Microsoft Word yeni heydercav doc



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə29/29
tarix21.06.2018
ölçüsü0,67 Mb.
#50194
1   ...   21   22   23   24   25   26   27   28   29

 

131 

 

şısındakına  çatdırmağa  nail  olur:  “Biz  ölkəmizi  bu  ağır 

mərhələdən  keçirmək  üçün,  ölkəmizin  ərazi  bütövlüyünü 

bərpa  etmək  üçün,  işğal  olunmuş  torpaqlarımızı  azad  et-

mək  üçün,  ölkəmizdə  demokratik  prosesləri  inkişaf  etdir-

mək üçün, ölkəmizin dünya birliyində özünə layiq yer tut-

ması  üçün,  onu  daha  irəliyə  aparmaq  üçün  daxilimizdə 

olan birliyi, həmrəyliyi möhkəmlətməliyik.” 

Birliyin,  həmrəyliyin  möhkəmləndirilməsi  yolları  ara-

sında ən mühümlərindən biri kimi, Ümummilli Lider milli 

mənəvi  dəyərlərin  xalqın  müxtəlif  təbəqələri  tərəfindən 

üzvi şəkildə mənimsənilməsində görürdü və bu fikrini hər 

yerdə  təbliğ  edərək,  onun  bəhrələrindən  də  məmnuniyyət 

duyğusu ilə danışırdı. Elə yubliey nitqində olduğu kimi: 

“Mən  məmnuniyyətlə  deyə  bilərəm  ki,  son  illər  (1993-

1996-cı  illər  nəzərdə  tutulur  –  G.B.)  Azərbaycan  dövləti-

nin  qüdrətinin  möhkəmlənməsi  illəri  olmuşdur.  Son  illər 

Azərbaycanın  daxilində  ictimai-siyasi  vəziyyətin  sabitləş-

məsi  illəri  olmuşdur.  Son  illər  insanların  bir-birinə  mü-

nasibətlərinin  daha  da  mehribanlaşması,  daha  da  inkişaf 

etməsi illəri olmuşdur. Biz bunları öz nailiyyətlərimiz kimi 

qiymətləndiririk.  Amma  eyni  zamanda,  Respublikanın 

gələcəyi  üçün  bunları  ilk  addımlarımız  hesab  edirik  və 

ümidvaram  ki, Məhəmməd Füzuli yaradıcılığı, onun nəsi-



 

132 

 

hətləri, onun bizə bəxş etdiyi töhfələr və irs bizə bu yolda 

uğurla getməyə kömək edəcəkdir...” 

Ulu Öndərin böyük ümidləri boşa çıxmadı. Bu ümidlə-

rin  ifadə  edildiyi  gündən  keçən  on  yeddi  il  ərzində  Azər-

baycan  Respublikası  onun  özünün  müəyyən  etdiyi  doğru 

yolla  uğurla  addımlamağa  imkan  verdi,  ölkəmizi  dünya 

birliyində  layiq  olduğu  yüksək  mövqelərə  çıxardı.  Əgər 

keçən əsrin səksəninci illərində Heydər Əliyevin Sovet İt-

tifaqı Kommunist Partiyası Siyasi Bürosuna üzv seçilməyi 

münasibətilə  yazılmış  bir  beyti  iqtibas  etsək,  aşağıdakı 

sözləri  qürurla  səsləndirə  bilərik:  “Biz  elə  yüksəldik,  elə 

yüksəldik; Təhlükəsizlik Şurasından gəldi səsimiz!” 

Bütün bunlar isə, Heydər Əliyevin qurşadığı Peyğəmbər 

qılıcı və kitabının-müdafiə və iqtisadi qüdrətimizin, mənə-

vi-intellektual yüksəlişimizin sayəsində, onun ardıcılları və 

davamçılarının vətəndaş qeyrəti nəticəsində baş vermişdir. 

Dahiyanə şəkildə seçilmiş bu doğru yolun bundan sonra da 

yüksələn  xətlə  davam  edəcəyinə,  Heydər  Əliyevin  atdığı 

ilk addımların səsinin get-gedə güclənəcəyinə, düşmən qu-

lağını kar edəcəyinə heç bir şübhə yoxdur. 

Və ona da heç bir şübhə yoxdur ki, bu yolun daha inam-

la  qət  edilməsində,  bu  yoldakı  sıralarımızın  sıxlığında 

bizim  klassik  şair  və  yazıçılarımız,  böyük  fikir  adamla-




 

133 

 

rımız,  bədii-intellektual  sərvətimizin  daşıyıcıları  hər  za-

man  yardımçımız  və  yol  göstərənimiz  olacaqdır.  Başqa 

görkəmli  klassiklərimizlə  yanaşı  böyük  Hüseyn  Cavidin 

də yaradıcı bir şəxsiyyət kimi bu sırada önəmli yer tutaca-

ğına heç bir şübhə yoxdur. 

İqtisadi  və  siyasi  qüdrəti  get-gedə  artan  Azərbaycanın 

öz klassiklərinin ölməz əsərlərini  müxtəlif dillərə tərcümə 

edərək  dünya  miqyasına  çıxaracağına  və  onların  yüksək 

humanist dəyərlərindən təkcə xalqımızın deyil, bütün mü-

tərəqqi bəşəriyyətin də  mədəni-mənəvi  yöndən faydalana-

cağına da heç bir şübhə olmasın gərək.   



 

134 

 

 

 



 

 

 



 

SÖZARDI 

  

Minillik  zəngin  humanist  ənənələrə  malik  olan,  dünya 



ədəbiyyatının  ayrılmaz  tərkib  hissəsi  kimi  şöhrət  tapmış 

Azərbaycan  ədəbiyyatının  XX  əsrdə  yetişdirdiyi  ən  gör-

kəmli nümayəndələrindən biri-romantik şair və dramaturq, 

filosof  Hüseyn  Cavid  onilliklər  boyu  Heydər  Əliyevin 

yüksək  qiymətləndirdiyi,  yaradıcılığına  böyük  ehtiram  və 

diqqətlə  yanaşdığı,  daim  təbliğ  və  təşviq  etdiyi  sənət-

karlardan  biridir.  Cavid  yaradıcılığı  ilə  hələ  Naxçıvanda 

orta  məktəbdə  oxuyarkən  tanış  olmuş  Heydər  Əliyev 

1981-ci ildə keçmiş Azərbaycan KP MK-nın Birinci katibi 

olarkən  Hüseyn  Cavidin  anadan  olmasının  100  illiyinin 

geniş  miqyasda  keçirilməsi  barəsində  qərar  qəbul  edilmə-

sinə nail olmuşdu. Heç şübhə yoxdur ki, klassik Azərbay-

can  ədəbiyyatının  bir  sıra  başqa  nümayəndələri  barəsində 



 

135 

 

çıxarılan qərarlar kimi bu yüksək dövlət sənədinin də əsas 

müəllifi  və  ilhamvericisi  o  zaman  respublikaya  rəhbərlik 

edən,  ədəbiyyatımızın,  tariximizin  gözəl  bilicisi  və  qayğı-

keşi Heydər Əliyev idi. 

Ədəbiyyatdan tamamilə uzaq bir sahədə çalışan Heydər 

Əliyev respublika rəhbərliyinə gəldiyi ilk günlərdən özünü 

mədəniyyət  və  mənəviyyat  sahəsinin  mahir  bilicisi  kimi 

göstərdi. Onun keçmiş Azərbaycan SSR-ə rəhbərlik etdiyi 

on dörd il ərzində ölkəmiz yalnız iqtisadi cəhətdən çiçək-

lənmədi,  həm  də  əvvəlki  onilliklərdə  qət  edə  bilmədiyi 

sürətli  və  çoxcəhətli  mədəni  inkişaf  yolu  keçdi.  Əslində 

həmin  dövrdə  Azərbaycanın iqtisadi qüdrətinin artırılması 

da nəticə etibarı ilə onun təhsilinin, səhiyyəsinin, mədəniy-

yətinin inkişafına geniş stimul yaradırdı. Keçmiş SSRİ-nin 

banisi  və  baş  ideoloqu  Leninin  saymazyana  bir  tərzdə 

"partiya  işinin  təkərciyi  və  vintciyi"  elan  etdiyi  ədəbiyyat 

Heydər  Əliyevin  Azərbaycana  rəhbərliyi  dövründə  dövlət 

siyasətinin  ayrılmaz  tərkib  hissəsinə  çevrildi.  Bu  illərdə 

ədəbiyyata  dövlət  qayğısı  yeni  vüsət  aldı,  nəşriyyatlar 

şəbəkəsinin genişləndirilməsi, qəzet və jurnalların tirajının 

artması,  teatr  və  kinonun  inkişafı,  Azərbaycan  ədəbiyya-

tının  təbliği  sahəsində  görülən  işlər  nəticə  etibarı  ilə  milli 

mədəniyyətimizin  nəinki  keçmiş  Ümumittifaq  səviyyəsin-



 

136 

 

də,  həm  də  beynəlxalq  miqyasda  tərcümə  edilməsinə,  ta-

nınmasına və sevilməsinə yol açdı.  

Bu dövrdə klassik Azərbaycan ədəbiyyatının nəşri sahə-

sində  xüsusilə  böyük  işlər  görüldü.  Yuxarıda  artıq  qeyd 

etdiyimiz kimi,  Nizami Gəncəvi,  İmadəddin Nəsimi,  Şah 

İsmayıl Xətai, Məhəmməd Füzuli,  Mirzə Fətəli Axundov,  

Hüseyn Cavid,  Cəlil Məmmədquluzadə, Əbdürrəhim  bəy 

Haqverdiyev, Nəriman Nərimanov  və   b.   klassik   müəl-

liflərin   əsərləri   yeni çoxcildliklər  şəklində  çap olundu.  

Bu  şair  və  yazıçıların  əsərlərinin  ruscaya  və  xarici  dillərə 

tərcüməsinə diqqət artırıldı.  Heydər Əliyevin şəxsi təşəb-

büsü  və  fəal  müdaxiləsi  ilə  Moskvada,  "Xudojestvennaya 

literatura" nəşriyyatında   Nizami   Gəncəvinin  əsərlərinin  

nəfis  beşcildliyi  buraxıldı.  Klassiklərimizin  ədəbi  irsinin 

rus  dilinə  və  keçmiş  SSRİ  xalqlarının,  habelə  xarici  ölkə   

xalqlarının   dillərinə   tərcüməsi,   Azərbaycanda keçirilən 

dil və ədəbiyyat günləri  və keçmiş sovet respublikalarında  

keçirilən  Azərbaycan  ədəbiyyatı  və  mədəniyyəti  dekada-

ları yüz minlərlə adamın xalqımızın qədim    mədəniyyəti,   

təkrarsız söz sənəti inciləri ilə tanış olmasına imkan yarat-

dı. Keçən əsrin 70-ci illərinin ortalarında Moskvada "Proq-

res"  nəşriyyatında  ingilis  və  fransız  dillərində  çap  olunan 

Azərbaycan  ədəbiyyatı  antologiyalarının  böyük  bir  qismi 




 

137 

 

söz  sənətimizin  klassik  mərhələsini  özündə  ehtiva  edirdi. 

Nəhayət,  bu  dövrdə  Azərbaycan  ədəbiyyatının  xaricdəki 

dostları  ölkəmizə  daha  tez-tez  gəlir  və  xalqımız,  mədə-

niyyətimiz haqqında həqiqətlərin yayılmasına yardım gös-

tərirdilər.  Şübhəsiz  ki,    bütün  bunlar  ilk  növbədə  respub-

likanın birinci şəxsinin  humanitar   sahəyə,   ədəbiyyat  və  

mədəniyyətə diqqətinin nəticəsi idi. 

Artıq  yuxarıda  da  qeyd  etdiyimiz  kimi,  80-ci  illərin 

ikinci  yarısında  biz  tamamilə  əks  proseslərin  getdiyinin 

şahidi olduq. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdi-

yi  dövrdəki  ədəbi  yüksəliş,  mədəni  inkişaf  tədricən  öz 

yerini tənəzzül və geriləməyə verdi. Ədəbiyyatımızın klas-

sik və müasir nümayəndələrinin yubileylərinin keçirilməsi, 

yaradıcılıqlarının  öyrənilməsi,  əsərlərinin  nəşri  başlı-başı-

na  buraxıldı,  mənəvi  tərbiyə  sahəsindəki  uzaq  hədəfli  və 

düşünülmüş  siyasət  öz  yerini  hərcmərcliyə  və  tələsik  ha-

zırlanmış spontan tədbirlərə verdi. Özlərinin iddia etdikləri 

kimi, xalqın içindən çıxan, demokratik düşüncənin daşıyı-

cıları  sayılan,  ən  başlıcası  isə,  liderlərinin  əksəriyyəti  hu-

manitar  sahənin  mütəxəssisləri  olan  birillik  Azərbaycan 

Xalq  Cəbhəsi  nümayəndələrinin  hakimiyyəti  dövründə  də 

Heydər  Əliyevin  yaratdığı  ənənələri  dirçəltmək  və  davam 

etdirmək sahəsində elə bir mühüm addım atılmadı. Əksinə, 



 

138 

 

bu  dövrdə  bir  tərəfdən  bəzi  görkəmli  ziyalılara  əsassız 

hücumlar  başlandı,  o  biri  tərəfdən  isə  ədəbiyyata  heç  bir 

dəxli  olmayan  neobolşevik  əhvali-ruhiyyəli  təzə  peyda 

olmuş azsavadlı və cahil "ideoloqlar" Azərbaycan xalqının 

əsrlər  boyu  yaratdığı  ədəbi-mədəni  irsini,  onun  görkəmli 

şəxsiyyətlərini  öz  "partiya"  mövqelərindən  təftişə  girişdi-

lər. 


Tarix  qəribə  bir  şəkildə  təkrar  olunmağa  başladı  –  bir 

fərqlə  ki,  proletkultçuların  yerini  “cəbhəkultçular”  tutdu-

lar.  Kütlənin  qabarmasından  üzə  çıxan  çör-çöp  və  tullantı 

müvəqqəti də olsa, özünü rəhbər xəyal edərək, kütlənin ne-

çə onillərdən bəri yığılıb qalmış kin-küdurətini püskürmə-

yə başladı. Təbiətdə bunu vulkanların kortəbii püskürməsi 

ilə  müqayisə  etmək  olar.  Eynilə  kütlə  də  vulkan  kimi 

kortəbii  və dağıdıcı bir qüvvədir  və əgər Heydər Əliyevin 

ikinci  dəfə  hakimiyyətə  gəlməyi  bir  qədər  də  geciksəydi, 

bəlkə  də  bu  dağıdıcı  proseslərin  qarşısını  almaq  mümkün 

olmayacaqdı. Hər halda, Ümummilli  Liderin  vaxtında dö-

nüşü də Azərbaycanın bir şansı sayılmalıdır. 

Ulu  Öndər  vaxtında  dönüşü  ilə  təkcə  Azərbaycan 

dövlətçiliyini xilas etmədi, həm də  mənəvi-mədəni deqra-

dasiyanın  qarşısını  aldı,  milli-mədəni  simamızı,  klassik-

lərimizi,  mədəni  dəyərlərimizi  özümüzə  qaytardı  ki,  bun-




 

139 

 

lardan biri də, heç şübhəsiz, Hüseyn Cavid irsi idi. 

Bəla  və  dəhşət  burulğanının  tam  kənarında  dayanan 

Azərbaycana  xilas  qurşağını  atan,  onu  bu  girdabın  cən-

gindən qurtaran məhz Heydər Əliyev oldu. Heydər Əliyev 

ikinci  dəfə  qayıdarkən  Azərbaycanın  düşdüyü  durumu 

Hüseyn  Cavidin  keçən  əsrin  20-ci  illərində  qələmə  aldığı 

“Peyğəmbər”  dramındakı  Peyğəmbər  obrazının  ilk  mono-

loqlarından  birində  təsvir  etdiyi  vəziyyətlə  müqayisə  et-

mək mümkündür: 

 

Öylə bir əsr içindəyim ki, cihan 

Zülmü vəhşətlə qavrulub yanıyor. 

Yüz çevirmiş də tanrıdan insan, 

Küfrü haq, cəhli mərifət sanıyor. 

 

Dinləməz kimsə qəlbi, vicdanı, 

Məhv edən haqlı, məhv olan haqsız… 

Başçıdır xalqa bir yığın cani, 

Həp münafiq, şərəfsiz, əxlaqsız. 

 

Gülüyor nurə daima zülmət, 

Gülüyor fəzlə qarşı fisqü fücur. 

Ah, ədalət, hüquq və hürriyyət 

Ayaq altında çignənib duruyor. 

 

140 

 

Elə  keçən  əsrin  90-cı  illərinin  əvvəllərində  də  “küfrü 

haq, cəhli mərifət sanan”, zülmətdə dayanıb, nura qəhqəhə 

çəkməklə öyünən, haqqı və ədaləti ayaqlar altına salan bir 

qrup  yarımsavadlı  dövlət  başçıları  haq  və  mərifət  məbədi 

olan, Heydər Əliyevin “Azərbaycanın milli sərvəti” adlan-

dırdığı  Elmlər  Akademiyasını  bağlamaq  istəmirdimi?  Və 

bu sərvəti xilas edən Azərbaycanın o zamankı Peyğəmbəri 

Heydər  Əliyev  olmadımı?  Azərbaycanın  düşdüyü  ekstre-

mal  vəziyyətdə  Heydər  Əliyev  susa  bilməzdi  və  Hüseyn 

Cavid  əsərindəki  Mələk  də  durumun  ciddi  olduğu  bir 

zamanda  Peyğəmbərin  susmasını  tarixi  bir  ziyan,  tarixin 

ədalətli gedişinin pozulması adlandırırdı: 

 

 



Əvət, gözlər kordur, qulaqlar sağır, 

Vicdanlar qabadır, tənələr ağır. 

Fəqət sağır qulaqları açmalı, 

Dikənli yollara güllər saçmalı… 

…Ey böyük yalavac, inan ki, sussan, 

Bəsbəlli tarix görür böyük ziyan. 

 

Deməli, Hüseyn Cavidin Peyğəmbəri tarixi yenidən ya-



ratmaq, onun görəcəyi ziyanı aradan qaldırmaq missiyasını 

öz üzərinə götürmüşdür. Eyni missiyanı 1993-cü ildə Hey-

dər  Əliyevin  də  Azərbaycan  üçün  öz  çiyinlərinə  götür-



 

141 

 

düyünü  və  şərəflə  daşıdığını  görməmək  olmaz.  Əsərdəki 

Mələk  obrazı  da  müqayisə  üçün  maraqlı  material  verir. 

Belə ki, Mələk – Peyğəmbərin vicdanının maarifçi səsidir. 

Simvolik olaraq Mələyin Peyğəmbərə diktə etdiyi missiya 

əslində  onun  özünün  daxili  səsinin  diktə  etdikləridir. 

Ölkəsini  və  xalqını  xilas  etməyə  qalxışmış  Heydər  Əliye-

vin də belə bir Mələyi – saf vicdanı və vətənpərvərlik qey-

rəti var idi, bunlardan güc alaraq bərabər olmayan döyüşə 

atılanda  hətta  dünyada  hər  şeydən  əziz  olan  həyatını  da 

verməyə  hazır  idi.  Məslək  uğrunda,  ideya  uğrunda,  ülvi 

amallar  uğrunda  döyüşə  atılanlar  üçün  cismani  həyat  o 

qədər də böyük önəm daşımır. Bu da maraq doğurur ki, öz 

həyatlarına  o  qədər  də  əhəmiyyət  verməyən  bu  cür  dahi 

şəxslər  başqalarının  həyatı  üstündə  əsir,  hər  bir  insanı 

tanrının  bəxş  etdiyi  ən  gözəl  nemət  olan  həyatdan  doya-

doya bəhrələnmək hüququnu təmin etmək üçün əllərindən 

gələni  edirlər.  Yenə  də  “Peyğəmbər”ə  müraciət  edərək, 

Baş rəisin dilindən verilmiş və bütün azərbaycanlıların əz-

bər bildiyi məşhur beyti xatırlayaq: 



 

Kəssə hər kim dökülən qan izini, 

Qurtaran dahi odur yer yüzini. 

 

Heydər Əliyev də hakimiyyətə gəlişi ilə neçə ildən bəri 



 

142 

 

davam edən və hər gün qan izi ilə ürəkləri dağlayan müha-

ribədə sülh əldə etməyə nail oldu, qan izini kəsərək, şəhid 

analarının  göz  yaşlarını  qurutdu,  bu  baxımdan  da  Cavid 

qəhrəmanına bənzərlik əldə etdi.   

Əslində  “Nəticə”  kimi  nəzərdə  tutduğumuz  bu  “Sözar-

dı”nda  söz  sözü  çəkdi  və  bir  də  ayılıb  gördük  ki,  Heydər 

Əliyev  və  Hüseyn  Cavid  bağlarının  yeni  bir  dəstini  araş-

dırmaqdayıq. Yanlış da bir naxışdır, deyiblər və bu yanlışı-

mız  üçün  qətiyyən  təəssüflənmirik.  İki  dahinin  yaradıcı-

lığında (yeri  gəlmişkən, Heydər Əliyevin çoxcəhətli yara-

dıcılığına  da  xüsusi  bir  tədqiqat  əsri  həsr  etmək  günümü-

zün aktual problemlərindən biridir!) bu qədər kəsişən nöq-

tələrin  olması,  əlbəttə  ki,  təkcə  tipoloji  bənzərliklə  izah 

edilə  bilməz.  Buradakı  bənzərlik  daha  çox  genetik,  milli-

psixoloji,  eyni  torpaqdan  doğulmuş,  eyni  minerallardan 

təşkil  olunmuş,  eyni  hava  ilə  nəfəs  almış  iki  insanın  təbii 

və  zəruri  bənzərliyidir.  Sağlıq  olsa,  bu  yarımfəsildə  tezis 

kimi  qeyd  etdiyimiz,  ötəri  toxunduğumuz  bir  çox  maraqlı 

mətləblərə  yenidən  qayıtmaq  və  bu  problemə  ayrıca  bir 

elmi-tədqiqat  işi  həsr  etmək  niyyətimizi  də  gizlətmək 

istəməzdik. 

Nəticə olaraq isə yalnız onu qeyd etməklə kifayətlənirik 

ki,  bəlkə  də  dünyada  Heydər  Əliyev  və  Hüseyn  Cavid 




 

143 

 

mövzusu  kimi,  hökmdar  və  şair  mövzusunun  analoqu 

yoxdur, çünki adamın çətin ağlı kəsir ki, hər hansı ölkənin 

başçısı  öz  klassikinə  bu  qədər  dərin  və  möhkəm  bağlarla 

bağlı olsun… 

Şübhəsiz  ki,  bu  mövzuya  gələcəkdə  də  sanballı  mono-

qrafiya və kitablar həsr ediləcəkdir. Biz isə ilk addımı atdı-

ğımız  üçün  hər  iki  dahinin  ruhu  qarşısında  duyduğumuz 

qüruru gizlətmək fikrində deyilik. 

 

 



144 

 

QEYDLƏR ÜÇÜN 

 

_______________________________________________

_______________________________________________

_______________________________________________

_______________________________________________

_______________________________________________

_______________________________________________

_______________________________________________

_______________________________________________

_______________________________________________

_______________________________________________

_______________________________________________

_______________________________________________

_______________________________________________

_______________________________________________

_______________________________________________

_______________________________________________

_______________________________________________

_______________________________________________

_______________________________________________

_______________________________________________ 

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə