Microsoft Word M?MM?D araz doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/38
tarix17.06.2018
ölçüsü2,8 Kb.
#49219
1   2   3   4   5   6   7   8   9   ...   38

________________Milli Kitabxana____________________ 
35 
 
SAÇ AĞARTDIM 
 
Saç ağartdım: söz yolunda, 
Sevda yolunda. 
Təsbeh kimi dənələndim qovğa yolunda, 
Yolağasız yolçu gördüm dünya yolunda
Saç ağartdım, 
Saç ağartdım. 
 
Bir ağ üzə üz söykədim, qubarım itdi,  
Hansı qəlbə qıfıl asdım - açarım itdi.  
Boz dumanla həmdil oldum, qatarım itdi. 
Saç ağartdım, 
Saç ağartdım. 
 
Qara kölgəm güzgü bilib divara sindi,  
Buz sinəmi elə sıxdım, divar isindi. 
İsmi Dönük, divar dedim, divar "isim"di... 
Saç ağartdım, 
Saç ağartdım. 
 
O ürəkmi? Çaylağı boş, dəhnəsi boşdu?  
Duz-çörəyi tapdayanın təhnəsi boşdu,  
Söz anlamaz boyadımış bayatı qoşdu,  
Saç ağartdım, Saç ağartdım. 
 
Dil yalandan damla içsə - düzü ağarmaz,  
Göz gülürsə, goz yaşının duzu ağarmaz,  
Araz boyu ha daş çapdım - izim ağarmaz...  
Saç ağartdım, Saç ağartdım. 
 
1986 
  


________________Milli Kitabxana____________________ 
36 
 
MƏNSİZ 
 
Yarsıza ki, yar yar olur – 
Qədd əyilməz çinar olur,  
Təkə yol da çidar olur,  
Çıxma, gülüm, yola mənsiz. 
 
Pas atdısa qılınc qında,  
Özün qıvrıl, sıyrıl onda.  
Bir dəli dağ sıyrımında  
Mən qalasız, qala mənsiz. 
 
Zirvəsində qanad açdım,  
Ətəyində süfrə açdım.  
Qoyub gəldim gözü yaşlı,  
Dağlar çətin qala mənsiz. 
 
Bu düzlərdə iz göyərdi,  
İz göyərdi - düz göyərdi,  
Söz göyərtdi, söz göyərdi,  
Çöllər ölü tala mənsiz. 
 
Təkliyimə hayan odur,  
Yanan odur, yaman odur.  
Mənliyimi qanan odur:  
Mənsizliyi qana mənsiz. 
1986 
  


________________Milli Kitabxana____________________ 
37 
 
MÖHTAC OLDUM 
 
Bir türk şərqisindan təsirləndim 
 
Gəlin, gəlin, söz aclanm,  
Əlaclarım, illaclarım.  
Baxışıma möhtaclartn  
Baxışma möhtac oldum. 
 
Hay-harayım genişlendi,  
Hər ilməyə söz işləndi.  
Hamar yolum cnişləndi,  
Yoxuşuna möhtac oldum. 
 
Sonsiz günüm qova təndi,  
Kirpiklorim kibritləndi.  
Dodaqlarım kilitləndi,  
Gülüşünə möhtac oldum. 
 
Sən-ümidə qanad açdım,  
Tufamnla qarşılaşdım.  
Buludlaşdım, solualaşdım,  
Yağışına möhtac oldum. 
 
Ovutdumu incə qəlbim  
Yüzcə qəlbi, mincə qəlbi!  
Mən Arazam, bircə qəlbin  
Alqışma möhtac oldum. 
 
1986 
  


________________Milli Kitabxana____________________ 
38 
 
BÖYÜKLƏR, UŞAQLAR... 
 
Böyüklər, böyüklər hörür çəpəri,  
Uşaqlar, uşaqlar yarır çəpəri.  
Böyüklər, böyüklər çəpər boyunca,  
Qaratikan akir, gicitkən əkir.  
Uşaqlar, uşaqlar çəpər dibində,  
Bənövşə axtarır, süsən axtarır.  
Böyüklər, böyüklər - çəpər adlayan.  
Qonşu kölgəsini əzməyə hazır.  
Uşaqlar, uşaqlar biri-birinə,  
Çəpar - deşiyindən pişik addadır.  
Böyüklər, böyüklər - çəpərdə paya,  
Uşaqlar, uşaqlar - çəpərdə qayçı...  
Beləcə uşaqdı qonşu böyüklər,  
Beləcə böyükdü qonşu uşaqlar.  
Nə yaxşı yamanlıq öləziməkdə,  
Nə yaxşı, yaxşılıq yanmağındadır.  
İnandım: hər uşaq bir od parçası!  
İnandım: səngiməz bu od, bu ocaq!  
Təbrizlə Naxçıvan arasındakı  
Çəpəri yıxan da bunlar olacaq... 
 
1986 
  


________________Milli Kitabxana____________________ 
39 
 
HƏR GÜN 
 
On beş mərtəbəni duşürük hər gün,  
On beş mərtəbəni qalxırıq hər gün.  
Beləcə, hər səhər bir yeşik adam,  
Beləcə, hər axşam bir yeşik adam.  
Dərdimiz-sərimiz yüzmərtəbəli,  
İşimiz-qayğımız yüzmərtəbəli...  
Kimsə bu get-gəlin ilk pilləsində,  
Mən bu qayğıların son qatındayam, 
Kağızdan od almaq iddiasında,  
Ağızdan ot almaq iddiasında...  
Gərdənlər çəkili, baxışlar soyuq,  
Sanki xəbərsizik, od qonşusuyuq.  
Hava qonşusuyuq, səs qonşusuyuq.  
Çox vaxt qol-qoladır, əyilmə, qürur:  
Dartılan - dartana minnət də vurur.  
Belədi, hər səhər, hər axşam belə:  
Belələr içində qalmışam belə.  
Aydan xəbərsizik, bata bildimi?  
Gündən xəbərsizik, doğa bildimi?  
Bulud da sağırmı inək sağanlar!  
Yalan yuyulurmu yağış yağanda!  
Beləcə hər səhər, hər axşam belə...  
Taxtanı, dəmiri tələsdiririk,  
Anları gəmirib tələsdiririk,  
Polad əritməyə tələsiyən var.  
Bina ucaltmağa tələsiyən var.  
Tələsən az deyil əl çalmağa da,  
Alçağa fıt olub, alçalmağa da.  
İlkin dan yerinə xış salmağa da,  
Şəri uçurumlara tuş salmağa da. 
 
Tələsir hamının tələsən atı,  
Sarı pişiyini dərsə aparan.  
Qara pişiyini rəqsə aparan...  
Başında dağ boyda yük daşıyan da, 
 


________________Milli Kitabxana____________________ 
40 
 
Başında bir çəngə tük daşıyan da.  
Ən böyük işimiz tələsiməkdir:  
Birlikdə ayrıyıq, ayrılıqda bir.  
Bizi liftəbaxan ötürür hər gün,  
Bir nəğmə oxuyur hamımız üçün: 
Ağ qoyun, qara qoyun, 
Başını yerə qoyum...  
Oxuyur və deyir: 
"Bu qədər zurnaçı, züyçü əbəsdir,  
Hər adam bir quzu yemləsə bəsdir".  
Gözlərdən sırsıra, girov tökülür,  
İçdən gülməyən də dodaqdan gülür.  
On beş mərtəbəni düşürük hər gün,  
On beş mərtəbəni qalxırıq hər gün.  
Bu da bir binanın eniş-yoxuşu,  
Enəndə qonşuyuq, qalxanda qonşu – 
Beləcə hər səhər bir yeşik adam...  
Beləcə hər axşam bir yeşik adam:  
Kimi od qaldırır çinədanında,  
Kimi ot qaldırır çinədanında.  
Bircə nəğməsi var liftəbaxanın:  
Ağ qoyun, qara qoyun,  
Başını yerə qoyum... 
 
1986 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə