Microsoft Word tarix bay doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə2/25
tarix23.11.2017
ölçüsü0,55 Mb.
#12130
1   2   3   4   5   6   7   8   9   ...   25

 



MİLLİ BAYRAMLAR 



VƏ 

TARİXİ GÜNLƏR 

 

 

ORUCLUQ BAYRAMI 

 

İslamın müqəddəs bayramları arasında orucluq mühüm yer tutur. Bu bayramın tarixi müsəlman 

təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır. Oruc Ramazan ayında tutulduğu üçün ona 

"Ramazan orucu" da deyirlər. 

İslamda ilin ayları arasında Ramazan ayı  ən  şəfaqətli və müqəddəs ay hesab edilir. Onu məcazi 

şəkildə "on bir ayın sultanı" da adlandırırlar, çünki bu ayın gecələrindən birində müqəddəs kitabımız olan 

Qurani-Kərim nazil olub. Həmin gecə "qədir" və ya "əhya" gecəsi adlanır. Qədir gecəsinin konkret olaraq 

hansı gün olduğu bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər var. Amma ümumi fikir belədir ki, qədir 

gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də  tək günün gecəsidir.  İslamşünasların fikrincə, 

bu gecə Ramazan ayının 19, 21, 23, 25, 27-si gecələrindən biridir. Qurani-Kərimdə "Qədir surəsi" vardır. 

Bu surədə  qədir gecəsi haqda belə yazılır: "Biz bu gecə  həqiqətən qüdrət,  əzəmət hədiyyə etmişik, bu 

gecə min aylardan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın  əmrini gözləyirlər, bu gecə  şəfəqin 

doğmasına qədər aləmdir, sübhdür."  

Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə 

yazılır: "Sübh açılınca, ağ sap qara sapdan fərqlənməyincəyə  qədər yeyib-için, sonra gecəyə kimi 

orucunuzu tamamlayın". 



Qeyd 

Müsəlmanlar  ən mühüm ibadətlərini, o cümlədən orucu və  həcci, Fitr və Qurban bayramlarını 

hicri-qəməri (Ay) təqviminə əsasən yerinə yetirirlər. Ayın isə Günəşə və Yerə nisbətən vəziyyətindən asılı 

olaraq müxtəlif səfhələri (ayın görünən xarici tərəflərindən hər biri) olur. Bu səfhələrdən biri də hilaldır, 

yəni təzə aydır. Qurani-Kərimdə deyilir ki, "(Ya Məhəmməd!) Səndən hilallar barədə soruşurlar. De: 

Bunlar insanlar və  həcc üçün vaxt ölçüləridir".  İnsanlar vacib ibadətlərinə ayın hilalına  əsasən  əməl 

etmişlər: hilalı görəndə oruc tutmuş, onu yenidən görəndə oruclarını başa vurmuşlar. İki təzə ay arasında 

keçən müddət 29,5 orta Günəş gününə bərabərdir ki, bu da bir ay edir. Qədim ərəblər bunu vaxt vahidi 

kimi götürərək bəzi ayları 29, bəzilərini isə 30 gün qəbul etmişlər. 

Ay ili biri 29, digəri isə 30 gün sürən 12 aydan ibarətdir. Ay (qəməri) təqvimi də buradan 

yaranmışdır. Bu təqvimə  əsasən, ilin uzunluğu 354 gün sürür. İkinci xəlifə Ömərin dövründə  qərara 

alındı ki, tarixləri Məhəmməd peyğəmbərin (s.ə.s.) Məkkədən Mədinəyə hicrəti ilindən hesablasınlar. 

Beləliklə, məhərrəm ayı ilə başlanan hicri-qəməri təqvimi yarandı. Bütün müsəlman ibadətlərinin, 

bayram və mərasimlərinin vaxtı bu təqvimə əsasən müəyyən edilir. Ay təqvimi Günəş təqvimindən 10-11 

gün qısa olduğu üçün hər bir müsəlman ibadətinin tarixi işlətdiyimiz Günəş təqviminə nisbətən 10-11 gün 

irəli keçir. 

Ay təqvimində  də tarixlər sabitdir, bu tarixlər yalnız Günəş  təqviminə nisbətən yerini dəyişir. 

Bizim Günəş təqviminə alışmış şüurumuz haradasa qeyri-müəyyənlik görür. İslam bayram və ayinlərinin 

müxtəlif fəsillərə təsadüf etməsində isə ilahi bir hikmət vardır. 

 

Orucluq vaxtı gündüz yemək, içmək, siqaret çəkmək olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, 



hamilə qadınlar, döyüşçülər,  əsirlikdə olanlar və  səyyahlar azad olunurlar. Oruclu adam sürmə 

çəkməməli,  ətirlənməməli, tütün, gül iyləməməli və orucu pozan digər hərəkətlərdən imtina etməlidir. 

Orucluq dövründə adam dünya ləzzətindən çəkinir, gündəlik fəaliyyətini davam etdirsə də, özünü Allaha 

ibadətə  həsr edir, nəfsini təmiz saxlayır və bu vaxt şeytan onun qəlbinə yol tapa bilmir. Peyğəmbərimiz 

(s.ə.s.) buyurur ki, Ramazan ayı gələndə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar 

da zəncirdə olar. 

Döyüşdə  və ya əsirlikdə olduğuna görə oruc tutmayanlar sonra münasib bir vaxtda onun əvəzini 

(qəzasını) tutmalı  və ya fidyə verməlidirlər. Orucu qəsdən pozanlar isə onun əvəzini tutmaqla yanaşı, 

tövbə etməli və  kəffarəsini ödəməlidirlər. Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60 yoxsulu 

yedirtməkdir. 60 günlük kəffarə orucuna bir günlük qəza orucu da əlavə olunur. 

Orucluğun başa çatdığı gün fitr bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir-birlərini 

təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar. Bayram günü hər kəs öz 

himayəsində olanlar üçün təqribən 3 kq buğda, yaxud xurma və ya kişmiş miqdarında kasıblar üçün fitrə 

zəkatı verməlidir. 




 

Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, 



xeyirxahlığa dəvət edir. 

"Qabusnamə"nin müəllifi Keykavus ibn İsgəndər oğluna nəsihət edərək yazır: 

"Ey oğul... bil və agah ol ki, Allah-Təalanın sənin ac və ya toxluğuna ehtiyacı yoxdur. Oruc Allah 

tərəfindən sənin var-dövlətinə və özünə vurulan möhürdən ibarətdir. Bu möhür mal və bədənin yalnız bir 

hissəsinə deyil, bəlkə, bütün üzvlərinə vurulur: əl-ayağa, gözə, dilə, qulağa, qarına.  

Ey oğul, bil və agah ol: orucluğun ən böyük məqsədi ondadır ki, sən gündüz yemədiyini ehtiyacı 

olanlara verəsən ki, zəhmətinin faydasını görmüş olasan, elə bu zəhmət ona görə lazımdır ki, onun xeyri 

ehtiyacı olana çatsın". 

Orucluqla bağlı dini ayinlər əvvəlki səmavi dinlərdə də (yəhudilik, xristianlıq) mövcud olmuşdur. 

Amma digər dinlərdən fərqli olaraq İslamda orucluq xüsusi əhəmiyyət daşıyır.  İslam qaydalarına  əsasən 

yetkinlik yaşına çatmış hər bir müsəlmana oruc tutmaq vacibdir. Bununla bağlı Qurani-Kərimin "Bəqərə" 

surəsinin 183-184-cü ayələrində belə buyurulur: "Ey iman edənlər, oruc tutmaq sizdən əvvəlki ümmətlərə 

vacib olduğu kimi, sizə də vacib edildi... Bilsəniz, oruc tutmaq sizin üçün nə qədər xeyirlidir". Bu ibadət 

ayini ilə bağlı  Məhəmməd peyğəmbərin (s.ə.s.) xeyli hədisi var. Həmin hədislərin birində deyilir ki, 

Adəm oğlunun hər bir əməli özü üçündür. Təkcə orucdan başqa - o, Allah üçündür, əvəzini də Allah verir. 

Sovet hakimiyyəti dövründə  İslamın başqa ayinləri və ibadətləri kimi, orucluq da qadağan idi. 

Lakin imanlı adamlar gizlicə də olsa, öz borclarını yerinə yetirirdilər. Bir çoxları isə vəzifə və iş yerlərini 

itirmək, təqiblərə  məruz qalmamaq üçün orucluqdan imtina etməyə məcbur idilər. Azərbaycan öz dövlət 

müstəqilliyini bərpa etdikdən sonra insanların vicdan azadlığı bərpa olundu, İslam dininə, onun ibadət və 

ayinlərinə olan münasibət də  dəyişdi. Orucluq bayramı ölkəmizdə Milli Məclisin qəbul etdiyi 1992-ci il 

27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən dövlət səviyyə-

sində qeyd olunmağa başladı. 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə