Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə22/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   18   19   20   21   22   23   24   25   ...   60

_____________Milli Kitabxana________________ 
116 
 
 
M u s a 
 
(Kinayə ilə) 
 
Yaman darıxırsan deyəsən, aşna!  
Ancaq bunlarımı görür gözlərin?  
Heç məni açmadı sənin sözlərin. 
 
N ə b i 
 
Yoxsa qardaş dərdi könlünə yaddır? 
 
Q u r d  K ə r i m 
 
Yox, Nəbi, deyirəm, bu nə həyatdır? 
 
N ə b i 
 
Bu sözlər yaraşmır sənin adına,  
Qara keçmişini sal bir yadına. 
 
M u s a 
 
Kərim, heç qınama təbrizliləri,  
Başları üstündə ölüm xəncəri  
Verir öz hökmünü sorğu-sualsız,  
Sən bir ev tapmazsan, qəmsiz, məlalsız. 
 
Küçədən bir neçə güllə səsi eşidilir. Hamı bir an qulaq asır. 
 
Q u r d  K ə r i m 
 
Uzaqda atıldı. 
 
N ə b i 
 
Həcər, mənə bax. 
Burda qalmaq olmaz, tez yola çıxaq. 
Çalışaq, düşməyək ələ bu gecə. 
  


_____________Milli Kitabxana________________ 
117 
 
Q a s ı m 
 
Sizi ötürərik elə bu gecə.  
 
Q u r d   K ə r i m 
 
Ay Nəbi, bu təlaş tamam nahaqdır, 
     Deyirəm, xəstəsən, yol da uzaqdır.  
     Sənə ağır olar, bəlkə bir qədər,  
     Başqa dost evində qalaq bir təhər. 
 
N ə b i 
 
Bura bax, yoxsa sən... nə isə... artıq  
Danışmaga dəyməz, yola çıxırıq. 
 
H ə c ə r 
 
Ürəyim nə yaman sıxılır, eyvah...  
Nəbiyə bir xətər dəyməsin, Allah! 
 
Q a s ı m 
 
Qorxma, Həcər bacı, biz ölməmişik,  
Dostlar bu ətrafda çəkirlər keşik 
 
N ə b i 
 
Gedək, başımıza nə gəlir görək... 
 
G ü l l ü  x a l a 
 
Yaralı quş kimi çırpınır ürək. 
 
N ə b i 
 
(Musaya) 
 
Gəl, Musa, gözlərin dolmasın yaşla,  
Vuruş qabaqdadır, sən işə başla. 
 


_____________Milli Kitabxana________________ 
118 
 
 
G ü l l ü   x a l a 
 
Hamının ürəyi birdirsə əgər,  
Mənimsə ürəyim ikidir, Həcər,  
Biri bu taydadır, biri o tayda. 
 
H ə c ə r 
 
Ağlama, ağlamaq verərmi fayda? 
 
N ə b i 
 
Sağ ol, Güllü xala,var ol, a Musa... 
 
Qucaqlaşıb öpüşürlər, 
 
M u s a 
 
And olsun pozulmaz dostluğumuza,  
Gəlləm yanınıza bir neçə aya,  
Bizdən salam deyin dosta, aşnaya. 
 
Q a s ı m 
 
Nədir bu ayrılıq, bilə bilmirəm,  
Nədən bülbül qonmaz gülə, bilmirəm,  
Gülmək istəyirəm, gülə bilmirəm,  
Məni yalqız qoyub, gedəndən ayrı,  
Can necə yaşasın bədəndən ayrı?! 
 
Güllü xala Nəbinin dalınca bir kasa su atır. 
 
P Ə R D Ə 
  
 
 
 
 
 
 


_____________Milli Kitabxana________________ 
119 
 
 
SƏKKİZİNCİ ŞƏKİL 
 
Tacir Xəlilin evi. Pərdə açılarkən uzaqdan atışma səsləri eşidilir.  
Xəlil həyəcanla pullarını sayır. 
 
X ə l i l 
 
Canıma qorxudan düşüb vic-vicə,  
Nəbi dağıdacaq kəndi bu gecə. 
 
Qapı döyülür. Leyla yan otaqdan çıxır. 
 
L e y l a 
 
Xeyır ola, a kişi? 
 
X ə l i l 
 
Danışma,dayan. 
 
L e y l a 
 
Yox, qapını açma, qorxuram yaman!  
 
Qapı yenə döyülür. 
 
X ə l i l 
  
Ay qapını döyən, kimsən, bir dillən? 
 
Q u r d  K ə r i m 
 
Kərimdir, tez ol aç. 
 
X ə l i l 
 
Kərim? 
 
 
 


_____________Milli Kitabxana________________ 
120 
 
Q u r d  K ə r i m 
 
Mənəm, mən. 
 
Xəlil tez qapını açır. Qurd Kərim içəri girir. 
Xəlil onu görüb təəccüblə baxır. 
 
Q u r d  K ə r i m 
 
Daha qaçaqlarda qalmayıb tutar,  
Dövrəyə alıbdır bizi qazaqlar. 
 
(Göz vurur.) 
 
Nəbi yaralıdır, gizlət evində,  
Niyə mat-qut oldun, kişi, sevin də! 
 
X ə l i l 
 
Əsirəm, doğrusu, adı gələndə,  
Yüz qurban kəsərəm Nəbi öləndə.  
Gətirmə evimə. 
 
Q u r d  K ə r i m 
 
Nə üçün? 
 
L e y l a 
 
Divan 
Başına min manat qiymət qoyub, qan. 
Evimdə tapılsa mənə söz gələr. 
 
Q u r d  K ə r i m 
 
Qoy barı bu sözü desin özgələr. 
 
(Qulağına nə isə pıçıldayır.) 
  
 
 


_____________Milli Kitabxana________________ 
121 
 
 
X ə l i l 
 
Necə? 
 
Q u r d  K ə r i m 
 
Bəli, bəli... naçalnik özü. 
Heç kəsə hələlik demə bu sözü. 
 
X ə l i l 
 
Çox gözəl. 
 
Q u r d  K ə r i m 
 
Gəlirik, sən yer hazırla. 
 
(Gedir.) 
 
X ə l i l 
 
Gül açır könlümdə böyük arzular,  
Məndən düşə bilməz allah da şəkkə.  
Əziz qonaq girib yorğan-döşəyə  
Dincəlsin, kim istər o dincəlməsin?  
Kim istər evinə qonaq gəlməsin?.. 
 
L e y l a 
 
A kişi, başa düş, gəl sarsaqlama,  
Ağrımaz başına yaylıq bağlama. 
 
X ə l i l 
 
Danışma, deyildir bu, arvad işi,  
Öz tüpürdüyünü yalamaz kişi. 
 
 


_____________Milli Kitabxana________________ 
122 
 
 
L e y l a 
 
Qorxuram, axırda çıxa bir əngəl,  
Deyəsən başını girləyib əcəl. 
 
X ə l i l 
 
Çərənləmə, dedim! 
 
L e y l a 
 
Sözdür, deyirəm. 
 
X ə l i l 
 
Hələ bundan sonra artacaq rütbəm,  
Bu saat Nəbigil bizə gələcək,  
Yaxında taleyim, baxtım güləcək.  
Asan deyil etmək Nəbini qonaq. 
 
L e y l a 
 
Bu işin axırı çox pis olacaq. 
 
X ə l i l 
 
Arvad, səfehləmə. 
 
L e y l a 
 
Ağıla bax, ala! 
 
(Qaramat atır.) 
 
X ə l i l 
 
Arvad, tez, yubanma, sən yer hazırla!  
  
 
 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə