Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 213,4 Kb.
Pdf görüntüsü
səhifə38/45
tarix18.06.2018
ölçüsü213,4 Kb.
#49649
1   ...   34   35   36   37   38   39   40   41   ...   45

  Йапонийа сяфярнамяси 
 
 
181 
Mərmərə  Universitetində  oxumuş,  İsveç  ölkəsinə  getmiş, 
Stokholm  Universitetində  təhsil  almışdır.  2006-cı  ildən  bu 
vaxtadək  Yaponiyanın  Azərbaycan  səfirliyində  III  katib 
vəzifəsində çalışır. 
Dr.  Gursel  Yaponiyadan  mənim  nə  kimi  təəssürat 
aldığımı soruşdu. Dedim: 
-  Mən  burada  gördüyüm  şəhərlərin  təmizliyinə 
heyranam.  Hər  tərəf  o  dərəcədə  tər-təmizdir  ki,  istər  qar, 
istərsə  də  yağış  yağsın,  adamlar  və  maşınlarda  qətiyyən 
palçıq izi görünmür. Asfaltın qapqara rəngi məni valeh etdi. 
Elə bil yerə indicə döşəyiblər. 
- Hə, keçən həftə Xarici İşlər Nazirinin müavini Araz 
Əzimov  da  Tokioda  idi.  O,  çox  səfərlərdə  olduğunu,  amma 
belə təmiz şəhər görmədiyini söylədi. 
Gursel  mənə  müxtəsər  şəkildə  Yaponiya  tarixindən 
danışaraq  yapon  əlifbası  barədə  bu  mə’lumatı  da  verməyi 
unutmadı: 
-  İki  yapon  əlifbası  var:  hiragana  və  katakana. 
Hiragana  qədimdən  mövcud  olan  yapon  sözlərini,  katakana 
isə  alınma  sözləri  ifadə  edir.  Bunlardan  başqa  «kanei» 
adlanan  ieroqliflər  də  var.  İeroqliflər  VI  əsrdə  Koreya 
vasitəsilə  Çindən  gəlib  çıxıb  Yaponiyaya.  Bu  ölkədə  gərək 
ən  azı  2000  ieroqlif  biləsən  ki,  gündə  çıxan  qəzet  və 
jurnalları oxuyasan, kitablardan istifadə edəsən. 
Bunları  da  dəqiqləşdirdim  ki,  Yaponiyanın  68  min 
adası  var.  Onu  da  bildim  ki,  dünyada  ən  çox  ada  olan  ölkə 
İndoneziyadır.  Yaponların  ən  böyük  adaları  Honşui, 
Hokkaydo  (bu  adanın  ərazisi  Azərbaycan  boydadır),  Kyuşi 
və  Şikonodur  (Bu  adaların  adları  «Yaponlar»  kitabında 
Xonsyu,  Xokkaydo,  Kyusyu  və  Sikoki  kimi  yazılmışdır. 
Bax: səh.7). 
Şahin Fazil 
 
 
182 
Bir qədər sonra biz səfirliyimizin bu iki əməkdaşı ilə 
sağollaşdıq.  Yolüstü,  «Türk  restoranı»na  getdik.  Sahibi 
cavan  bir  türkdür.  Xanımının  yapon  olduğunu  bildirdi.  Bu 
restoranda  bol  çeşidli  türk  yeməkləri  verilir.  Pulunu 
əvvəlcədən  ödə,  hansı  xörəkdən  nə  qədər  istəyirsən  ye,  heç 
bir məhdudiyyət yoxdur. 
Otelimizə  qayıtdıq.  Əlbəttə,  bu  günün  təəssüratı  çox 
böyük  oldu.  Diqqətlə  seyr  etdim  Tokionun  bə’zi  görməli, 
gəzməli yerlərini:  
 
Təkbeyt 
Qocayam, görmədəyəm bəlkə də son məmləkəti, 
Deyirəm möcüzə imiş bu yapon məmləkəti. 
 
Axşam  yenidən  möcüzəli  Tokionu  gəzməyə  çıxdıq. 
Sabah Narita aeroportundan Moskvaya uçmalıyam inşallah. 
Bu gün... bu gün isə bu şe’ri yazdım: 
 
Dilənçi görmədim mən. 
 
Çox yeri alqışladım 
Yapon məmləkətində. 
Yaponları xoşladım 
Yapon məmləkətində. 
 
Vətəndaş ləyaqəti, 
Samuray sədaqəti, 
Kamikadze cür’əti 
Yapon məmləkətində. 
 
Haraya üz çevirdim, 
E’cazı, sehri gördüm. 


  Йапонийа сяфярнамяси 
 
 
183 
Şəfqəti, mehri gördüm 
Yapon məmləkətində. 
Dedim ki, ey kaş atım- 
Ayrılığa daş atım- 
Şirin günlər yaşadım 
Yapon məmləkətində. 
 
Xudahafiz! Gedim mən! 
«Yaşa, var ol» dedim mən... 
Dilənçi görmədim mən 
Yapon məmləkətində. 
 
Tokio, 25 fevral 
 
Mən  bir  qədər  yuxarıda  samuraylar  haqqında 
yazacağımı bildirmişdim. İndi o comərdlərdən söz açmağı 
bir  qədər  də  ləngidirəm.  Çünki,  bu  şe’rin  son  iki 
misrasında 
Yaponiyada 
dilənçi 
görmədiyimi 
vurğulamışdım.  Amma,  məndən  26  il  əvvəl  bu  ölkədə 
olmuş  Bəkir  müəllimin  «Yaponiyada  gördüklərim» 
məqaləsini  bir  daha  xatırladım.  Hörmətli  akademik 
«dilənçi»  ifadəsini  işlətməsə  də,  Tokioda  «harınlar  və 
aclar»ın  olduğunu  yazır:  «Müasir  Tokio  milyonçular  və 
müflislər,  sənaye  sahibləri  və  işsizlər,  harınlar  və  aclar, 
zəngin  malikanələr  və  evsiz-eşiksizlər  şəhəridir,  göz 
qamaşdıran  otellər,  min  bir  ne’mətlə  zəngin  restoranlar, 
xudmani 
şadyanalıq 
guşələri, 
kabare, 
striptiz 
və 
qumarxanalar  pul  kisəsi  dolu  olanlar  üçündür.  Xüsusən 
malın  bolluğundan  və  çeşidin  əlvanlığından  partlamaq 
dərəcəsinə  gələn  mağazaların  qapıları  ağzında  köhnə 
karton  qutulardan  özünə  «balış»,  yonqardan  «yorğan» 
Şahin Fazil 
 
 
184 
düzəldib  gecələyənləri  görmək  çox  ağır  idi»  (Bax:  Bəkir 
Nəbiyev. Göst. kitab, səh.699). 
Mən hörmətli akademikin sözlərinə qətiyyən şübhə 
etmirəm. Bəkir müəllim görmədiyini yazmaz. Amma, mən 
onun  gördüyünü  görmədim.  Bir  də  ki,  mən  Bəkir 
müəllimdən  çox  sonra  Yaponiyaya  gəlmişəm.  Tokio  isə 
ildən-ilə, 
aydan-aya 
deyil, 
gündən-günə 
varlanır, 
gözəlləşir... 
İndisə,  samuraylar  haqqında:  «Samuraylar  yerli 
feodalların  silahlı  drujinaları  kimi  tarixə  gəldilər.  Onlar 
kəndli  və  xidmətkarlar  zümrəsindən  idilər...  onlardan 
sahibkara  yalnız  kor-koranə  sədaqət,  döyüşdə  isə  sücaət 
tələb  olunurdu.  Amma  vaxt  ötdükcə  bu  xüsusiyyətlər  az 
göründü.  Hərbi  iş  peşəkar  məşğələyə  çevrildiyi  vaxt, 
xidmətdə  irəliləmək  çin  dilini  və  əlifbasını  bilməyi  tələb 
etməyə  başladı.  Samuraylar  yavaş-yavaş  orta  əsrlər 
mədəniyyətinin  mürəkkəb  sisteminə  qoşuldular.  Dini 
baxımdan onları buddizm sektası olan «Zen»
1
 cəlb etdi...» 
(«Yaponlar» kitabı, səh. 160). 
                                                
1
 «Дзен» ифадяси йапонъа «зен» кими тяляффцз олунур, амма рус дилиндя 
олан  ядябиййатда  «зен»  нядянся  «дзен»  кими  йазылмышдыр  (мясялян  бах: 
«Йапонлар» китабы, сящ.177-225). Зен, йахуд зен-буддизм Йапонийада 
цч  ясас  сектадан  –  Сото,  Риnдзай,  Обакудан  ибарят  олмушдур.  «Зен» 
сюзцнцн  мя’насы  «ишыгланмаг,  нурланмаг,  дяринлийя  баш  вурмаг,  фикря 
чох  дяриндян  гапанмаг»  олуб,  ХЫЫ  ясрин  сонларындан  Йапонийада 
йайылмаьа башламышдыр («зен» Чин дилиндя «чан» кими тяляффцз олунур вя 
еля  Чин  дилиндян  яхз  олунмушдур).  Зени  дяриндян  билян  шяхч  она  верилян 
суалын  мя’насыны  билмякдян  ютрц  формал-мянтиги  фикирдян  чыхыш  етмяйиб 
шцуралты тясяввцр fikri ilə ъаваб вермялидир: Мясялян, «Сян доьулушундан 
яввял кимя охшайырдын?» 
Классик щайку ше’рляринин яксяриййяти зен цслубунда йазылмышдыр: 
 
Эюрцнцр ки, ъоъуглуг вахты 
Анан  сянин бурнуну аз чякиб, 


Yüklə 213,4 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə