51
(O
2
) və karbon (CO
2
) qazının tərkibindəki digər kim-
yəvi maddələrə və suyun istiliyinə, ya da soyuqluğuna
görə dəyişir. Suyun turş, acı, duzlu ya da dadsız olma-
ması arzu edilir. Su dadını dəyişdirməməli, içildiyi
zaman boğazda quruluq, qıcıqlanma və mədəyə ağırlıq
verməməlidir. Içməli suyun keyfiyyəti və dadı
tərkibindəki həll olmuş oksigen və karbon qazının
miqdarından asılıdır. Belə ki, 1 litr suda 20-50 mq
qədər qaz ola bilir. Bunun yarısı CO
2
, digər yarısının
üçdə biri oksigen və üçdə ikisi də azotdur.
pH də rə cə si. pH suyun turşuluğunu və ya qələvi
mühitini göstərən bir ölçüdür. Məhlulda olan [H]
+
ionu
konsentrasiyasını ifadə edir. Saf suda [H]
+
və [H]
-
ionlarının miqdarı tarazlıqdadır və pH=7 olur.
pH<7 şəraitində mühit turşu, pH>7 şəraitində isə
mühit qələvidir.
çməli sularda pH göstəricisinin 6,5-8,5 olması
tövsiyə edilir.
Suyun codluğ u onun tərkibində olan kalsiumun
miqdarından asılıdır. Buna baxmayaraq, codluq
dərəcəsi sudakı kalsium və maqnezium duzlarından
irəli gəlir. Su bunları torpaqdan alır. Həll olmuş halda
olan kalsium və maqnezium suyun tərkibində hidro-
karbonat, sulfat və xlor duzları və ayrıca az miqdarda
nitrat duzları halında olur. Xüsusilə kalsium hidrokar-
bonat və kalsium-sulfat suyun codluğunda əhəmiyyətli
rol oynayır. Suyun tərkibində ən çox kalsium,
maqnezium, sulfat və xlor duzlarına rast gəlinir.
Canlı su
Hamımız suyun canlıların həyatında ciddi rol
oynadığını, əhəmiyyətini və su itkisinin nələrə səbəb
52
ola biləcəyini bilirik. Əslində həyatımız üçün bu qədər
dəyərli olan sudan maksimum faydalanmaq istərik.
Amma bunun müqabilində canlılar üçün ən faydalı
suyun hansı olduğunu bilmirik.
Canlılar üçün ən faydalı su «canlı su» adlandırılan
təbiətin bizə bəxş etdiyi təbii qaynaq suyudur. Dağ-
lardan gələn ərimiş qar və ya buzlaq suları, torpaqdan
fısqıran qaynaqlar, kilometrlərcə uzunluqda təbii
yataqlarda axan dəniz və çay suları ən böyük canlı su
mənbələridir.
Canlı su sadəcə susuzluğu yatırtmaq üçün deyil,
eyni zamanda canlılıq və şəfa verən sudur.
Canlı suyun istifadə olunmasi şərtləri
Suyun orqanizmə yararlı olması üçün bəzi
xüsusiyyətlərə malik olması vacibdir:
- təmiz olmalıdır;
- enerjili olmalıdır;
- oksigenlə (O
2
) zəngin olmalıdır;
- mineralla zəngin olmalıdır;
- pH səviyyəsi orqanizmdə baş verən prosesləri
tənzimləməlidir;
- molekulyar quruluşu kiçik və altıbucaqlı
olmalıdır.
Bu gün xalq arasında işlənən “Su qədər ömrün
olsun” ifadəsi təmiz, sağlam və nurlu ömrə işarədir.
- Suyu içmək üçün ən yaxşı vaxt yatmazdan
ə
vvəl, yuxudan oyananda, yemək yeməzdən yarım saat
ə
vvəl və ya bir saat sonra.
- Əgər özünüzü pis hiss edirsinizsə, dərhal su
için. Su hamı üçün şəfaverici eliksirdir. Çox az şey ola
bilər ki, insanın ruhuna qısa zamanda su qədər müsbət
53
təsir etmiş olsun.
- Günə bir stəkan su içərək başlayın. Bu böyrəkləri
boşaltmağa və orqanizmin toksinlərdən azad olmasına
yardım edəcək.
- Gündə ən azı səkkiz fincan (200x8=1600 ml) su
için.
- Ac deyilsinizsə, yemək yeməyin, onun yerinə su
için.
- Özünüzü yaxşı hiss etmirsinizsə, dərman içməyə
tələsməyin, əvvəlcə bir fincan su için.
- Yemək zamanı su içməyin, yeməkdən yarım saat
ə
vvəl və ya bir saat sonra için.
- Yediyiniz yeməklərlə su qəbul edirsiniz, çünki
onların tərkibində də su vardır.
- Stresli və narahat olduğunuz zaman bir fincan su
için. Su sizin bədəninizdəki mayeni və duzu
tənzimləyərək sakitləşmənizə yardım edəcək.
- Düzgün qidalanmağa səy göstərin.
- Çox çay, qəhvə və alkoqollu içkilər içməyin. Bu
içkilər sidikqovucu olduqlarından bədəndəki suyun
itkisinə səbəb olurlar.
Hər bir insanın gündəlik su ehtiyacları müxtəlif
amillərlə bağlıdır.
1. Çəki artdıqca insanın suya ehtiyacı artır.
2. Qidalanma – meyvə-tərəvəzlə daha çox
qidalanan insanların suya tələbi quru qidalarla
qidalananlara nisbətən azdır.
3. Iqlim.
4. Fiziki aktivlik.
5. Xəstəliklər – məsələn, yüksək hərarət, ishal və
qusma zamanı suya ehtiyac artır.
6. Səyahət zamanı su həyati əhəmiyyət kəsb edir.
54
Su itkisi zamanı qəbul olunan su ilə yanaşı
mineralları da nəzərə almaq vacibdir.
Orqanizmə lazım olan suyun miqdarının hesablan-
masında iki üsuldan istifadə olunur:
1) Insan bədəninin kütləsinin hər kq-ı 32 qrama
vurulur. Məsələn, 70x32=2240 ml.
2) Gündəlik qəbul etdiyiniz hər kalori üçün 1 ml.
Ə
gər 2500-3000 kalori qəbul edirsinizsə, onda 2,5-3
litr su içməniz vacibdir.
Ə
gər çörək, kreker kimi quru qidalar yeyirsinizsə,
isti iqlimdə yaşayırsınızsa, müntəzəm idman edir və
sauna, ya da buxar vannası qəbul edirsinizsə, həddən
artıq su içməlisiniz.
Gündə 8-10 dəfə sidiyə çıxmaq optimal miqdarda
su içdiyinizin göstəricisidir. Hamilə qadınlar daha çox
su içməlidirlər. Normada qadın hamiləlik dövrü öz
çəkisini 12,5 kq artırır. Bunun 6-8 kq-ı sudan ibarətdir.
Çox zülal və duz qəbul etmə, ishal, tərləmə,
hərarətli xəstəliklər, isti ərazidə yaşamaq və işləmək su
tələbatını artırır.
Su çatışmamazlığından ən çox əziyyət çəkən
orqanizmin aşağıdakı hissələridir:
- immun sistemi;
- ürək və qan dövranı sistemi;
- həzm sistemi.
Suyu necə içməli?
1. Yuxudan duran kimi iki fincan su içmək daxili
orqanları fəallaşdırır.
2. Yeməkdən 30 dəqiqə əvvəl bir fincan su içmək
həzmə yardım edir.
3. Hamama girməzdən əvvəl bir fincan su içmək
qan təzyiqini normallaşdırır.
7>
Dostları ilə paylaş: |