Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə6/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   2   3   4   5   6   7   8   9   ...   175

 

18

yetişən  məqamı  ortaya  çıxarır.  Onu  da  əlavə  fikir  kimi 



bildirmək yerinə düşər ki, ortaq mövqedə olmaq (dayanmaq və 

ya  hərəkətdə  olmaq)  həm  də  mühafizə  olunmaq  deməkdir. 

Ortaq mövqeni axtaran şəxslər özlərini maraq nümayiş etdirən 

əks tərəfin həmlələrindən, zərbələrindən qorumağa çalışırlar və 

bu  baxımdan  da  onlarda  digər  şəxslərin  maraqlarını  da  nəzərə 

almaq  xüsusiyyətləri  formalaşır.  Təsadüfi  deyil  ki,  sülh 

sazişləri, 

danışıqlar 

məhz 

ortaq 


mövqeyə 

gətirmək 

vasitələrindən  hesab  edilir  və  sülh  sazişlərində  (əvvəlcədən 

imzalanan,  müharibələrin  qabağını  kəsən  sülh  razılaşmaları,  o 

cümlədən  dostluq  və  müttəfiqlik  sövdələşmələri,  bir-birinin 

maraqlarına, 

mənafelərinə 

toxunmamağı 

əsaslandıran 

razılaşmalar) ortaq maraqlar öz əksini tapır. Sistemin daxilində 

elementlərin 

qarşılıqlı 

uyğunluğundan 

(sistemin 

digər 

məkanında  qeyri-uyğunluq),  ahəngliyindən  (digər  məkanlarda 



qeyri-ahənglik)  yaranan  vəziyyətlər  və  proseslər  sistemin 

tarazlı  xüsusiyyətlərini  formalaşdırır.  Tarazlı  sistemlər  də  öz 

növbəsində 

möhkəm, 


dayanıqlı 

və 


güclü 

mühafizə 

qabiliyyətinə  malik  olur;  çünki  onun  elementləri  taraz  şəkildə 

münasibətdə  olurlar  və  doymuş,  razlılaşdırılmış  vəziyyət 

alırlar.  Demokratik  cəmiyyətlər,  hər  kəsin  hüququnun  təmin 

olunduğu  və  müdafiə  olunduğu,  qorunduğu  cəmiyyətlər  məhz 

taraz  əsaslı  cəmiyyətlərdir  ki,  bu  cəmiyyətlərin  də  öz-özünü 

müdafiəsi güclü olur.  

Cəmiyyət 

özü 


rəngarəng, 

rəngarəngliyin 

tərkibini 

formalaşdıran müxtəlif,  müxtəlifliyin içində olan eyni,  oxşar və 

ya  da  fərqli  maraq  daşıyıcılarından  (burada  maraq  daşıyıcıları 

dedikdə  şəxsləri,  şəxslər  toplumunu,  qurumunu,  subyektləri 

nəzərdə  tutmaq  olar)  ibarət  olduğundan  maraqların  qarşılıqlı 

şəkildə  və  əlaqəli  olaraq  mövcudluğu  cəmiyyətin  ümumi 

mühitini  formalaşdırmaqdadır.  Cəmiyyətdə,  təbiətlə  təmaslarda 

maraqların  qruplaşması,  həm  də  bu  baxımdan  kəsişməsi  və 

toqquşması,  üst-üstə  düşməsi  prosesləri  həyata  keçirilir. 

Cəmiyyət  göstəricilər  baxımından  yüksələn  cədvəl  üzrə  inkişaf 




 

19

etdikcə  sadalanan  müvafiq  proseslər  daha  da  rəngli  xarakter 



almaqdadır.  Məhz  postmodernizmin  də  tələbləri  cəmiyyətin 

rəngarəngliyini  təmin  etməkdən  və  reallıaqları  qəbul  etməkdən 

ibarətdir.  Cəmiyyətin  üzvləri  arasında  qruplaşma  mövcud 

olduğundan  maraqlar  da  fərdi  və  qrup  xüsusiyyətlərinə,  bu 

baxımdan  məxsusi  forma  və  məzmuna  malik  olur.  Həm  də 

qruplaşmanın  özü  də  bir  sistemli  (məsələn,  siyasi  və  iqtisadi 

əhəmiyyət kəsb edən münasibətlər üzrə formalaşan maraqlar və 

ya 


qeyri-hüquqi 

sistemli, 

yəni 

hüquq 


normaları 

ilə 


tənzimlənməyən,  məsələn,  adət  və  məişət  münasibətlərindən 

irəli gələn maraqlar) proses olaraq maraqlardan və bu maraqların 

yerinə  yetirilməsi  mübarizəsindən  formalaşır. Sistemli maraqlar 

normalarla  təmin  edilir,  mübarizə  (fəaliyyət)  normalara 

(normalar özlüyündə ölçü və hədləri, miqdarı və kəmiyyəti, say 

tərkibini  cəmləşdirir  və  sadalanan  elementlər  normanın  tərkib 

elementləri  kimi  qəbul  edilməlidir)  müvafiq  olaraq  həyata 

keçirilir.  İnkişaf  zərurəti  ilə  əlaqədar  olaraq  fəaliyyət  yeni 

normaların  yaranmasını  şərtləndirir.  Qeyri-sistemli maraqlar isə 

adi qaydalarla (adət-ənənənlərlə) tənzimlənir. Fərdi və kollektiv 

maraqlar  arasında  müvafiq  əlaqələr  mövcud  olur.  Şəxsin 

maraqları  onun  maddi  və  mənəvi  ehtiyaclarından  formalaşır, 

onun  cəmiyyətdəki  mövqeyini  və  rolunu  müəyyən  edir. 

Maraqlar  uğrunda  mübarizə  özündə  ziddiyyətli,  bu  baxımdan 

kəskin,  radikal,  yaxud  mülayim,  ümumiyyətlə,  təzadlı 

(kontrastlı)  məqamları,  anları  birləşdirir.  Əksliklərin  mübarizə-

sindən  və  vəhdətindən  törənən  vəziyyətlər  dinamik  inkişafın 

əsaslarını təşkil edir. Bu nöqteyi-nəzərdən həyat uğrunda sosial, 

iqtisadi  və  siyasi  mübarizə  (çoxistiqamətli  mübarizə)  öz 

mahiyyətinə görə çoxçalarlığı formalaşdırır.  

Maraqlar  uğrunda  mübarizə  maraqların  təmin  edilməsi 

dərəcəsindən  və  vəziyyətindən  asılı  olaraq  ortalıq  mövqeni 

(orta xətti, horizontal vəziyyəti, tarazlıq vəziyyətini) yaradırsa, 

bu  zaman  hərəkətlər  də  ortalıq  (orta)  mövqeyə  (razılaşdırılmış 

mövqeyə  uyğun  olaraq)  edilir  və  yaxud  da  hərəkətlərin 



 

20

hüdudları  ortalıq  koordinasiyaları  ilə  (müəyyən  məqamlarda, 



şərait,  məkan  və  zamanlarda  razılığa  gəlmə  vəziyyətləri) 

müəyyən edilir. Mübarizədə iştirak edən tərəflər öz maraqlarını 

müəyyən  anlarda  nisbi  olaraq  bərabərləşdirirlər.  Ortalıq 

(medium)  vəziyyətinə  gəlmə  məqamı  mübarizənin  həm  daxili 

xəttində meydana gələn zərurətlərdən, həm də kənar ünsürlərin, 

elementlərin  təsirindən  yarana  bilər.  Ortalıq  vəziyyətləri, 

bərabərləşmə anları (güclərə və imkanlara, maraqların həcminə 

görə)  şəxslər  arasında  tarazlı,  uyğun,  ahəngli,  simmetriyalı 

mövqeləri  üzə  çıxarır,  münasibətlər  balanslaşdırılır.  Ortalıq 

(medium)  vəziyyətləri  həmçinin  mühüm  bir  vasitə  rolunda 

çıxış edə bilir və tərəfləri razılıq nöqtəsinə gətirib çıxarır. Belə 

vəziyyətlər  kəskin  ziddiyyətlərin  müəyyən  anlarda,  ortaya 

çıxan  zəruri  şəraitin  tələb  etdiyi  məqamlarda  məcburi  və  ya 

könüllü olaraq razılaşma anlarından yaranır. 

Tarazlıq,  qeyri-tarazlıq,  bu  baxımdan  uyğunluq  və 

uyğunsuzluq,  oxşarlıq  və  qeyri-oxşarlıq,  ahənglik  və  qeyri-

ahənglik  vəziyyətləri  fəaliyyətin  zamanla  əlaqəsindən, 

fəaliyyət göstərən ünsürün zaman və şəraitlə bağlılığından asılı 

olur.  Fəaliyyət  və  zaman  arasında  müvafiq  normaları  və 

ölçüləri özündə əks etdirən nisbətlər  yaranır. Nisbətlər də təsir 

gücündən  və  əks  reaksiyalardan,  əks  təsirlərdən  formalaşır. 

Məlumdur ki, insanlar öz ehtiyac və tələbatlarını ödəmək üçün 

hər bir şeyi ölçüb-biçərək hərəkət edirlər. Həyat fəaliyyətlərini 

zaman  bölgüsünə  uyğun  şəkildə  qururlar.  Bu  nadir 

xüsusiyyətlərə,  digər  canlılardan  fərqləndirici  keyfiyyətlərə 

malik  olmaları  da  onların  ali  şüur  varlıqları  kimi  mövcud-

luqlarından  irəli  gəlir.  Hərəkət  edərkən  zaman  məqamları 

(momentləri,  anları)  arasında  bağlılıq  yaranır.  Bağlılıqdan  və 

ardıcıllıqdan 

irəli 


gələrək 

zaman 


trayektoriyasındakı 

məqamlarda həmçinin uyğunluq, oxşarlıq vəziyyətləri meydana 

gəlir. Ölçülər, eləcə də tam və tərkiblər prinsipinə uyğun olaraq 

zamanın  özünün  də  təfəkkürdə  ölçülməsi,  onun  axarında, 

gedişatında  hər  məqamlar  üçün  bərabər  ölçülər  amili 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə