9
digər əqdlər xüsusi hüquq elementləri hesab olunur. Bu cür münasibətlər xüsusi (mülki) hüquqla tənzimlənir.
Söylədiklərimizdən belə nəticə zıxara bilərik ki, bu və ya digər hüquq sahəsini mütləq qaydada və təmiz şəkildə
ümumi və yaxud xüsusi hüquqa daxil etmək mümkün deyil. Ümumi hüququn elementləri ilə xüsusi hüququn
elementləri arasındakı münasibət təsərrüfat şəraitindən və həmin şəraitin (dövrün) psixologiyasından asılıdır.
Xüsusi hüquqla ümumi hüquq arasında sərhədlər tarixən dəyişkən və dinamikdir. Məsələn, RF-də sovet döv-
ründə torpaq hüququ ümumi hüquq sferasına daxil idi. Həmin dövrdə torpaq üzərində dövlətin müstəsna mül-
kiyyət hüququ vardı. Buna görə də torpaq dövriyyədən zıxarılmışdı və müxtəlif əqdlərin (alqı-satqının, baüışla-
manın, vəsiyyətin, girovun, icarənin və s.) predmeti ola bilməzdi. RF-də kezən əsrin 90-cı illərinin əvvəllərin-
dən başlayaraq yaranan bazar iqtisadiyyatı şəraitində, habelə həyata kezirilən torpaq islahatı nəticəsində dövlə-
tin torpaq üzərində müstəsna mülkiyyət hüququ ləüv edilmişdir. Indi RF-in qanunvericiliyinə görə torpaq həm
də vətəndaşların və hüquqi şəxslərin xüsusi mülkiyyətində ola bilər. Onlar öz mülahizələri üzrə torpaq üzərində
qanunla qadaüan edilməyən istənilən mülki-hüquqi əqdlər baülaya bilərlər. Beləliklə, RF-də torpaq üzərində
xüsusi mülkiyyət hüququnun təsbit olunması torpaq hüququnun xarakterinə prinsipial təsir göstərmişdir. Belə
ki, RF-in torpaq hüququ özünün ümumi hüquq elementlərini saxlamasına baxmayaraq, müasir dövrdə xüsusi
hüquqa şamil edilir.
Tarixi inkişafın gedişində bəzi sahələrdə ümumi hüquqla xüsusi hüquq arasında sərhədlər silinib aradan
çıxır. Bunun nəticəsində qarışıq ümumi hüquq münasibətləri (və ya institutları) və ya xüsusi hüquq münasibət-
ləri (və ya institutları) yaranır. Bundan əlavə, ümumi hüququn və xüsusi hüququn sistemi dövlətin hüquqyarat-
ma fəaliyyəti kimi subyektiv faktordan da müəyyən dərəcədə asılıdır. Bu faktor ümumi və xüsusi hüquq arasın-
dakı münasibətə əhəmiyyətli dərəcədə təsir göstərir. Ona görə də həm ümumi hüquqa, həm də xüsusi hüquqa
daxil olan hüquq sahələrinin qəti formada təsnifini vermək qeyri-mümkündür.
Beləliklə, yuxarıda söylədiyimiz fikirləri nəzərə alaraq Azərbaycan Respublikasının xüsusi hüququnun siste-
mini müəyyənləşdirə bilərik. Söhbət xüsusi hüquqa daxil olan müstəqil hüquq sahələrindən gedir. Xüsusi hü-
ququn sisteminə
aid olunan baş
lıca və
ə
sas hüquq sahə
si mülki hüquqdur. Mülki hüquq xüsusi hüququn
özəyini, təməlini, bünövrəsini, necə deyərlər, úövhərini təşkil edir. O, xüsusi hüququn aparıcı, baza sahəsi he-
sab olunur. Sivil və qabaqcıl hüquq sistemlərində (məsələn, Almaniya, Italiya, Fransa, Hollandiya və s. dövlət-
lərin hüquq sistemlərində) də mülki hüquq xüsusi hüquq sferasının əsasını təşkil edir. Qədim Romada «xüsusi
hüquq» və «mülki hüquq» identik (eyni) anlayışlar hesab olunurdu. Qeyd etdiyimiz kimi, Romada mülki hüquq
(müasir mənada) xüsusi hüquq anlayışı ilə əhatə olunmuşdu.
Müstəqil hüquq sahəsi olan əmək hüququna gəldikdə, qeyd etmək lazımdır ki, bu sahə xüsusi hüquqa şamil
olunur. Bu, kontinental Avropa hüququ ənənələrinə uyğun gəlir. Belə ki, kontinental Avropa hüququnda, hər
ş
eydən əvvəl, bu hüququn alman qolunda (hissəsində) əmək hüququ xüsusi-hüquqi təbiətə malikdir. ßmək hü-
ququnun əmək müqaviləsi, əmək haqqı, iş vaxtı, istirahət vaxtı, əmək intizamı kimi institutları xüsusi hüquq
institutlarıdır. Bununla belə, əmək hüququ ümumi hüquq münasibətlərindən və elementlərindən məhrum deyil.
Məsələn, əmək hüququnun sosial təminat münasibətləri ümumi-hüquqi təbiətə malikdir.
Beynəlxalq xüsusi hüquq xüsusi hüquq sisteminin bir hissəsini təşkil edir. O, daxili milli hüququn spesifik
sahəsidir. Beynəlxalq xüsusi hüquq beynəlxalq xarakterli mülki (əmlak), ailə-nikah və əmək münasibətlərini
tənzimləyən hüquq normalarının məcmusudur. Üstünlük təşkil edən müvcud konsepsiyaya görə, bu sahə hər bir
dövlətin daxili hüquq sisteminin tərkib hissəsidir. Beynəlxalq xüsusi hüququn nizamasalma predmetini beynəl-
xalq həyatda yaranan mülki xarakterli münasibətlər təşkil edir. Bunu bəzən beynəlxalq mülki münasibətlər də
adlandırırlar. Sovet dövründə «xarici elementli» xüsusi münasibətləri tənzimləmək məqsədi ilə beynəlxalq xüsu-
si hüququn ayrılmasına təşəbbüs göstərilmişdir. O, sovet sivilistikasının «ailəsinə» daxil idi. Bundan əlavə, nəzə-
riyyədə bəzi vaxtlarda beynəlxalq xüsusi hüquq mülki hüququn tərkib hissəsi (yarımsahəsi) kimi nəzərdən keziri-
lirdi. Kontinental Avropa hüququnda beynəlxalq xüsusi hüquq mülki hüququn tərkib hissəsi (yarımsahəsi) sayılır.
Beynəlxalq xüsusi hüquq adının (private international law) işlədilməsini ilk dəfə olaraq 1834-cü ildə Con
Stori təklif etmişdir. XX əsrdə ingilis-amerikan doktrinasında bu terminlə bərabər, həm də «münaqişə hüququ»
(conflict of law) terminindən istifadə olunur. Avropa dövlətlərində XIX əsrin 40-cı illərindən başlayaraq hər
yerdə «beynəlxalq xüsusi hüquq» termini (fransızca droit international prive, almanca internationales
privatrecht və s.) tətbiq edilir.
ßvvəllər sovet hüququ ədəbiyyatında «beynəlxalq xüsusi hüquq» terminindən istifadə olunması əleyhinə fi-
kirlər söylənilirdi. Bu fikrin doüru və inandırıcı olmaması hüququn ümumi və xüsusi hüquqa bölünməməsi ilə
izah olunur və əsaslandırılırdı.
Beynəlxalq xüsusi hüquq özünün əsas hüquqi parametrlərinə görə həmişə xüsusi hüquq xarakterinə və təbiə-
tinə malik olmuşdur. Qabaqcıl və sivil hüquq sistemlərində də hez bir vaxt beynəlxalq xüsusi hüquq özünün xü-
susi hüquq xarakterini itirməmişdir. Biz beynəlxalq xüsusi hüququ mülki hüququn yarımsahəsi hesab edirik.