|
Microsoft Word shaiq 13 oktyabr a doc
Б и б ли о гр а ф и й а
67
***
Yaşamaq məramində olan hər bir qövm, yalnız mükəmməl
ədəbi dilə malik olmaq sayəsində yaşaya bilər. Lisanı mükəmməl
surətdə islah olmuş bir qövmün milliyyətini, qövmiyyətini nə
zaman və nə də heç bir silah məhv etməyə qadir olmaz! Zira ki,
mükəmməl bir dil zəmanəmizdəki dəhşətli silahların ən qüvvətlisi
və ən dəhşətlisidir.
***
Məişət və təbiətə dair bu qism şeirlər camaatımızın sağlam
bir fikir, ülvi bir hissə malik olduğunu göstərdiyi kimi, dilimizin
dəxi nə qədər gözəl və lətif dil olduğunu sübut edir. Bizim el
ədəbiyyatımız o qədər vüsətlidir ki, onu yazmaqla qurtaracaq
şeylərdən deyil.
***
Mən də bu cəbhələrdə vuruşan əsgərəm,
Ana Vətən yolunda ölüm olsa gedərəm.
***
Ədəbiyyatın ən böyük əhəmiyyəti onun insanlarda yüksək bir
qayə və ideal doğurmasından ibarətdir. Şübhəsiz ki, Osmanlı
şairlərindən Əbdülhəq Hamidin, Azərbaycanımızda Hüseyn Cavi-
din əsərlərinin bu xüsusda cəmiyyət üzərində böyük bir əsər və
nüfuzu vardır. Bu kimi nəfis əsərlər cəmiyyəti sönük və adi həyat-
dan tamamilə uzaqlaşdıraraq yüksək bir ideala, ülvi bir həqiqətə
sövq edir...
***
Balalarımıza məxsus nə teatr, nə kino, nə kitabxana, nə də
klub vardı; məktəb xaricində oxumağa kitab tapmırdılar. Gənc
nəslimizin bu vəziyyəti məni cox düşündürdü. Buna görə də bu
zamanlar məktəblərdə gördüyüm işin bir qismini bədii yaradıcı-
lıqla əvəz etdim. Uşaqlar üçün müxtəlif janrlarda əsərlər yazdım.
А б д у л л а Шаи г
68
“Uşaq çeşməyi”, “Uşaq gözlüyü” kimi dərsliklərim də şərikli
yazdığımız “İkinci il”də “Məktəb” və “Rəhbər” jurnallarında
uşaqlar üçün yazdığım əsərlər də belə məqsədlə yazılmışdı.
***
Mən ciddi mövzuları qələmə aldığım zaman yazmaqda bir o
qədər çətinlik çəkmirəm. Ancaq arada komik sürətlər də yarat-
maq lazım gəlir. Bu yerdə qələm artıq işləmir.
***
Məişətimizin birər aynası olan hədsiz-hesabsız bayatı-şikəs-
tələrimiz, məsəllərimiz, tapmacalarımız, ürəkləri ən dərindən çar-
pındıran, ruhları səmadakı şəfəqlərə qədər yüksəldən mahnıları-
mız, nəğmələrimiz qibtə ediləcək səadətlərdən deyilmi? Hələ əsr-
lərdən bəri ağızdan-ağıza keçmiş, aşıqlarmızın oxuduğu yanıqlı
şeirlər, mahnılar, hekayələr, nağıllar... qiymətli bir xəzinə oldu-
ğunu iddia etsək, xəta deyil, zənn edirəm.
***
Hər işdə istedad lazım olduğu kimi, müəllimdə də istedad
olmalıdır. Bu istedadı olmayanların gözəl bildiyi üsul ilə verdik-
ləri dərslər belə sönük və cansız olur. Sözün qisası hər müəllim
üsullarla gözəl aşina olmaqla bərabər, öz mənliyi və şəxsiyyətini
də unutmamalıdır.
***
Gənclik bizim gələcəyimiz, ümidimiz və bir an belə hərəkət-
dən qalmayıb çarpan ürəyimiz, damarlarımızda axan həyat qanı-
mızdır... hər bir ata-ana öz övladı ilə fəxr etdiyi kimi, biz – geniş
istismar dünyasının əzab və əziyyətlərinə məruz qalmış qocalar
da ildən-ilə bir-birindən daha qüvvətli, daha iqtidarlı yetişən
gənc nəslimizlə iftixar edirik.
***
Б и б ли о гр а ф и й а
69
Hər millətin tərəqqi və fəaliyyətinin başlıca amili elm və
əxlaqıdır.
***
Sən gəlməsən, xərabaya dönən qəlb abad olmaz
Sən gəlməsən, günəş doğmaz, ümid gülüm açılmaz.
Dodaqlarım gülməz, sönük baxtıma nur saçılmaz.
Başqasını istəməm də ey türk, çabuk sən gəl, sən,
Bəkləməkdən yoruldum,eh iştə gec qaldın nədən?
***
Ədəbi fəaliyyətə başladığım ilk günlərdə məni ən çox məşğul
edən sahələrdən biri xalq ədəbiyyatı idi. Xalq folklorunu öyrən-
mək mənə xalq dilini, xalq zövqünü, xalq adət və ənənələrini
öyrətdi.
***
Ədəbiyyat və cəmiyyət, cəmiyyət ilə ədəbiyyat bir-birinə
mərbutdur. Həyat ilə yan yana yürüyən, bütün qüvvət və hərarəti
həyat və mühitdən alan ədəbiyyat dəyərlidir.
***
Bizim Qafqaz müsəlmanları arasında teatr ifadəsi məhz düz-
gün şərh olunmadığından bəzi bixəbər şəxslər teatr tamaşalarını
oyunbazlıq hesab edib oraya getməyi öz şənlərinə sığışdırmırdı-
lar. Halbuki, teatr tərbiyəsi və əhəmiyyəti məktəblərdə oxunan
dərsliklərdən çox olduğu elm, zəka əhlinə yaxşı məlumdur.
***
Uşaqların əsas tərbiyə ocaqlarından olan bu teatr (Azərbay-
can Dövlət Gənc Tamaşaçılar Teatrı - M.Ə) çox istedadlı bir
aktyor kollektivinə malikdir. Həmin teatrın repertuarını qüvvət-
ləndirmək, müasir həyatı əks edən əsərlərin sayını artırmaq
işində təcrübəli dramaturqların teatra çox köməyi ola bilər.
А б д у л л а Шаи г
70
***
Hər bir dövrün ədəbiyyatı və ədəbi dili, əsasən doğma xalq
dili və zəngin xalq ədəbiyyatı üzərində qurulmalıdır.
***
Tərbiyə təməldir, elm isə o sağlam təməl üzərində qurulmuş
gözəl və möhkəm binadır. Təməlsiz bina tez uçduğu kimi, uşaqlıq-
da zəif tərbiyə alan adam da alim və sənətkar olsa belə, çalışdığı
sahələrdə büdrəyə-büdrəyə yaşayacaq, elə bir oğul və qızın öz
ata-anasına bir xeyri olmadığı kimi, xalqına, vətəninə və hökumə-
tinə də səmərəsiz söyüd ağacı təki olacaq.
***
Uşaqların bədi zövqünü doğru istiqamətdə tərbiyə etmək
üçün müəllimlərimiz, yaradıcılarımız qabaqcıl dünya elmindən,
ədəbiyyatdan, xüsusən bizə daha yaxın olan rus ədəbiyyatından
öyrənirdilər... Rus ədəbiyyatı bizə həyati mövzular seçməyi,
həyata realist münasibət bəsləmək yollarını öyrədirdi.
***
Əsrlərdən bəri ağızdan-ağıza keçmiş, aşıqlarmızın oxuduğu
yanıqlı şeirlər, mahnılar, hekayələr, nağıllar... qiymətli bir xəzi-
nədir. Folkloru öyrənmək mənə xalq zövqünü, xalq adət və ənənə-
lərini öyrətdi.
Dostları ilə paylaş: |
|
|