Microsoft Word Tebrizden bashlanan dunya doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə7/27
tarix23.08.2018
ölçüsü0,6 Mb.
#63944
1   2   3   4   5   6   7   8   9   10   ...   27

 
26
beharamlarını və onlara havadarlıq edən iranlı mübəlliğləri atəşə 
tutur.  Minbərlərdə,  camaat  namazlarında  islamın  qüdsiyyətin-
dən,  tarixən  müsəlmanların  kafirlərə  qarşı  ölüm-dirim  müba-
rizəsi aparan din mücahidlərindən bəzi mollanümaların özlərinin 
bir  cib  qazancları  xatirinə  müsəlmanlığı,  islamın  düşmənlərinə, 
kafirlərə  qarşı  amansız  olmaq  çağırışlarını  ayaqlar  altına  salan-
ları rüsvaylıq sütununa bağlayır: 
 
nanmıram gözlərimə, 
Dərk etmirəm... 
Güney Azərbaycanda 
Bu cinayət edən ölkəyə - 
Ticarətə gedən kim, 
Yardım edən kim...(23, s.108). 
 
Tarixən  əməl  ilə  düz  gəlməyən  iddianın  sonu  həmişə 
rüsvaylıqla  bitmişdir.  Şairin  cəmiyyəti  hədələyən  məsələlər 
sırasında  ən  təhülkəli,  hətta,  ermənidən  belə  təhlükəli  düşmən 
sadəcə olaraq adını dilə gətirəndə belə nifrətini gizlədə bilmədiyi 
rüşvət  xəstəliyidir.  Bu  yolla,  sərvət,  var-dövlət  qazananların 
həyatlarını yaşayış yox, əzab hesab edir. Müəllifin inamına görə 
rüşvətlə  mübarizə  söhbəti  ortaya  gələndə  bu  iyrənc  xəstəliyə 
tutulanların mərəzi şiddətlənir. 
Ş
airin inamına görə qayğısız, şad, sevinc içində yaşanan 
ömrün  bir  günü  rüşvətlə  əldə  edilən  vəsaitlə  təmin  edilən  şə-
raitdə keçən milyon ilə dəyər. Bu da şairin inamıdır-rüşvətxorluq 
xəstəliyinə mübtəla olanların dərdlərinin çarəsini hələ kəşf edən 
olmayıb: 
 
Rüşvətlə mübarizə   
Qorxu salıbdır 
Məmurların ürəyinə. 
Biri xəstələnib, 
Yataqdadı soyuq dəymədən... 


 
27
Biri qaçıb ölkədən, 
stəyir gizlədə yığdığı pulları... 
Yarəb. 
Nə olacaq 
Bu məmurların axırı? (25, s.63). 
                                           
Rüşvətə  başqa  ünvanlar  verənlərin  də  cılızlıqları  şairin 
gözündən  yayınmır.  Belə  qondarma  və  məkrli  ünvanlardan  biri 
də bundan ibarətdir: 
 
Bu ölkədə   
Rüşvətə “hörmət” deyirlər... 
Allah sənə rəhmət eləsin, 
Sabir. 
Eşidsən heyrət edərdin yəqin 
Və hörmət sözünün   
Bu sayaq alçalmağına. 
Və sözlərin   
Daş olub yağardı 
Bu hörmətsizlərin başına (23, s.81).   
 
Ş
air həyatda görüb rastlaşdığı hadisələri tərənnüm etmə-
yin simasında rüşvətin törətdiyi eybəcərliklərdən odu-alovu oxu-
cunu qarsalayan bir yanğı ilə söz açır: 
 
Mən tənqid edirəm – 
O pulu, sərvəti ki, 
Yığışsın fərdlərin əlində. 
Onlar cənnət yaratsınlar 
Xalqı yandıran, yaxan 
Kasıblığın üstündə (34, s.23).   
 
Həyata  şairin  misralarının  bəxş  etdiyi  bəsirət  gözü  ilə 
baxdıqda  onun  nə  qədər  haqlı  olduğu  azacıq  belə  şübhə 


 
28
doğurmur. Bunun üçün vətən torpağının ən səfalı güşələrini qəsb 
edib, ailə üzvlərinin hər birinin adına saldırdığı villalara, “Bağ” 
ünvanlı qalaların nəhəng dəmir qapılarının himayəsində hər ailə 
üzvünə  məxsus  xarici  markalı  minik  maşınlarına  nəzər  salmaq 
kifayətdir. 
Aqillər  doğru  demişlər:  xalqın  sərvəti  elə  bölünməlidir 
ki,  hər  cəmiyyət  üzvünə  ədalətli  pay  çatsın.  Əgər  birisi  rüşvət 
yolu  ilə  qəsb  etdiyi  sərvətdən  harınlayırsa,  deməli  cəmiyyətin 
digər üzvləri bunun əzabını çəkirlər, daha doğrusu çəkməlidirlər. 
Bu  isə  vətən  ünvanlı  məkanda  məskunlaşanlar  üçün  faciəyə 
bənzər  fəlakət  doğurmaya  bilməz.  Şairin  incəliklərinə  qədər 
tanış  olduğu  həyatdan  tərənnüm  yolu  ilə  təqdim  etdiyi  bir 
nümunə: 
 
Ə
la oxuyub   
Təhsil dövrəsində, 
Amma hələ də işsizdir – 
        bu əlaçı qız. 
Alim atasının   
        pulsuzluğuna görə!(34, s.27).                                                               
 
Ölkədə  alim  atanın  əlaçı  qızının  düçar  olduğu  bu 
acınacaqlı  hal  rüşvətxorluğun  törətdiyi  faciəyə  çox  ibrətamiz 
nümunədir. 
Ş
airin  yaradıcılığında  yüksək  qiymətləndirilməyə  layiq 
nüyanslardan biri - əlbəttə, vurğulayım ki, biri rüşvət adlı aman-
sız  qarətçilik  yolu  ilə  varlanan,  harınlayan  soyğunçuların  ün-
vanları  ilə  oxucularını  tanış  etməkdə  çox  cəsarətli,  inadcıl 
olmasıdır. Onun üçün bütöv vətənin hansı guşəsində dinini, ima-
nını,  əqidəsini,  ciblərini  doldurmaq  xatirinə  hərraca  qoyanların 
fərqi yoxdur: 
 
Başçılar güdürlər ciblərini, 
Talayırlar ölkəni. 


 
29
Budur tariximizin səhvi – 
Düşünmürlər milləti, 
Yalnız düşünürlər özlərini (33, s.31). 
 
Vətəni,  xalqın  sərvətini  talayanların  törətdikləri  faciələri 
ş
eirin  məntiqi  ilə  açıb  ağartmaq  üçün  öz  həyatından  gətirdiyi 
nümunələr çox ibrətamizdir. Bir  həqiqətin  tərənnümü  rüşvət  və 
karrupsiyanın törətdiyi faciəyə tutarlı nümunədir: 
 
Təbrizdən çıxandan sonra 
Mənim istedadıma 
Şə
rait yarandı, qürbətdə. 
Sinifimizin əlaçısı isə   
on beş yaşında 
dünyasını dəyişdi – 
yoxsulluqdan (34, s.29). 
 
Ölkədə  cavanların  qarşılaşdıqları  müşgüllər,  onların 
həyatları  ilə  yaxından  tanış  olan  şair  üçün  xüsusilə  ağırdır. 
Çünki,  bu  çətinliklər  həm  şair,  həm  də  pedoqoq  kimi  onun 
çiyinlərinə ağırlıq edir. Xatırladım ki, həyatda əli çatan gənclərə 
kömək  etməkdə  şair  heç  vaxt  əməyini  əsirgəməmişdir.  Belələri 
sırasında  sonralar  bir  alim  kimi  şöhrət  qazanan  Kazım  Uskui, 
brahim  Təbrizi,  Həsən  Məhəmməd  oğlu,  Məmmədrza  Təbrizi 
kimi gənclərin adlarını xatırlatmaq olar. Şair qəlbində, şüurunda 
həmvətənlərinin həyatları ilə əlaqədar törənən nigəranlıq üçün ən 
faydalı məlhəm onlara köməyini hesab etmişdir: 
 
stedadlı kasıb uşaqlar qalıblar 
Bucaqlarda. 
Ə
fsus, 
Cəhalət, savadsızlıq, rüşvət – 
Ayaq tutub yeriyir təhsildə (33, s.46).                                                       
 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə