M ə s i a ğ a M ə h ə m m ə d i
54
çatdırıb, mətnin ümumi ruhunu ifadə etməyə nail
olub. Onun sərbəstliyə vardığı məqamlar da həmən
ruhdan doğur, orijinalın əsas havasına zidd deyil.
Eyni zamanda, mütərcimin bir sıra beytləri
orijinala sadiqlik baxımından kifayət qədər dəqiq
çevirdiyini də qeyd etmək lazımdır. Məsələn, bu
beyti:
Qurtarmaqcün zalımların əlindən Rey şümşadını,
Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan!
Yaxud «Vətən eşqi məktəbində can verməyi
öyrənmişik» misrası eynən orijinaldakı kimidir:
«Dər məktəbe-eşğe-vətən can baxtən amuxte».
Bir sözlə, tərcüməçini yalnız şeiri tam
tərcümə etmədiyinə, bəzən də sərbəstlik etdiyinə
görə qınamaq olar, saxtakarlığa görə yox! Bir də
sərbəstlik digər poetik tərcümələrdə də geniş
rastlanan haldır, yalnız F.Sadığın tərcüməsi ilə
məhdudlaşan fakt deyil.
Amma görünür, Ə.Fərdinin tərcümə anlyışı
çox məhduddur. Bunu onun təqdim etdiyi sətri
tərcümədən də görmək olur. Belə ki, Ə.Fərdi də
sətri tərcümədə orijinaldakı bir beyti (F.Sadığın
ixtisar etdiyi beytlərdən birini) «yaddan çıxarıb».
Ş ə h r i y a r v ə z ə m a n ə m i z
55
Üstəlik, onun sətri tərcüməsi də xətalardan
xali deyil. Belə ki, o, şeirin 2-ci beytində
müxatəbi, yəni müraciət obyektini dəyişdirib:
beytdə Azərbaycana müraciət olunmur.
Daha 2 beyti (orijinalda 5-ci və 10-cu
beytlər) isə Ə.Fərdi qeyri-dəqiq tərcümə edib.
Həmin beytlərdə uyğun olaraq, Xosrov və Şirin,
Zöhhak və Kavə süjetlərinə işarə ilə obrazlar
yaradılmışdır, amma sətri tərcümədə həmin
obrazlılıq yarımçıq və yayğın hala gəlmiş, yaxud
da itmişdir. Məsələn, 5-ci beyti Ə.Fərdi belə
çevirib:
Bisütun inqilabda, şirin-şəkər Vətən üçün
Külüng vurmuş Fərhad kimi zaman-zaman Azərbaycan.
Halbuki dəqiq tərcümə belədir:
İnqilab Bisütununda vətən Şirininin şövqü ilə
Azərbaycan Fərhadı öz başına çox külüng vurub.
Göründüyü kimi, Ə.Fərdinin «Bisütun
inqilabda» ifadəsi anlamsız, «şirin-şəkər» ibarəsi
isə yersizdir. Onun bəyənmədiyi F.Sadıq tərcü-
məsində isə beytin mənası daha dəqiq verilib:
M ə s i a ğ a M ə h ə m m ə d i
56
Bisütuni-inqilabda Şirin – vətən ucun Fərhad
Külüng vurmuş oz başına, zaman-zaman, Azərbaycan!
Əlbəttə, əgər Ə.Fərdi, deyildiyi kimi, filoloq-
dursa, belə yanlışlığa yol verməməli idi. Ən
maraqlısı odur ki, Ə.Fərdi sətri tərcüməsinin
sonuncu və sondan 3-cü beytlərində elə F.Sadığın
tərcüməsindən istifadə edib! Hələ onu demirik ki,
farsca mətnin transkripsiyasında da bir sıra səhvlər
müşahidə olunur.
Ə.Fərdi “Azərbaycan” şeirinin farscadan sətri
tərcüməsinin F.Sadıq üçün gah Həmid Məm-
mədzadə və Qulamhüseyn Beqdeli, gah da Əhməd
Şəfai tərəfindən edildiyini bildirir. Adı çəkilən
rəhmətliklər fars dilini heç də Ə.Fərdidən pis
bilmirdilər, üstəlik Ə.Şəfai özü fars idi, fars
dilçiliyi üzrə professor rütbəsi daşıyırdı və ana
dilində yazılmış mətndə nə deyildiyini yaxşı
anlayırdı.
Hər halda, bütün bu çıxışları ilə Ə.Fərdini,
düşünürəm ki, heç də professional tərcüməçilik
problemləri, adekvat tərcümə
məsələləri
maraqlandırmır, onun niyyəti ayrıdır. Əgər bu
məsələlər onu belə maraqlandırırsa, getsin İranda
Ş ə h r i y a r v ə z ə m a n ə m i z
57
Azərbaycan tarixi, dili, mədəniyyəti, kimliyi ilə
bağlı baş alıb gedən saxtakarlıqlara münasibət
bildirsin. Hərçənd bunu ondan gözləmək də
düzgün deyil, çünki özü həmin işlərin iştirakçısı,
bəzi hallarda təşkilatçısıdır.
Ə.Fərdinin niyyəti Şəhriyarı irançı biri kimi
göstərməkdir, onun “Azərbaycan”a etirazı da
burdan qaynaqlanır. Lakin bu məsələdə birmənalı
mövqe sərgiləmək özünü Şəhriyar yaradıcılığının
bilicisi kimi təqdim edən şəxsə yaraşmaz. Həmin
mövzuda Şəhriyarın baxışları kifayət qədər
mürəkkəbdir. Şəhriyar irançıdırsa da, Azərbaycan
mərkəzli irançıdır. “Azərbaycan” şeirinin farscasını
Şəhriyarın öz ifasında dinləyin:
https://www.youtube.com/watch?v=_HpJhjh3vLA
Orada özü izahat verir ki, Azərbaycan İranın
mərkəzidir, ona görə də özünə layiq münasibət
görməlidir. Elə həmin şeirdə Tehran hakimiy-
yətinin, “İran-mədarların”Azərbaycana ögey müna-
sibətindən söz açır.
Şəhriyarın bu qədər azərbaycançılığı bizə
yetər və Əsğər Fərdi kimilər bunu ört-basdır
etməyə cəhd etməsinlər, faydası yoxdur!
M ə s i a ğ a M ə h ə m m ə d i
58
ŞƏHRİYARIN ÇAĞLAYAN İLHAMININ
MÖCÜZƏSİ
yaxud
“MÖVLANA ŞƏMS TƏBRİZİNİN
XANƏGAHINDA”
Mövlana Cəlaləddin Ruminin (1207-1273)
şəxsiyyəti və yaradıcılığı yaşadığı dövrdən
başlamış günümüzə qədər ən müxtəlif yönlərdən
dəyərləndirmə obyektinə çevrilmiş, öz kəlamı ilə
desək, «hərə öz zənnincə ona yar olmuşdur».
Azərbaycanın ədib və alimləri də daim Möv-
lananın sənət və fikir tarixindəki roluna çox
yüksək qiymət vermişlər. Bu qiymət Mövlana
əsərlərinə nəzirələrdən, onların iqtibas, təbdil və
tərcüməsindən, şairə ithaflardan tutmuş onun elmi
bioqrafiyasının yaradılmasına ilk cəhdə (Hacı
Zeynalabdin Şirvani tərəfindən) qədər çeşidli
formalarda təzahür etmişdir. Həmin sırada ölməz
şairimiz Məhəmmədhüseyn Şəhriyarın Mövlana
Dostları ilə paylaş: |