  nəzərə alınmasının zəruriliyini göstərir. Birgə 
(ümumiləşmiş) təsir hər bir faktorun ayrıca təsirindən böyükdür. Bu 
müddəa torpaqlardan istifadənin təşkilinə bilavasitə aid olmalıdır. Belə ki, 
torpaq cəmiyyətdə çoxsahəli  əhəmiyyətə malikdir. Təbii faktorlar 
kompleksinin təsirinin gücləndirilməsi cəmiyyət üçün həm müsbət, həm 
də mənfi xarakterizə oluna bilər. Relyefin və bitki örtüyünün birgə təsiri 
su eroziyasının inkişaf səviyyəsini müəyyənləşdirə bilər. Vacibi şərtlərdən 
biri də ondan ibarətdir ki, bu zaman gücünə görə eyni olan faktorların 
kompleks təsirini və ya digər faktorların zəif təsiri fonunda vahid 
dominant faktorun təsirini fərqləndirmək lazımdır. Birinci qarşılıqlı  təsir 
yalnız kompleksdə öyrənilir, torpağın ayrı-ayrılıqda xüsusiyyətlərinin 
təsirinin tədqiqi məqsədəuyğun deyildir. Məsələn, su və külək eroziya-
larının mövcud olduğu zonalarda problemin həllinə kompleks (birgə) 
yanaşma olmalıdır. Belə  ərazilərdə torpaqdan istifadənin təşkilində bir 
növ eroziyaya qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi əlavə xərc-
lərə  səbəb olmaqla, bir çox hallarda mənfi nəticələrlə yekunlaşır. Digər 
tərəfdən, bir növ eroziyanın dominantlığı  şəraitində eroziyanın sistemli 
öyrənilməsi tələb olunmur və torpaqdan istifadənin təşkilində yalnız 
mövcud olan eroziya növünün neytrallaşdırılması üçün tədbirlər 
layihələndirilir. 
Tolerantlıq (dözümlülük) qanununa görə  müəyyən sərhədlər var 
ki, bu sərhədlərdən kənarda verilmiş ekosistem mövcud ola bilməz. Ayrı-
ayrı ekosistemlərin tolerantlıq (dözümlülük) sərhədlərinin müəyyənləş-
dirilməsi və torpaqdan istifadənin təkmilləşdirilməsinə dair müəyyənləş-
dirilmiş  tədbirlərin qiymətləndirilməsində onların nəzərə alınması  mənfi 
nəticələrə  səbəb ola biləcək həllərin rədd edilməsinə imkan verər, 
landşaftların lazım olan istiqamətdə dəyişilməsini təmin edəcək təsirlərin 


 
13 
xarakterini göstərməyə  şərait yaratmış olar. Tolerantlıq zonası  çərçivə-
sində yer ekosistemi xüsusiyyətlərinin möhkəmliyi ilə  fərqlənir. Eko-
sistemin sərhədindən kənarda isə bu xüsusiyyətlər plastik (ahəngdar) 
xarakter alır. Məsələn, dəniz səviyyəsindən müəyyən yüksəkliklərə qədər 
meşəliklərin mənimsənilməsi meşə zonasının xüsusiyyətlərinin saxlanma-
sına imkan verir, bu hüdudlardan kənarda çılpaq sahələr birbaşa artır və 
səhra zonası üçün xarakterik olan mənfi proseslər meydana çıxır, məsələn, 
torpaqların külək eroziyası baş verir.  
Təbii ehtiyatlardan, o cümlədən torpaqlardan təbii varlıq kimi istifadə 
zamanı insanın təbiətə müdaxiləsi insan cəmiyyətinin yaşaması üçün ilkin 
və  zəruri  şərtdir. Amma təbiət də öz növbəsində insanlara öz tələblərini 
irəli sürür: təbiətdənistifadədə  təbii ehtiyatlar mühafizə edilməli, təbii 
mühitin komponentləri arasındakı harmoniya pozulmamalı, cəmiyyətin 
tələbatı təbi
ətin imkanları ilə uzlaşdırılmalıdır. 
 
1.2. Torpaq istehsal vasitəsidir 
 
Məlum olduğu kimi, ictimai-siyasi formasiyanın növündən asılı 
olmayaraq əmək prosesi üç məqamdan ibarətdir: a) insanın məqsədyönlü 
fəaliyyətindən və ya əməyin özündən; b) əmək predmetindən (əməyin 
yönəldiyi obyektdən); c) əmək predmetinə  təsir etmək üçün lazım olan 
əmək alətindən. Deməli,  əmək prosesinin baş tutması üçün bunların 
mövcudluğu zəruridir: insanın özü, əmək predmeti və əmək aləti. İstehsal 
prosesində  əmək aləti ilə  əmək predmetinin vəhdəti istehsal vasitəsini 
əmələ  gətirir. Beləliklə, torpaq əmək prosesinin həyata keçirilməsi üçün 
vacibi şərtlərdəndir.  
İsteһsal prosesində torpaq qarşılıqlı  əlaqədə olan üç formada çıxış 
edir. 1) Fəza (məkan) bazisi kimi (şəһər və yaşayış məntəqələrinin, zavod 
və fabriklərin tikilməsi, yol və körpülərin salınması üçün). 2) Əmək 
predmeti kimi (torpağın üst qatını  kənd təsərrüfatı bitkilərinin yetişdiril-
məsi üçün yararlı  һala salmaqdan ötrü insan əməyi buraya yönəlir). 3) 
Əmək aləti kimi (torpağın və  ətraf müһitin komponentlərinin təsiri ilə 
insan öz fəaliyyətinin nəticəsi olan məһsulu alır). Deməli, torpaq əmək 
prosesinin baş verməsi üçün əsas amil olub, iqtisadiyyatın bütün 
saһələrində isteһsal vasitəsidir. Kənd təsərrüfatında torpaq təkcə  məkan 
bazisi kimi deyil, һəm də isteһsalın əsas amili kimi istifadə edildiyindən, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə