Şə
hərin (rayonun) rabitə xidməti imkan verməlidir ki, mülki müdafiə
rəhbərləri öz idarəetmə məntəqələrindən tabelikdəki təşkilatların və mülki
müdafiə xidmətlərinin başçıları ilə yuxarı və qarşılıqlı fəaliyyət gösrən mülki
müdafiə qərargahları ilə, eləcə də ərazi mülki müdafiə dəstələrinin komandirləri,
kəşfiyyat orqanları, əhalini köçürmə (qəbuletmə), nəqliyyata mindirmə
(düşürmə) məntəqələri ilə etibarlı əlaqə saxlaya bilsin, həmçinin, hər cür
təhlükəli hallar barədə vəzifəli şəxsləri və bütün əhalini vaxtında xəbərdar etmək
mümkün olsun.
Obyektlərdə də rabitənin rolu və əsas vəzifələri mahiyyətcə şəhərdə (rayonda)
olduğu kimidir. Burada rabitə sistemi konkret olaraq müəssisənin rabitə
qovşağını (rabitə vasitələrini) və mülki müdafiə dəstələrinin rabitə vasitələrini
özündə cəmləşdirir. ri müəssisələrin rabitə qovşaqlarında adətən, istehsalat
avtomat-telefon stansiyası ( ATS), radioyayım qovşağı, texnoloci rabitə xətləri
(sexlərlə, şöbələrlə dispetçer rabitəsi) olur.
Obyektlərin idarəetmə məntəqələrindəki rabitə qovşağında isə kommutator
(telefon
stansiyası),
radiorabitə
vasitələri
(əsasən
ultraqısadalğa
radiostansiyaları), siqnal vasitələri, vacib obyektlərdə isə həmçinin son bloku
xəbərdarlıq aparaturu olmalıdır.
Mülki müdafiə qüvvələrinin rabitə vasitələri-müxtəlif tipli telefon
aparatlarından, telefon kabelindən, ultraqısadalğa radiostansiyalarından və tabel
üzrə verilən digər avadanlıqdan ibarətdir.
Obyektlərdə də rabitənin adları çəkilən bütün dörd növündən aşağıdakı
qaydada istifadə olunur:
- məftilli rabiətə – rayonun (şəhərin) nazirliyin (yuxarı idarənin) rəhbərliyi ilə:
- obyektin sığınacaqları, müşahidə postu, öz iş yerlərindəki sex və şöbə
rəisləri və obyektin mülki müdafiə xidmətləri ilə əlaqə saxlamaq mümkündür.
- radiorabitə - obyektdə, adətən mülki müdafiə rəhbərinin radioşəbəkəsi təşkil
edilir, buraya dəstə komandirlərinin radiostansiyaları qoşulur.
Obyekt mülki müdafiə rəhbərlərinin radiostansiyası isə şəhər (rayon)
rəhbərinin radioşəbəkəsinə daxil edilir. Radiorabitədən xüsusən yürüş zamanı və
zədələnmə ocaqlarında xilasetmə işləri aparılarkən istifadə olunur.
- səyyar rabitədən - texniki rabitə avadanlıqları olan əsas istiqamətlərdə əlavə
vasitələr kimi, belə avadanlıq olmayan hallarda – əsas rabitə növü kimi istifadə
edilir.
- siqnalla rabitə vasitələri - sirenalar, siqnal raketləri və bayraqcıqları həm
xəbərdarlıq üsün, həm də mülki müdafiənin sərəncam və komandalarını
çatdırmaqdan ötrü yardımçı vasitələr kimi işlədilir.
Rabitə xidmətini icra etmək üçün obyektlərdə, eləcə də mülki müdafiə
qüvvələrində rabitə qrupları və manqaları yaradılır. Bunlardan təşkilati
strukturu, şəxsi heyətinin sayı və avadanlıqla təchizat normaları yuxarı mülki
müdafiə rəhbərləri tərəfindən müəyyən edilir. Obyektin rabitə sistemi mülki
müdafiəin bütün fəaliyyət mərhələlərində - yəni müəssisənin daimi yerləşdiyi
yerdə və xilasetmə işləri aparılan sahələrdə obyekt rəhbərini etibarlı rabitə ilə
təmin etməlidir.
Müəssisənin daimi yerində mülki müdafiə hazırlıq səviyyələrinə keçirilərkən
rabitə burada əvvəlcədən hazırlanm
ış idarəetmə məntəqəsindən təşkil edilir.
Məntəqədə aşağıdakı rəbitə vasitələri olmalıdır:
- obyektin xəbərdarlıq vasitələrini idarə edən aparatlar;
- nazirliyin (şirkətin) eləcə də rayonun (şəhərin) mülki müdafiə qərargahı
digər təşkilatları ilə telefon rabitəsi;
- müəssisənin sığınacaqları, «Hava həyacanı» siqnalı üzrə işini
dayandırmayan sexləri, eləcə də mülki müdafiə qüvvələri, o cümlədən də
müşahidə postu ilə bilavasitə, yaxud, obyektdəki ATS vasitəsilə telefon rabitəsi;
- rayonun köçürmə (qəbuletmə), toplanış, nəqliyyata mindirmə (düşürmə)
məntəqələri ilə
şə
hərin ATS-i vasitəsilə telefon rabitəsi;
- obyektin şəhərdənkənar zonadakı operativ qrupu ilə sifariş sistemi
qaydasında telefon rabitəsi;
- yerli mülki müdafiə qərargahı və fəaliyyətdə olan kəşfiyyat bölmələri ilə
radio rabitəsi. Digər hallarda da rabitənin müxtəlif növlərindən kompleks
surətdə istifadə edilir.
MM sistemində siqnalların və xəbərlərin verilməsi qaydası belədir:
- xəbərdarlıq siqnallarının həm respublika Mülki müdafiə idarəsi tərəfindən
verilib, regional şöbələrə, şəhərlərə və rayon mərkəzlərinə çatdırılması
mümkündür, həm də siqnal, məlumat və xəbərlər şəhər, rayon və obyekt mülki
müdafiə qərargahlarının özləri tərəfindən verilə bilər.
Birinci halda - respublika Mülki müdafiə idarəsindən, yaxud onun regional
ş
öbələrindən, rayon mərkəzlərinə çatdırılan siqnallar yerli qərargah tərəfindən
təkrar olunmalı, ərazidəki bütün obyektlər və əhali xəbərdar edilməlidir.
Rəhbər-heyət iş və mənzillərdəki telefon vasitasilə xəbərdar edilir. Əhaliyə
siqnal, xəbər və məlumatlar iş və yaşayış yerlərindən müvafiq mülki müdafiə
rəhbərləri tərəfindən, eləcə də yerli radioyayım şəbəkəsi ilə çatdırılır. stehsal,
sosial və digər təşkilatların rəhbərlərinə rayonun, bir sıra hallarda isə paralel
nazirliyin mülki müdafiə qərargahları xəbər verirlər. Obyektlərdə isə öz
növbəsində əvvəlcədən avadanlıqla təchiz edilmiş xəbərdarlıq sistemi yaradalır,
eləcə də rabitə və xəbərdarlıq sxemi tərtib edilir.
Xəbərdarlıq sxemi obyektdə rəhbər heyətin, mülki müdafiə qüvvələrinin və
digər işçilərin iş və qeyri iş vaxtı xəbərdar edilməsi qaydasını müəyyən edən
sənəddir.
Siqnal və sərəncamları tez çatdırmaq üçün vacib obyektlərin mülki
müdafiənin mərkəzləşdirilmiş avtomat xəbərdarlıq sisteminə qoşurlar. Belə
sistem obyektin özündə də yaradıla bilər.
Mərkəzləşdirilmiş avtomat xəbərdarlıq sisteminin tərkibi S-40 və S-28
elektrik sirenalarından məsafədən idarəetmə və məcburi çağırış aparaturundan
(MN-MÇA) və rabitə xətlərindən (kanallarından) ibarətdir.
Dostları ilə paylaş: |