Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə3/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   2   3   4   5   6   7   8   9   ...   119

 

9

xarici  təmiz,  sözü  özünə,  özü  sözünə  uyğun  olmaq 



deməkdir. 

Allahın  və  Peyğəmbərin  buyruqlarına  boyun  əyib 

təslim olana Müsəlman deyilir. 

nsan ağlı ilə, düşüncəsiylə hər nə qədər yaradanına 

inana bilirsə də, Allahın rizasının, əmr və qadağalarının 

nədən ibarət olduğunu sezə bilməz. 

Bunun üçün Allah Peyğəmbərlərinin vasitəsilə əmr 

və  qadağalarını  bildirmiş,  insanlara  dünya  və  axirətdə 

səadətə qovuşan yollarını bəyan etmişdir. 

Bildirilən ilahi əmr və qadağaların hamısına “Din” 

deyilir.  

Dinimizin adı  slam dinidir. Bu adı Allah vermişdir. 

Bunun  üçün  slam  Dini  bir  xalqın,  bir  millətin  dini 

olmayıb,  bütün  insanların  dinidir;  son  dindir;  ağıl  və 

bilik  dinidir;  əxlaq  dinidir;  barış  və  intizam  dinidir; 

inandıqlarını yaşama dinidir. 



Mələklərə  iman.  Allahın  müxtəlif  yaratdıqları 

vardır.  

Ulu  Tanrı  mələkləri  ayrı-ayrı  işlərin  meydana  gəl-

məsinə səbəbkar kimi yaratmış, qüvvət və qüdrətini on-

larla  göstərmişdir.  Cəbrayıl,  Əzrayıl,  Mikayıl,  srafil 

adındakı  mələklər,  mələklərin  Allaha  ən  yaxın  olanları 

və ən böyükləridir. 

Mələklər  yerlərdə,  göylərdə  və  yerlə  göy  arasında, 

hədsiz, hesabsız olaraq, Allahın əmrlərini yerinə yetirir-

lər.  Saylarını  Allahdan  başqa  heç  kim  bilməz.  Mələk-

lərin  böyüklərindən  olan  Cəbrayıl  Allahın  Kəlamlarını 

Peyğəmbərlərə çatdırmaqda vasitəçilik edər. 



Kitablara  iman.  Adəm  (ə)  ilə  bizim  Peyğəm-

bərimiz  (s.ə.v.)  arasında  gəlib  keçən  bütün  peyğəm-

bərlərə göndərilən kitabların hamısı haqdır. 



 

10

Kitabların bir qismi səhifələrdən ibarətdir.  Bunlara 



“suhuf” deyilir. Bir qismi də böyük kitablardır. 

Səhifələr bu Peyğəmbərlərə göndərilmişdir: 

10 suhuf Adəm Əleyhüssəlama 

50 suhuf Şit Əleyhüssəlama 

30 suhuf  dris Əleyhüssəlama 

10 suhuf  brahim Əleyhüssəlama 

Böyük Kitablar: 

1.  Tövrat: Musa Peyğəmbərə(ə) enmişdir. 

2.  Zəbur: Davud Peyğəmbərə(ə) enmişdir. 

3.  ncil:  sa Peyğəmbərə(ə) enmişdir. 

4.  “Quran-Kərim”:  Bizim  Peyğəmbərimiz  Həzrəti 

Muhəmmədə (s.ə.v.) enmişdir. 

“Qurani-Kərim” son kitabdır. Yalnız bir zamana, bir 

qəbiləyə,  bir  millətə  məxsus  deyildir,  bütün  insanların 

kitabıdır. Onun hökmü qiyamətə qədər davam edəcəkdir. 

 “Qurani-Kərim”  Peyğəmbərimizin  (s.ə.v.)  ən 

böyük möcüzəsidir. 

 Muhəmməd  Peyğəmbərə  (s.ə.v.)  Ramazan  ayında 

nazil  olan  Quran  114  surədən,  6204,  yaxud  6236  (bəzi 

mənbələrdə 6666) ayədən, 77934 sözdən ibarətdir. Qu-

ranın təxminən 90 surəsi Məkkədə, 24 surəsi Mədinədə 

nazil  olmuşdur.  Quran  hər  biri  20  səhifə  olmaqla  30 

cüzə ayrılır.  

Peyğəmbərlərə iman.  

Cənab  Haqq  qullarına  doğru  yolu  göstərmək  üçün 

ə

mrlərini,  yasaqlarını  peyğəmbərləri  vasitəsilə  bildir-



mişdir. 

Peyğəmbərlər  Allahla  qulları  arasında  vasitəçi  və 

elçidirlər. 

Peyğəmbərlik  Allah  vergisidir.  Dilədiyinə  verir, 

çalışıb  çabalamaqla  əldə  edilməz.  Adəmdən  (ə)  bizim 



 

11

sevgili Peyğəmbərimiz Muhəmmədə (s.ə.v.) qədər gəlib 



keçmiş  bütün  millətlərə  Allah  tərəfindən  peyğəmbərlər 

göndərilmişdir. 



 

“Qurani Kərim”də adları bildirilən peyğəmbərlər: 

 

1 - Adəm (ə)     10 – Yaqub (ə)      19 – Əlyəsə (ə) 

2 -  dris (ə)        11 – Yusif (ə)        20 – Yunus (ə) 

3 – Nuh (ə)        12 – Əyyub (ə)      21 – Zülkifl (ə) 

4 – Hud (ə)        13 – Şuayb (ə)       22 – Zəkəriyyə (ə) 

5 – Salih (ə)       14 – Musa (ə)        23 – Yəhya (ə) 

6 –  brahim (ə)   15 – Harun (ə)      24 –  sa (ə) 

7 – Lut (ə)          16 – Davud (ə)      25 – Həzrəti  

8 –  smayıl (ə)   17 – Süleyman (ə)   Muhəmməd (s.ə.v.) 

9 –  shak (ə)      18 –  lyas (ə) 

 

Üzeyr,  Loğman,  Zülqərneyn  adındakı  üç  şəxsin 



peyğəmbərlikləri mübahisəlidir.  

Bizə bildirilən və bildirilməyən bütün peyğəmbərlə-

rin hər birini bir-birindən ayırmadan hamısına inanırıq. 

slamın beş təməli.  

Sevgili Peyğəmbərimiz (s.ə.v.) belə buyurmuşdur. 

Müsəlmanlıq beş təməl üzərində qurulmuşdur: 

1.  Allahın  varlığına,  birliyinə,  Həzrəti  Muhəm-

mədin  (s.ə.v.)  Allahın  qulu  və  Peyğəmbəri  olduğuna 

qəlbi ilə inanması və dili ilə də bunu: 



Əşhədü  ən  la  ilahə  illəllah  və  əşhədü  ənnə 

Muhemmeden Rəsulüllah” deyə söyləməsi, 

2.  Dinin  dirəyi  olan,  gündə  beş  vaxt  namazı 

qılması, 

3.  Ramazan ayında oruc tutması, 

4.  Dində  zəngin  sayılanların  ildə  bir  dəfə  malının 

zəkatını verməsi, 



 

12

5.  Bədəni  sağlam  və  kifayət  qədər  pulu  da  varsa, 



omründə bir dəfə həcc ibadətini etməlidir. 

Zəkat:  Dində  zəngin  sayılan  kişi,  qadın,  hər  bir 

Müsəlmanın ildə bir dəfə malının qırxda birini kasıblara 

verməsi borcdur, fərzdir. Borcundan və keçinəcəyindən 

başqa  80,18  qram  (20  misqal)  qızılı  və  ya  561  qram 

(200  dirhəm)  gümüş,  və  yaxud  da  bunların  dəyərində 

pulu və ticarət malı olan şəxs dində zəngin sayılır.  

Bəzi adamlar zəkatla xümsü qarışdırırlar. Xüms in-

sanın bu və ya digər vaxtda ələ keçirdiyi qənimətin beş-



də  birini kasıblara, xüsusən də Peyğəmbərlərin qohum 

ə

qrabasına, yetimlərə, yoxsullara və müsafirlərə verilən 



pul və maldır. Bu barədə “Qurani Kərim”in əl-Ənfal su-

rəsinin 41-ci surəsində buyurulur: 



(Ey möminlər!) əgər  siz  Allaha  və  haqla  batilin 

ayırd  edildiyi  gün  –  iki  dəstənin  bir-birilə  qarşılaş-

ğı  gün  (Bədr  günü)  bəndəmizə  (Muhəmmədə)  nazil 

etdiyimizə (ayələrə) iman  gətirmisinizsə,  bilin  ki,  ələ 

keçirdiyiniz hər hansı qənimətin beşdə biri, Allahın, 

Peyğəmbərin,  onun  qohum-əqrabasının,  yetimlərin, 

yoxsulların  və  müsafirlərindir  (pulu  qurtarıb  yolda 

qalan  yolçularındır).  Allah  hə

r  şeyə  qadirdir!”(  əl-

Ə

nfal, 8/41



“Beşdə  biri”  ərəbcə  “Xüms”  deməkdir.  Bu  ayəti-

kərimədən  aydın  olur  ki,  xüms  yalnız  əldə  edilən  qə-

nimətdən  verılir.  Zəhmətlə  qazanılan  və  ehtiyat  üçün 

saxlanılan qızıla, gümüşə, pula və keçinəcəyindən artıq 

olan hər hansı bir mala görə xüms verilməz. Qənimətin 

miqdarı təfsirlərdə aşağıdakı kimi göstərilir. 

Qənimətə  115  dəvə,  14  at,  parça,  silah,  ərzaq  və 

digər qiymətli mallar aid edilir.  



Qeyd:  slam dini haqqında heç bir bilgisi olmayan 


Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə