Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə10/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   ...   6   7   8   9   10   11   12   13   ...   72

23 

 

*** 



Bəllidir ki, Füzulinin yaradıcılığ rəngarəng bədii təsvir və ifadə vasitələri ilə 

zəngindir.  Şeirdə füsunkar ahəngdarlıq yaratmaq, şəkil və ya mənaca yaxın, 

həmçinin  əksmənalı sözlərdən məharətlə istifadə edə bilmək baxımından Füzuli 

təkrarsızdır. 

Dilimizdə çoxmənalı sözlər az deyil. Lakin şair həmin sözləri hazır  şəkildə 

alıb illüstrativ material kimi xalqa qaytarmaqla kifayətlənmir. Söz onun dilində 

həqiqi və məcazi mənaları ilə qoşa qanad çalıb pərvazlanır, o qiymətli kristal daşa 

bənzəyir ki, zahirən bir rəngə çalır, ancaq görmə bucağını  dəyişən kimi işıq 

spektrindəki yeddi rənglə alışıb-yanır.  Şairin ana dilində yazdığ  əsərlərdə 

“yetmək” sözünün 20 mənası, “çəkmək” sözünün 40 və “tutmaq” sözünün 50-dən 

artıq mənası vardır. Füzulinin qələmi sözün məna nəbzini həssaslıqla tutur. Şair, 

sözün məna potensialına qızıl bir sütun kimi arxalanaraq, lüğəvi və poetik-üslubi 

çalarları “benqal odu”nun qığılcımları kimi hər tərəfə səpələyir. 

Füzulinin “Divan”ında “yetər”, “yetməzmi?”, “çəkər” və “tutar” rədifli 

qəzəllər vardır. Həmin qəzəllərdə rədif kimi seçilən sözlər böyük fəallıq göstərir, 

təkcə poetik ahəngi saxlayan “ölü qəlib” məcrasına sığşmayıb “geri qayıdır”, yeni 

kontekstlər yaradılmasına xidmət edir və beləliklə, ahənrüba kimi digər sözlərin

ifadələrin monolit birliyini yaradır. Məsələn, bir beytə nəzər salaq: 

 

Gün çəkər hər dəm göyə yerdən ğübari-rahini, 

Tutiya üçün, bəli, yerdən-göyə minnət çəkər

1

 

İlk baxışdan birinci misradakı “çəkər” sözü, eləcə  də digər sözlər öz adi 



mənasındadır; lakin məhz bu sözün təzyiqi və  təsirilə misra-cümlə obrazlı  dərk 

edilir: “günəşin ardıcıl axan işıq zərrələri gözəlin hər an göyə yerdən çəkilən ayaq 

tozu kimi təqdim olunur”. Ikinci misranın  əvvəlindən obraz daha da 

“əsaslandırılır”: “tutiya üçün” ifadəsi “çəkər” sözünün ilk mənasını (“dartmaq”) 

arxa plana keçirir, “sürtmək” anlayışını yada salır (tutiya gözə sürtülən maddədir), 

oxucu bədii təfəkkürün zirvəsinə qaldırılır – “minnət çəkmək” ifadəsində sözün 

mənası gözlənilmədən, lakin ustalıqla psixoloji məzmuna yönəldilir: sən demə

günəş öz gözünə işıq vermək (gözüişıqlı olmaq) üçün hər an gözəlin keçdiyi yolun 

tozunun tələbində, – həsrətindədir və tutiya kimi göyə  çəkdiyi həmin tozcuqlara 

görə yerdən göyə  qədər minnət çəkməkdədir! Istedadlı  qələm altında sözdəki 

mənanın qanad açıb uçması, yerdən göyə ucalması belə olur. 

                                                            

1

 

Misal XVII əsr İstanbul  əlyazma nüsxəsindən götürülmüşdür.



 


24 

 

Diqqəti çəkən mühüm əlamətlərdən biri də Füzuli əsərlərində xalq ifadələrinin 



- sabit söz birləşmələrinin (frazemlərin) sıxlığıdır. Qətiyyətlə demək olar ki, ədəbi 

dilimizə ilk dəfə  ən çox sabit söz birləşməsi gətirən və  bədii dildə xalq 

ifadələrindən ardıcıl, həm də yaradıcı istifadə edən, onların ekspressivlik 

imkanlarını genişliyi ilə açıb göstərən, onlara söz ustalarının inamını artıran və 

nəhayət, həmin kateqoriyanı öz fərdi dil üslubunun qüdrətli, çevik amilinə çevirən 

yazıçı Füzulidir. Şair sabit söz birləşmələri sisteminə ümumxalq dilinin lüğət 

tərkibi və qrammatik quruluşu məhvərində nitq və  təfəkkür vərdişləri, sınaqları 

nəticəsində formalaşan ən normal, nümunəvi təbəqə kimi baxır. 

Füzuli frazeoloji vahidləri ümumxalq dilinin dərinliyindən, bünövrəsindən 

ədəbi dilin zirvəsinə ucaldaraq, bu canlı  təbəqənin bütün perspektivlərini açmış, 

onu bədii dildə obrazlar sisteminin örnəyinə çevirmişdir. Yeri gəlmişkən,  şairin 

dilindəki bir çox metaforik ifadələr (ibarələr) də istər lüğəvisemantik, istərsə  də 

bədii-estetik qidasını frazeologiyadan almışdır. 

Hiss olunur ki, Füzuli bəzi frazemləri dil vahidlərinin donuq, çılpaq və cansız 

sxemi kimi almaqdan ehtiyat edir, onları statik vəziyyətdən çıxarmamağ yanlış 

hesab edir və bunu xalq dilinin enerjisindən sui-istifadə etmək kimi başa düşür. 

Xalq ifadələri Füzuli üçün bədii dildə  əvəzsiz emosionallıq və obrazlılıq 

mənbəyidir.  Şair belə ifadələrin bətnində xalqın həssas müşahidəsini, 

səmimiyyətini və davranışını görür. 

Dilin frazeoloji ehtiyatına isnadən fikri maddi şəkildə, – söz vasitəsilə deyil

ideal  şəkildə, – dolayı olaraq (bədii məntiqlə) ifadə etmək böyük məharətdir və 

Füzuli bu cəhətdən də dünya ədəbiyyatının nadir şəxsiyyətlərindəndir. 

Füzulini Azərbaycan ədəbi dili tarixində klassik şeir üslubunda yazan yeganə 

şair hesab etmək olar ki, ana dilinin leksik-qrammatik və üslubi sistemindəki xəlqi 

istiqaməti, daxili qanunauyğunluqlarla sabitləşən cəhətləri  əsas götürüb, 

yaradıcılığ boyu mühafizə  və inkişaf etdirmiş,  ədəbi-bədii dil sahəsindəki 

məramını axıradək əməli olaraq həyata keçirmişdir. Şairin belə bir yol seçməsi öz 

şeir dilini ən əsas profillərdə xalq dilinə yaxınlaşdırmaqdan irəli gəlmişdir. Başqa 

cür ola da bilməzdi, çünki Füzuli üçün “dilin dühası... yazıçılardan daha ağıllıdır”. 

 

*** 



 

Yüz illər, min illər keçəcək, dünyaya gələn yeni nəsillər Füzuli şeirlərini 

təkrar-təkrar oxuyub şərh edəcək, lakin şərhlər bitib-tükənmək bilməyəcək. 

Şairin qədim dünyaya və  gələcəyə doğru gərilmiş  xəyal  şəhpəri sənət 

göylərində inamla süzəcək. Onun ölməz  əsərləri  əbədi olaraq insanlığın 

xidmətindədir. 




25 

 

Nə yaxşı ki, tarixlər yaşamış bu keşməkeşli dünyaya ara-sıra Füzuli kimi 



insanlar gəlir: müdrik və  həssas, hər cür tamahdan, təkəbbürdən uzaq, məğrur 

olduğu qədər də sadə  və  təvazökar, ləyaqətsiz bir mühitdə  ləyaqət və  şərəfini 

qorumağ bacaran, tükü tükdən seçən, sözdən söz çəkən, yer üzündə ülvi sevgini, 

sədaqəti, gözəlliyi və gözəllik duyğusunu, haqqı,  ədaləti, azadlıq və 

əməksevərliyi, səbir və  təmkini, yaxşılığ, dostluq və  mərdliyi, neçə-neçə  bəşəri 

məziyyət və fəziləti təbliğ və təlqin edən zərif ruhlu şair-insanlar! 

Tarixdə Füzuli kimi şəxsiyyətlər yaşamasaydı, təbii ki, bəşəriyyət mənəvi 

iflasa uğrayar, qəbahətlər dolu həyat üçün ancaq xəcalət çəkərdi. 

Füzuli paklıq mücəssəməsidir, – bu gün də öz bədii sözü ilə ürəklərə 

məhəbbət və xeyirxahlıq körpüsü salmaqdadır. 

Füzuli sənəti xalqın dilindən və zəkasından od alıb şölə saçan, insan qəlbində 

min illər boy atan ali və müqəddəs duyğuların hərarəti ilə zamanzaman daha gur 

yanan bir ocaqdır. Bu ocağın odunda yanmaq səadətdir... 

Füzuli “Divan”ından, – bu dərin zəka və parlaq istedad mücrüsündən hələ 

oxucular çox şey öyrənəcək, çox qəlblər riqqətə və ehtizaza gələcəkdir. 

Bu dirilik suyundan içən hər bir adam canlanacaq, həyatın mənası haqqında 

sonsuz düşüncələrə – xəyallara dalacaq, bu dünyaya gəldiyinə sevinəcək. 

Nə  qədər ki, dünya və  məhəbbət var, Füzuli də olacaq. Bir millətin və dilin 

nəyə qadir olduğunu göstərmək üçün Füzuli kimi bir şairin varlığ kifayətdir... 

Türk xalqları və türk dili durduqca Füzuli yaşayacaq. 

Füzuli tarix içində mənəvi mənliyimizdir, – dilimizin, mənəviyyatımızın əbədi 

və canlı heykəlidir! 



 

Samət Əlizadə 

1995 



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə