41
sistemli yanaşma metodunun tətbiq edilməsi. Bu prinsip marketinq qar-
ş
ısında konkret məqsədin və ya məqsədlərin qoyulmasını, bu məqsəd və
ya məqsədlərə nail olmağa imkan verən marketinq proqramlarının hazır-
lanmasını və ona sistem kimi yanaşılmasını nəzərdə tutur;
8. Müəssisənin, ayrı-ayrı istehlakçıların və bütünlükdə cəmiyyətin
mənafeyinin uzlaşdırılması;
9. Marketinq fəaliyyətinin situasiyalı təhlili. Marketinqin bu prinsipi
SWOT-analiz və digər təhlil metodlarından istifadə etməklə ətraf mühitin
yaratdığı imkanların və təhlükələrin aşkar edilməsi, müəssisənin güclü və
zəif tərəflərinin qiymətləndirilməsi, yaranmış imkanlardan istifadə
edilməsi və təhlükələrdən yayınmaq üzrə tədbirlərin hazırlanması yolu ilə
realizə olunur;
10. Müəssisənin bütün bölmələrinin əməkdaşlarının onun fəaliy-
yətinə marketinq konsepsiyası baxımından yanaşması və bazarın tələbini
nəzərə alması;
11. Qənaətcillik. Müəssisənin marketinq fəaliyyəti az xərclərlə daha
yüksək istehsal-maliyyə nəticələri əldə etməyə şərait yaratmalıdır;
12. Marketinq fəaliyyətində insan amilinin gücləndirilməsi, bütün
işçilərdə sahibkarlıq hissinin yaradılması və onlara müəssisənin məqsə-
dinə nail olunmasında vəzifələrinin və oynadıqları rolun izah edilməsi.
1.4. Marketinq probleminin həllinə yanaşma metodları
Marketinq probleminin həlli mahiyyətcə müəssisə səviyyəsində
marketinqin təşkili, planlaşdırılması və onun idarə edilməsi üzrə idarəet-
mə qərarlarının hazırlanması və qəbul edilməsindən ibarətdir.
darəetmə qərarlarının qəbul edilməsi üçün marketinqə proses kimi
baxılır və qərarları qəbul edən şəxslər üçün prosesin hər bir mərhələsi
üzrə tövsiyələr hazırlanır. Marketinq prosesinə iki aspektdən: 1) tələbatın
aşkar edilməsi və ödənilməsi və 2) müəssisənin resurslarının bazarın tələ-
batına uyğunlaşdırılması aspektindən yanaşırlar.
Marketinq tələbatın aşkar edilməsi və ödənilməsi prosesi kimi.
Bu baxımdan marketinq prosesi istehlakçının və bazarın tələbatının aşkar
edilməsi, həmin tələbata uyğun gələn məhsulun layihələşdirilməsi, hazır-
lanması, bölüşdürülməsi və satışı üzrə mərhələlərin və əməliyyatların
ardıcıl sıralanmış məcmusu kimi izah edilir. Marketinqə tələbatın aşkar
42
edilməsi və ödənilməsi prosesi kimi ynaşıldıqda marketinq probleminin
həlli 6 ardıcıl mərhələni əhatə edir (1.1 saylı şəkil).
Mə sə lə nin qoyuluş u.
Bu mərhələdə marketinq probleminin mahiy-
yəti, məzmunu aşkar edilir, onun hansı fəaliyyət sahəsinə aid olduğu
müəyyənləşdirilir və qısa xülasəsi verilir, başqa sözlə desək, problemin
qoyuluşu həyata keçirilir. Problemin düzgün qoyuluşu marketinqin ətraf
mühitini xarakterizə edən informasiyanın dəqiqliyindən, obyektivliyin-
dən, etibarlılığından və həcmindən, toplanmış informasiyanın təhlili və
izahedilmə səviyyəsindən, həmçinin mütəxəssislərin problemi düzgün
anlaması səviyyəsindən asılıdır.
nformasiyanın toplanması və təhlili.
Bu mərhələdə problemin həlli
üçün zəruri olan informasiyanın dairəsi, siyahısı, bu informasiyanın hansı
dövrləri əhatə edəcəyi, toplanması və təhlili üsulları, metodları və qay-
dası, kimlər tərəfindən toplanacağı müəyyənləşdirilir və toplanılır, həm-
çinin problemin mahiyyətini izah edən icmal-tövsiyələr hazırlanır.
Məqsədin müəyyənləşdirilməsi
. Məqsədin müəyyənləşdirilməsi
mərhələsində həll ediləcək məsələnin qoyuluşu dəqiqləşdirilir, əsas və
lokal məqsədlər, spesifik vəzifələr bir-birindən ayrılır, onların iyerarxiyası
müəyyənləşdirilir.
Marketinq tədbirlərinin yerinə yetirilməsinə nəzarət
və fəaliyyətin qiymətləndirilməsi
Marketinq strategiyasının realizasiyası
Məqsədin müəyyənləşdirilməsi
Marketinq strategiyasının hazırlanması
nformasiyanın toplanması və təhlili
Məsələnin qoyuluşu
Şə
kil 1.1. Marketinq prosesi əməliyyatlar məcmusu kimi
43
Marketinq strategiyasının hazırlanması.
Bu mərhələ marketinq
probleminin həllinin ən vacib, hakim mərhələsidir. Bu mərhələdə qarşıya
qoyulmuş məqsədə (məqsədlərə) nail olunması üçün marketinq strategi-
yası və kompleksi hazırlanır, hansı marketinq vasitələrindən istifadə edi-
ləcəyi müəyyən edilir, marketinqin planlaşdırılması həyata keçirilir, mar-
ketinq planları və proqramları tərtib edilir.
Marketinq strategiyasının realizasiyası.
Strategiyanın realizasiyası pro-
sesində tərtib edilmiş marketinq planlarının və proqramlarının həyata
keçirilməsi üçün zəruri olan tədbirlər, onların icraçıları, həyata keçiriləcəyi
vaxt (müddət) müəyyənləşdirilir və nəzərdə tutulan tədbirlər həyata keçirilir.
Marketinq fəaliyyətinə nəzarət və onun qiymətləndirilməsi.
Bu mər-
hələdə hazırlanmış strategiyanın və marketinq planlarının yerinə
yetirilməsinə nəzarət metodları və qaydası seçilir, onlara nəzarət edilir,
faktiki göstəricilər planda nəzərdə tutulmuş göstəricilərlə müqayisə edilir,
kənarlaşmalar və onların səbəbləri aşkar edilir, həyata keçirilmiş tədbir-
lərin effektliliyi və marketinq probleminin həlledilmə səviyyəsi qiymət-
ləndirilir. Bunların əsasında isə məsələnin qoyuluşuna və qarşıya qoyulan
məqsədlərə yenidən baxılır. Beləliklə, proses yenidən başlanır və təkrar
edilir.
Marketinq müə ssisə nin resurslarının bazarın tə lə batına uyğ un-
laş dırılması prosesi kimi. Bu yanaşmada marketinq prosesi istehlakçının
tələbatını ödəyən və müəssisəyə mənfəət əldə etməyə imkan verən məh-
sulların yaradılmasının və satışının bütün mərhələlərinin qarşılıqlı əlaqəsi
kimi xarakterizə edilir. Bu zaman marketinq prosesinin mərhələləri və
onların tərkibi istehsal-satış fəaliyyətinin məzmununa uyğun olaraq
müəyyən edilir və o, aşağıdakı mərhələləri əhatə edir (şəkil 1.2).
Tə lə batın öyrə nilmə si
. Bu mərhələdə istehlakçıların və alıcıların alış
motivləri, davranış tərzi, istehlak mədəniyyəti, bunun əsasında onların
hansı məhsullara tələbatının olması, bu tələbatın miqdarı və tələbatın ödə-
nilmə səviyyəsi öyrənilir, müəssisənin hansı məhsullarla bazarın hansı
seqmentinə çıxmasının məqsədəuyğunluğu əsaslandırılır, həmçinin
rəqiblərin məhsulları və onların bazar mövqeyi öyrənilir.
Məhsul satışı imkanlarının tədqiqi.
Marketinq probleminin həllinin
bu mərhələsində satış imkanlarının tədqiqi əsasında bazarın tutumu və
onun inkişaf meyli, müəssisənin məhsul satışının həcmi və bazar payı
Dostları ilə paylaş: |