İnformasiya sistemləri menecmenti
72
həmişə tələb edir. Qısaca olaraq bunu informasiya sistem-
lərinin strateji planlaşdırılması (İSSP) kimi vermək olar.
Bu vəzifə və funksiyalar müəssisənin informasiya
menecmentinin tərkib hissəsidir və öz növbəsində, bütövlükdə
müəssisənin planlaşdırılması sisteminə İSSP tapşırıqlarının
tam inteqrasiyasını tələb edir.
Strategiya müəssisənin elmi-texniki, maddi, maliyyə,
əmək ehtiyatlarını, onun istehsal-satış imkanlarını nəzərə
almaqla qarşıya qoyulmuş məqsədə nail olunması üçün
əsaslandırılmış tədbir və planların işlənməsini nəzərdə tutur.
İS-nin strateji planlaşdırılması, adətən, beş ildən on ilədək
dövrü əhatə edir.
İSSP-nın nəticəsi sənəd şəklində olmalıdır və birinci
növbədə həm müəssisədə, həm də ondan xaricdə İS sahəsində
mövcud olan müddəaların şərhini, ikincisi, zəruri tədbirlərin
müəssisədə həyata keçirilməsi üçün və bu sahədə illər boyu
işlənib hazırlanmış strategiyaları özündə əks etdirməlidir.
İnformasiya sistemlərinin strateji planlaşdırılması
(İSSP) prosesini aşağıdakı mərhələlərə bölmək olar:
1.
İSSP-in qarşısında duran vəzifəsi. İSSP müəs-
sisənin hansı hissəsi üçün hazırlanmalı, hansı formada, həm
də müəssisə bundan nə qədər gəlir əldə edəcək və nə vaxt?
2.
Şəraitin hərtərəfli təhlili. Burada bir tərəfdən,
müəssisənin əhatə olunduğu mühit (müştərilər, əmtəə bazarı,
texnologiya, rəqabət, ümumi iqtisadi və siyasi vəziyyət və s.)
təhlili edilir və bundan irəli gələn risk, imkanlar və tələblər
dəyərləndirilir. Digər tərəfdən, müəssisənin daxili mühiti
(istehsalın strukturu, istehsal prosesi, xidmət bazarları,
maliyyə imkanları, rəqabət, işçi heyəti və s.) öyrənilir və
informasiya sistemləri sferasının güclü və zəif cəhətləri
müəyyən edilir.
3.
İS üçün strateji hədəflərin qoyuluşu. Şəraitlərin
təhlili mərhələsində əldə olunmuş nəticələr əsasında İS-nin
İnformasiya sistemləri menecmenti
73
strateji hədəflərinin konkret formalaşdırılması həyata keçirilir.
Burada məqsəd dəqiq, yoxlanılmış və ümumi qəbul edilən
olmalıdır.
4.
İS startegiyalarının hazırlanması. O, idarənin və
təşkilatın strukturunu, informasiya texnologiyalarının (İT)
tətbiqinin arxitekturasını və mövcud resursları nəzərə almaqla
yerinə yetirilir. İS strategiyası qarşıya qoyulmuş hədəflərə
çatmaq üçün mövcud potensialın müəyyən dövrdə hərəkətə
gətirilməsini xarakterizə edir.
5.
Konkret tədbirlərin planlaşdırılması. Bu mərhələ
artıq operativ xarakterə malikdir və ona görə də İSSP-nin
xüsusi hissəsi hesab edilmir. Uzunmüddətli planlaşdırma
cərçivəsində tədbirlər ümumi formada təsvir edilir. Tədbir-
lərin planlaşdırılması İS-nin inkişafı üzrə ayrı-ayrı layihə-
lərinin müəyyən edilməsi üçün zəmindir (rəsm 3.1).
Müəssisədə planlaşdırmanın təsvir edilmiş təşkil sistem-
lərinin yuxarıdan aşağıya (və yaxud aşağıdan yuxarıya)
qaydaya salınması köməyi ilə strateji planların yaradılmasının
iyerarxiya sistemi quraşdırılır. O, praktiki təcəssüm, həm də
İSSP-nin müvəqqəti strukturunu tələb edir.
İSSP-nin nəticələri yekun məruzədə şərh edilir. O,
aşağıdakı məlumatları əks etdirməlidir:
-
İS-nin təşkilinin əsas qərarları, məqsədləri və
prinsipləri;
-
İnformasiya bölmələrinin xidmət təklifləri: olan
resurslar və xidmətlər, qiymətlər və onların təklif edilməsinin
şərtləri;
-
İS-nin qurulmasının bütün müəssisə üçün vahid
konsepsiyasının ümumi şərhi (istifadəçilərin və informasiya
bölmələrinin arasında vəzifələrin bölüşdürülməsi, nəzərdə
tutulmuş informasiya sistemlərinin həyata keçirilməsinin
təqdim edilməsi və s.);
İnformasiya sistemləri menecmenti
74
-
İnformasiyanın emalı (İE) strukturunun təsviri
(informasiya emalı bölmələrinin iyerarxiya qaydasına
salınması və parçalanması, informasiya emalı bölmələrinin
səlahiyyətləri və cavabdehliyi, bölmələr-istifadəçilər və
nəzarət orqanları, informasiya sistemlərinin əlaqələndirilməsi
və kommunikasiyası);
-
İS-nin yaradılmasını nəzərdə tutan konsepsiya üçün
resursların (tələb olunan güclər və məsrəflər) istifadəsinin
ümumi şərhi;
Rəsm 3.1. İnformasiya sistemlərinin strateji
planlaşdırılmasının mərhələləri (dövrləri)
Xarici mühitin
təhlili
Daxili şəraitin
təhlili
İS-nin məqsədləri
(hədəfləri)
İS strategiyaları
İS sahəsində ayrı-ayrı
layihələrin
İnformasiya sistemləri menecmenti
75
-
İS-ə xidmət, onun istismarı və inkişafı üzrə planlaş-
dırılmasında tətbiq olunan metodların və alətlərin, o cüm-
lədən, ilkin məlumatların ümumi xarakteristikası;
-
İnformasiya emalına aid (İE) yekun xərc büdcəsi və
maliyyə planı.
5.3. İnformasiya sistemlərinin strateji
planlaşdırılmasının mərhələləri
5.3.1. Sistemin xarici mühitinin təhlili
İS-nin işində xarici mühitin təhlili (müəssisəni əhatə
edən xarici mühitin öyrənilməsi) iki istiqamətdə aparılır: 1.
Müəssisə üçün perespektiv imkanlara münasibətdə
bütövlükdə (məsələn, yeni texnologiyaların köməyi ilə əsas
istehsalın təkmilləşdirilməsi problemlərinin həllinin daha
səmərəli formaları), 2. Mühüm amillər üzrə. Onlar müəssisədə
(məsələn, qanunvericilik aktları, ictimai təsir, müştərilərin və
tədarükçülərin yeni tələbləri) informasiya sferasını şərtləndirə
və məhdudlaşdıra bilər. Bu tədqiqatın miqyaslarını İSSP-də
ayrı-ayrı istiqamətlərin məqsəd və həcmlərindən asılı olaraq
müəyyən etmək lazımdır.
Ətraf mühitə təsir edən amillər aşağıdakılardır: hüquqi
və təsərrüfat təşkilatı, sahibkarların təsərrüfat maraqları,
bazarın və konyukturun təşkili, həm də digər aidiyyatı olan
şəxslərin maraqları.
İS-nin inkişafına aşağıdakı kənar təşkilatlar və şəxslər
tərəfindən mümkün təsirlər ayrıca təhlil edilməlidir: dövlət
instansiyaları (parlament, hökumət və məhkəmələr), qarışıq
və törəmə müəssisələr, rəqiblər, müştərilər və tədarükçülər,
muzdlu işçilər, təhsil və tədqiqatın müxtəlif sferaları, siyasi
partiyalar, həm də həmkarlar ittifaqları.
Dostları ilə paylaş: |