_________________Milli Kitabxana
________________
10
Qanun — insanların mənafelərinə yönələn insan iradəsidir. Bu iradənin biri o
birindən üstün ola bilər; bir nəfərinki beş nəfərinkindən, cavanınkı yaşlı
adamınkından üstün ola bilər; sonradan söylənən öncəkindən üstün (və əksinə)
ola bilər... Belə ayrıclı məqamlarda yaxşı-yamanı şəxsin İnam, İdrak,
Mənəviyyat səviyyəsi ayırd eləyir.
***
...Yazan az olmalı, oxuyan çox; yazma az olmalı, oxuma çox... Yaradanı
yaratmaq zərurəti bunu tələb edir.
***
Asif Atanın “Azərbaycanımız — Azərbaycanlığımız” adlanan Yeddi İçsəsi
yaradanı yaratmaq yaradıcılığının ən böyük örnəyidir.
***
...Asif Ata — yaratdığını yaratdı. Ondan İnam Atanı biz yaradacağıq!
***
Atamız var olsun!
1—5 İşıq (III ay), 20-il.
(May 1998).
İNANMAQ XOŞBƏXTLİYİ
(İçsəs)
İnam — qarşılıqlı olmalıdır: Allah mənə inanmır, mən Allaha inanmıram.
***
Kiçilt — hökm sür — din kimi.
***
Yasaqlar — dinin xeyrinədir, İnamın — zərərinə.
***
Allaha inanana Allahın ölümü yoxdur. Özünə inanana ölüm yoxdur.
***
Bu baxımdan, Allaha ölüm var ki, Məhəmmədə ölüm yoxdur.
***
Məhəmməd özünə inanırdı, onun “allahı” da həmin bu Özünəinam idi, onun
Peyğəmbərcəsinə sevdiyi bu idi.
***
Ən möhkəm dizli, uzun nəfəsli Yolçu da yorulub dayanır, Yol isə davam eləyir.
Ona görə də Yolbaşı barədə bunu deməyi Ona qarşı küfr saymamalı!
***
_________________Milli Kitabxana
________________
11
Məhəmmədin sevdiyi Allahla camaata təqdim etdiyi Allah başqa-başqa
məzmunlardır.
***
Məhəmməd camaata özünün sevdiyi Allahı təqdim edə bilmədi, camaatın
“anlayacağı”— qorxacağı Allahı təqdim etdi.
***
Peyğəmbər Allahı sevir, hökmdar camaatı qorxu altında saxlayır.
***
Səni yanılqıdan dodağını dişləyib qanatmağa qədər, yanılma yanğısından
rəngini qar kimi ağardana qədər; Həqiqəti burda deyil, başqa yerdə axtarmalı
olduğunu sənə anladana qədər aparmayan inama inam demə.
***
Fars — həm də öz doğma dahisi olan Mani Peyğəmbərin Səhlidir.
***
İslam İran
ı
ının Dövlət gerbi pələng heyvanının alnına oxşayır...
***
Tövratda Solomonun “Nəğmələr”i: Gözəl, dadlı, istedadlı hərcayilik içsəsi
***
Ocaqda Yadulla-Sadiqin qiyamı Tövratda İovun qiyamına bənzəyir.
***
Tövratda İovun kitabının sonunda İovun İlahiylə barışdırılması — sosializm
realizmi üslubunda yazılmış əsərlərin duzsuz sonluğuna bənzəyir.
***
Krşna əli ilə heç bir iş görmədiyi halda, bəzən onun dörd əli olurmuş. Dörd
ayağı da olaydı kaş!..
***
Yaxşı ki, Türk Ulusu belə duzsuzluq yaratmayıb, insanı çaşdırmaq elmi icad
etməyib.
***
...Atamdan uca Ata yoxmuş. Mən ən uca Oğul olmalıyam!
***
Atamız var olsun!
Xəzan ayı, 20-il.
İNAMA DOĞRU
(İçsəs)
_________________Milli Kitabxana
________________
12
Qəlbimmi beynimi qidalandırır, beynimmi qəlbimi?
***
Yaranışı Allahla bağlamaq — idrak işindən boyun qaçırmaqdır.
***
İlin ilan çağı — qışın oğlan çağı.
***
Hər şeydə pislik aramaq — pis şeydir; bəs hər şeydə yaxşılıq aramaq?
Güzəştçiliklə bağlıdır ən çox. Təmiz iş deyil.
***
Nə deyirəmsə — odur, çünki nədirsə — onu deyirəm.
***
Maddi varlıqda Torpaq nədirsə, Söz aləmində də Anlam odur.
***
İndi İslam bir dəlinin bir quyuya atdığı daşa bənzəyir. Özəllikcə “idrak”
aləmində...
***
Allah — daim Olmalının sinonimi olub, olacaqdır. Bu funksiyada (Olmalı
funksiyasında) — O gərəklidir. Allaha başqa varlıq biçimi, başqa cür gərəklik
aramaq, yumşaq desək, ikiüzlülükdür.
***
Ağıl — aracdır, Duyğu — amac. Duyğu ağıllanan kimi ağıl gərəkmir.
***
Bilim duyğulu ağıl istəyir, Bənzətim — ağıllı duyğu. (Bilim — elm, Bənzətim
— sənət).
***
Yaradıcı’nın Bilgin’dən fərqi: Bilgilər Bilgin üçün əlifbanın hərfləri kimi
olur; o bu hərflərin hər birini öyrənir; onun öyrəndiyi əlifba olur. Yaradıcı
(şəxs) isə həmin hərflərdən yeni bir mətn (bilik sahəsi; böyük anlamda — yeni
bir hərf) yaradır. Başlanğıcda o bu əlifbanı tamam öyrənməyə də bilərdi...
***
Bəşər ilsırasında (tarixində), o sıradan ruhaniyyat — ilahiyyat ilsırasında heç
kəs həyat nemətlərindən imtinaya çağırmayıb; çağıran ərdəmliyə — ləyaqətə
çağırıb.
Eləcə də Budda.
***
Atamız var olsun!
Qar ayı, 18-il.
HƏQİQƏTƏ SUSAMAQ
(İçsəs)
_________________Milli Kitabxana
________________
13
Bireylərin uyqarlığı ulus’unkunu yaradır, ulusunku bəşəriyyətinkini. “Başqa
bireyin, başqa ulusun” uyqarlığını danmaq bütövlükdə uyqarlığı danmaqdır.
Belə danma’nın özü uyqarlığın azalmasıdır; bu — saltık (mütləq) azalma və
azaltmadır. (Birey — fərd, Uyqarlıq — mədəniyyət).
***
Ürəyimdən keçir ki, bəzi cinayətlər eləyim — adamlar öldürüm — Uca
Həqiqətin üzə çıxması üçün. Bu saat mən nəinki adam öldürməyə, hətta yaşıl
bir zoğu qopartmağa da susamamışam; Həqiqətin bilinməsi gərəkliyinə
susamışam. Bu isə qan istəyir.
***
Ancaq qan burada, necə deyərlər, “əşyayi-dəlildir”, işin birinci tərəfidir, az
tərəfidir. İşin əsas tərəfi dəlillərin dilə gətirilməsidir. Dəlillər dil-dil ötməli,
Həqiqəti (necə olmuşu yox, niyə olmuşu) üzə çıxartmalı, onu insanlığın yolu
üstündə çıraq kimi tutmalıdır. Beləliklə cinayət... dönüb fəzilət olar.
***
O adam ki deyir: “Əsanı yerə atdım, ilana çevirdi Allah onu” — aydındır ki,
özü Allahın varlığına inanmır, özgələri inandırmaq istəyir. O adam ki deyir:
“Atı mindim, Göyə uçdum, Allahla görüşdüm; O mənə onu dedi, mən Ona
bunu dedim” — o da eləcə.
***
“Kəlilə və Dimnə” — gözəl olmayan gerçəklik haqqında, hətta çirkinliyi,
çirkliliyi qabardılmış gerçəklik haqqında dastanlar xəzinəsidir. Sonuc olaraq,
insana, məncə, pis etkilər göstərir. İnsanı qanadlandırmır, çağırmır, qucmur...
Bu baxımdan, “1001 gecə” üstündür.
***
Ürəyim insan istəyir!..
***
Çox insanlar çox məqamlarda düzgün, ağıllı hərəkət edirlər, ancaq bunu
bilmirlər. Heyvanların fəhmlərinin əksərən düzgün olması buna sübutdur.
Öyrətmən, adamlara bilik verəndə bunu nəzərə almalı, özünü çox
yormamalıdır.
***
Biliklə birgə fərəh də verməli. Adamların çoxu bilikdən çox fərəhə möhtacdır.
Fərəh əyləncə deyil, əyləncə fərəh deyil.
***
O sözdə ki Çağırış yoxdur (“Kəlilə və Dimnə” kimi), ondan adamlar biclik
öyrənirlər ən çox, düzlük yox — söz yiyəsinin istəyinin əksinə olaraq.
Dostları ilə paylaş: |