Microsoft Word m vzu docx



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə22/75
tarix21.10.2017
ölçüsü5,04 Kb.
#6357
1   ...   18   19   20   21   22   23   24   25   ...   75

Xəstəliyin  yayılmasının  ən  sadə  üsullarından  biri  havanın  yoluxmasıdır.  çərisində 
bakterioloji vasitələr olan hərbi sursat havada duman və ya tüstüşəkilli aerozol buludu 
yaradır.  Onun  zədələyici  təsiri  tətbiq  edilən  xəstəliktörədicidən,  ərazinin  relyefındən, 
meterioloji şəraitdən asılıdır. 
nsan və heyvanlar təkcə bakterioloji vasitələrin tətbiq edildiyi zaman deyil, buluddan 
ayrılmış aerozol hissəciklərinin zədələyici xüsusiyyətlərini saxlaya bildiyi vaxtdan asılı 
olaraq,  bir  neçə  saat,  gün,  həftə,  hətta  ay  müddətində  də  zədələnə  bilər.  Ona  görə 
üzərinə  həmin  hissəciklər  düşmüş  əşyalara  toxunduqda  və  ya  yoluxmuş  yeyinti 
məhsullarından və ya sudan istifadə edildikdə zədələnmək olar. 
 
 
 
Şə
kil 3  Bioloji zədələnmə ocağı 
 
Bioloji  silahlarda,  əsasən  taunun,  vəbanın,  Sibir  yarasının,  tulyaremiyanın, 
brüselyozun, melioidozanın sarı və başqa isitmə növlərinin, təbii çiçəyin, psitmakozanın 
(ornitlozanın), səpmə və qarın yatalağının, qripin, malyariyanın dizentiriyanın törədiciləri 
olan  müvafiq  mikroorqanizmlərdən, viruslardan, bakteriyalardan,  göbələklərdən istifadə 
olunur.  
Bioloji  silahlar  da,  eynilə  kimyəvi  silahlar  kimi  hədəfə  müxtəlif  raket,  artilleriya, 
fuqas,  mərmi,  mina,  qumbara,  xüsusi  səpmə  qurğuları  vasitəsilə  və  ya  su  mənbələrini, 
qida anbarlarını, rəqib milli valyutasını yoluxdurmaqla, istehlak bazarına bu maddələrlə 
yoluxdurulmuş  ərzaq  ixrac  etməklə,  ayrı-ayrı  təşkilatlara  bu  maddələrlə  yoluxdurulmuş 
məktub  göndərməklə  çatdırılır  ki,  sonrakı  mərhələdə  artıq  o,  kimyəvi  silahdan  fərqli 
olaraq eskalasiya, zəncirvari reaksiya doğuraraq epidemiya şəklində yayılır. 
Bakterioloji silahın tətbiqi nəticəsində bioloji zədələnmə ocağı yarana bilər.  
Bioloji  zədələnmə  ocağı  o  əraziyə  deyilir  ki,  orada  bakterioloji  silahın  tətbiqi 
nəticəsində insan, heyvan və bitki tələfatı olsun. 
 Bioloji zədələnmə ocağı yaranan yerdə karantin və  müşahidə rejimləri tətbiq olunur 
(şəkil 3). 
Yoluxucu xəstəlik yayan həşəratlar bir yerdən başqa yerə keçdikləri üçün bakterioloji 
yoluxmanın  ilk  sərhədləri  də  genişlənir  və  deməli,  yoluxucu  xəstəliklərin  yayılma 
təhlükəsi artır. 
Profilaktika  aparmaq  və  lazımi  tədbirləri  görmək  üçün  bakteriloloji  vasitələrin 
vaxtında  aşkar  edilməsinin  çox  böyük  əhəmiyyəti  var.  Düşmənin  bakterioloji  silahdan 


istifadə etdiyini zahiri əlamətlərə, bu vasitənin hansı yoluxucu xəstəlik törədəcəyini isə 
laboratoriyada aparılmış tədqiqatlara görə müəyyən etmək olar. 
Bakterioloji  vasitələri  olan  hərbi  sursat  partladıqda  boğuq  səs  eşidilir,  ətrafa  iri 
qəlpələr  yayılır,  torpaq  və  bitki  üzərinə  damcılar  və  tozşəkilli  maddələr  çökür.  Bəzən 
təyyarələrdən  müxtəlif  yüklərin  -  konteynerlərin,  kisələrin,  bağlamaların  atıldığmı  da 
müşahidə  etmək  olar.  Yoluxucu  xəstəlikyayan  həşəratlar  tətbiq  edildikdə,  hərbi 
sursatların partladığı  yerdə əvvəllər təsadüf edilməyən  xeyli  miqdarda həşərat və  gənə 
toplaşa bilər. 
Düşmənin  bakterioloji  vasitələr  tətbiq  etdiyi  rayonlarda  insanlar  arasında  kütləvi 
epidemiya, həmçinin mal-qaranın qırılması halları baş verə bilər. 
Bunun qarşısını almaq üçün observasiya və karantin-postları təyin edilir. 
Observasiya  -
  epidemiya  ocağında  yoluxucu  xəstəliklərin  yayılmasının  qarşısını 
almaq  məqsədilə  həyata  keçirilən  təcridetmə  -məhdudlaşdırma  və  müalicə-profılaktika 
tədbirləri sisteminə deyilir. 
Tibb  bölmələri  təcili  profılaktika  və  müalicə  tədbirləri  görür.  Əgər  bütün  əhali 
təhlükəli yoluxucu xəstəliklə mübarizə aparsa, bu tədbirlərin effektli nəticəsi olar. 
Həkimin  və  ya  başqa  tibb  işçisinin  göstərişi  ilə  yaşayış  yerini,  ictimai  istifadə 
yerlərini,  yeyinti  məhsullarını,  suyu,  qab-qacağı,  paltarı,  ayaqqabını,  yorğan-döşəyi, 
mebeli dezinfeksiya etmək lazımdır. 
Xəstəliyin  qarşısını  alan  profılaktika  peyvəndlərindən  və  dərman  qəbulundan  imtina 
etməyin. 
Düşmənin  bakterioloji  silahının  təsirinə  məruz  qalmış  rayonda  hakimiyyət  orqanları 
xüsusi karantin rejimi yaradirlar və həmin rayona gediş-gəliş qadağan edilir.  
Karantin  -  bakterial  yoluxma  ocağını  təcrid  etmək,  xəstəliklərin  yayılmasının 
qarşısını  almaq  və  aradan  qaldırmaq  məqsədilə  yerinə  yetirilən,  epidemiya  rejimli 
profılaktika  tədbirlər  sistemidir.  Karantin  dövründə  əhalinin  vəzifəsi  qoyulmuş 
qaydalara  ciddi  riayət  etməkdir.  Yadda  saxlamaq  lazımdır  ki,  bütün tədbirlər  insanların 
həyatını və sağlamlığını mühafızə etmək üçün görülür. 
 
Dezinfeksiya  -
  xəstəlik  törədən  mikroorqanizmlərin  məhv  edilməsi  və  ya 
zərərsizləşdirilməsidir.  Dezinfeksiyanı  həm  infeksiya  ocağında,  həm  də  profilaktika 
məqsədilə aparırlar. 
Nə  vaxt  aparılmasından  və  məqsədindən  asılı  olaraq  infeksiya  ocağında  aparılan 
dezinfeksiya cari və son dezinfeksiyaya bölünür. 
Cari  dezinfeksiyanı  infeksiyalı  xəstənin,  yaxud  infeksiya  gəzdirənin  olduğu  bütün 
müddətlərdə  xəstənin  çarpayısı  yanında  və  onun  ətrafında  aparılır.  Cari  dezinfeksiyada 
məqsəd  infeksiyanı  yayılmağa  qoymamaqdır.  Dezinfeksiya  məqsədilə  xlorlu  əhəng, 
xloramin, dixloramin, fenol, formalin, krezol və digər maddələr işlədilir. Eyni zamanda 
bu məqsədlə qaynatmadan, yandırmadan və isti buxardan da istifadə etmək olar. 
 
III. Yekun hissə - 5 dəq. 
Tələbələrə dərsin məqsədinə nail olunmasını elan edirəm, növbəti dərs üçün tapşırıqlar 
verirəm. 
 
Mövzuya aid yoxlama suallar: 
 
1. Mülki müdafiənin müasir dövrdə rolu nədən ibarətdir? 
2. Mülki müdafiə fənnin öyrənilməsində tələbələr nələri bilməlidirlər, nələri   
bacarmalıdırlar? 
3. Mülki müdafiə Qanunda istifadə olunan əsas anlayışlar, onların məzmu? 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə