378
928* İnəyin qarnındakı buzov. Padşah inəyin qarnındakı
buzovun dişi və alnı təpəl olduğunu söyləyir. Keçəl onun səhvini
düzəldir: buzovun quyruğunun ucu qatlanıb alnında durduğu üçün
təpəl göründüyünü deyir. Heyvanı kəsirlər, keçəlin dediyi düz çıxır.
Qarabağ, I kitab, s.259-260
929* Dilimi mehribançılığa öyrədirəm. Uşaq yıxılan eşşəyin
başını dizi üstünə alıb onu əzizləyir. Padşah ondan bu hərəkətinin sə-
bəbini soruşduqda dilini mehribançılığa və ya yaxşı danışmağa öyrət-
diyini deyir. Padşah onu mükafatlandırır. Qoca da uşağı yamsılayır,
padşah ona yüz çubuq vurdurur.
Qarabağ, I kitab, s.282-285, kont.910K; IV kitab, s.296-297
929*** Evə əliboş gəlmək olmaz. Gəlinin tapşırığı ilə hər kəsə
evə gələndə özü ilə bir şey gətirməlidir. Böyük qayın gətirdiyi ölmüş
ilanı dama atır. Quş çaynağında apardığı şah qızının zinət əşyalarını
yerə atıb ilanı çaynağına alır. Gəlinin ailəsi tapdıqları zinət əşyalarının
hesabına varlanır.
Qarabağ, III kitab, s.296-298; IX kitab, s.218-221
930 Yazıya pozu yoxdur. Olduqca geniş yayılmış süjetdir,
demək olar ki, bölgəyə daxil olan əksər rayonlardan onun variantı
qeydə alınıb. Süjetin qısa məzmunu belədir: Qızının kasıb bir ailənin
oğluna yazıldığını öyrənən padşah uşağı özü ağırlığında qızıla vali-
deynlərindən satın alıb dağdan atır. Allah Cəbrayıla əmr eləyir, Cəbra-
yıl uşağı qanadları arasına alır və onun yerə düşməsinə qoymur. Uşaq
maralın və ya keçinin himayəsində böyüyür, yaxud ziyarətdən gələn
şəxs qarağan kolunun dibindən uşağı tapıb onu böyüdür. Həmin oğlan
axırda padşahın qızı ilə evlənir.
Qarabağ, II kitab, s.372-377, kont.926; III kitab, s.244-249;
s.249-254; s.254-259; V kitab, s.181-183; VI kitab, s.242-248; VIII
kitab, s.176-180; IX kitab, s.232-235
930A Təyin olunmuş arvad. Naxırçının qızının ona yazıldığını
öyrənən gənc qızı xəncərlə vurur, özü ilə götürdüyü qızılları onun
döşəyinin altına qoyub evi tərk edir. Qız həmin yaradan şəfa tapır.
Yastığının altına qoyulan qızılların hesabına şəhərdən həyət evi alır.
Şahzadə eyvanda gəzən qızı görüb ona aşiq olur, onunla evlənir. Sinəsin-
dəki yaradan onun naxırçının qızı olduğu məlum olur.
379
Qarabağ, III kitab, s.266-269, kont.934B
930K* Süleyman və Zümrüd quşu. Gündoğanda doğulan oğ-
lanla günbatanda doğulan qız bir-birinə yazılmış olur. Allahın qədərinə
inanmayan Zümrüd quşu yazını pozmağın mümkün olduğunu iddia
edir və qızı caynağına alıb kimsəsiz bir adaya aparır. Amma yazını
poza bilmir.
Qarabağ, VI kitab, s.241-242
930L* İki sünbülün söhbəti. Sünbüllərdən biri onu məğrub
padşahının oğlu, o biri isə məşruq padşahının oğlu yeyəcəyini deyir.
Yazını pozmağa çalışan zəmiçi həmin sünbülləri qırıb aşa qatır. Həmin
aşdan axşam ona qonaq olan iki şəxsə də verir. Məlum olur ki, həmin
şəxslərin biri məşruq padşahının, o biri isə məğrub padşahının oğludur.
Qarabağ, II kitab, s.327-328
934 Bıçaqla gələn ölüm. Yuxuda oğlunun öləcəyini görən ana
onu bir otağa salıb çölə çıxmağa qoymur. Rəfdəki ütü oğlanın başına
düşür, orada da canını tapşırır.
Qarabağ, V kitab, s.184
934A Üç ölüm. Münəccimlər padşahın oğlu olacağını xəbər
verir. Biri onu ilan çalacağını, o biri ağacdan yıxılacağını, üçüncü isə
suda boğulacağını deyir. Hər üç münəccimin dediyi doğru çıxır.
Qarabağ, IX kitab, s.190-193
934E = AT 931E*
Rüsvay olmuş qız. Mələk padşahın yeni
doğulmuş qızının küçələrə düşüb rüsvay olacağını xəbər verir. Qız
yazını pozmaq üçün özünü öldürür, torpaq onu qəbul etmir.
Qarabağ, VI kitab, s.248-249
934H* = AT 934A* Əcəli suda tamam olan şəxs. Peyğəmbər
bir evə qonaq olur və ev sahibinin yeni doğulan uşağını toy günü sel
aparacağını öyrənir. Yazını pozmağa çalışır, amma mümkün olmur.
Füzuli rayonundan qeydə alınmış variantda isə, oğlan suya düşəndə
Həzrət Əlini köməyə çağırır. Həzrət Əli onu sudan çıxardır, amma hər
dəfə də qucağındakının balıq olduğunu görüb onu suya buraxır. Ondan
sonra başa düşür ki, Allahın yazdığını poza bilməz.
Qarabağ, III kitab, s.270-271; s.271-272; IV kitab, s.282-283; V
kitab, s.183-184
380
934G* İlanla gələn əcəl. Oğlan onunla yol yoldaşı olan Əzrayıl-
dan nikah gecəsi əcəli tamam olacağını öyrənir. Nikah gecəsi Əzrayıl
ilana çevrilib balıncın altında gizlənir və oğlanı sancmaq üçün fürsət
gözləyir. a) Gəlin özüylə gətirdiyi xonçanı sailə verir, bu yaxşılığın
qarşılığında Allah oğlanın ömrünü uzadır; yaxud b) oğlan kəsdikləri
duz-çörəyə and verir, Əzrayıl duz-çörəkdən keçə bilmir.
Qarabağ, I kitab, s.227; s.228-229; II kitab, s.287-293, kont.
750K*; VI kitab, s.239; VIII kitab, s.166-169, kont.926C***; IX kitab,
s.235-237, kont.811*
934G*** Yuxuya qalmış ilan. İlan sevgilisini öldürdüyünə və
ya quyruğunu qopartdığına görə nikah gecəsi oğlanı çalmalıdır, amma
yatıb yuxuya qalır. Həqiqəti öyrənən peyğəmbər ilanı sevgilisinə
qovuşdurur.
Qarabağ, I kitab, s.229-230; s.231-232
936 = AT 936* Qızıl dağ. Tacir tutduğu nökəri otuz doqquz gün
yeydirib-içirdir, qırxıncı gün onu özü ilə dağa aparır. Qəhrəman hey-
van cəmdəyinin içində gizlənir, quş onu caynağına alıb dağa qaldırır.
Oradakı qiymətli daşları tacirə atır. Tacir onu dağın başında qoyub
gedir. Qəhrəman tülkünün köməyi ilə dağdan enir və tacirdən qisas alır.
Qarabağ, III kitab, s.281-289, kont.986
938 Ailə üzvlərinin itirilməsi. Taxt-tacı itirən padşah şəhəri
tərk etməli olur. Yolda arvadı qaçırdılır, bir oğlu çaya düşür, o bir
oğlunu canavar aparır. Başqa bir şəhərdə yenidən padşah seçilir.
Təsadüf nəticəsində oğurlanmış arvadını və övladlarını tapır.
Qarabağ, I kitab, s.254-257
938D* Hatəm cənnəti qazanır. Bu süjetin bölgədən iki variantı
qeydə alınıb. Bərdədən toplanmış variantda qeyd olunur ki, Allahdan
bu dünyasını istəyən Hatəm şumdan tapdığı qızıl hesabına varlanır.
Yeddi yolayrıcında imarət tikdirib gəlib-gedəni yeməyə qonaq edir və
səxavəti sayəsində o dünyasını da qazanır. Füzuli rayonundan qeydə
alınmış variantda isə, Allah kasıba cənnəti təklif edir, amma kasıb arva-
dının tələbi ilə bu dünyasını istəyir. Özgəsinin qapısını belləyəndə
yerdən tapdığı qızıl küpü hesabına varlanır. Çayın üzərindən körpü
salıb savab iş tutduğu üçün Allah onun o dünyasını da verir.
Qarabağ, II kitab, s.300-302; V kitab, s.179-180
Dostları ilə paylaş: |