“Synergy Group” MMC
31 dekabr 2015-ci il tarixinә Konsolidasiya Edilmiş Maliyyә Hesabatları üzrә Qeydlәr
(Başqa cür qeyd olunmadığı tәqdirdә, mәblәğlәr Azәrbaycan Manatı ilә ifadә edilir)
14
3
Әsas Uçot Siyasәtlәrinin Qısa Xülasәsi (davamı)
Nizamnamә kapitalı vә digәr kapital ehtiyatları. Nizamnamә kapitalı yalnız adi sәhmlәrdәn ibarәtdir.
Yeni sәhmlәrin emissiyası ilә birbaşa әlaqәli olan әlavә xәrclәr kapitalda daxilolmaların azalması kimi
(vergi çıxılmaqla) göstәrilir. Sair ehtiyatlar Qrupun sәhmdarları tәrәfindәn әlavә kapital qoyuluşlarını
әks etdirir. Dövriyyәdәn çıxarışlar sahibkarlar tәrәfindәn vәsaitlәrin geri götürüldüyü dövrdә kapitaldan
çıxılır.
Әlavә Dәyәr Vergisi. Hesablanmış vә әvәzlәşdirilә bilәn ӘDV arasındakı fәrq hesabat ayından sonra
20 gün әrzindә dövlәt büdcәsinә ödәnilmәlidir. Tәchizatçıların depozit hesabına ödәnilәn ӘDV elektron
hesab-fakturalar olduğu halda hesablanmış ӘDV müqabilindә әvәzlәşdirilә bilәr. Vergi orqanları ӘDV-
nin xalis mәblәğdә ödәnilmәsinә icazә verir. Satış vә alış üzrә ӘDV balans hesabatında ümumi
mәblәğdә qeydә alınır vә maliyyә hesabatında ayrıca olaraq aktiv vә öhdәlik kimi göstәrilir. Debitor
borclarının dәyәrsizlәşmәsi üzrә ehtiyat yaradıldıqda, dәyәrsizlәşmә üzrә ehtiyat debitor borclarının
ümumi mәblәğindә qeydә alınır (ӘDV daxil olmaqla).
Borc öhdәliklәri. Borc öhdәliklәri effektiv faiz metodundan istifadә etmәklә amortizasiya olunmuş
dәyәrlә uçota alınır.
Borc öhdәliklәri üzrә mәsrәflәrin kapitallaşdırılması. Tәyinatı üzrә istifadәyә vә ya satışa hazır
vәziyyәtә gәtirilmәsi üçün әhәmiyyәtli dәrәcәdә vaxt tәlәb edilәn vә әdalәtli dәyәrlә qeydә alınmayan
aktivlәrin (kvalifikasiya olunan aktivlәr) әldә edilmәsi vә tikilmәsi ilә birbaşa әlaqәli olan ümumi vә
müәyyәn edilmiş mәqsәdlәr üçün cәlb edilmiş borc öhdәliklәri üzrә mәsrәflәr, kapitallaşdırmanın
başlanma tarixi 1 yanvar 2009-cu il vә ya daha gec olarsa, hәmin aktivlәrin dәyәrinә daxil edilir.
Kapitallaşdırma Qrup tәrәfindәn (a) kvalifikasiya olunan aktivlәr ilә bağlı xәrclәr çәkildikdә; (b) borc
öhdәliklәri üzrә xәrclәr çәkildikdә; vә (c) aktivin tәyinatı üzrә istifadәyә vә ya satışa hazır vәziyyәtә
gәtirilmәsi ilә bağlı zәruri tәdbirlәr görüldükdә başlayır.
Borc öhdәliklәri üzrә mәsrәflәrin kapitallaşdırılması aktivlәrin әhәmiyyәtli dәrәcәdә istifadәyә vә ya
satışa hazır olduğu tarixәdәk davam edir.
Qrup kvalifikasiya olunan aktivlәr ilә bağlı kapital xәrclәri çәkmәyәcәyi halda, qarşısının alınması
mümkün olan borc öhdәliklәri üzrә mәsrәflәri kapitallaşdırır. Kvalifikasiya olunan aktivin әldә edilmәsi
üçün vәsaitlәrin borc götürüldüyü hallar istisna olmaqla, kapitallaşdırılmış faiz xәrclәri Qrupun
maliyyәlәşdirmә xәrclәrinin orta dәyәri ilә hesablanır (kvalifikasiya olunan aktivlәr üzrә xәrclәrә orta
çәkili faiz xәrclәri tәtbiq edilir). Bu baş verdikdә, hәmin borc öhdәliklәrinin müvәqqәti investisiyasından
yaranan hәr hansı investisiya gәlirlәri çıxılmaqla, dövr әrzindә müәyyәn edilmiş borc öhdәliyi üzrә
çәkilmiş faktiki xәrclәr kapitallaşdırılır.
Kreditor borcları. Kreditor borcları qarşı tәrәfin müqavilә üzrә öz öhdәliklәrini yerinә yetirmәsi zamanı
hesablanır vә effektiv faiz metoduna әsasәn amortizasiya olunmuş dәyәrdә qeydә alınır.
Öhdәliklәr vә mәsrәflәr üzrә ehtiyatlar. Öhdәliklәr vә mәsrәflәr üzrә ehtiyatlara qeyri-müәyyәn
müddәt vә ya mәblәğә malik olan qeyri-maliyyә öhdәliklәri daxildir. Qrup keçmiş hadisәlәr nәticәsindә
hüquqi vә ya işgüzar praktikadan irәli gәlәn öhdәliklәrә malik olduqda, hәmin öhdәliklәrin yerinә
yetirilmәsi üçün Qrup tәrәfindәn iqtisadi resursların sәrf olunması ehtimalı böyük olduqda vә
öhdәliklәrin mәblәği kifayәt qәdәr dәqiq ölçülә bildikdә ehtiyatlar uçota alınır. Ehtiyatlar gәlәcәk
әmәliyyat zәrәrlәri üçün uçota alınmır
.
Bir sıra analoji öhdәliklәr mövcud olduqda, hәmin öhdәliklәrin ödәnilmәsi üçün resursların sәrf olunması
ehtimalı ümumilikdә bütün öhdәliklәr üçün müәyyәn edilir. Qrup hesabat tarixinә zәmanәt müddәti hәlә
başa çatmayan satılmış mәhsulların tәmiri vә ya әvәz edilmәsi ilә bağlı hesablanmış öhdәliklәri tanıyır.
Bu ehtiyat әvvәlki dövrlәrdә mәhsulun tәmiri vә әvәz edilmәsi ilә bağlı statistik mәlumatlara әsasәn
hesablanır.
Qrup ehtiyat üzrә xәrclәrin ödәnilmәsini gözlәdiyi hallarda, (mәsәlәn sığorta müqavilәsi üzrә) ödәnilәn
mәblәğ belә bir ödәnişin baş vermәsi faktiki olaraq müәyyәn edildiyi halda, ayrıca aktiv kimi göstәrilir.
“Synergy Group” MMC
31 dekabr 2015-ci il tarixinә Konsolidasiya Edilmiş Maliyyә Hesabatları üzrә Qeydlәr
(Başqa cür qeyd olunmadığı tәqdirdә, mәblәğlәr Azәrbaycan Manatı ilә ifadә edilir)
15
3
Әsas Uçot Siyasәtlәrinin Qısa Xülasәsi (davamı)
Xarici valyutanın çevrilmәsi. Qrupun konsolidasiya edilmiş müәssisәlәrinin funksional valyutası
hәmin müәssisәlәrin fәaliyyәt göstәrdiyi әsas iqtisadi mühitin valyutası hesab edilir. Qrupun vә onun
törәmә müәssisәlәrinin funksional valyutası vә Qrupun tәqdimat valyutası Azәrbaycan Respublikasının
milli valyutası olan Azәrbaycan manatıdır (“AZN”).
Monetar aktivlәr vә öhdәliklәr Azәrbaycan Respublikasının Mәrkәzi Bankının (“Mәrkәzi Bank”) müvafiq
hesabat dövrünün sonuna qüvvәdә olan rәsmi valyuta mәzәnnәsinә uyğun olaraq Qrupun tәqdimat
valyutasına çevrilir. Bu cür әmәliyyatlar üzrә hesablaşmaların hәyata keçirilmәsi vә monetar aktiv vә
öhdәliklәrin Mәrkәzi Bankın ilin sonuna müәyyәn etdiyi rәsmi mәzәnnә ilә Qrupun tәqdimat valyutasına
çevrilmәsi nәticәsindә yaranan gәlir vә zәrәr mәnfәәt vә ya zәrәrdә maliyyә gәlirlәri vә xәrclәri kimi
qeydә alınır. İlin sonuna qüvvәdә olan mәzәnnә ilә çevrilmә ilkin dәyәrlә qiymәtlәndirilәn qeyri-monetar
maddәlәrә tәtbiq edilmir.
Xarici valyutada olan vә әdalәtli dәyәrlә qiymәtlәndirilәn qeyri-monetar maddәlәr, o cümlәdәn pay
alәtlәri әdalәtli dәyәrin müәyyәn edildiyi tarixә qüvvәdә olan mәzәnnәlәrdәn istifadә etmәklә tәqdimat
valyutasına çevrilir. Mәzәnnә dәyişikliklәrinin xarici valyutada olan vә әdalәtli dәyәrlә qiymәtlәndirilәn
qeyri-monetar maddәlәrә tәsiri әdalәtli dәyәrin dәyişmәsindәn yaranan gәlir vә ya zәrәrin bir hissәsi
kimi әks etdirilir.
31 dekabr 2015-ci il tarixinә xarici valyuta qalıqlarının çevrilmәsindә istifadә olunan әsas valyuta
mәzәnnәlәri: 1 Rus rublu = 0.0216 AZN, 1 Avro = 1.7046 AZN vә 1 ABŞ dolları = 1.5594 AZN (2014:
1 Rus rublu = 0.0133 AZN, 1 Avro = 0.9522 AZN vә 1 ABŞ dolları = 0.7844 AZN). Gәlir vә xәrclәrin
çevrilmәsindә istifadә olunan әsas orta valyuta mәzәnnәlәri: 1 Rus rublu = 0.0169 AZN, 1 Avro =
1.1331 AZN vә 1 ABŞ dolları = 1.0285 AZN (2014: 1 Rus rublu = 0.0208 AZN, 1 Avro = 1.0417 AZN
vә 1 ABŞ dolları = 0.7844 AZN).
Gәlirlәrin tanınması. Gәlirlәr alınmış vә ya alınacaq mәblәğlәrin әdalәtli dәyәri ilә qiymәtlәndirilir vә
bütün diskontlar, geri qaytarılmış mallar vә әlavә dәyәr vergisi çıxılmaqla әks etdirir. Qrup gәlirin
mәblәği etibarlı şәkildә qiymәtlәndirildikdә, gәlәcәk iqtisadi sәmәrәnin müәssisәyә daxil olması ehtimal
edildikdә vә Qrupun aşağıda göstәrilәn bütün fәaliyyәt növlәri xüsusi meyarlara uyğun olduqda gәliri
tanıyır. Barter әmәliyyatı ilә әldә edilmiş malların әdalәtli dәyәrini düzgün şәkildә qiymәtlәndirmәk
mümkün olmadıqda, gәlir satılmış malların vә ya göstәrilmiş xidmәtlәrin әdalәtli dәyәri ilә
qiymәtlәndirilir.
Malların satışı. Malların satışından әldә edilәn gәlirlәr adәtәn hәmin malların yüklәndiyi zaman
mәhsullar üzrә mülkiyyәt hüququ ilә bağlı risk vә faydaların ötürüldüyü anda qeydә alınır. Qrup malların
nәzәrdә tutulan әraziyә daşınması öhdәliyini üzәrinә götürdükdә, gәlir malların tәyinat mәntәqәsindә
alıcıya verildiyi anda qeydә alınır.
Xidmәtlәrin satışı. Xidmәtlәrin realizasiyası müәyyәn әqdin tamamlanma dәrәcәsindәn asılı olaraq
hәmin xidmәtlәrin göstәrildiyi uçot dövründә tanınır. Tamamlanma dәrәcәsi faktiki göstәrilmiş
xidmәtlәrin ümumi göstәrilmәli olan xidmәtlәrә nisbәti kimi müәyyәn edilir.
Gәlir vә xәrclәrin tanınması. Bütün borc alәtlәri üzrә faiz gәlirlәri vә xәrclәri effektiv faiz metodundan
istifadә etmәklә hesablama metodu ilә qeydә alınır. Bu metoda әsasәn faiz gәlirlәri vә xәrclәrinә
müqavilә tәrәflәri arasında ödәnilmiş vә ya alınmış vә effektiv faiz dәrәcәsinin tәrkib hissәsi olan bütün
komissiya vә haqlar, sövdәlәşmә xәrclәri, elәcә dә bütün digәr mükafat vә ya güzәştlәr daxildir.
Effektiv faiz dәrәcәsinә aid olan komissiya haqlarına maliyyә aktivinin yaradılması vә ya alınması,
yaxud maliyyә öhdәliyinin (mәsәlәn, ödәmә qabiliyyәtinin qiymәtlәndirilmәsi, zәmanәtlәrin vә ya
girovun dәyәrlәndirilmәsi vә qeydә alınması, maliyyә alәtinin tәqdim edilmәsi şәrtlәrinin razılaşdırılması
vә sövdәlәşmә sәnәdlәrinin hazırlanması haqları) buraxılması ilә әlaqәdar әldә edilmiş vә ya ödәnilmiş
komissiya haqları daxildir. Bazar faiz dәrәcәlәri ilә kreditlәrin verilmәsi üzrә öhdәlik üçün Qrup
tәrәfindәn әldә edilmiş komissiya haqları, Qrupun xüsusi kredit müqavilәsini imzalayacağı ehtimal
edildikdә vә kreditin verilmәsindәn sonra qısa müddәt әrzindә onun realizasiyasını planlaşdırmadıqda
effektiv faiz dәrәcәsinin tәrkib hissәsi hesab edilir. Qrup kreditlәrin verilmәsi üzrә öhdәliklәri mәnfәәt
vә ya zәrәr vasitәsilә әdalәtli dәyәrlә әks etdirilmiş maliyyә öhdәliklәri kimi tәsniflәşdirmir.
Kreditlәrin vә digәr borc alәtlәrinin vaxtında qaytarılmasına dair şübhә yarandıqda, onlar bәrpa
dәyәrinә qәdәr azaldılır vә dәyәrsizlәşmәni müәyyәn etmәk üçün gәlәcәk pul vәsaitlәri hәrәkәtinin
diskontlaşdırılması zamanı istifadә edilәn effektiv faiz dәrәcәsi әsasında faiz gәlirlәri hesablanır.