5
Mədəniyyət siyasəti sahəsində qazanılan nailiyyətlər sübut
edir ki, Azərbaycan dövlət müstəqilliyi getdikcə
möhkəmləndirilməkdə, respublikamızda demokratik, hüquqi,
dünyavi dövlət quruculuğu prosesi daha da sürətlə inkişaf
etməkdədir. Dövlətçiliyin təməlinin, milli varlığın özülünün,
əsasının mədəniyyətə bağlı olduğunu aydın dərk edən mərhum
prezident Heydər Əliyev 13 avqust 2001-ci il tarixli bəyanatında
söyləmişdir: “Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini
dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız
yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi
dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın
mənəviyyatını təşkil edən amillərdir”.
Ümummilli liderimiz Heydər Əliyevin yürütdüyü siyasi-
mədəni xəttin layiqli davamçısı prezident İlham Əliyevin inamla
və sədaqətlə həyata keçirməkdə olduğu mədəniyyət siyasətinin
uğurlu nəticələri və perspektivləri artıq göz qabağındadır. Belə
ki, “2006 – 2016-cı illər üçün mədəniyyət sahəsində dövlət
inkişaf konsepsiyası”nın əsas qayəsi daxili və xarici dövlət
mədəniyyət siyasətinin təminatı mexanizmlərini dünya
standartları səviyyəsinə çatdırmaq yolunda mədəni irsin
qorunması, yaradıcılığın dəstəkləqməsi və mədəni sənayelərin
dirçəldilməsi kimi prioritet istiqamətləri müasir dövrün
tələblərinə uyğun şəkildə inkişaf etdirməklə qədim və möhtəşəm
Azərbaycan mədəniyyətinin və incəsənətinin qorunub
saxlanılmasına, gələcək inkişafına və dünya mədəniyyətinə
uğurlu inteqrasiyasına nail olmaqdır. Mədəniyyət və incəsənətin
bütün sahələrində müasir informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi həyata keçiriləcək islahatların əsas
məğzi kimim nəzərdə tutulmuşdur.
Mədəniyyət siyasətinin perspektivlərini müəyyənləşdirən
“2006 – 2016-cı illər üçün mədəniyyət sahəsində dövlət inkişaf
konsepsiyası”nın ümumi məqsəd və vəzifələri mədəniyyət
siyasətinin təminat mexnazimləri kimi çıxış edən və
mədəniyyətin bütün sahələrini əhatə edən mədəniyyətin
6
idarəolunma, hüquqi, maliyyə, elmi-informasiya təminatı, insan
resurslarının inkişafı, maddi-texniki infrastrukturun
müasirləşdirilməsi və beynəlxalq əməkdaşlığın möhkəmlən-
dirilməsi kimi ümumi məsələlərin inkişaf etdirilməsindən, o
cümlədən daxili və xarici dövlət mədəniyyət siyasətinin
göstərilən sahələrinin dünya standartları səviyyəsinə çatdırılması
üçün tələb olunan islahatların həyata keçirilməsinin təmin
edilməsindən ibarətdir .
“2006 – 2016-cı illər üçün mədəniyyət sahəsində dövlət
inkişaf konsepsiyası”nın müddəalarında belə bir elmi yanaşma
yer alır ki, digər ictimai-siyasi konsepsiyalarla yanaşı
mədəniyyət konsepsiyası da cəmiyyətdə mühüm dərketmə və
dünyagörüşü funksiyasını yerinə yetirməli, baş verən mədəni
proseslərin mənasını, məzmununu, istiqamətini
müəyyənləşdirməli, kulturologiyanın gələcək inkişaf yollarını,
vasitələrini və məqsədlərini əsaslandırmalı, gələcəyə doğru
gedən insanların ali humanist sərvətlərini qorumalı, müasir
inkişaf etmiş ölkələrin mədəniyyət praktikasının neqativ
tərəflərini, mədəniyyət haqqında qeyri-bəşəri “ifrat müasir”
konsepsiyalarının əsassızlığını sübut etməlidir. Mədəniyyət
konsepsiyası mədəniyyətin bir ictimai hadisə kimi mahiyyətini
açmalı, onun müasir cəmiyyətdə müxtəlif əlaqələrini, yerini və
rolunu aydınlaşdırmalı, mədəni həyatın yaradıcılıq, mədəni irsə
münasibət, mədəni sərvətlərin yayılması, istifadə olunması və
qorunması kimi mühüm tərəflərini hərtərəfli öyrənməlidir.
Belə bir kulturoloji yanaşmaya görə, mədəniyyət
konsepsiyaısna ehtiyac həm də gündəlik mədəni fəaliyyət
praktikasında, siyasətdə, müəssisələrin və sosial mədəniyyət
institutlarının işində, habelə mədəniyyətin sosial idarəolunması
və cəmiyyətin mədəni həyatının təşkili sahəsində də özünü
göstərir. Bu ehtiyac müstəqililk əldə etimş cəmiyyətlərdə
insanın hərtəfli inkişafına, humanist tipli şəxsiyyətin
formalaşmasına yönəldilmiş elmi, mədəni, tərbiyəvi işə və
maarifləndirici fəaliyyətlə məşğul olanların hamısına aiddir.
7
Təsadüfi deyildir ki, dünyanın digər ölkələrindəki mədəni
quruculuğun nəzəri təminatı ölkəmizdə də mədəniyyət
konsepsiyasının mühüm şərtidir. Mədəniyyət faktları ilə əlaqəsi
olan ictimai elmin konkret və ixtisaslaşdırılmış sahələrindən
fərqli olaraq, bu konsepsiya mədəniyyət haqqında bütöv və
ümumiləşdirilmiş konsepsiyadır.
Müasir inkişaf mərhələsində mədəni praktikanı idarə etməkdə
vacib olan mədəniyyət haqqında elmi təsəvvürün işlənib
hazırlanması, ancaq gündəlik məsələlərin həllinə yönəldilən və
mədəniyyət işinin ayrı-ayrı sahələrini əhatə edən tətbiqi tədqi-
qatlar sahəsi ilə məhdudlaşdırılmır. Həmin tədqiqatlar çox geniş
bir elmi bilikləri özündə ehtiva edən kulturoloji profilli sahələrlə
həyata keçirilir. Eyni zamanda mədəniyyət haqqında elm –
kulturologiya sürətlə inkişaf edən elmi sahələrə aiddir. Bu da
belə bir zərurətdən doğmuşdur ki, məhz ümumi kulturoloji
konsepsiya mədəniyyət sahəsində bütün tətbiqi tədqiqatların
nəzəri və metodoloji bazasını təşkil etməlidir. Kulturoloji
konsepsiyaya ehtiyac nəinki mədəni praktikada və ona bilavasitə
xidmət edən tətbiqi elmlərdə, həm də bütün ictimai elmlər
sistemində özünü göstərir.
Lakin kulturoloji konsepsiyanın bu sistemdə yerini dəqiq
müəyyən etmək zərurəti vardır. Şübhəsiz, bunun üçün ilkin şərt
nisbətən müstəqil tədqiqat predmetinin müəyyən edilməsidir.
Vaxtilə təbiət və tarix elmlərini, sonralar isə ictimai elmləri bir-
birindən ayırmaq üçün vacib hesab edilən təbiət və
mədəniyyətin ənənəvi fərqləndirilməsi bu gün qənaətbəxş hesab
oluna bilməz. Bu konsepsiyanın prinsiplərini ictimai və tarix
elmlərinin digər sahələrindən ayırmaq üçün kriteriya yoxdur.
Vacib olan sahələrin hər biri bütün mədəniyyət faktları ilə
əlaqəlidir, mədəniyyət haqqında elm onları öz tədqiqat
perdmetinə daxil edir. Deməli, mədəni materiala ehtiyac,
özlüyündə hər hansı bir bilik sahəsini müstəqil mədəniyyət
konsepsiyası kimi qurmaq üçün kifayət deyildir və hələ ki,
mədəniyyət və siyasət kulturoloji sahədə elmi tədqiqatın xüsusi
Dostları ilə paylaş: |