Microsoft Word Proqramlasd?rma dill?ri v? Informatikabenovse doc



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə6/34
tarix28.08.2018
ölçüsü0,68 Mb.
#65131
1   2   3   4   5   6   7   8   9   ...   34

Deməli,  xəbərdə  olan  semantik  informasiyanın  miqdarı,  yəni  istifadəçi 

tərəfindən alınan yeni biliklərin miqdarı şərti kəmiyyətdir. Belə ki, eyni bir xəbər 

məlumatlı  istifadəçi  üçün  məna  daşıyırsa,  məlumatsız  istifadə  üçün  mənasızdır. 

Eyni  zamanda  məlumatlı  istifadə  üçün  anlaşılan,  lakin  onun  bildiyi  xəbər  də 

semantik informasiyanın miqdarını dəyişmir. 

 

10.  nformasiyanın kodlaşdırılması 

 

nformasiyanın  işlənməsi  zamanı  informasiya  vahidlərinə  şərti  işarələr 



vermək  zərurəti  meydana  gəlir.  Bu  şərti  işarələrin  məcmusu  kodadlanır.  Başqa 

sözlə  kod  hər  hansı  çoxluqla  qarşılıqlı-birmənalı  şəkildə  qurulmuş  hər  hansı 

ə

lifbada    olan  sözlər  çoxluğu,  konbinasiyasıdır.  Deməli,  kodlaşdırma  dedikdə 



informasiyaya şərti işarələrin verilməsi başa düşülməlidir.Kodlaşdırma siqnalların 

şə

kil dəyişməsi kimi də başa düşülə bilər. 



 

Kodlaşdırma  informasiyanın  avtomatlaşdırılmış  işlənməsi  prosesinin 

sürətləndirilməsinə  və  asanlaşdırılmasına  imkan  verir.  Belə  ki,  bu  halda 

informasiya elementlərinin çeşidlənməsi və qaydaya salınması, yadda saxlanılması, 

axtarılması, işlənməsi və ötürülməsi prosesi əhəmiyyətli dərəcədə asanlaşır və tez 

başa düşülür. 

 

nformasiyanın  kodlaşdırılması  eyni  zamanda  nəticə  informasiyasaının 



dekodlaşdırılmasını  şərtləndirir.Dekodlaşdırma  informasiya  vahidlərinin  kodlar 

üzrə əsl işarələrinin bərpa edilməsi əməliyyatıdır. qtisadi informasiyanın müxtəlif 

səviyyələrdə  işlənməsi  kodların  dəyişdirilməsini  tələb  edir.  Bu  cür  dəyişdirmə, 

yəni şərti işarələrin yeniləri ilə əvəz edilməsi yenidən kodlaşdırma adını almışdır. 

 

Kodlaşdırma qarşısında aşağıdakı tələblər qoyulur: 



-Kod elə tərtib olunmalıdır ki, zəruri informasiya çeşidlənmə prosesində avtomatik 

qruplaşdırla bilsin; 

-Müxtəlif dərəcəli yekunların alınması mümkün olsun; 

- şarələrin sayı məhdud olsun; 

nformasiya  təqdimatının  bir  formadan  (işarələr  sistemindən)  digərinə  keçiril-



məsinə  kodlaşdırma  deyilir.  Kodlaşdırma  mahiyyətcə,  tərcümə  olduğundan, 

uyğunluq  (ekvivalentlik)  cədvəlinə  (lüğətə)  əsaslanır.  nformasiya  mübadiləsi 

zamanı kodlaşdırma (tərcümə) və dekodlaşdırma (əks tərcümə) baş verir. Məsələn, 

klaviatura sıxılan düymə kodlarını 2-lik rəqəmlər sırası şəklində kompüterə ötürən 

kimi monitor həmin 2-lik rəqəmləri klaviatura düymələrindəki simvollara çevirir.  

Kompüterdə informasiyanın 2-lik kodlaşdırılması 

Kompüterdə  informasiyanın  təqdimatı  üçün  2-lik  kodlaşdırmadan  istifadə  edilir. 

Çünki yalnız iki vəziyyətdə ola bilən yüksək etibarlı texniki element mövcuddur. 

Bu  element  elektromaqnit  reledən,  maqnitlə  işlənmiş  səthdən,  lazerlə  işlənmiş 

səthdən  və  triggerdən  ibarətdir  ki,  bunlar  da  yalnız  2  vəziyyətdə  ola  bilir. 

Vəziyyətin biri 1-ə, digəri 0-a müvafiq gəlir. Kompüterə daxil edilən ədədi, mətni, 

qrafik, səs və video informasiya 2-lik koda çevrilir. 2-lik kodun rəqəmləri olan 0 və 

1-ə eyni ehtimallı iki mümkün hal kimi baxmaq olar. Hər  

işarə 1 bit informasiya daşıyır.  



 

 

11. Kodlaşdırma sistemləri və onun əsas növləri 

Mətn tipli informasiyanın kodlaşdırılması 

Mətn  tipli  informasiyanın  baytlarla  kodlaşdırılması  bir  neçə  müxtəlif  standarta 

ə

saslanır,  lakin  əsas  standart  ABŞ-da  ANSI  Milli  insitutunda  işlənilmiş  ASCII 



(American Standard Code or Information Interchange) standartı olmuşdur.  

Bütün tələblərin hər kəs tərəfindən ödənilməsinin təmin edilməsi üçün aşağıdakılar 

qəbul edilmişdir: 1. Hər biri bir bayt təşkil edən 256 koddan ilk 32-si (0-dan 31-ə 

qədər) kompyuter, printer və başqa qurğuların istehsalçılarına verilmişdir. Onlar bu 

kodları  istədikləri  əməliyyat  üçün  təyin  edirlər.  Lakin  sonradan  istehsalçılar 

tərəfindən  bu  kodlar  üçün  də  standartlar  işlənilmişdir,  bu  standartları  qəbul 

etməyənlər  isə  sadəcə  olaraq  öz  məhsullarını  sata  bilmədiklərinə  görə  bazardan 

çəkilmişlər. Məsələn, bütün kompyuter sistemlərində 13 kodu mətn daxil edilərkən 

abzasın  bitməsi  və  yeni  abzasın  başlaması  üçün  istifadə  edilir.  2.  Qalan  kodlar 

cədvəli  iki  hissəyə  bölür:  32-dən  127-yə  qədər  olan  kodlar  dünyadakı  bütün 

kompyuter  sistemlərinin  istifadə  etdiyi  simvolların  kodlarını  təşkil  edir.  128-dən 

255-ə qədər olan kodları isə hər bir ölkə özünə uyğun şəkildə yerləşdirə bilər.  

ASCII  cədvəlindən  başqa  digər  kodlaşdırma  sistemləri  də  mövcuddur.  Bunlara 

misal  olaraq  Windows  1251,  КОИ-8  və  s.  sistemlərini  göstərmək  olar.  Bu 

sistemlərdə 1 simvolun kodlaşdırılması üçün 8 bit və ya 1 bayt  istifadə edilir. 

1991-ci ildə 16-bitlik Unicode (Yunikod) sistemi təklif edilmişdir. Bu sistemdə hər 

bir  simvolun  kodlaşdırılması  üçün  2  bayt  istifadə  edilir:  1  bayt  —  simvolun 

kodlaşdırılması  üçün,  bir  bayt  isə  əlamətinə  görə  ayrılır.  Bununla  yanaşı  Unicod 

kodlaşdırma üsulunun ASCII standartı ilə informasiya uyğunluğu təmin edilir.  

Unicode  nə  deməkdir?  Yuxarıda  qeyd  etdiyimiz  kimi,  əvvəllər  hər  bir  simvolun 

kodu yalnız bir baytdan ibarət idi, Unicode standartında isə hər bir simvol 2 bayt 

ilə  kodlaşdırlır,  bu  da  eyni  zamanda  65536  simvolun  işlədilməsinə  yol  açır.  Bu 

ə

dəd  isə  dünyanın  bütün  əlifbalarını  özündə  saxlaya  bilər.  Bu  65536  kodun 



arasında  "Ə",  "ə"  hərfi  üçün  də  (türk  əlifbasında  olduğundan  dilimizin  o  biri 

«qeyri-standart»  hərflərinin  Unicode  kodları  əvvəldən  məlum  idi)  yer  tapıldı. 

Nəhayət, 28 iyul 2001-ci ildə Azərbaycan dili üçün Unicode (2-baytlıq) və qeyri-

Unicode (1 baytlıq) simvol kodlaşdırmaları və həmçinin klaviatura düzümü qəbul 

edildi.  Əslində  Unicode  standartı  çoxdan  tətbiq  olunurdu  və  bu  sadəcə 

rəsmiləşdirildi. 

2. 

Say sistemləri və ədədlərin təsvir formaları 



Keçmiş  dövrlərdən  ədədləri  işarə  etmək  və  onlar  üzərində  əməliyyatlar 

aparmaq  üçün  müxtəlif  üsul  və  vasitələrdən  istifadə  olunmuşdur.  Say,  miqdar 

bildirmək  və  təsvir  etmək  üçün  istifadə  olunan  işarələr  və  üsullar  toplusu  say 

sistemi əmələ gətirir. Əsasən iki cür, mövqeli və mövqesiz say sistemindən istifadə 

edilir. 

Mövqesiz  say  sistemində  rəqəmin  qiyməti  onun  qrafik  təsviri  ilə  müəyyən 

edilir  və  onun  mövqeyindən  (və  ya  durduğu  yerdən)  asılı  deyil.  Belə  say 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə