Microsoft Word Sirler Xezinesi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/29
tarix25.06.2018
ölçüsü5,01 Kb.
#51017
1   2   3   4   5   6   7   8   9   ...   29

Altıbucaqlı taxtı devir, yıx әmәlinlә, 
Uçsun doqquz pillәli minbәr fәlәk әlinlә 
Yerdә gilә qarışsın ayın nurlu halәsi
Sınsın Zühәl daşıyla Zöhrәnin piyalәsi. 
Gecәnin hәmayili ulduzları tök yerә. 
Gecә gündüz quşları hәsrәt qalsın şәhpәrә. 
Gil-palçıq tәpәsini kürü yerin üzündәn, 
Bir kәrpic qәlibi dә yayınmasın gözündәn. 
Asimanın alnından gecәnin tozunu al. 
Ucalmağa tapmasın Cәbhә, Әxbiyә macal. 
Yeni varlıq yaratmaq düşsә dә öz öhdәnә, 
Әvvәlki yoxluğuna varlığı qaytar, yenә. 
Dünyanın nizamını yenidәn qur, tәzәlә. 
Çarxı qütbün başına dönmәkdәn azad elә. 
Suyunla zülm odunu söndür yer üzündә sәn, 
Torpağı yelә tapşır sehranda, düzündә sәn. 
Münәccim kitabını yandırıb qora döndәr, 
Münәccim sәcdә qılan kahini kora döndәr. 
Bürcündәn çıxar ayı, qoy yersiz qalsın hilal, 
Bu pәrdәni götür ki, boşa çıxsın boş xәyal. 
Tanrının varlığına olmaz onda sözlәri, 
Yoxluğa mәhkumluğa şahid olar özlәri. 
Qәzәbinә gәlәsi çoxdur aramızda, çox. 
Gileyli, şikayәtçi yoxdur aramızda, yox. 
Kimin qanını töksәn, halaldır qanı sәnә, 
Sәn kimi dara çәksәn, qurbandır canı sәnә. 
Qәlbi ağlın nuruyla döndәrmisәn qәndilә. 
Şirin-şirin danışmaq öyrәtmisәn sәn dilә. 
Hökmünlә vaxt olar ki, uzanar da gecәlәr, 
İşıqlı gündüzünü qoymaz darda gecәlәr. 
Sәnsәn qütbә mәtanәt, çarxa dövran, hәrәkәt. 
Varlıq bağı suyundan alıb bәhәr, bәrәkәt. 
Qönçә açıb ağzını deyir ki: kölәnәm mәn. 
Gülün canı olsam da, sәnsiz tez ölәnәm mәn. 
Nәsimdәn xumar deyil nәstәrәni bu bağın, 
Gözünә tutiyatәk işıq verib torpağın. 
Şölә saçan çırağa döndәrmisәn süsәni, 
Dil açıb, öz dilindә alqışlayır o sәni. 
Nizami vәhdәtinin carçısı bir bәndәdir, 
Hәr iki dünyada da nicat gözü sәndәdir. 
Düşüncә dünyasını hünәrlә abad eylә, 
Boynunu qәm yükündәn ömürlük azad eylә. 
 


 

 
Sәn, ey bәşәr yox ikәn, әzәl gündәn var olan. 
Sәn - әbәdi qalansan, biz - torpaq, qubar olan. 
Dövran özü yәhәrlәr mindiyin kәhәrini. 
Yeddi fәlәk çiynindә gәzdirәr yәhәrini. 
Dәrbәdәr dolanaraq "pәnah ol" deyәnik biz, 
Qapının halqasıtәk qapını döyәnik biz. 
Nәğmә sәsi, ney sәsi qoy yayılsın hәr yerә, 
Könülaçan nәğmәkar özünsәn könüllәrә. 
Sorağınla nәsibdir sonsuz ümid, qorxu, dәrd, 
Günahları bağışla, sәn ki, comәrdsәn, comәrd! 
Kömәksiz biçarәyik, әlinlәdir çarәmiz, 
Sәn dә çarә qılmasan, kimdәn umaq çarә biz? 
Dağınla dağlanmışıq, - damğamız aşikara, 
Yad damğalı tazıyla şahlar çıxmaz şikara. 
Taleyimiz belәdir, pozu yoxdur yazıya, 
Sәn bizi döndәrmisәn bir damğalı tazıya. 
Aman, bu necә dildir, - qanad verib sözünә. 
Ar bilir dinmәyi dә, susmağı da özünә. 
Hardan qanad almışam? Bir belә uçmaq nәdir? 
Mәn kimәm? Sәcdә ilә torpağı qucmaq nәdir? 
Can necә bu dәryadan keçmәyә yol tapıbdır? 
Ürәk necә belә bir çeşmәyә yol tapıbdır? 
Lal kimi heyrәtdәyik, nә deyәk dost-tanışa? 
Allahı tanıyanın dili olmaz danışa. 
Peşmanıq, yersiz sözlәr çox çıxar dilimizdәn, 
Sәnsә sәxavәtini gәl әsirgәmә bizdәn. 
Uça-uça gәlmişik bu, cәlallı dәrgaha. 
Qalıbdır ümidimiz, gümanımız allaha. 
Hәmdәm ol, ey dәrdlinin hәr dәrdinә tәsәlli. 
Çarәsizә çarәsәn, loğmanlığın da bәlli, 
Köç gedib, biz qalmışıq, gәlmir zınqırov sәsi, 
Kimsәsizik, kimsәsәn, kimsәsizlәr kimsәsi! 
Kimә pәnah aparaq sәndәn başqa dünyada? 
Pәnah varmı sığınaq? Amandır, yetiş dada! 
Yalnız öz dәrgahındır bizim qiblәgahımız, 
Әgәr sәn dә olmasan, kim olar pәnahımız?! 
Dәrgahına әl açan varmıdır bizim qәdәr?! 
Gözlәrindәn qan saçan varmıdır bizim qәdәr?! 
Keçmәsәn - günahkarıq, bağışlasan - günahsız, 


Pәnah ol pәnahsıza, qoy qalmayaq pәnahsız. 
Nizaminin adında şәrәfli adın vardır, 
Qulluğuna layiqsә, - cәlallı hökmdardır. 
Alqışın nemәtilә barındır, dilini aç
Onun könül mülkünә şer-sәnәt nuru saç. 
 
 
SONUNCU PEYĞӘMBӘRİN ŞӘNİNӘ 
 
Varlığın lövhәsinә ilk söz yazanda qәlәm, - 
Әhmәdin "әlif"ini yazıbdır onda qәlәm. 
"Әlif" "hey"i mülkünә hakim edәndәn bәri, 
"Dal" onun boyunbağı, "mim" dә ki bir kәmәri. 
Bu kәmәr, boyunbağı edib camal sahibi, 
Sәadәt dünyasında olub kamal sahibi. 
Bu günbәz ki, kәrpici saçar firuzәtәk nur, - 
Onun cәnnәt bağında tәr-tәzәcә turuncdur. 
Turuncun adәtidir: gül açmaz ilk baharda
Meyvәsi yetişәndә gәlib çıxar bahar da. 
Peyğәmbәrlik bayrağı göylәrә qalxan vәdә 
Sonuncu peyğәmbәrlik verildi Mәhәmmәdә. 
Ay - zәbәrcәd üzükdür, nurlandırır dağ-daşı, 
Mәhәmmәd möhürüylә parlayır onun qaşı. 
Dünyanın sırğasıdır adındakı hәr bir "mim", 
Hәr iki cahanı da edib özünә tәslim. 
Yer üzünә elçidir, İsatәk qulu vardır, 
Müjdәçi müjdәçidir, çapar da ki çapardır. 
Dünyaya dәrs almamış natiq kimi gәlibdir, 
Dәrsi - Mәsihin "mim"i, Adәmdәki "әlif"dir. 
"Әnbiya" kәlmәsinin hәm әvvәli hәm sonu. 
Әhdinә, vәfasına "әlif"tәk düz bil onu. 
Varlığı әn işıqlı bir nöqtәdir varlığa, 
Hәr sözü, hәr kәlamı sәslәr bәxtiyarlığa. 
Tәkәbbür, lovğalıq da o bilmәdi cahanda, 
Cahandan uca başı әyilmәdi cahanda. 
Kәlamıyla tәlimin artdı şöhrәti, şanı, 
Әlçatmaz, ünyetişmәz fәlәklәrdir eyvanı. 
Müqәddәs dәrgahında hicabdadır nәbilәr, 
Müqәddәslik onunla lәkәlәnmәk nә bilәr. 
Günahkarın gözlәri kor qalıb qürbәtdә dә. 
Mәkkәdәn xәrac alıb, bac alıb qürbәtdә dә. 
Sükutu sәni yaxar, göz kor olar tüstünә. 
İstәyi pәrdә çәkәr günahların üstünә. 


Әdalәtlә yatırar hәr qovğanı, savaşı, 
Onu sevmәmәk olmaz, sevәni sanma naşı. 
Varlıq dәyirmanını fırlandıran oxdu, ox, 
Üstümüzdә ağadır, sәxavәti çoxdu, çox. 
Әzәliyyәt dәrsindәn әbәdilik dәrs alıb, 
Ürәyinә qürbәtin öz çırağı nur salıb. - 
İşığıyla dolubdur günәşin qızıl tası, 
Meracından Ay olub göydә hilal parçası. 
Әrşdә merac gecәsi öz taxtını qurubdur. 
Başına tac qoyubdur, belә kәmәr vurubdur. 
Gecәnin sәmәndinә nal vurub, göyә uçub, 
Nәfәsinә yer üzü dar gәlib, - deyә uçub. 
Sәhәrin mәlәklәri sәkil atı gәtirib, 
Hәsrәtindәn, darıxan yer üzünә yetirib. 
Alapaça toxdayıb, nәfәs alır haçandır, 
Nizami - yәhәrinin örtüyünü açandır. 
 
 
PEYĞӘMBӘRİN MERACI 
 
Gecәnin bir alәmi o günәş göydә yandı, 
Alәmi nurlandıran mәşәli alovlandı. 
Fәlәk gәcavәsinә göz olmuşdu gözüylә, 
Ay, Zöhrә mәşәlini gәzdirirdi özüylә. 
Yeddi iqlim, altı sәmt, dörd cәhәt öz yerindә, 
Kainatın özü, dә, yox oldu nәzәrindә. 
Gündüzün ürәyini hәsrәti oda yaxdı, 
Gecәnin qulağına vüsalı sırğa taxdı. 
Düşmәninin gözlәri gedәn zaman yuxuya, 
Yuxunu cilovladı o, ülvi bir duyğu yad. 
Dünyanın qәfәsindә qәlbi sıxılır deyә. 
Uçdu könlünün quşu sәssiz-sәmirsiz göyә. 
Qanad salıb dayandı qulluğunda mәlәklәr. 
Sevincindәn bilmәdi heç neylәsin fәlәklәr. 
Ruhu qanadlı quşdu, canı ona qәfәsdi, 
Qәlbini qәlbimizә tay elәmәk әbәsdi. 
Mübarәk qәdәmini haraya ki basardı, 
Hәr tağ onun önündә uçan qala, hasardı. 
Heyrәtindәn gәlmişdi vәcdә iki cahan da, 
Baş әyib elәyirdi sәcdә iki cahan da
Ayağı toxunduqca uça-uça pillәyә, 
Hәr dәfә ucalırdı uca-uca pillәyә. 
Yelqanadlı köhlәni arxada qoyub uçdu. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə