Microsoft Word S?M?D vurgun doc



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə42/43
tarix28.06.2018
ölçüsü1,59 Mb.
#51983
1   ...   35   36   37   38   39   40   41   42   43

240 
Ş
ER M Z N AĞSAQQALI 
Qoca Cambul! Ömrün boyu  
Yetim gəzdin o yurtları...  
Ə
sdi sənin ağ başından  
Qara günün sərt ruzgarı. 
Tamburunu çaldıqca sən  
Susdu bülbül, dindi çəmən.  
Bir zamanlar nə sən, nə mən  
Ş
ad görmədik dostu, yarı. 
Soldu çiçək, saraldı gül,  
Boyun bükdü sarı sünbül;  
Yas paltarlı qoca bülbül,  
Dərdli gəzdin çəmənzarı... 
Bəylər içdi ağ qırmızı
*
,  
Qurdlar yedi haqqımızı.  
Səhraların oğlu, qızı  
Bir görmədi dünya varı. 
Gecən qara, günün qara,  
Batdı gözün çuxurlara;  
Qaranlığı yara-yara  
Sən can atdın günə sarı. 
Keçən keçdi, olan oldu,  
Yaman günün ömrü soldu;  
Səni gördüm, sinəm doldu,  
Dəmə çəkdim bizim tarı. 
Tamburunun simi qoşa,  
Birtaxtadır başdan-başa,  
Qanad verir dağa-daşa  
Ana yurdun havaları... 
                                                           
*
Kumıs - at südü 
  
  


241 
Nə xoş gəldi ömrün yazı,  
Pozulmazdır bizim yazı...  
Tambur ilə telli sazı  
Qabaqlaşıb çalaq barı. 
Ş
eir yazmaq şərəf oldu,  
Ş
eir inci, sədəf oldu.  
Durna kimi səf-səf oldu  
Sinəmizin söz qatarı. 
Sevgi dildə şüar olsun,  
Vəfasıza çox ar olsun!  
Vurğun deyər: qoy var olsun  
nsanlığın ilk baharı! 
1937, 19 may 
  


242 
DARGÖZ 
Belə deyirlər ki, səndə "hünər" var...  
Bacaran insanın gözü dar olmaz.  
Yaxşı söyləmişdir bizim atalar:  
"Müxənnət adamda düz ilqar olmaz!" 
Üzümə dost kimi bəzən gülürsən,  
Dalda paxıllıqdan yanıb ölürsən;  
Tez-tez dəyişdirmə vallarını sən,  
landan, iblisdən aşna, yar olmaz! 
Vaxtsız xoruz olub çıxırsan dama,  
Səsin gülünc gəlir qanan adama;  
Qəlbin çamırlıqdır, çox qırıldama,  
Qurbağa səsindən qulaq kar olmaz! 
Mən az görməmişəm badalaqları...  
Min fırıldaq gələn o alçaqları;  
Catdı gəncliyimin bahar çağları,  
Vaxtsız çiçək tökən bir bahar olmaz! 
Konlümün otağı buludlardadır. 
Elə zənn etmə ki, ömrüm dardadır.  
Bəs sənin dərrakən, ağlın hardadır?  
Tərlan oylağında qarğa, sar olmaz! 
Get, get, gözlərimə görünmə bir də,  
Mənim oylağımdır bu göy də, yer də;  
Sən ayaq döyürsən qaldığın yerdə,  
Yerində sayandan sənətkar olmaz! 
1937, I9 may 
  


243 
BÜLBÜL 
Bülbül! Səhər-səhər qonaq budağa,  
Günəşin eşqinə bir dastan qoşaq!  
Ötək bağçamızda dodaq-dodağa,  
Yarpaq inciməsin, əyilməsin şax,  
Günəşin eşqinə bir dastan qoşaq! 
Seyr et bu varlığı, şeyda bülbülüm!  
Həyata müjdədir hər yeni bəstən;  
Bağrının başında qalmamış zülüm,  
Sən də insan kimi çıxdın qəfəsdən,  
Həyata müjdədir hər yeni bəstən. 
Bülbülüm, köksünün alti sarıdır,  
Mehriban yaratmış səni təbiət;  
Bu torpaq bülbüllər laləzarıdır;  
Gözəldir səndəki bu söz, bu sənət,  
Mehriban yaratmış səni təbiət.. 
Özün bilirsə ki, mən gözəlliyə  
Ə
zəldən vurğunam... Gözəl-həyatdır!  
Azadlıq, qurluluş bizdədir deyə,  
Hər yeni istəyin bir kainatdır,  
Sevdiyim gözəlin adi həyatdtr. 
Gəl, şeyda bülbülüm, verək səs-səsə,  
Qardaşlıq adına min söhbət açaq.  
Deyək şərqimizi nəfəs-nəfəsə,  
Hər sözün başında bir sənət açaq;  
Qardaşlıq adına min söhbət açaq. 
1937, may 
  


244 
BƏNÖVŞƏ 
Yazın novbarısan bizim diyarda,  
Qıvrım tellərini sana, bənövşə!  
Mən səni sevmişəm bir ilk baharda,  
Könlümü vermişəm sana bənövşə! 
Sənsən əzəl gündən mənim sirdaşım.  
Gözümdən ayrılsan, axar göz yaşım,  
Gövdəmin üstündə durmayır başım  
Buranda boynunu yana, bənövşə. 
Çıxımşam seyrinə meyli, məzəli,  
Heyrandır hüsnünə ellər gözəli;  
Könlüm oylağını yaxın gəzən  
Çoxları küsəndi mana, bənövşə! 
Üzündə gördüyüm nə intizardır!  
Qəlbində Vaqifin sirrimi vardir?  
Gəl ondan söz açma, indi bahardır.  
Bağrımı döndərmə qana, bənövşə! 
Boynunu kəc burma gəl indən belə,  
Mən sənə söz qoşum, sən məni dinlə:  
Vurğunun şerilə, sənin hüsnünlə  
Təbiət gələcək cana, bənövşə! 
1937,1 iyul 


245 
SƏHƏR-SƏHƏ
Səhər-səhər seyrə vardım qızıl gülün yanağını,  
Açdı könlüm şirin-şirin nəğməli ney dodağını. 
Ey ariflər, nəzər salın təbiətin qurğusuna,  
Ş
eyda bülbül kəsərmi heç gül yanından ayağını. 
Səhər qumral saçlarını yayan günəş sirdaşımdır,  
Axşam üstü çox öpürəm ayın açıq qabağını. 
Ə
zəl gündən aşiqiyəm mən bu günün, bu varlığın,  
Bütün dünya bizdən alır səadətin sorağını. 
Sən ey mənə şeir yazıb "neçin susdun" deyən şair,  
Mən qapalı görməmişəm könlümün söz otağını. 
Böhtanını geriyə ud! Əriyərsən bir sözümdən,  
Yazıb-yazıb dolduraram sinəmin ağ varağını. 
Qara bulud sallamasın ətəyini sərhəd boyu, 
Mən dünəndən doldurmuşam patronumun darağını. 
Sabahkı hərb meydanında bir əsgərəm, bu bəllidir,  
Hər bir sözüm saldıracaq min faşistin yarağını. 
Böyük Vətən bir nəfəslə qalxacaq bir çekist kimi,  
Tülkülərə verməyəcək aslanların yatağını. 
O gün mən də ilhamımla oxşayaraq sevəcəyəm  
At belində qılınc vuran Don çayını qazağını. 
1957, avqust   


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə