Microsoft Word Neft-qaz quyularının qazılması texnikası v? texnologiyası. docx



Yüklə 140,05 Kb.
Pdf görüntüsü
səhifə13/16
tarix30.12.2023
ölçüsü140,05 Kb.
#164432
1   ...   8   9   10   11   12   13   14   15   16
657997585-Neft-qaz-Quyularının-Qazılması-Texnikası-Və-Texnologiyası

 
21. Qazıma məhlulunun udulması 
Qazıma məhlulunun udulması qazıma prosesində ən geniş yayılmış murəkkəbləşmələrdən biridir. 
Bəzi hallarda qazımanın normal geoloji-texnoloji şəraiti pozularaq quyudan çıxan məhlulun həcmi quyuya 
vurulan məhlulun həcminə nisbətən getdikcə azalır. Bu proses qazıma məhlulunun laya udulması adlanır. 
Hansı vəziyyətdə olursa-olsun, quyuda udulma əlaməti dərhal nəzərə çarpır və bu, əsasən, iki səbəbdən baş 
verir: geoloji və texnoloji.
Geoloji səbəbdən baş verən udulma idarə olunmayan prosesdir. Bunlar: layın növü, onun gücü və yatım 
dərinliyi; hidravliki yarılmaya süxurun müqavimətinin az olması; layın az təzyiqli olması; iri məsaməli çox 
kiçik təzyiqli layların açılması; 
Qazıma məhlulunun udulmasının yaranmasına təsir edən texnoloji səbəblər: quyuya vurulan qazıma 
məhlulunun miqdarı və keyfiyyəti; qazıma üsulu; endirmə və qaldırma əməliyyatlarının aparılma sürəti; 
Udulmanın əsas səbəbi hidrostatik və ya hidrodinamik təzyiq ilə lay təzyiqi arasında yaranan fərqdir. 
22. Qaz neft su təzahürləri 
Quyuların qazılması prosesində bəzən böyük nisbi lay təzyiqinə rast gəlmək olur. Belə təzyiq lay suları 
basqısının və ya layın məsamələrinə dolmuş sıxılmış qaz təzyiqinin quyudakı qazıma məhlulunun hidrostatik 
təzyiqinə olan nisbətindən əmələ gəlir. Quyudakı qazıma məhlulunun yaratdığı hidrostatik təzyiq, laydakı su və 
ya qazın basqı təzyiqindən az olduqda 


lay
h
P
P

 
quyuya su və ya qaz daxil olur. Adətən, normal şəraitdə lay 
təzyiqi maye sütununun təzyiqindən bir qədər az və ya ona bərabər olur 


Z
P
P
maye
h
lay





Məlumdur ki, quyuya daxil olan su və ya qaz qazıma məhlulunun xüsusi çəkisini azaldır, bu isə hidrostatik 
təzyiqin daha da azalmasına gətirib çıxarır və nəticədə lay təzyiqi ilə hidrostatik təzyiq arasındakı fərq get-gedə 
artır. Su təzahürü baş verdikdə qazıma məhlulunun özlülüyü və sıxlığı azalır, məhlulun suvermə qabiliyyəti 
artır Su təzahürünün qarşısını almaq üçün lay təzyiqini dəqiq müəyyənləşdirmək və yüksək anomal təzyiqli 
layların yatma dərinliyini təyin etmək lazımdır. Bundan sonra məhlulun sıxlığı lay təzyiqinə uyğun seçilməli, 
quyuağzı preventer bir daha yoxlanılmalı. Neft-qaz-su təzahürlərinin ilk əlamətləri quyudan çıxan məhlulun 
sıxlığının azalması, məhlulda qaz qabarcıqlarının, neft təbəqəsinin olması, məhlulun qaynamağa oxşar təzahürü 
və onun həcminin artması ilə müşahidə olunur. 
Belə əlamətlərdən hər hansı biri müşahidə olunarsa, ilk növbədə qazıma, endirmə-qaldırma və digər 
əməliyyatlər dərhal dayandırılır, məhlulun sıxlığı artırılır (hidrostatik təzyiqin qiyməti dərinlikdən asılı olaraq 
lay təzyiqindən 5-15% çox olana qədər), məhlul qazsızlaşdırılır. Bu zaman məhlulun özlülüyünün minimum 
olmasına fikir verilməlidir. 

Yüklə 140,05 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə