Microsoft Word standart sertler (TC) 11 noyabr 2016


ƏLAVƏ  KART  İSTİFADƏÇİSİ



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix17.09.2018
ölçüsü0,52 Mb.
#68975
1   2   3   4   5   6   7

4

ƏLAVƏ  KART  İSTİFADƏÇİSİ:  Müştərinin  yazılı  ərizəsi  ilə  onun  adına  açılmış  fərdi  kart 

hesabından digər bir kart vasitəsilə xərcləmə hüququ verilən və xərcləmələrə görə Müştəri ilə birgə 

məsuliyyət daşıyan şəxs.  

ƏMANƏT: Hesablanmış faizlər də (əgər olarsa) daxil olmaqla Bankın milli və xarici valyutada qəbul 

etdiyi və Azərbaycan Respublikası qanunvericiliyinə və  ya Müqaviləyə  əsasən geri ödəməli olduğu 

pul vəsaitləridir.

FİN KOD: Bank tərəfindən Müştəriyə və ya onun tərəfindən vəkil edilmiş şəxsə ödəniş kartından və 

ya  “İnternet/Mobile  Banking”  xidmətindən  istifadəsi  üçün  təqdim  olunan  və  əməliyyatların  həyata 

keçirilməsi zamanı Müştərinin tanınmasında istifadə olunan gizli şifrə.

FƏRDİ KART HESABI: Ödəniş kartı vasitəsilə həyata keçirilən əməliyyatların uçotunun aparılması 

üçün açılan bank hesabı. 



GİROV:  Müştərinin  Bank  qarşısında  olan  öhdəliyinin  icrasının  təmin  edilməsi  üsulu  olaraq 

Müştəriyə məxsus daşınar əmlakın Bankın xeyrinə girovu. 



İNTERNET/ MOBİLE BANKİNG XİDMƏTİ: Müştərinin Bankda açılmış hesablarının dünyanın 

hər  bir  yerindən  internetə  çıxışı  olan  kompüter  və  ya  telefon  vasitəsilə  müştəri  tərəfindən  real  vaxt 

rejimində (günün 24 saatı) izlənməsi və idarə edilməsi imkanını təmin edən xidmət növü. 

İSTİFADƏÇİ  ADI:  Bankın  struktur  bölməsi  tərəfindən  Müştəriyə  “İnternet/Mobile  Banking” 

xidmətinə daxil olması üçün təqdim olunan məxfi fərdi identifikasiya nömrələridir.  



KOMİSYON HAQQ/ KOMİSSİYA HAQQI: Bank tərəfindən göstərilən xidmətlərə görə Müştəri 

tərəfindən  ödənilməli  olan,  Bankın  Tarif  dərəcələrinə  və  Müştəri  ilə  bağlanan  müqavilələrə  əsasən 

müəyyən edilən xidmət haqqı.

MƏXFİ  SÖZ:  Müştəri  tərəfindən  təyin  olunur  və  “İnternet/Mobile  Banking”  xidmətinə  qoşulması 

zamanı (məxfi sözün tələb olunan simvolu daxil olunmaqla) Müştərinin eyniləşdirilməsi üsulu kimi 

istifadə edilir.   

MÜƏSSİSƏ:  Ödəniş  Sistemlərinə  üzv  Banklarla  müqavilə  imzalamış,  Müştərilərə  mal  və 

xidmətlərin  nağdsız  ödənişini  həyata  keçirən  və  ya  Bankın  icazəsi  daxilində  nağd  vəsait  verə  bilən 

fiziki və ya hüquqi şəxs. 

MÜQAVİLƏ: Müqavilə dedikdə Bank və Müştərinin yazılı və ya elektron imzası  vasitəsilə və yaxud 

ATM (bankomat) vasitəsilə və yaxud da Tərəflərdən birinin digər Tərəfə SMS-lə (telefon nömrəsinə 

göndərilən məktub-mesaj) göndərdiyi şərtlərə müvafiq Tərəfin razılığının SMS-lə bildirilməsi vasitəsi 

ilə təsdiqlənən, yəni imzalanan, Bank və Müştəri arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən, 

dəyişdirən və ya xitam edən razılaşma başa düşülür. Müqavilə dedikdə onun ayrılmaz tərkib hissələri 

olan Əlavələr də nəzərdə tutulur, Müqaviləyə istinad eyni zamanda onun ayrılmaz tərkib hissəsi olan 

Əlavələrə də istinaddır. Hazırkı Standart şərtlər və Müştərinin imzaladığı Xüsusi şərtlər də birlikdə 

Müqavilə hesab olunur. 

MÜQAVİLƏNİN  ƏLAVƏSİ  (bundan  sonra  ƏLAVƏ): Müqavilənin  digər  və  ya  yeni,  dəyişilən  

şərtlərini  müəyyən  edən  və  yaxud  Müqaviləyə  və  ya  onun  bir  hissəsinə  xitam  verən  razılaşmadır. 

Əlavə Müqavilənin ayrılmaz tərkib hissəsidir. Əlavə Bank və Müştərinin yazılı və ya elektron imzası  

vasitəsilə və yaxud ATM (bankomat) vasitəsilə və yaxud da Tərəflərdən birinin digər Tərəfə SMS-lə 

göndərdiyi  şərtlərə  müvafiq  Tərəfin  razılığının  SMS-lə  bildirilməsi  vasitəsi  ilə  təsdiqlənir,  yəni 

imzalanir.  Bankın  internet  səhifəsində  və  Bankın  filiallarında  (o  cümlədən  şöbə  və 

nümayəndəliklərində) yerləşdirilərək Müqavilənin ayrılmaz tərkib hissəsinə çevrilən hazırkı Standart 

şərtlər də Əlavədir. 

MÜŞTƏRİ:  Bankla  Müqavilə  bağlayan  digər  tərəfdir.  Müştəri  hazırkı  Standart  şərtlər  üzrə  həm 

Hesab sahibi, həm İstifadəçi (Kart İstifadəçisi, Kart hesabının sahibi), həm də Əmanətçidir.



NAĞDLAŞDIRMA:  ATM,  POS-terminal  və  ya  Bankın  yerli  struktur  bölməsi  vasitəsilə  nağd  pul 

vəsaitinin alınması əməliyyatıdır.




5

NAĞDSIZ  ÖDƏNİŞ:  Nağd  puldan  istifadə  edilmədən  ödəniş  kartları  vasitəsi  ilə  malların  və  ya 

xidmətlərin  (POS-terminal,  ATM  və  ya  İnternet  vasitəsilə)  dəyərinin  odənilməsi  əməliyyatıdır, 

həmçinin internet üzərindən edilən onlayn əməliyyatlardır. 

ÖDƏNİŞ KARTI ÜZRƏ GÜNDƏLİK İSTİFADƏ LİMİTLƏRİ - Bank tərəfindən emissiya edilən 

kartlar  vasitəsilə  aparılan  əməliyyatlar  zamanı  baş  verə  biləcək  əməliyyat  riskinin  azaldılması,  kart 

itirildikdə potensial itkilərin qarşısının alınması məqsədilə İnternet üzərindən aparılan əməliyyatlara, 

həmçinin  yüksək  riskli  və  risk  dərəcəsi  nisbətən  aşağı  olan  ölkələrdə  ATM-lərdən  nağd  vəsaitin 

çıxarılması  və  POS-terminal  vasitəsilə  ödənişlərin  aparılmasına  dair  plastik  kart  növləri  üzrə  təyin 

olunan istifadə məbləği. 



ÖDƏNİŞ  KARTI  (irəlidə  kart  və  ya  plastik  kart  da  adlana  bilər):  Müştəri  tərəfindən  nağdsız 

ödənişlərin aparılması (malların, iş və xidmətlərin ödənilməsi və s.), habelə nağd pul vəsaitinin əldə 

edilməsi üçün istifadə edilən ödəniş aləti (plastik (debet və ya kredit) kart).                                                      

POS-TERMİNAL: Ödəniş kartı vasitəsilə nağdsız ödənişlərin aparılması (malların, iş və xidmətlərin 

ödənilməsi və s.) habelə nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulmuş avadanlıq. 



PROSESSİNQ SİSTEMİ: Bankomatlar və POS-terminallar şəbəkəsinə və ödəniş kartları qəbul edən 

ticarət və xidmət məntəqələri şəbəkəsinə xidmət göstərən müstəqil bir təşkilat və  ya maliyyə-kredit 

təşkilatının  bir  bölməsidir.  Prosessinq  sistemi  maliyyə-kredit  təşkilatının  məlumat  mübadiləsi 

şəbəkəsinə  çıxışa  malikdir  və  ödəniş  kartları  ilə  aparılan  əməliyyatların  avtorizasiyasını  həyata 

keçirir.

SAXTA KART: Qeyri-qanuni yolla düzəldilən kart. 

SKİMMİNQ:  Ödəniş  kartının  maqnit  zolağındakı  məlumatının  qeyri-qanuni  yolla  digər  karta 

köçürülməsi.



SMS: (ing. Short Message Service — qısa mesaj xidməti) — qısa mətnli məlumatların göndərilməsi 

va qəbul edilməsi imkanı verən texnologiya. SMS telefon nömrəsinə göndərilən qısa mətnli məktub-

mesajdır.  

TARİF  DƏRƏCƏLƏRİ/  TARİFLƏR:  Bankın  göstərdiyi  xidmətlərə  görə  Müştəri  tərəfindən 

ödənilməli  olan  haqların  (Komisyon  haqlar)  məbləğini  müəyyən  edən  və 

Bankın  rəsmi  internet 

ünvanında (

www.kapitalbank.az

) yerləşdirilən 

sənəd. 

TEXNİKİ  OVERDRAFT: Akseptsiz və ya təkrar silinmə, valyuta məzənnəsinin dəyişdirilməsi və 

ya digər texniki əməliyyat nəticəsində hesabda yaranan mənfi qalıq, borc və öhdəliklər.  



VİRTUAL KART: Yalnız İnternet şəbəkəsində istifadəsi nəzərdə tutulan kart növü. 

YERLİ  STRUKTUR  BÖLMƏ:  Bankın  Naxçıvan  MR  Baş  idarəsi,  filialları  və  şöbələri  nəzərdə 

tutulur.


XÜSUSİ ŞƏRTLƏR: Xüsusi şərtlər Müqavilədir. Xüsusi şərtlər Müştərinin təsdiqlədiyi, imzaladığı 

o Müqavilədir ki, hazırkı Standart şərtlər də həmin Müqavilənin ayrılmaz tərkib hissəsidir. Hazırkı 

Standart  şərtlərlə  Xüsusi  şərtlər  arasında  ziddiyyət  olarsa,  Xüsusi  şərtlərdə  qeyd  edilənlər  üstün 

hüquqi qüvvəyə malik olur 

2.1. İstifadə olunan başlıqlar tərəflərin rahatlığı üçündür və hazırkı Standart şərtlərin və ya onun hər 

hansı müddəasının təfsirində istifadə oluna bilərlər. 

2.2.  Kontekstdən  ayrı  qaydanın  irəli  gəldiyi  hal  istisna  olmaqla,  tək  halında  istifadə  olunan  sözlərə 

onların cəm halında olan sözləri də daxildir və cəm halında istifadə olunan sözlərə onların tək halında 

olan sözləri də daxildir. 

2.3. Müqavilənin SMS-lə rəsmiləşdirilməsi üçün Müştəri Banka SMS-lə və ya Bankın rəsmi internet 

ünvanı olan 

www.kapitalbank.az

 internet ünvanı vasitəsilə müraciət etdikdən sonra əsas şərtlər Bank 

tərəfindən Müştərinin mobil telefon nömrəsinə SMS-lə göndərilir. Göndərilən şərtlərin qəbul edilməsi 

ilə  bağlı  Müştəri  tərəfindən  Banka  SMS  göndərildikdən  sonra  Müqavilə  rəsmiləşdirilmiş  hesab 

olunur.  Bank  tərəfindən  mobil  telefon  nömrəsinin  Müştəriyə  aid  olmasının  müəyyən  edilməsi  üçün 

Müştəri  ona  məxsus  telefon  nömrəsini  Banka  yazılı  surətdə  təqdim  etməlidir.  Müştəri  onun  Banka 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə