19
3. Uilyam Terner tez-tez dumanlı Londonun yağış yağmış küçələrinin rəsmini çəkirdi.
Oskar Uayld
təsdiq edirdi ki, _______ . Bu _______ incəsənətin təsirliliyi ideyası baş qaldırır. _______ və
_______ .
a) Ternerin rəsmini Londonun dumanı yaratmışdır / qiymətləndirmədə / İncəsənətin
təsirliliyinə aləmin rəngarəngliyi səbəb olur / aləmi görmək qaydasını yaratmır
b) Londonun dumanını Ternerin rəsmi yaratmışdır / paradoksal sübutda / İncəsənətin
təsirliliyinə aləmin rəngarəngliyi səbəb olur / gözəlliyi dərk edən göz,
səslərin həmahəngliyini
duyan qulaq yaradır
c) Ternerin rəsmini Londonun dumanı yaratmışdır / qiymətləndirmədə / İncəsənət
aləmin
görülməsi qaydasını formalaşdırır / aləmin rəngarəngliyini mükəmməl əks etdirə bilmir
ç) Londonun dumanını Ternerin rəsmi yaratmışdır / paradoksal sübutda / İncəsənət aləmin
görülməsi qaydasını formalaşdırır / gözəlliyi dərk edən göz, səslərin həmahəngliyini duyan qulaq
yaradır
a)
Uilyam Terner tez-tez dumanlı Londonun yağış yağmış küçələrinin rəsmini çəkirdi. Oskar
Uayld təsdiq edirdi ki, Ternerin rəsmini Londonun dumanı yaratmışdır. Bu qiymətləndirmədə
incəsənətin təsirliliyi ideyası baş qaldırır. İncəsənətin təsirliliyinə aləmin rəngarəngliyi səbəb olur
və aləmi görmək qaydasını yaratmır.
Cavabın bu variantında ikinci və üçüncü cümlələr fikir baxımından bir-birinə ziddir - əgər
Ternerin rəsmini Londonun dumanı yaratmışdırsa,
bu təqdirdə qiymətləndirmədə incəsənətin
təsirliliyi deyil,
aləmin, təbiətin təsirliliyi ideyası görünür.
Birinci və ikinci qüsurlarda yerinə qoyulmalı olan sözlər qrupu (yaxud söz) cavabın bu
variantında verilmişdir və fikir baxımından qarşıdurmaya səbəb olur.
Cavabın (c) variantında da təkrar olunur. Beləliklə (c) cavabı da düzgün deyildir.
b)
Uilyam Terner tez-tez dumanlı Londonun yağış yağmış küçələrinin rəsmini çəkirdi. Oskar
Uayld təsdiq edirdi ki, Londonun dumanını Ternerin rəsmi yaratmışdır. Bu paradoksal sübutda
incəsənətin təsirliliyi ideyası baş qaldırır. İncəsənətin təsirliliyinə aləmin rəngarəngliyi səbəb olur
və gözəlliyi dərk edən göz, səslərin həmahəngliyini duyan qulaq yaradır.
Cavabın bu variantında üçüncü və dördüncü cümlələr fikir baxımından bir-birinə ziddir -
əgər
Londonun dumanını Ternerin rəsmi yaratmış, yaxud
incəsənətin təsirliliyi ideyası qeyd
edilmişdirsə, bu
təqdirdə aləmin rəngarəngliyi incəsənətin təsirliliyinə səbəb ola bilməz, əksinə,
bu paradoksal sübuta əsasən, aləmin rəngarəngliyini incəsənət yaratmalıdır.
ç) Uilyam Terner tez-tez dumanlı Londonun yağış yağmış küçələrinin rəsmini çəkirdi.
Oskar Uayld təsdiq edirdi ki, Londonun dumanını Ternerin rəsmi yaratmışdır. Bu paradoksal
sübutda incəsənətin təsirliliyi ideyası baş qaldırır. İncəsənət aləmin görülməsi qaydasını
formalaşdırır və gözəlliyi dərk edən göz, səslərin həmahəngliyini duyan qulaq yaradır.
Cavabın bu variantında cümlələr (yaxud cümlənin hissələri) fikir baxımından
bir-birinə
uyğun gəlir (zidd deyildir) -
Londonun dumanını Ternerin rəsmi yaratmışdır (və bu doğrudan
da paradoksal sübutdur) sübutunda
incəsənətin təsirliliyi ideyası açıq-aydın görünür. Aşağıdakı
qiymətləndirmə də bu
ideyaya uyğun gəlir - incəsənət aləmin görülməsi qaydasını formalaşdırır
və gözəlliyi dərk edən göz, səslərin həmahəngliyini duyan qulaq yaradır.
Beləliklə, düzgün cavab (ç)-dır.