49
Punk TərziPunk tərzi əsilliyi və müəyyən qaydalara bir üsyankarlıq
xarakterində, grunge üslubu isə daha çox rahatlığı və etinasızlığı ifadə edir. Ancaq
günümüzdə iki üslubu sintezini də görmək mümkündür.Rəngli geyimlər seçim
edilərkən, zolaqlı, şəkilli futbolka əyləncəli bir göürünüm yaradılır. Çəhrayı,
bənövşəyi, mavi saç rəngləri də punk tərzinin əvəzolunmaz detallarıdır.
Metal Tərzi
Qara, zəncirli, metal aksessuarlarla tamamlanan geyim tərzidir. Rok &
Metal qrupların rəmzləri, şəkilli futbolka üstünlük verilir.
Androgen tərzi:
Androgen geyim tərzi, qadınların kişi geyimləri içinə girməsi şəklində təsvir
olunur. Qısa kəsilmiş saçlar, köynək və şalvarlar janrın mühüm hissələri arasında
yer alır. Androgen geyim tərzi olduqca rahat və geniş paltarlardan ibarətdir. Qadın
incə görünməkdən daha çox mərdlik və sərt görünməyi sevən xanımlar üçün ideal
bir üslubdur.
3.3. Məhşur dizaynerlərin layihələndirdiyi idman üslublu geyimlərdə
elementlə rin analizi
Dizaynerlər idman üslubu haqqında fikirlərində belə deyirdilər: Versace,
Gerbi, Ferre, Dolce&gabbana kimi məşhur dizaynerlər, idman geyimin qadının
təbiətinə çox yaraşdığını hesab edirlər. Əvvəllər xüsusilə kişilər qiymətli olan
idman ayaqqabısı, bol cibli şalvar və rahat geyim geyinirdisə, indiysə qadınlar istər
gündəlik, istərsədə iş geyimində idman tərzinə üstünluk verirlər.
Bəzi dizaynerlər var ki, illər sonra belə layihələri nümunə göstərilir.
Markaları bir klassik olan bu adlar bir çox geyim və aksesuarların da
yaradıcılarıdır.Dəb dünyası içində olan və ya olmayan hər kəs onlara təşəkkür
borcludur. Bu gün qarderobların əvəzolunmazı olan qara paltarın, idman edərkən
geyindiyimiz bodynin, gecə dəvətlərinin favoriti uzun paltarların yaradıcıları
onlardır.
50
Hal-hazirda qəbulolunmuş dörd əsas dəb paytaxtları Paris,Milan,Nyu York
və London şəhərləri sayılır.Bu şəhərlərdə dünya dəbinə ciddi təsir göstərən ən
böyük dəb şirkətlərinin qərargahları yerləşir.Dəb həftələri adları çəkilən şəhərlərdə
keçirilir, harada ki, məşhur dizaynerlər öz yeni dəb kolleksiyalarını tamaşaçi
auditoriyalarına nümayiş etdirirlər.Koko Şanel və v Sen Loran kimi tanınmış
dizaynerlərin uğurları Parisi hələ də dəbin mərkəzi statusuna layiq görməyə imkan
verir.Son illərdə Asiya dəbi də yerli və dünya bazarlarında geniş vüsət almağa
başlayıb.Belə ki,Çin,Yaponiya,Hindistan və Pakistan kimi ölkələrin geniş tekstil
sənayeləri ənənəvi olaraq Qərb dizaynerlərinin diqqət mərkəzində olub, lakin indi
Asiyada yerli ideyalara əsaslanaraq istehsal olunan parça növləri birbaşa satış
bazarlarına çıxarılır. dman üslublu geyimlərə edilən yeniliklər bəzi dəb
dizaynerlərinin adıyla bağlıdır.
Pol Puare - Dəb tarixi dizaynerləri arasında Pol Puarenin adı xüsusilə çəkilməlidir.
Pol Puare dəb tarixinə, ən nüfuzlu dəb yaradıcısı kimi daxil olmuşdur. XX əsrdə
gənclər üslubunun yaradılması məhz onun adı ilə bağlıdır. Onun əlvan, ekzotik
boyaları təsviri sənətdəki modern üslubu ilə səsləşirdi.
Çox vaxt Pol Puareni Pikasso ilə müqaisə edirlər. Əgər Pikasso öz sənətində
primitivizm fəlsəfəsinə əsaslanırdısa, P.Puare öz mövzularının daha çox
ekzotikada axtarırdı. P.Puare özünün «Dövrü geyindirən» adlı memuarlarında
qeyd edirdi ki, onun yaradıcılığına rus teatr sənətinin, əsasən də Bakst
rəngkarlığının mühüm təsiri olmuşdur. Parisdə keçirilən Rus mövsümləri» nin
dekoratoru kimi Bakst antik və şərq motivlərini stilizə etməklə nəfis dekorativ
fantastik teatral geyimlər yaradırdı. Puare 1903 – cü ildə “Puare və raquo evi” –
nin təməlini qoyur.
Puare yeni əsrin ilk geyim dizayneri və qadın kostyumunun ilk
yenidənqurucusu idi. Məhz bu rəssam geyimdə yeni əsrin yeni doğulan obrazının
ə
lamətlərini ifadə edə bildi və kutyurenin müsair zəmanədə tamamilə xüsusi yerini
müəyyən etdi. O, təkcə geyimin formasında deyil, həmçinin yaşam üslubunda da
dəbi diktə edən Diktator oldu. Puarenin refomasında korsetdən istifadə edilməməsi
qadın bədənini azad edərək, geriyə dönüşü olmadan irəlilədi. Puare 1905 – ci ildə
51
təklif etdiyi korsetsiz, köynək tipli qadın geyimi təklif etdi ki, bu da korsetin tam
ləğvinə doğru ilk addım oldu.
1890—1910 illər ərzində dizayner antik dəbə qayıdışı təbliğ edir – Parisə
tunika və peplos tipində geyimlər təklif edir, həmçinin Avropada kimononu dəbə
saldı.
Kutyure “topal ətək” adlandırılan ətək növünün də yaradıcısı hesab edilir.
Bu ətək dizdən təxminən 30 sm aşağı olub, ədalı yeriş üçün əlverişli idi.Onun
cskizlərində yapon kimanosu, əlvan iran tikmələri, şərq çalmaları, xəz və zərli
parçalardan geniş istifadə edilirdi.Onun yaradıcılığı dəb tarixində mühüm mərhələ
hesab edilir. P.Puare dəbə korsetdən birdəfəlik imtina və qadın paltarlarına geniş
köynək üslubunu gətirmişdir ki, bu öz aktuallığmı müasir günlərdə də saxlayır.
O, birinci dünya müharibəsinə qədər dəbdə hökmranlıq etdi. Çoxsaylı ktatr
kostyumları yaradılmasında iştirak etdi, lakin 1927 – ci ildə dəb evini bağladı.
Dəb tarixçiləri Puarenin yüksək dəb aləmindən uzaqlaşmasının səbəbini dəbdə ki,
o zaman üçün ifrat hesab olunan təmtəraqlılığını göstərirlər. Puare birinci dünya
müharibəsindən sonra dəbdə baş verən azadlığa, demokratlaşmaya, dəbin
sənayeləşdirilməsinə öyrəşə bilmədi, çünki o, kostyumun yaradılmasına incəsənət
kimi yanaşırdı, müharibə dövründə isə buna ehtiyac yox idi.
Yaradıcı teatral təfəkkürə malik olan dizayner, daima nağılvari geyimləri ilə
yüksək cəmiyyətlərdə bayram əhvali- ruhiyyəsi yaratmağa çalışırdı.
Puare güclü artistik xarakteri və yaradıcı fantaziyası ilə rəsm çəkir, ondan
da yaxşı biçir və tikirdi. O həmçinin, parça və furnituranın gözəl bilicisi idi,
incəsənət tarixi və folklorla yaxından maraqlanırdı. Onunyaratdığı hər şey
istedadla yaradılmış, parlaq, özünəməxsus və cəsarətli idi. Puare Uort və Dussenin
fəxr etdikləri dərzi və çevik ticarətçi, dəbdə olan malları gətirən kimi adlardan
imtina edərək kütləni məcbur etdi ki, kostyuma əsil incəsənət əsəri kimi,
mədəniyyətin vacib hissəsi kimi baxsınlar,
Biz Puareyə bir də ona görə borcluyuq ki, o, hər hansı kostyumla və onunla
birlikdə yaşar olan insan bədənin də gizlətməyin deyil, ona hörmətlə yanaşmanın
ə
sasını qoydu. Puarenin şöhrətə doğru yolu qeyri – adi sürətli oldu. Çox da uğurlu
Dostları ilə paylaş: |