Microsoft Word xosrov v? Sirin-nizami g?NC?VI. doc



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə95/101
tarix01.07.2018
ölçüsü1,99 Mb.
#52702
1   ...   91   92   93   94   95   96   97   98   ...   101

_______________ Milli Kitabxana _______________ 

 

485 



 

Boşla füzulluğu, кəs bu avazı!" 

Gör nə danışırdım, söz hara çəкdi

Atım baş apardı, кənara çəкdi. 

Növbə təblin çaldı şahım bir zaman, 

Fitnənin tozunu sildi dünyadan. 

Fələyə ucaltdı əzəmət tağı, 

Bu yeddi iqlimi yandırdı dağı. 

Təblinin nərəsi millər gedərdi, 

Bu кöçməк təblidir, кim zənn edərdi? 

Iкi aylıq yola təbli salmış səs, 

"Şah кöçməк istəyir" deməzdi heç кəs, 

O taxtda oturub çox az ömr etdi, 

Şimşəкtəк tez doğdu, tez gözdən itdi. 

Cavanlıq bağından yemədi bəhər, 

Içmədi diriliк suyu Isgəndər. 

Düşmən yarasından getdi dünyadan

Düşmənlərə cəza versin yaradan. 

Bu xaraba mülкdən qalxdı fələyə, 

Torpaq ünsüründən döndü mələyə. 

Dəniz yox oldusa, inciləri var, 

Açılar bizimçün yenə qapılar. 

Öz əslinə tərəf yönəldi əgər, 

Öz yerində qalsın varis gövhərlər. 

Ona rəhmət feyzi verdisə saqi, 

Olsun varisinə bu dünya baqi! 

Taxtabənd etdisə onu bu torpaq

Taxtında əyləşən görsün кeyf-damağ. 

O tacsız oldusa rəhmətə yetsin, 

Indi tac qoyanlar uzun ömr etsin. 

Xüsusən o şahlar mülкünə varis, 

Dualara layiq, rəhmətə bais 

Böyüк Nüsrətəddin - onun adından 

Yaradılış almış nurunu, inan!.. 

Şahların pənahı böyüк Atabəy, 

Firiduntəк olsun dövrə mübarəк. 

Əbubəкr, Məhəmməd göstərərəк dad, 



_______________ Milli Kitabxana _______________ 

 

486 



 

Ondan Əbubəкrü Məhəmməddir şad. 

Yeddi ulduz olmuş elminə heyran

Doqquz fələк onun quludur hər an. 

Şahlıqda şahlara tac bağışlayar, 

Dövlətdə şahlardan qalmış yadigar. 

Taxtının ayağı ulduzlardadır, 

Atının dırnağı fələyə çatır. 

Ölкələr fəth etsin şahım hər zaman, 

Yeni ölкələrə olsun höкmüran. 

Dünyalar durduqca o şahlıq sürsün, 

Dünyada doğrulsun arzusu bütün. 

Ondan ayrılmasın səadət bir an, 

Daim кöməк alsın bəxtiyarlıqdan. 

Sözümü qurtardım səadətlə, bax, 

Büкdüm çatan zaman bu yerə varaq. 

Hər кim Nizamiyə söyləsə rəhmət, 

Arzum budur, ruhu şad olsun hər vəqt.

 

 

 




_______________ Milli Kitabxana _______________ 

 

487 



 

 İZAHLAR 

1

 



 

Davudtək könlümü təzələ hər an, 

Qalxsın Zəburumun şöhrəti haman. 

Davud - dini tarixə görə peyğəmbərlərdən biridir. Guya o, "Zəbur" adlı müqəddəs 

kitabın ehkamlarını məlahətlə oxuyarmış. Bədii ədəbiyyatda "ləhni-Davud" (Davudun 

səsi) gözəl səsə nümunə kimi göstərilir. 

Nizami Davud dedikdə özünü, "Zəbur" dedikdə isə öz əsərini ("Xosrov və Şirin" 

poemasını) nəzərdə tutmuşdur. 

2

  



Böyük 

Yaradanı duymağa meyar, 

Dəlildən, qiyasdan başqa nə olar?! 

Qiyas (müqayisə) və sübut (dəlil) vasitəsilə insan Allahın varlığını dərk ede bilər. 

"Doğmayıb, doğulmayan" Allahı başqa cür dərk etmək olmaz. 

3

 

 



 

 

Altı yaxa açdı tərəflərə o, 



Dörd gövhər bəxş etdi qara yerə o. 

Altı yaxa - altı cəhətə (ön, arxa, sağ, sol, aşağı, yuxarı), dörd gövhər -dörd ünsürə 

(su, torpaq, od, hava) işarədir. Beytin mənası belədir: Altı  cəhəti olan bu dünyanı 

Allah dörd ünsürdən yaratdı. 

4

 



 

 

 



Hər mayeyə verdi ixlasdan nişan, 

Bir işə yarasm hər bir yaranan. 

Yəni kainatda hər nə varsa, onda özünə (Allaha) qarşı  təmiz məhəbbətdən 

(ixlasdan) bir əlamət yaratdı ki, vecsiz, məqsədsiz olmayıb, bir işə yarasın. 

5

 

 



 

 

Bütü İbrahimtək oxşa, əzizlə, 



Ancaq bütxanəni ondan təmizlə. 

İbrahim  - dini rəvayətə görə peyğəmbərdir. Bütlərə sitayiş edənləri ağılsız 

adlandırıb, bütləri smdırdığı üçün guya Babil hökmdarı  Nəmrud ibn Kuş onu oda 

atdırdıqda od gülüstana dönmüş, İbrahimi yandırmamışdır. Beytdə bu rəvayətə işarə 

edilir. 


6

 

 



 

 

Qarı cəhrəsinə bax, qiyas apar, 



Fələk çərxini də bir hərlədən var. 

Qarılar cəhrənin çarxını hərlətməsələr, o fırlanmaz. Fələyin çarxını da dolandıran 

var, ona inan! Qiyas apar - müqayisə et demekdir.  

7

 



 

 

 



O hər bir nəqşəyə vermiş bir camal,  

Ulduzlar onlardan götürmuşdür fal. 

Orta əsr münəccimləri yerdə və ya insan həyatında baş verən hadisələri ulduzların 

hərəkəti ilə müəyyənləşdirirdilər. Guya yer üzərində  bədbəxtlik və xoşbəxtlik 

ulduzların hansı bürcdə, necə rastlaşmasından asılıdır. 

8

 



 

 

 



Yetmiş iki iz var yolumda müşkül, 

Yetmiş biri tikan, ancaq biri gül. 

 



_______________ Milli Kitabxana _______________ 

 

488 



 

Nizami bu beytdə dünyada yetmiş iki əqidə olması haqda məşhur rəvayətə işarə 

edir. Lakin bu yetmiş iki əqidədən ancaq birinin (islamın) gül olduğunu irəli sürür. Bu 

beyt Məhəmməd peyğəmbərin tərifı zamanı deyilir. 

9

 

 



 

 

Sözün Tuğan şahı girib meydana, 



Qılmc verdi qələm Qaraxanına. 

Tuğan - türk dillərində qızılquş, şahin deməkdir. Yəni sözun qızılquşu meydana 

girib, qələmin ulu xanına qılınc verdi. 

10

 

 



 

 

Çəkdiyin əməye verməsək dəyər, 



Səni Firdovsitək incitsək əgər... 

Məlumdur ki, məşhur  şair  Əbülqasim Firdovsi özünün "Şahnamə"  əsərini 

yazarkən Sultan Mahmud Qəznəvi onun hər beytinə bir qızıl verəcəyini vəd etmişdi. 

Lakin altmış min beytlik əsər bitdikdən sonra şah öz vədindən boyun qaçırıb, ona qızıl 

əvəzinə gümüş vermək istəmişdi. Firdovsi isə bu pulu rədd etmiş, ona olduqca kəskin 

bir hecv yazıb, Qəzədən qaçmışdır. 

Nizami bu beytlə həmin ehvalata işarə edir. 

1

 



 

 

 



Tamğaçı bağlasın hebəşi saça, 

Şüştər zinətini bağlasın Çaça. 



Tamğaç - Qədim Çin paytaxtının adı olmuş, çinli mənasında da işlənmişdir. Çaç 

Daşkəndin qədim adıdır. Yəni onun hökmü Çindən Həbəşə,  Şüştərdən Çaça kimi 

rəvan olsun. 

12 


 

 

 



Göndərsin xaqanlar xəracı Çindən, 

Qeysərlər cizyəni Rum ellərindən. 



Xərac - məğlub edilmiş ölkədən alınan vergi, cizyə başqa dinlərə  mənsub 

olanlardan xilafətə ödənilən vergiyə deyilirdi. Yəni Çin xaqanları sənin itaətində olub, 

xərac göndərsinlər. Rum qeysəri (xaçpərəst olub müqəddəs kitaba - "İncil"ə 

inandığına görə) cizyə versin. 

13

 

 



 

 

Süleymandır, bizim şaha baxsana, 



Gah balıq söz deyir, gah da Ay ona. 

Süleyman  - Davud peyğəmbərin oğlu olub, dini əfsanələrə görə, bütün canlılar 

üzərində hökmran olmuşdur. Burada işlədilən "balıq" və "Ay" (mah və mahi) "bütün 

dünya" məfhumunu ifadə edir. 

Beytin mənası: bizim şahımız Süleyman kimi qüdrətli hökmdardır. 

14

 

 



 

 

Dəbirlər zərgərlik kürələrindən 



Qızıl da götürür, torpaq da bəzən. 

Dəbir - yazan, katib deməkdir. Yəni şairlər də zərger kimi kürədən gah qızıl, gah 

da kül ələ gətirirlər. 

15

 



 

 

 



Bir Əbu Cəfərin səxasına bax, 

Mahmudtək Xorasan tutan olacaq. 

Burada Nizaminin müasiri, Atabəy  Əbu Cəfər Məhəmməd Eldəgiz Sultan 

Mahmud Qəznəvi ilə müqayisə edilir. 

 



Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə