Microsoft Word Yagut-x-monog-2009+. doc



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə7/42
tarix31.10.2018
ölçüsü1,11 Mb.
#77150
1   2   3   4   5   6   7   8   9   10   ...   42

 

 

 



— 27 — 

sıb reallıqla zəngin obstraksiya, təffəkkür və fantaziyanın daha 

çox son ikinciyə meyllənən istiqamətinin reallaşdığı sabit mə-

nəvi dəyərlər üstünlük təşkil edir. Aşıq Əhməd ustad aşıq, ka-

mil sənətkar, savadlı şairdir: 

 

Vuruldum sənətə, şeirə, dastana, 



Dilqəmə,Abbasa, Aşıq Qurbana. 

Baş əydim Mirzəyə, Növrəs İmana, 

Səcdə qıldım Ələsgərə, Alıya (46, 12) 

 

Aşıq  Əhməd poeziyası dövrün və özünəqədərki dövrlərin 



zəngin mənəvi dəyərlərinin estetik biçimdə ifadəsi, türk bədii 

gerçəkliyinin, türk ruhunda da tam dolğunluğu ilə iştirak etdiyi 

poetik informasiyanın təzahür faktıdır. Bu fakt subyekt və mü-

hit münasibətləri sistemində ifadə imkanlarını reallaşdırır. 

Ustad aşığın sənətkarlığı haqqında bu sənətə  bələd olan 

müxtəlif elm və sənət adamlarının fıkir və mülahizələri vardır. 

Onun sənətinin görkəmli tədqiqatçılarından olan folklorşünas 

alim Qara Namazovun «Ulu Şirvanın söz-saz ustası» adlı yığ-

cam, amma dərin məzmunlu məqaləsində (119, 139-143) Aşıq 

Əhmədin bütövlükdə mənsub olduğu sənət mühitinin, onun əs-

ki  ənənələrinin, görkəmli nümayəndələrinin konkret səciyyəsi 

verilmişdir: «İlk öncə mübahisə doğuran səbəblərdən başlıcası-

aşığın ansamblda kölgədə qalması, sazın isə  zərbli və  nəfəsli 

musiqi alətləri arasında zəif səslənməsidir.  Əlbəttə, ümumən 

şərq aşıq məktəbinin ansambl quruluşunda formalaşması bir 

sıra tarixi amillər və xalqın məişət və mədəni təkamülü ilə bağ-

lıdır» (119, 139).  

Şirvan aşıqlığının xarakterini doğru müəyyənləşdirən alim 

bu xüsusiyyətin formalaşmasında tarixi-mədəni faktorların ro-

lunu diqqətə çəkir: «Bəllidir ki, Şərq-Şirvan aşıq məktəbinin tə-

kamülü və keçdiyi tarixi yol-Qafqaz ərazisində  qədim Alban 

 

 



 

— 28 —


Xəzər dövlətləri, eləcə də Şirvan Şahlığı hakimlik sürmüş, on-

lar qonşu Şərq dövlətləri ilə mədəni əlaqələrdə olmuş, bir-biri-

nin mədəniyyətinə, ədəbiyyat və incəsənətinə təsir göstərmişlər. 

Şirvan dövləti ilə ilk növbədə İran Şahlığı və Osmanlı İmperi-

yası arasında münasibətlər yaranmış, bu münasibətlər, əlaqələr 

incəsənətdə və ümumən mədəniyyətdə də dərin iz buraxmışdır» 

(119, 140.)  

Prof. Qara Namazovun Şirvan aşıqlığının Azərbaycan aşıq 

sənətinin bir qolu kimi formalaşmasında kənd və  şəhər mədə-

niyyətlərinin  əlaqəsinin, o cümlədən, saray mədəniyyətinə in-

teqrasiyanın dəyərləndirməsini elmi baxımdan ciddi məntiqi və 

tarixi təcrübəyə  əsaslanan tezisi özünü doğruldur: «Xatırladaq 

ki, saray mühiti üçün məqbul sayılan, sevilən və dəyərləndirilən 

muğam ifaçılığı, zərbli alətlərin müşayiəti ilə oxunan havalar 

saray xanəndələrinə hörmət və nüfuz qazandırırdı.  İncəsənətin 

bu sahəsi geniş inkişaf tapır və  ətraf vilayətlərə  də yayılırdı. 

Yalnız iri şəhərlərdə deyil, hətta kəndlərdə  də belə toy məra-

simlərinin daha təntənəli və şən keçməsi üçün sənətkarlara bö-

yük ehtiyac duyulurdu. Kənd mühitində məclis keçirən aşıq isə 

təkcə bu tələbi ödəyə bilmirdi. Xanəndəliyə, zərbli və  nəfəsli 

musiqi alətlərinə meyl get-gedə güclənir, bu da təkcə çalıb ça-

ğıran aşıqın nüfuzuna təsir edirdi. İstər-istəməz aşıq mühitlə ba-

rışmalı, ətrafına başqa çalğıçılar da toplamalı olurdu. Bu uzun 

tarixi gediş  aşığı xanəndəyə, sazı tara yaxınlaşdırırdı. Deməli, 

aşıq öz sənətini yaşatmaqla yanaşı məqamı gələndə xanəndəni 

də əvəz edirdi. Aydındır ki, xanəndənin saraydakı nüfuzu aşığı 

da saraya sövq edir, saz tutan barmaqları tədricən muğam not-

ları üstə köklənirdi» (119, 140). 

Aşıq  Əhmədin mənsub olduğu sənət mühitinin mənşəyini 

Q.Namazov belə aydınlaşdırır: «Rəvayətlərə  və tarixi qaynaq-

lara görə, Rəsul Əleyhüssəlamın məsləhətilə Dədə Qorqud Də-

mirqapı  Dərbəndə  və ümumən  Şirvana  İmam təyin edilmiş  və 




 

 

 



— 29 — 

orada ömrünü başa vurmuşdur.  Şübhəsiz, bu qüdrətli bilici, 

keçmişdən və  gələcəkdən xəbər verən Ozanın  şöhrəti bütün 

Şərqə yayılmış,  Şirvan ozan məktəbinin bünövrəsini qoymuş-

dur»(119, 141).  

Bir milli mədəniyyətin içərisində mövcud olmuş bu iki ox-

şar sənət (ozan sənəti və  aşıq sənəti) xalq musiqisini və xalq 

şeirini inkişaf etdirmiş, əhalinin estetik tələbatını uğurla ödəyə 

bilmişdir. Qara Namazova görə,  Şirvan aşıqlarına  əski sənət 

mirası ozanlardan qalmışdır: «Tarixin daş yaddaşından nə qədər 

silinsə də, yenə də Şirvan-Dağıstan ozanlarının izləri itməmiş-

dir. Molla Qasım  Şirvani (XIII yüzil), Məlik Kürəli (XIII yü-

zil), Abbas Bayatlı (XYI yüzil), Dostu Şirvanlı (XYI yüzilin II 

yarısı), Aşıq Abdulla (XYIII yüzil), Dəllək Murad, Şair Tanı, 

Aşıq Soltan, Baba Şirvani (XYIII yüzil), Məhəmməd Varxiyan-

lı (XYIII-XIX yüzil), Aşıq Oruc Tircanlı (XIX), nəhayət bizim 

yüzildə  Aşıq Ağaməhəmməd, Aşıq  İbrahim, Aşıq Bilal, Aşıq 

Şamil, Aşıq Qurbanxan və yüzlərlə Şirvan aşıqları bu məktəbi 

ləyaqətlə davam və inkişaf etdirmişlər. Bu ənənəni davam etdi-

rən saz-söz sənətkarlarından biri də yarım  əsrdən çox ulu Şir-

van torpaqlarında, hətta ondan çox-çox kənarlarda tanınan Aşıq 

Əhməd Rüstəmovdur» (119, 139-143).  

Aşıq  Əhmədi bir sənətkar kimi səciyələndirən alim yazır: 

«Aşıq  Əhməd yaradıcı  sənətkardır. O, Şirvan aşıq məktəbinin 

ənənələrini davam etdirir, saz havalarını təkmilləşdirir, həm də 

özünəməxsus bir ustalıqla ifa edir. Əhməd şair-aşıqdır. Şeirlə-

rində daha çox ustalıqla hikmətli fikirlər, yaddaşlarda qala bilən 

nəsihətamiz misralar, beytlər, bəndlər söyləyir: 

 

Cahandan köçənlər qayıtmır bir də, 

Min surət çürüyür hər qarış yerdə, 

Təqvimlər, saatlar, dəqiqələr də 

Ömrü parçalayıb bölmək üçündür» (119, l42). 

 

 



 

— 30 —


 

Folklorşünas alim Mürsəl Mürsəlov Aşıq Əhməd yaradıcı-

lığına intensiv şəkildə müraciət etmiş, onu yaradıcı  aşıq kimi 

səciyyələndirmişdir: «Bu gün adı  aşıqsevərlər tərəfindən hör-

mətlə  çəkilən yaradıcı  aşıqlarımızdan biri də  Aşıq  Əhməddir. 

Aşıq  Əli kimi ustaddan sənətin incəliklərini səbirlə öyrənən 

Aşıq Əhməd illər keçdikcə bu ulu el sənətinə daha dərindən yi-

yələnir və  dərin mündəricəli qoşmalar, gəraylılar və  təcnislər 

yaradır... Əhməd 20-yə yaxın dastan bilir. «Aşıq Mirzə Bilal», 

«Şamama» və s. dastanlarının müəllifi isə o özüdür. Aşığın ya-

radıcılığı çox cəhətlidir. O, vətəni, Azərbaycanın rəngarəng 

təbiətini, əmək adamlarını sazında və sözündə özünəməxsus zə-

rif duyğularla, pafosla tərənnüm edir... Aşıq Əhməd sənətə, sə-

nətkara yüksək qiymət verən aşıqlardandır. Seyid Əzim Şirvani, 

Mirzə  Ələkbər Sabir, Üzeyir Hacıbəyov, Cəfər Cabbarlı, Sə-

məd Vurğun, Aşıq Ələsgər, Aşıq Bilal kimi sənətkarlarımız və 

vətənimizin dilbər guşələri – Sumqayıt, Qarabağ, Şirvan, Qazax 

onun yaradıcılığından qızıl xətt kimi keçir. O, vətənin oğul və 

qızlarını yüksək inamla, saf hisslərlə vəsf edir: 

 

Qələm-kağız götür gedək hər yana, 



Qazağa, Gəncəyə, Şəki, Şirvana, 

Gözəl Qarabağa, Milə, Muğana, 

Hələ deyilməmiş söz gövhərim var. 

 

Aşığın sənətkarlığını yüksək qiymətləndirən M.Mürsəlov 



xeyli müddət Aşıq Əhmədin hərbi vətənpərvərlik mövzusunda 

yazdığı şeirlərin tədqiqi ilə məşğul olub, «Əsgər oğluma» şei-

rini də «Gənc müəllim» qəzetinin 9 dekabr 1971-ci il sayında 

nəşr etdirib (115). «Mədəni-maarif işi» jurnalında isə «Aşıq 

Əhməd» adlı geniş məqalə çap etdirərək aşığın sənətkarlıq dün-

yasının bəzi səciyyəvi məqamlarını aydınlaşdırıb (116). Müəlli-




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə