Microsoft Word QurbanSaid-AliveNino doc



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə6/63
tarix15.03.2018
ölçüsü1,17 Mb.
#31822
1   2   3   4   5   6   7   8   9   ...   63

baxdım. Hər bir tələbə götürdüyü imtahan biletini ancaq bir dəfə dəyişmək 
hüququna malik idi. Belə halda tələbə ən yüksək qiymət almaq 
imkanından məhrum olurdu. Mən də imtahan biletini dəyişdirərək 
talehimlə oynamaq istəmirdim. Heç olmasa babamın Gəncə yaxınlığındakı 
döyüşdə necə həlak olduğundan xəbərim var idi. Halbuki qabağımdakı 
kasada Prussiya hökmdarı Fridrix Vilhelmə və ya Amerika vətəndaş 
müharibəsinin səbəblərinə dair müəmmalı suallar var idi. Bu sualların 
cavablarından kim baş çıxarda bilərdi? 
  İmtahan biletimin dəyişdirməyəcəyimi bir işarə ilə müəllimə bildirib: 
“Çox sağ olun, mən öz imtahan biletimə cavab verəcəyəm” dedim. 
  Ondan sonra isə, bacardığım qədər nəzakət çərçivəsindən çıxmayaraq, 
rusları Azərbaycandan qovmaq üçün İran şahzadəsi Abbas Mirzənin qırx 
minlik ordu ilə Təbrizdən yola düşməsindən, milliyətcə erməni olan Çar 
generalı Valerian Mədətovun beş minlik ordu ilə Gəncədə necə 
qarşılandığından, toplardan iranlılara atəş açmağı əmr etməsindən, 
həyatlarında top səsi eşitməmiş İranlıları necə top atəşinə tutduqlarından 
şahzadə Abbas Mirzənin də atdan yıxılıb sürünə-sürünə gedib bir 
xəndəkdə sığındığından, İran ordusunun pərən-pərən olmasından və 
İbrahim xan Şirvanşirin bir dəstə cəngavərlə çayı keçmək istəyərkən əsir 
alınıb güllələndiyindən danışdım. Sözümə yekun vurub dedim ki, “Bu 
qələbə qoşunların cəsarətindən çox, Mədətovun toplarının texniki 
üstünlüyü sayəsində əldə edildi. Rusların qələbəsi nəticəsində Türkmənçay 
sülh müqaviləsi bağlandı. Bu müqaviləyə əsasən iranlılar ruslara xərac 
verməli oldular və xərac-üzündən də beş vilayət xarabalığa çevrildi”. 
  İşlətdiyim son cümlələr məni “yaxşı” qiymətindən məhrum etdi. Çünki 
“yaxşı” qiymətini almaq üçün gərək deyəydimki, “Qələbə rusların 
göstərdikləri böyük cəsarət sayəsində qazanıldı: bu cəsarətlə Ruslar 
özlərindən sayca səkkiz dəfə və daha çox olan İran ordusunu qaçmağa 
məcbur etdilər. Qələbənin nəticəsində isə Türkmənçay sülh müqaviləsi 
bağlandı və müqavilə sayəsində İran qərb mədəniyyəti və qərb bazarları 
ilə təmas qurmaq fürsətini ələ keçirə bildi. 
  Veriləcək qiymət məni heç maraqlandırmırdı. Çünki ulu babamın 
şərəfindən söz düşəndə mənim üçün “yaxşı” və “kafi” qiymətləri arasında 
heç bir fərq yox idi. 
  Bununla imtahanlar qurtardı. Gimnaziya müdiri böyük iftixar hissi  ilə 
bizə imtahanlardan müvəffəqiyyətlə keçib məzun olduğumuzu bildirdi. Bu 
sözləri eşidən kimi biz hamımız azadlığa çıxmış məhbuslar kimi böyük 
sevinclə pilləkənlərlə aşağı endik. Günəşin şüaları gözümüzü 
qamaşdırırdı. Sarı səhra qumunun incə dənələri küçə asfaltının üstünü 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


bürümüşdü. Səkkiz il ərzində bizim keşiyimizi çəkən küçəmizdəki polis 
nəfəri yanaşıb gimnaziyanı bitirmək münasibətilə bizi təbrik etdi. Biz də 
təşəkkürümüzü bildirib hər birimiz ona əlli qəpik pul verdik. Biz bir dəstə 
quldur dəstəsi kimi bağıra-bağıra şəhərə dağılışdıq. 
  Mən tələsə-tələsə evə gəldim. Evdəkilər məni iranlılar üzərində qələbə 
çalmış makedoniyalı İsgəndər kimi qarşıladılar. Xidmətçilər mənə qorxa-
qorxa baxırdılar. Atam mənim üzümdən gözümdən öpdü və “Məndən üç 
şeydən birini diləyə bilərsən” - dedi... əmim isə dedi ki, belə ağıllı bir 
gəncin irəliyə getməsi üçün onun Tehrana getməsi lazımdır. İlk həyəcan 
dalğası sovuşandan sonra xəlvətcə telefona yanaşdım. İki həftə idi ki, Nino 
ilə danışmamışdım. Telefon aparatının dəstəyini götürüb, aparatın disqini 
saat əqrəbi istiqamətində fırlatdım və “33 – 81” nömrəni yığmağı 
istəyirəm deyə bağırdım. Ninonun səsi eşidildi: “Əli, imtahanı verdinmi?”. 
  - Verdim, Nino. 
  - Təbrik edirəm, Əli. 
  - Çox sağ ol. Nə vaxt və harada görüşək Nino? 
  - Saat beşdə Qubernator bağının gölməçəsi yanında, Əli. Daha artıq 
danışmağa imkan yox idi. Çünki arxamda dayanan qohumlarımın, və 
xidmətçilərin şəklənmiş qulaqları məndə idi. Ninonun arxasında isə 
aristokrat anası durub qulaq asırdı. Nə isə... 
  Mən, yuxarıya, atamın böyük otağına qalxdım. Atamla, əmim divanda 
oturub çay içirdilər. Xidmətçilər ayaq üstə durub, gözlərini mənə 
zilləmişdilər. 
  Kamillik imtahanı hələ axıra çatmamışdı. Köhnə ənənəyə görə atamın 
həyatın astanasında duran oğluna həyatın bütün müdrikliklərini təfərrüatı 
ilə açması lazım idi. 
  Atam: 
  - ”Oğlum” deyə sözə başladı. Həyata qədəm basdığın bu anda mən sənə 
müsəlmanlığın vəzifələrini bir daha xatırlatmaq istəyirəm. Biz allaha 
inamın olmadığı bir Məmləkətdə yaşayırıq. Məhv olmamaq və ayaq 
altında qalmamaq üçün biz, qədim ənənələrimizi və köhnə həyat tərzimizi 
mütləq qorumalıyıq. Oğlum ibadəti unutma, içki içmə, tanımadığın 
qadınlarla durub oturma, yoxsullara və zəiflərə mərhəmət göstər. Haqq din 
uğrunda da daima qılıncını sıyırmağa hazır ol. Döyüş meydanında can 
versən, bu mən qocanı ağrıdacaq, amma şərəfsiz bir yol seçsən, mən qoca 
kişi xəcalət çəkəcəyəm. Düşmənlərini heç bir zaman bağışlama, oğlum, 
biz xristian deyilik. Sabahın qayğısını düşünmə, çünki sabahını düşünən 
adam ürəkli olmaz. 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


  Axırıncı nəsihətim də budur ki, “Məhəmmədin imanını və İmam Cəfər 
təriqətinin şiəlik təməllərini heç bir vaxt unutma”. 
  Əmim və evdəkilər atamı çox böyük maraqla dinləyirdilər. Sonra atam 
ayağa qalxdı, əlimdən tutdu və birdən-birə titrək və boğuq bir səslə dedi: - 
Sənə yalvarıram: siyasətlə məşğul olma! Nə istəyirsən elə, amma siyasətə 
qarışma.  
  Atamın bu istəyini yerinə yetirəcəyimə əmin idim. Çünki siyasət məndən 
çox uzaq idi. Nino isə, fikrimcə, siyasi bir problem deyildi. Atam məni bir 
daha qucaqladı. İndi mən, nəhayət tam kamil bir adam idim. 
  Rəsmi gimnaziya uniforması hələ də əynimdə idi. Mən düz saat beşin 
yarısında yavaş-yavaş qala darvazasından keçib dəniz sahilinə tərəf 
getdim. Sonra sağa dönüb qubernator sarayının yanından keçərək, Bakının 
qumlu torpağında böyük zəhmətlə salınmış bağa tərəf irəlilədim. 
  İçimdə azad və qəribə bir hiss var idi. Şəhərin bələdiyyə rəisi faytonla 
yanımdan keçdi və mən səkkiz ilə ərzində ilk dəfə idi ki, onun qabağında 
nə fərəqət durmalı idim və nə də ona hərbi sayağı salam verməli idim,. 
Bakı gimnaziyasının uniformasından gümüşü kokapdını şapkamdan 
çıxarmışdım. Bunlar məzun olduğumdan irəli gəlirdi. İndi mən mülki bir 
şəxs kimi gəzib dolanırdım, və hətta elə bir an oldu ki, istədim hamının 
gözü qabağında siqaret yandırım. Lakin tütünə nifrətim olduğu üçün, 
siqaret çəkmək fikrindən imtina edib qubernator bağına girdim. 
  Qubernator bağı böyük bir bağ idi. Orada nadir, görünüşləri qəmli olan 
ağaclar və asfalt döşənmiş cığırlar var idi. Sağda qədim qala divarı uzanıb 
gedirdi. Ortada isə şəhər klubunun ağ mərmər sütunları görünürdü. 
Ağacların arasında da çoxlu skamyalar qoyulmuşdu. Palma ağaclarının 
arasından batan günəşin qırmızıqtıl şüaları süzülürdü. Klubun yaxınlığında 
bir gölməçə vardı. Gölməçə dediyim iri qaya daşlarından hörülmüş nəhəng 
bir dəyirmi hovuz idi. Şəhər bələdiyyəsi hovuzu qu quşlarının orada 
məskən salıb gəzinməsi niyyətilə tikdirmişdi. Lakin  bu sadəcə niyyət 
olaraq qalmışdı. çünki su çox baha idi və ölkədə də bir dənə də olsun qu 
quşu yox idi. Buna görə də hovuz ölü divin göz çuxuru kimi əbədi olaraq 
səmaya baxırdı. 
  Skamyaların birində oturdum. Günəş dörd bucaq boz binaların dümdüz 
hamar damlarından işıq saçırdı. Arxamdakı ağacların kölgələri getdikcə 
uzanırdı. Başına mavi zolaqlı çadra örtmüş, ayaqlarına da şap-şup edən ev 
başmaqları geymiş bir qadın yanımdan keçdi. Çadranın altından qadının 
uzun dimdik burnu görünürdü. Dimdik burun məni izləyirmiş kimi mən 
tərəfə yönəldi. Tez başımı yan tərəfə çevirdim. Bu anda mənim üzərimə 
qəribə bir yorğunluq çökdü. Nə yaxşı ki, Nino çarşab örtmürdü və onun 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə