Microsoft Word Q12. 14Torpaqlarin mehsuldarliqinin ekspert sistemle teyin edilmesinew docx



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə9/26
tarix08.10.2017
ölçüsü0,65 Mb.
#3940
1   ...   5   6   7   8   9   10   11   12   ...   26

2.

  Problemin həlli zamanı əməkdaşlıq etməyə hazır olan ekspertin tapılmasıvə 

işçi kollektivin müəyyən edilməsi; 

3.

  Problemin həllinə ilkin yanaşmanın təyini; 



4.

  Sistemin hazırlanmasına məsrəflərin və gəlirlərin təhlili ; 

5.

  Sistemin hazırlanmasının ətraflı planının tərtibi; 



Problemin  düzgün  seçilməsi  ekspert  sistemlərin  hazırlanmasının  ən  kritik 

hissəsidir. 

Münasib 

olmayan 


problemin 

seçilməsi 

sistemin 

sistemin 

yaradılmasından  qənaətə  deyildaha  çox  məsrəfə  səbəb  ola  bilər.  Sistem 

hazırlandıqdan sonra onun istifadəçilərin qəbul etməsinin qeyri mümkünlüyü daha 

pis  ola  bilər.  Hətta  əgər  sistem  müəssisənin  özü  tərəfindən  öz  məqsədləri  üçün 

hazırlandıqda da bu mərhələ xarici rekomendasiya alınmasında mühüm an olur. 

Adətən  ekspert  sistemlər  xüsusi  biliklərin  ekspertdən  alınaraq  sistemə  daxil 

edilməsi  yolu  ilə  hazırlanır.  Buna  görə  də  münasib  ekspertin  tapılması  sistemin 

yaradılmasında  əsas  addımdır.  Sistemin  hazırlanması  və  genişlənməsi  dövründə 

ekspert və biliklər üzrə mühəndis birlikdə işləyir. Biliklər üzrə mühəndis ekspertə 

biliklərin  strukturlaşdırılmasında,  problemin  həlli  üçün  lazım  olan  anlayış  və 

qaydaların  təyin  edilib  formalaşdırılmasında  kömək  edir.  Ilk  söhbətlər  zamanı 

onlar  əməkdaşlıqlarının  müvəffəqiyyətli  olub-olmayacağı  barədə  qərar  qəbul 

edirlər. Onlar uzun müddət birlikdə işləməli olduğuna görə bu çox vacib məsələdir. 

Bunlardan  əlavə  işçi  kollektivə  nüfuzlu  istifadəçilərin  və  professional 

proqramistlərin daxil edilməsi məqsədəuyğundur.    

Məsələnin 

proqramla 

reallaşdırılmasına 

ilkin 


yanaşma 

məsələnin 

xarakteristikalarına  və  onun  həlli  üçün  ayrılmış  resurslara  əsasən  təyin  edilir. 

Biliklər üzrə mühəndis adətən bazarda olan proqram vasitələrinin istifadəsi üzrə bir 

neçə  variant  irəli  sürür.  Son  seçim  nümunənin  hazırlanması  mərhələsində 

mümkündür. 




Məsələ  təyin  edildikdən  sonrə  ekspert  sistefmin  hazırlanması  xərcləri  və 

gəlirlərini  hesablamaq  lazımdır.  Xərclərə  işçi  kollektivə  əmək  haqqı  məsrəfləri 

daxil  edilir.  Əlavə  xərclərə  ekspert  sistemin  hazırlanması  üçün  əldə  edilmiş 

proqram vasitələrinin dəyəri daxil edilir.  

Gəlir, məhsulun qiymətinin düşməsi, əmək məhsuldarlığının artması, məhsul və 

ya  xidmətlərin nomeklaturasının genişlənməsi və ya hətta yenilərinin hazırlanması 

hesabına  mümkündür.  Uyğun  məsrəf  və  gəlirlər  sistemin  hazırlanmasına  çəkilən 

xərclərin  ödənmə  vaxtına  əsasən  müəyyən  edilir.  Müasir  mərhələdə  ekspert 

sistemləri inkişaf etdirən firmaların böyük əksəriyyəti nisbətən yüksək gəlir gətirən 

bahalı layihələrə üstünlük verirlər. 

Qoyulmuş vəsaitlərin ödəmə vaxtının çox olmasına baxmayaraq baha olmayan 

sistemlərin inkişaf tendensiyası vardır. 

 

Biliklər üzrə mühəndis yəqin etdikdə ki: 



a) verilmiş məsələ ekspert sistemlə həll edilə bilər; 

b) bazarda təklif edilən vəsaitlərlə ekspert sistem yaratmaq olar; 

v) münasib ekspert mövcuddur; 

q) məhsuldarlığın təklif edilən kriteriyası ağlabatandır; 

d) xərclərin və onların ödənmə müddəti sifarişçi üçün qənaətbəxşdir; 

o, iş planı tərtib edir. 

Ilk  nümunə  versiyası  ekspert  sistemin  kiçildilmiş  forması  olub,  faktların, 

ə

laqələrin kodlaşdırılmasının mülahizə strategiyasının düzgünlüyünün yoxlanması 



üçün  layihələndirilir.  O,  biliklər  üzrə  mühəndisə  imkan  verir  ki,  ekspert  sistemin 

hazırlanmasında aktiv iştirak etməyə cəlb etsin. 




Ilk  nümunənin  həcmi  bir  neçə  onluq  qayda  freym  və  ya  məsəl  ola  bilər. 

Onun hazırlanmasının mürəkkəb və iterativ prosesini aşağıdakı dəqiq olmayan və 

şə

rti mərhələlr kimi əks etdirmək olar: 



1)

  Problemin identifikasiyası; 

2)

  Biliklərin əldə edilməsi; 



3)

  Biliklərin strukturlaşdırılması; 

4)

  Predmet sahəsi konsepsiyalarının formalaşdırılması; 



5)

  Ilk nümunənin reallaşdırılması; 

6)

  Sınaq 


Problemin  identifikasiyası  işçi kollektivin tanışlığı  və  öyrədilməsini  və  habelə 

problemin  qeyriformat  təsvirinin  qurulmasını  nəzərdə  tutur.  Bu  zaman  məsələ 

dəqiqləşdirilir;  zəruri  resurslar  (vaxt,  insanlar  EHM  və  s.)  biliklərinin  mənbəyi 

(kitablar,  əlavə  ekspertlər,  metodikalar);  mövcud  analoji  ekspert  sistemlər; 

məqsədlər  (təcrübənin  yayılması,  yorucu  işlərin  avtomatlaşdırılması  və  s.);  həll 

edilən məsələ qrupları və s təyin edilir. 

Biliklərin əldə edilməsi, biliklər üzrə mühəndisin predmet sahəsi və bu sahədə 

qərarların qəbulu üsulları haqqında nisbətən tam təsəvvür əldə etməsini təmin edir. 

Bu  zaman  müxtəlif  metodlardan  istifadə  etməklə  ekspertin  kompotensiyasının 

biliklər  üzrə  mühəndisə  köçürülməsi  baş  verir.  Bu  metodlara  mətnlərin  təhlili, 

dialoq, ekspert oyunları, mühazirələr, diskussiyalar, intervyular, müşahidələr və s. 

daxildir. 

Biliklərin konseptuallaşdırılması və ya quruluşunun aydınlaşdırılması, predmet 

sahəsinin  anlayışları  arasında  əsas  konsepsiya  və  qarşılıqlı  əlaqələri,  predmet 

sahəsi  haqqında  biliklərin  qrafik,  cədvəl,  diaqram      və  ya  mətn  şəklində 

qeyriformat təsvirinin hazırlanmasıdır. Bu zaman predmet sahəsi haqqında alınmış 

biliklərin quruluşu aydınlaşdırılır və aşağıdakılar təyin edilir: 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə