Microsoft Word mal bohrani-zeynalov doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə44/55
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1706
1   ...   40   41   42   43   44   45   46   47   ...   55

 
133
Azərbaycan  Respublikası  Mərkəzi  Bankı  tərəfindən  qəbul 
edilmiş  mühüm  pul  siyasəti  və  makro  –  prudensial  idarəetmə 
qərarları 
Mərkəzi  Bankın  yenidənmaliyyələşdirmə  əməliyyatları 
aktivləşdirilmiş və 2009-cu ilin 7 ayında AMB-nin kredit portfeli 
3.5  dəfə  artmışdır.  Azərbaycan  Respublikasının  Prezidentinin  9 
iyul 2009-cu il tarixli Fərmanı ilə Mərkəzi Bankın pul siyasəti və 
bank  sisteminin  tənzimlənməsi  sahəsindəki  siyasətinin  çevikliyini 
artıaran  Azərbaycan  Respublikasının  Milli  Bankı  haqqında” 
Azərbaycan  Respublikasının  Qanununa  dəyişikliklər  və  əlavələr 
qüvvəyə  minmişdir.  Dəyişikliklərə  görə  Mərkəzi  Bank  artıq  daha 
uzun  müddətə  və  müxtəlif  valyutalarda  banklara  kreditlər,  o 
cümlədən  subordinasiya  kreditləri  verə  bilər.  Eyni  zamanda 
Mərkəzi  Bank  real  sektorun  dəstəklənməsi  məqsədilə  dövlət 
zəmanəti  əsasında  bankları  kreditləşdirmək  hüququna  malikdir. 
Yeni qanunverici bazanı əsas götürərək AMB-də 28 iyul 2009-cu 
il  tarixində  “Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı 
tərəfindən  banklara  kreditlərin  verilməsi  qaydaları”  təsdiq 
olunmuşdur.  Bu  sənəddə  pul  siyasətinin  həyata  keçirilməsi, 
maliyyə  sabitliyinin  təmin  olunması,  kapital  adekvatlığı 
probleminin  tənzimlənməsi,  habelə  dövlət  əhəmiyyətli  layihələrin 
maliyyələşdirilməsi  məqsədilə  müxtəlif  müddətlərə  kreditlərin 
verilməsi  qaydaları  öz  əksini  tapmışdır.  Daxili  maliyyə 
bazarlarının  inkişafının  dəstəklənməsi  istiqamətində  Mərkəzi 
Bankın  iştirakı  ilə  Mütəşəkkil  Banklararası  Kredit  Bazarında 
təminat sistemi yaradılmışdır. 
14. Oktyabr 2008- ci il  
•Uçot  dərəcəsi  15%-dən  12%-ə  endirilmiş,  faiz  dəhlizinin 
yuxarı həddi 20%-dən 17%-ə salınmışdır; 
•Milli  və  xarici  valyutada  öhdəliklər  üzrə  məcburi  ehtiyat 
normaları  12%-dən  9%-ə,  bankların  xarici  öhdəlikləri  üzrə 
məcburi  ehtiyat  norması  5%-  dən  0%-ə  endirilmişdir.  Bununla 
bank sisteminə 220 mln. manat likvidlik verilmişdir. 


 
134
•  Həm  manat,  həm  də  xarici  valyutada  məcburi  ehtiyat 
normalarının ortalama müddəti 1 ayadək uzadılmışdır. 
31. Oktyabr 2008 ci il 
•Uçot dərəcəsi 12%-dən 10%-ə endirilmişdir; 
•Faiz  dəhlizinin  yuxarı  həddi  15%,  aşağı  həddi  isə  1% 
müəyyən edilmişdir; 
1.12.2008. 
•Uçot  dərəcəsi  10%-dən  8%-ə,  faiz  dəhlizinin  yuxarı  həddi 
13%-ə endirilmişdir; 
•Milli  və  xarici  valyutada  öhdəliklər  üzrə  məcburi  ehtiyat 
normaları  9%-dən  6%-  ə  endirilmişdir.  Bununla  bank  sisteminə 
125 mln. manatlıq likvidlik dəstəyi verilmişdir. 
1.02.2009. 
•Uçot dərəcəsi 5%-ə, faiz dəhlizinin yuxarı həddi 10%-ə 
endirilmişdir; 
•Milli və xarici valyutada öhdəliklər üzrə məcburi ehtiyat 
normaları 6%-dən 3%- ə endirilmişdir. Bununla bank sisteminə 
135 mln. manatlıq likvidlik dəstəyi verilmişdir. 
10.02.2009 
•Mərkəzi Bank tərəfindən valyuta svopu əməliyyatlarının 
aparılmasına başlanılmışdır. 
02. Mart 2009. 
•Uçot dərəcəsi 3%-ə, faiz dəhlizinin yuxarı həddi 8%-ə 
endirilmişdir; 
•Milli və xarici valyutada öhdəliklər üzrə məcburi ehtiyat 
normaları 3%-dən 0, 5%-ə endirilmişdir. Bununla bank sisteminə 
111 mln. manatlıq likvidlik verilmişdir. 
25. May.2009. 
•Uçot dərəcəsi 2%-ə, faiz dəhlizinin yuxarı həddi 7%-ə 
endirilmişdir. 
 


 
135
Pul siyasəti ilə bağlı digər işlər 
 
Maliyyə sabitliyinin qorunması ilə bağlı qərarlar 
1. Aktivlərin təsnifat dərəcələri sərtləşdirilmişdir: 
-  Nəzarət  altında  olan  aktivlər  6%-dən  10%-ə  qaldırılmış 
(30.04.08); 
-  Qeyri-qənaətbəxş  aktivlər  25%-dən  30%-ə  yüksəldilmiş 
(30.04.08); 
- Təhlükəli aktivlər 50%-dən 60%-ə artırılmışdır (30.04.08). 
2.  Daşınmaz  əmlakla  təminata  qarşı  tələblər  120%-dən 
150%-ə artırılmışdır. 
(30.04.08). 
3.  Subordinasiya  borclarının  məcmu  kapitalda  iştirakı 
məhdudlaşdırılmış 
(18.02.08): 
Subordinasiya borcunun maksimal məbləği birinci dərəcəli 
kapitalın 50%-i həddində müəyyən edilmişdir. 
4.  poteka  kreditlərinin  risk  dərəcəsi  50%-dən  100%-ə 
artırılmışdır (18.02.08). 
5.  "Banklarda  kreditlərin  verilməsi  Qaydaları"na  dəyişiklik-
lərlə borcalanın maliyyə əziyyətinin və onun krediti qaytarma qa-
biliyyətinin  qiymətləndirilməsinə,  həmçinin  borcalanın  fəaliyyəti-
nə daimi monitorinqə və bütövlükdə kredit portfelinin keyfiyyətinə 
nəzarət olunmasına dair tələblər genişləndirilmişdir. (18.11.08) 
6.  Açıq  valyuta  mövqeyinin  hesablanması  metodikası  tək-
milləşdirilmiş, o cümlədən, balansdankənar hesablar üzrə dəqiqləş-
dirilmələr  aparılmış,  mövqelərin  hesablanmasında  bank  metalları 
ilə  aparılan  əməliyyatların  əks  etdirilməsinə  başlanılmışdır. 
(17.12.08) 
7.  “Kredit  əməliyyatları  üzrə  faizlərin  hesablanmasının 
dayandırılması haqqında 
Qaydalar"a dəyişikliklərlə “faizləri hesablanmayan” kreditlər 
üzrə müştərinin 


 
136
ödənişləri hesabına borc tələblərinin ödənilməsi növbəliyinə 
yenidən baxılmışdır. 
(17.12.08) 
8.  Bankların  və  sığorta  şirkətlərinin  kapitalizasiyaya 
yönəldiləcək  mənfəəti  mənfəət  vergisindən  azad  olunmuşdur. 
(01.01.09 tarixindən qüvvəyə minmişdir). 
9. Qorunan əmanətlər üzrə illik faiz dərəcəsi limitinin təmin 
edilməsində  çeviklik  təmin  edilmiş,  qorunan  əmanətlər  üzrə 
maksimal  məbləğ  6000  manatdan  30000  manatadək  artırılmııdır. 
(08.05.09) Faiz dərəcəsi 15%-dək olan əmanətlər sığorta sisteminə 
daxil edilmişdir. (10.06.08) 
10. Mərkəzi Bankın təşəbbüsü ilə 2009-cu ilin iyun ayından 
ipoteka kreditləşməsi bərpa olunmuşdur. Bunun psixoloji və fiziki 
təsiri ilə daşınmaz əmlak bazarı son iki ayda canlanmışdır.  poteka 
kreditləşməsi  tikinti,  bank  işi,  sığorta,  qiymətləndirmə  fəaliyyəti, 
rieltor  və  notarius  xidmətləri,  habelə  qiymətli  kağızlar  bazarında 
iqtisadi  fəallığı  bilavasitə  artırmış,  əmlak  bazarında  qiymətləri 
stabilləşdirmişdir.  Qiymətlərin  stabilləşməsi  öz  növbəsində  bank 
kreditlərinin  girov  təminatının  dəyərsizləşməsinin  qarşısını 
almışdır. 
11.  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  nəzdində 
Azərbaycan  poteka  Fondunun  buraxdığı  təmin  edilmiş  qiymətli 
kağızlar üzrə risk dərəcəsi 0% təyin olunmuşdur. (17.06.09) 
14. Azərbaycan Respublikası Prezidenti 7 avqust 2009-cu il 
tarxində  dövlət  mülkiyyətində  olan  maliyyə  institutlarına  nəzarəti 
gücləndirməyi nəzərdə tutan 
“Nizamnamə  kapitalında  dövlətə  məxsus  səhmlər  olan 
bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində 
dövlətin iştirakı qaydası haqqında” Fərman vermişdir. 
15. Banklarda risklərin idarə edilməsi sistemləri təkmilləşdi-
rilmişdir. Bu məqsədlə banklarda risklərinin monitorinqi gücləndi-
rilmiş,  risklərin  idarə  edilməsi  sistemlərinin  qiymətləndirilməsi 
üzrə xüsusi metodologiya əsasında reytinqlər verilmiş, zəifliklərin 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə