AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM
NAZİRLİYİ
F. KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI
ELMİ-METODİKA ŞÖBƏSİ
(Şair Ramiz Rövşənin 65 illik yubileyinə həsr
olunmuş metodiki vəsait)
Gedək biz olmayan yerə
Bakı - 2011
2
Giriş
Ramiz Rövşən 1946-cı il dekabr ayının 15-də Bakının Əmircan kəndində
anadan olmuşdur. O, əslən Qubadlı rayonunun Teymur Müşkanlı kəndindəndir. İlk
təhsilini Suraxanı rayonundakı 208 saylı şəhər orta məktəbində təhsil alan şair,
sonrakı təhsilini Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində (1964-
1969) davam etdirmişdir. Ramiz Rövşən Cəfər Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasında, “Mozalan” satirik kinojurnal studiyasında redaktor (1971),
kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya
heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru, Azərbaycan Tərcümə
Mərkəzinin baş redaktoru vəzifələrində (1987-1992) çalışmışdır. Ramiz Rövşən
Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin və Azərbaycan Mətbuat Şurasının
üzvüdür.
Şair bir neçə şeir kitabının müəllifidir. Onun şeir və hekayələri keçmiş SSRİ-
nin dövründə bir çox dillərə tərcümə edilmiş, ABŞ, Almaniya, İngiltərə, Fransa,
Polşa, Bolqarıstan, Türkiyə və İranda müxtəlif mətbu nəşrlərdə və kitablarda çap
olunmuşdur. Onu da qeyd edək ki, Ramiz Rövşənin ssenariləri əsasında çoxlu
sayda bədii və sənədli film çəkilmişdir.
Ramiz Rövşən şeirinin qüdrəti onun sadəliyində, lokanikliyində, dərin
mənada fəlsəfiliyindədir. Əsl şeiri söz yığınından fərqləndirən onun qəlblərə yol
tapması, insanları düşündürməsi, şirinliyi, lətafətidir. Ramiz Rövşənin şeirlərini
onun pərəstişkarları məhz bu xüsusiyyətlərinə görə sevirlər. Qəlblərə, ürəklərə yol
tapan bu şeirlərin mayası məhəbbətdir: tanrıya məhəbbət, vətənə məhəbbət, insana
məhəbbət. Onun məhəbbətlə yoğrulmuş misralarını oxuduqca insan şüurunun lap
ucqarlarında ən əlçatmaz, ünyetməz yerlərində həzin bir gizilti əmələ gəlir. O
gizilti sanki insanı silkələyir, yatdığı yuxudan oyadır. Məhz bu zaman şeirin
gözəlliyi, dəyəri, şairin qiyməti üzə çıxır.
Ramiz Rövşən o qədər qüdrətli şairdir ki, yazdığı onlarca şeirin tək bircəsini
yazmış olsaydi belə yenə də böyük şair kimi ədəbiyyat tariximizə daxil olacaqdı və
yaşayacaqdı.
Onun
hər bir şeiri sənətkarlıq, fikir dərinliyi, rəvanlıq cəhətdən ana dilimizin
zənginliyini, gözəlliyini, incəliyini bir daha sübut edən parlaq bir nümunədir.
Şairin şeirlərində vətənpərvərlik, bəşəri məhəbbət, məslək eşqi, dərin etiqad, vüqar
və sadəlik, xalq ruhuna yaxınlıq, dərin sənətkarlıq, müdriklik, həyata və insana
məhəbbətin tərənnümü poetik şəkildə təcəssüm etmişdir.
Ramiz Rövşən elə şairlərdəndir ki, uzun illər kitabı çıxmasa da onun
şeirləri dillər əzbəri olmuş, nəşr olunan kitabları əldən-ələ gəzmişdir.
Özünəməxsusluq, bənzərsizlik onun şeirlərinin qayəsindədir. İnsani keyfiyətləri və
xüsusiyyətləri ilə heç kəsə bənzəməyən, ancaq özü olan şairin əsərləri də hər kəsin
yazdıqlarına bənzəmir. O poeziyamızda yeni irs, yeni cığır açmış və bu irsə öz
möhürünü vurmuş, əvəzedilməz təkrarolunmaz bir şairdir. Şair bütün şeirlərini
bütün varlığı ilə ürəkdən gələn sözlərlə yazır. Ramiz Rövşənin şeirlərini sevməmək
mümkün deyil. Onun şeirlərini hər dəfə oxuduqca yeni mənalar, yeni çalarlar
meydana çıxır.
3
Müasir Azərbaycan poeziyasının laiqli nümayəndəsi olan Ramiz Rövşənin
şeirlərinə, yaradıcılığına böyük marağı nəzərə alaraq kitabxanamız şairin 65 illik
yubileyinə həsr olunmuş vəsaiti sizə təqdim edir.
4
Yubiley tədbirlərinin keçirilməsi
Sevimli
şairimiz Ramiz Rövşənin bu il 65 illik yubileyi qeyd olunur. Bu
münasibətlə respublikamızın bir sıra mədəniyyət ocaqlarında o cümlədən
kitabxanalarda maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Bildiyimiz kimi Ramiz Rövşən bir-birindən maraqlı kitabların müəllifidir.
Baxmayaraq ki, o bir çox əsərlər yazıb yaratmışdır. Amma onun nəşr olunan kitabı
azdır. Bəlkə də Ramiz Rövşən adi şair olsaydı uzun müddət kitabları oxucuların
istifadəsinə verilmədiyi üçün oxucular tərəfindən unudulardı. Ancaq Ramiz
Rövşən xalqın ürəyində elə taxt qurmuşdur ki, uzun illər kitabı nəşr olunmasa belə
həmişə oxucuların sevimlisi olmuşdur. Ramiz Rövşənin “Nəfəs-kitablar kitabı”,
“Gədək biz olmayan yerə”, “Kəpənək qanadları”, “Yağışlı nəğmə”, “Sevgi
məktubu kimi”, “Göy üzü daş saxlamaz” adlı kitablarının icmalının keçirilməsi
oxucularımız üçün maraqlı olar.
Şairin “Nəfəs-kitablar kitabı” adlı kitabının icmalınının keçirilməsi
məqsədəuyğundur. Kitab Bakıda “Qanun” nəşriyyatında 2006-cı ildə işıq üzü
görmüşdür. Şairin əsərləri bir sıra xarici dillərə (ingilis, rus, fransız, ispan, polyak)
tərcümə olunmuşdur. Bu kitab isə onun ana dilimizdə nəşr olunan ən iri həcmli
kitabıdır. Kitabda bir-birindən maraqlı şeirlər öz əksini tapmışdır. Onu da qeyd
etmək lazımdır ki, Ramiz Rövşən şeiri öz təbiiliyi səmimiliyi ilə hər zaman
fərqlənir. Kitabdakı maraqlı şeirlərdən biri olan “Çatmaz” adlı şeirini sizə təqdim
edirik.
Minsək də quş qanadına,
Qalxsaq da göyün qatına,
Yenə, yenə öz baxtına
Biri
çatar,
biri
çatmaz.
Güləndən çoxdu ağlayan,
Allaha ümid bağlayan,
Hamı deyir “ağıllıyam”,
Ortada
bir
dəli çatmaz
Zalım əcəl haxlayınca,
Ölən ölər arxayınca,
Bir
ölənin arxasınca
Yüyürsə min diri, - çatmaz...
Kitabda şeirlərlə yanaşı “Belə-belə işlər”, “Hamı oğul böyütmüşdü”,
“Analardan uzun qızlar”, “Evin tikilməsin Amerika” hekayələri, “Daş”adlı
hekayələr və povest də yer almışdır. Ramiz Rövşənin şeirləri kimi nəsr əsərləri də
nəsihətamiz və mənalıdır.
Kitabxanada oxucular arasında mütamadi olaraq test sorğularının keçirilməsi
yaxşı nəticələr doğurur. Belə sorğuları məktəblilər arasında keçirmək daha
məqsədəuyğundur. Belə ki, bu sorğuların şagirdlər arasında keçirilməsində əsas
məqsəd uşaqların Ramiz Rövşən haqqında olan biliklərini yoxlamaq və onları daha
5
daha yaxşı məlumatlandırmaqdır. Sevimli şairimizin yubileyinə həsr olunmuş testi
sizə təqdim edirik.
1.
Şair Ramiz Rövşən neçənci ildə anadan olmuşdur?
A.
1943
B.
1940
C.
1946*
D.
1930
2. Aşağıda göstərilən cizgi filmlərdən hansının sözləri Ramiz Rövşənə məxsusdur?
A. “Bulud niyə ağlayır?”*
B.
“Meşəyə insan gəlir”
C.
“Humayın yuxusu”
D.
“Cırtdanın yeni sərgüzəştləri”
3. Aşağıdakı kitablardan hansının müəllifi Ramiz Rövşəndir?
A.
“Əsir qadın”
B.
“Ömür kitabı”
C.
“Aləmdə səsim var mənim”
D.
“Nəfəs Kitablar Kitabı” *
4. Ramiz Rövşən haqqında deyilənlərdən biri səhvdir.
A. Şair 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub.
B. “Nəfəs. Kitablar Kitabı”, “Gedək biz olmayan yerə ” kitablarının müəllifidir.
C. Şairin əsərləri dünyanın bir çox dillərinə (rus, ukrayna, belarus, polyak,
ispan ) tərcümə edilmişdir.
D. Bu il Ramiz Rövşənin 55 illik yubileyi qeyd olunacaq.*
5. Aşağıdakı mahnılardan hansının sözləri Ramiz Rövşənə aiddir?
A. “Azərbaycan”
B. “Gəncəm”
C. “Qatarın dalınca baxma”*
D. “Bakı haqqında mahnı”
6. Aşağıdakı cizgi filmlərdən hansında ifa olunan şeirləri Ramiz Rövşən
yazmışdır?
A. “Meşəyə insan gəlir”
B. “Cırtdanın yeni sərgüzəştləri”
C. “Humayın yuxusu”
D. “Tıq-tıq xanım”*
7. Aşağıdakı şeirlərdən hansı Ramiz Rövşənə məxsusdur?
A. “Ay işığı” *
B.“Dünyanınzinəti”
C. “Qızıl torpaq”
D. “Ana torpaq”
6
8. Ramiz Rövşən haqqında deyilən fikirlərdən biri yalnışdır.
A. Ramiz Rövşən ancaq şeir müəllifidir.*
B. O həm nəsr, həm də nəzm əsərlərinin müəllifidir.
C. “Kəpənək qanadları” kitabı Ramiz Rövşənə məxsusdur.
D. Şairin şeirləri rus ukrayna belarus və s xarici dillərə tərcümə olmuşdur.
9. Aşağıdakılardan hansı Ramiz Rövşənə aiddir?
A. “Dünyanın zinəti” kitabının müəllifidir
B. Bu il şairin 55 illik yubileyi qeyd olunacaq.
C.“Daş” povestinin müəllifidir*
D. Ramiz Rövşən tanınmış roman yazarıdır.
10. Aşağıda göstərilən kitablardan hansı Ramiz Rövşənə məxsus deyil?
A. “Kəpənək qanadları”
B. “Yağışlı nəğmə”
C. “Gedək biz olmayan yerə”
D. “Aləmdə səsim var mənim”*
Sərgilər kitabxana tədbirləri arasında özünəməxsus yer tutur. Ramiz
Rövşənin fəaliyyətini əsk etdirən maraqlı sərgilər təşkil etmək olar. Sərgi zamanı
şairin “Nəfəs-Kitablar kitabı”, “Gedək biz olmayan yerə”, “Yağışlı nəğmə”, “Sevgi
məktubu kimi”, “Göy üzü daş saxlamaz”, “Kəpənək qanadları” adlı kitabları ilə
yanaşı onun dövrü mətbuatda dərc olunan əsərləri onun haqqında dərc olunan
məqalələr nümayiş etdirilir.
Ramiz Rövşənin kitablarının üz qabıqlarından təşkil olunmuş sərgini sizə
təqdim edirik.
7
Kitabxanamızda ən çox sevilən tədbirlərdən biri şeir müsabiqəsidir.
“Sevimli şairmiz Ramiz Rövşən”, “Gedək biz olmayan yerə” adları altında şeir
müsabiqəsi təşkil etmək olar. Bildiymiz kimi Ramiz Rövşən bir birindən maraqlı
şeirlərin müəllifidir. “Həsrət”, “Köhnə sözlər”, “Yarpaq”, “Şam”, “Söz”, “Kəpənək
qanadları”, “Hörümçək” şeirləri müsabiqə zamanı uşaqlar tərəfindən münsüflərə
təqdim oluna bilər.
Maraqlı tədbirlərdən biri sual-cavab gecəsidir. Sual-cavab gecəsində
uşaqlara şairin həyat və yaradıcılığı ilə əlaqədar aşağıdakı sualları təqdim etmək
olar:
1. Sual: Ramiz Rövşən neçənci ildə harada dünyaya göz açmışdır?
Cavab: Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində
anadan olub.
2.
Sual: Şairin əsərləri hansı xarixi ölkələrdə çap olunmuşdur?
Cavab: Ramiz Rövşənin şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ
respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada,
Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub.
3.
Sual: Ramiz Rövşən bir çox mahnı mətnlərinin müəllifidir. Həmin mahnılardan
hansılarını tanıyırsınız?
Cavab: Ramiz Rövşən “Bağışla”, “Bu qatarın dalınca baxma”, “Novruz gəlir, yaz
gəlir”, “Ayrılıq”, “Yalquzaq”, “Bu ağac öləcək” adlı mahnıların mətnlərinin
müəllifidir.
4.
Sual: Ramiz Rövşənin hansı filmlərdə şeirləri səslənir?
Cavab: “Əzablı yollar” (“Divlərin mahnısı”şeiri), “İşarəni dənizdən gözləyin”
(“Yaraşmıram mən sənə”şeiri), “Qala” ("Dilin yansın, dil yiyəsi"şeiri), “Əlvida,
cənub şəhəri” (“Yağış yuyur, gün qurudur”şeiri)
5.
Sual: Ramiz Rövşənin "Divlərin mahnısı", "Dilin yansın, dil yiyəsi",
"Yaraşmıram mən sənə" şerilərini birləşdirən ortaq cəhət nədir?
Cavab: Hər üç şeir şairin filmlərdə səslənən şeirləridir.
6.
Sual: Sözləri Ramiz Rövşənə məxsus olan “Bu qatarın dalınca baxma” mahnısı
kim tərəfindən ifa olunur?
Cavab: Flora Kərimova
7.
Sual: Ramiz Rövşənin hansı hekayələrini tanıyırsınız?
Cavab: “Hərə gördüyünü görür”, “Analardan uzun qızlar”, “Yağışlı bir günün
günortasında”, “Evin tikilməsin Amerika”
8.
Sual: Ramiz Rövşən şeir və hekayələrlə yanaşı bir-birindən maraqlı povestlərin
də müəllifidir. Bəs onun hansı povestlerini tanıyırsınız?
Cavab: “Daş”, “Yayda ölmək günahdı”.
9.
Sual: Şair hansı kitabların müəllifidir?
Cavab: “Gedək biz olmayan yerə”, “Nəfəs-kitablar kitabı”, “Kəpənək qanadları”
10.
Sual: Onun ən çox sevdiyiniz və əzbər bildiyiniz şeiri hansıdır?
Maraqlı tədbirlərdən biri də oxucu konfransıdır. Konfransın keçirilməsinə
1-2 ay qalmış mövzu seçilməli, elan yazılmalı, dəvətnamələr çap edilib
paylanmalıdır. Ramiz Rövşənin 65 illik yubileyi ilə bağlı “Könüllərdə taxt quran
şair”, “Ramiz Rövşən-65” başlıqları altında oxucu konfransı keçirmək olar.
Konfransın keçiriləcəyi otaqda yazıçının kitablarından ibarət sərgi təşkil
8
olunmalıdır. Konfrans üçün ayrıca proqram tərtib olunur, orada konfransın adı,
giriş sözü ilə çıxış edən şəxs və digər çıxış edənlərin adı, tədbirin keçiriləcəyi
məkan və zaman qeyd olunur. Tədbirdə şairin özü, qələm dostları, jurnalistlər,
yazıçı və şairlərin çıxışları dinlənilir. Bütün çıxışların mətni və tədbirin proqramı
konfransın keçirildiyi kitabxanada saxlanılır. Oxucu konfransının planını sizə
təqdim edirik:
1.
Giriş hissə (həyat və yaradıcılığı haqqında məruzə)
2.
Ramiz Rövşənin şeirləri haqqında oxucuların çıxışları.
3.
Poves və hekayələrindən parçalar.
4.
Konfransın yekunu.
Kitabxanada oxucularla şairin görüşünün təşkili oxucuların sevincinə səbəb
olar. Ramiz Rövşənin 65 iliyinə həsr olunmuş tədbirin ssenarisini sizə təqdim
edirik. Görüşün maraqlı keçməsi üçün kitabxanaçılar tərəfindən tədbirin ssenarisi
hazırlanır, qonaqlar dəvət olunur.
Tədbirlərin daha da maraqlı keçməsi üçün video lentlərdən də istifadə etmək
olar. Belə ki, müxtəlif dövrlərdə şairə həsr olunmuş televiziya verilişlərindən
götürülmüş fraqmentlərdən video çarx hazırlanır. Tədbir zamanı ekranda nümayiş
etdirilir. Hazırlamış olduğumuz belə video çarxlardan birini sizə təqdim edirik.
(Video)
Bildiyimiz kimi Ramiz Rövşənin şeirləri bir çox filmlərdə səsləndirilmişdir.
Tədbirlər zamanı həmin filmlərdən fraqmentlər və ya filmlərin özü tədbir
iştirakçılarına təqdim olunur. Eyni zamanda kitabxanaçılar uşaqlar üçün cizgi
filmləri də nümayiş etdirə bilərlər. Bu məqsədlə kitabxana müdriyyəti tərəfindən
həftənin bir günü azyaşlılar üçün cizgi filmi izləmək imkanı yaratmaq olar. Həmin
günlər Ramiz Rövşənin şeirlərinin səsləndirildiyi cizgi filmlər (“Tıq-tıq xanım” və
“Bulud niyə ağlayır.”) nümayiş olunur.
Aşağıda Ramiz Rövşənin 65 illik yubileyi münasibətilə keçiriləcək görüşün
ssenarisini sizə təqdim edirik.
Tədbiri kitabxana müdüri açıq elan edir Ramiz Rövşəni və qonaqları
salamlayır. Tədbir iki hissədən təşkil olunur. Birinci - rəsmi hissədə səbəbkara,
qonaqlara söz verilir. Tədbir əsnasında kitabxanaçılar tərəfindən əvvəlcədən
hazırlanmış suallar və oxucuları maraqlandıran suallar şairə ünvanlanır. Ramiz
Rövşənə veriləcək suallar əvvəlcədən kitabxanaçı tərəfindən hazırlanır və sizə
təqdim edirik:
1.
Sizcə əsl şair kimdir?
2.
Bəs Ramiz Rövşən kimdir?
3.
Müasir yazıçı və şairlərdən kimlərin əsərlərini bəyənirsiniz?
4.
Öz əsərlərinizi oxuyursunuzmu?
5.
Oxuduğunuz zaman öz əsərlərinizə necə yanaşırsınız - oxucu kimi yoxsa
tənqidçi kimi?
6.
Öz əsərləriniz arasında ən çox hansı sizin xoşunuza gəlir? Hansı əsərinizi
şedevr hesab etmək olar?
7.
Əsərlərinizi adətən kimə həsr edirsiniz?
8.
Ən çox bəyəndiyiniz və bəyənmədiyinizin əsərinizin adını deyin.
9
9. Sevilən bir çox mahnının sözləri sizə məxsusdur. Bəs həmin mahnılardan
hansı sizə daha doğmadır?
10. Siz bir cox cizgi filmləri mətnlərinin müəllifisiniz. Bu cizgi filmləri arasında
hansını övladlarınız uşaqikən daha çox sevərdi?
Tədbirin ikinci hissəsi bədii hissədir. İkinci hissədən öncə şairin həyat
yaradıcılığını əks etdirən slayd nümayiş olunur. Bunun ardınca aparıcılar səhnəyə
daxil olur.
I Aparıcı :
Salam əziz uşaqlar, hörmətli qonaqlar. Bu günkü tədbirimiz
xalqın sevimli şairi Ramiz Rövşənə həsr olunub.
II Aparıcı: Əsl sənətkar dünyaya əbədi və əzəli gəlir. Onun yolları hamar
da olur, daşlı-kəsəkli də. Amma buna baxmayaraq əsl söz
ustadı öz yolunu gedir. Ramiz Rövşən kimi.
I Aparıcı: Məni də yola saldı söz,
Mən getdim sizə qaldı söz,
Yenə təptəzə qaldı söz
Mən sözün tozunu aldım
II Aparıcı: Ramiz
Rövşənin illərlə kitabı çap olunmasa da, illər
ərzində imzası ədəbi-bədii jurnallarda çox seyrək görünsə də
onun
poeziyası, yaradıcılığı həmişə bizimlə olub.
I Aparıcı:
Onu da deyək ki, xalq öz yaradıcılığında səmimi olan şairə
üstünlük verir. Ramiz Rövşən də məhz belə şairdir. Xalqın
sevinci,
kədəri, dərdi, acısı onun yaradıcılığında öz əksini ta-
pır. Onun şeirlərində ədalət gözəllik vətənə xalqa sevgi,
bağlılıq öz əksini tapır. Gəlin şairimizin həmin şeirlərindən
birini oxucumuzun ifasında dinləyək.
(Oxucu şairin “Kaş bu Odlar yurdunda” şeirini söyləyir.)
Kaş ki, bu odlar yurdunda
Qızına biləydi adam.
Bir
yaşıl ağac altında
Uzana
biləydi adam.
Uzanaydı ömür kimi,
Qazılaydı qəbir kimi,
Baş daşına şeir kimi
Yazıla biləydi adam
Nə bir ata çörəyinə,
Nə dost-qardaş kürəyinə,
Pis
gündə öz ürəyinə
Qısıla bileydi adam.
II Aparıcı: Ramiz
Rövşən xalqın sevimli şairidir. O şair olduqdan
sonra,
şair olmağın əzabını, məsuliyyətini- gecələr oyaq
qalmağın çətinliyini və vaxtından əvvəl qocalmağı öyrəndi.
“Mənim şair olmağa gücüm çatmır” ertirafı da şair ömrünün
10
həmin əzablı keçidlərindən doğur. Bu anlarda şair
“gündüzdən, gecədən, çöldən, küçədən, düşmən tənəsindən,
dost
gileyindən” sıyrılıb təzədən doğulmaq istəyir və öz fikrini
misralarla
ifadə edir:
Bəlkə başqa adam olardım onda
Bu
dərdi özümdən qova bilərdim.
İndi isə gəlin sevimli şairimizə həsr olunmuş video lenti
izləyək.
(Ramiz Rövşənə həsr olunmuş Video lent ekranda nümayiş olunur)
I Aparıcı:
Uşaqlar, bilirsinizmi sizin sevərək izlədiyiniz cizgi filmlərinin
bir çoxunda səslənən şeirləri Ramiz Rövşənə məxsusdur.
Həmin cizgi filmlərindən bir neçəsinin adını deyə bilərsinizmi?
Uşaqlar:
“Tıq-tıq xanım”, “Bulud niyə ağlayır?”
II Aparıcı:
Afərin dostlar adını çəkdiyiniz cizgi filmlərindən hansına
baxmaq istərdiz?
Uşaqlar: “Tıq-tıq xanım”
I Aparıcı: Elə isə hamınızı “Tıq-tıq xanım” cizgi filminə baxmağa dəvət
edirik.
(Ekranda
“Tıq-tıq xanım” cizgi filmi nümayiş olunur )
II Aparıcı: Hamımız 65 illik yubileyi münasibəti ilə əziz şairimizi
ürəkdən təbrik edir, Ramiz bəyə uzun ömür, can sağlığı
arzulayırıq! Hələ neçə-neçə yeni kitabları ilə xalqımızı
sevindirməyi diləyirik!
I Aparıcı:
Sonda
isə sizinlə sağollaşırıq və hamınızı Flora Kərimovanın
ifasında sözləri Ramiz Rövşənə məxsus olan “Qatarın dalınca
baxma” mahnısını dinləməyə dəvət edirik.
S O N
11
Ədəbiyyat siyahısı
İnternetdə:
www.google.az
www.Vikipediya.az
Kitablar:
1. Rövşən Ramiz. Gedək biz olmayan yerə. Şeirlər və poema.- B.: Çıraq, 2006.-
184s.
2. Rövşən Ramiz. Nəfəs Kitablar kitabı. - B.: Qanun, 2006, 760s.
Dövrü nəşrlər:
1. Araz Məmməd, Göy üzündə daş nə gəzir // Ədəbiyyat.- 1987, 14 avqust.- S. 5
2. Anar. Rövşən – işıq deməkdir // Ədəbiyyat.- 2006.- S. 3
3. Bəylərqızı Şahnaz. Azərbaycan insanı yığılmış enerjidən azad olmaq
istəyir // Müsavat.- 2001.- 13 yanvar.- S. 15
4. Mən getdim, sizə qaldı söz // Mədəniyyət.- 2006.- 15 dekabr.- S. 7
5. Məmmədov Arif. Hər kəs elə öz adından // Azərbaycan.- 1989.- № 5.- S.178
Tərtib edəni: Xəlilova Xəyalə - F. Köçərli adına Respublika Uşaq
Kitabxanasının baş kitabxanaçısı
Redaktor: Fizurə Quliyeva - F. Köçərli adına Respublika Uşaq
Kitabxanasının direktoru
Dostları ilə paylaş: |