Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə13/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   83

 
 
31 
 

Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm dövrü

da, məktəbin ömrü uzun olmur. 1910-cu ildə Bakıya gələn  şair “Zənbur” 
jurnalının redaksiyasında çalışır, az sonra həm də Balaxanı  məktəbində müəl-
limlik edir. Bakıda yaşadığı  qısa zaman kəsiyində o, gərgin çalışır; “Günəş” və 
“Həqiqət” qəzetlərinin redaksiyalarında da işləyir, bir-birinin ardınca yazdığı 
satirik şeirlərini “Günəş”
 
qəzetinə əlavə kimi çap olunan “Palanduz” adlı həftəlik 
gülüş səhifəsində dərc etdirir, “Molla Nəsrəddin”lə  əməkdaşlığını kəsmir, yeni 
qələmə aldığı əsərlərini ardıcıl olaraq jurnala göndərir.  
Qaraciyər xəstəliyinə tutulan şair Bakıda və Tiflisdə müalicə olunur. Tiflisdə 
olarkən C.Məmmədquluzadə dostuna böyük qayğı göstərir, məşhur həkimləri evin-
də qonaq saxladığı Sabiri müalicə üçün dəvət edir. Həkimlərin əməliyyat təklifinə 
razı olmayan şair  Şamaxıya qayıdır, lakin xəstəliyi  şiddətləndiyindən yenidən 
Bakıya getməli olur. Əməliyyata razı olsa da, həkimlər artıq bunun faydasız ol-
duğunu bildirirlər. Şamaxıya qayıdan Sabir 1911-ci ilin iyul ayının 12-də dünyasını 
dəyişir. Lakin şair xalqına qoyub getdiyi bədii yaradıcılığı, xüsusilə satiraları ilə 
əbədi ömür qazandı. Bəs bu əsərlərin şairi əbədiyyətə qovuşdurmasına səbəb nədir? 
Sabir  əsərlərində  zəmanənin eyiblərini, problemlərini göstərməklə kifayətlən-
məmişdir. Satiraların hər birində xalqının azadlığını və tərəqqisini ürəkdən arzu-
layan, bunun üçün yollar arayıb göstərən böyük humanistin, həqiqi vətəndaşın 
mövqeyi ifadə olunmuşdur. Onun əsərlərinin yüz ildən də artıq bir müddətdə 
sönməyən maraqla oxunmasının başlıca səbəbini də bunda görmək lazımdır.  
Sabir satiraları mövzu baxımından son dərəcə  zəngin olsa da, onlar bir 
nöqtədə – xalqın həyatı
 
və  taleyi məsələsində birləşir. Başqa sözlə, şairin əsər-
lərinin baş mövzusu xalq həyatıdır. Onun satiralarının əsasında ya birbaşa, ya da 
dolayısı ilə xalqın mənafeyinin, hüquq və azadlığının müdafiəsi dayanır. Bu, 
ölməz sənətkarın əsas yaradıcılıq məramnaməsi idi. O, “pisi pis, əyrini əyri, düzü 
həmvar” yazmağı şairlik borcu bilirdi və ömrü boyu buna sadiq qaldı. Sabir baş-
qalarının görmədiyi, yaxud görmək istəmədiyi “pisi” elə aydın və təsirli şəkildə 
təqdim edirdi ki, buna laqeyd qalmaq mümkün deyildi: 
İki qonşu bir-birinin milləti, 
Hər ikisi bir peyğəmbər ümməti, 
Biri kəsir qurban, bişirir əti, 
Bayram edir Xəlilüllah eşqinə, 
O biri də baxır Allah eşqinə. 
Bu misralarda ifadə olunmuş fikir – ölkədəki aclıq, səfalət  şairi daim dü-
şündürmüş, bir-birindən kəskin əsərlərin (“Bizə nə?!”, “Dilənçi”, “Ağlaşma” və 
s.) yaranmasına səbəb olmuşdur. Eləcə  də  kəndlinin dözülməz yaşayışı, mül-
kədar-bəy zülmü (“Əkinçi”, “Səbr eylə!”), fəhlənin ağır həyatı, haqqını, hüqu-
qunu müdafiəyə qalxması  və buna görə  də sahibkarın hiddətinə, qəzəbinə tuş 
gəlməsi (“Bakı  fəhlələrinə”, “Fəhlə, özünü sən də bir insanmı sanırsan?”, 
“Təraneyi-əsilanə”) ölməz sənət  əsərləri üçün mövzu olur, Sabir realizminin 
qüdrəti sayəsində milyonların gözünü açırdı. 
Çarizmin – rus hakimiyyətinin yürütdüyü mənfur müstəmləkəçilik siyasəti, 
milli ucqarlardakı mürtəce mövqeyi, idarəçilikdə fərsizliyi və bunun fəsadları 
şairin satiralarında həyati faktlar əsasında ardıcıl ifşa edilmişdir. Hökumətin 
xalqa zidd siyasətini, vəd etdiyi azadlıqların riyakarlıqdan başqa bir şey 
olmadığını açıqlayan  şair (“Hə, de görüm”, “İstiqbalımız lağlağıdır” və s.) 
  LAYİHƏ


 
32 
 
Dumaya ümid bəsləyib təbliğat aparanlara incə kinayə, inadlı məntiqlə müraciət 
edirdi: 
Sən demədinmi dumada rəf olur ehtiyacımız? 
Mən də dedimmi çox yemə, tez pozular məzacımız? 
Qara buludlar oynaşır, indi nədir əlacımız? 
Çulğalayır bizi duman, mən deyən oldu, olmadı? 
Ölkənin inkişafdan qaldığını, geriliyin, ətalətin, mövhumatın, cəhalətin 
tərəqqiyə mane olduğunu, gənc nəslin elmdən, təhsildən uzaq düşdüyünü dərin 
təəssüf hissi ilə  qələmə alan şair (“Dindirir əsr bizi”, “Millət  şərqisi”, “Oxut-
muram,  əl çəkin!”, “Uşaqdır”, “Bəxtəvər” və s.) əcnəbilərin tərəqqisini xatır-
latmaqla qəflət yuxusunda olanları ayıltmağa səy edirdi: 
Seyr etməyə fəzanı icad olub balonlar, 
Bir yandan avtomobillər, bir səmtdən vaqonlar, 
Hər ixtirayə dair təsis olur salonlar, 
Vallah, bular azıblar başdan-ayağa, millət! 
İndi bir az da dincəl, baş qoy yatağa, millət! 
Fanatizmin törətdiyi bəlaların ifşası, qadın  əsarətinin tənqidi, milli mət-
buata  əngəl olanlara etiraz və s. Sabir satiralarının hədəflərindəndir. 
 
Qonşu 
İranda, Türkiyədə, bir sıra hallarda isə dünyada baş verən mühüm siyasi hadi-
sələrə ayıq münasibətin ifadəsi onun yaradıcılığının səciyyəvi xüsusiy-
yətlərindən idi. Səttarxanın başçılığı ilə  İranda baş verən milli azadlıq hərə-
katını diqqətlə izləyən şairin yazdığı əsərlər mücahidlərin dilinin əzbəri idi.  
Mənbələr üzrə araşdırma,  şeirlərlə tanışlıq  şairin satira yaradıcılığının 
mövzusu, əhatə olunan məsələlər barədə ətraflı fikir yürütməyə imkan verir. 
Sabirin  uşaq  şeirləri (“Məktəb  şagirdlərinə töhfə”, “Uşaq və buz”, “Yaz 
günləri” və s.) kiçik oxucularda məktəbə, təhsilə maraq və həvəs oyatmaq, təbiət 
hadisələri barədə aydın təsəvvür yaratmaq baxımından qiymətlidir. 
Şairin bədii irsinə daxil olan tərcümələr (Firdovsinin “Şahnamə”sindən parça 
və s.), təmsillər  (“Hörümçək və ipəkqurdu” və s.), mənzum hekayələr  (“Molla 
Nəsrəddin və  oğru” və s.), felyetonlar (“Hamısını tapa bilirəm, birini tapa 
bilmirəm” və s.), məqalələr (“Mətbuat” və s.) dəyərli nümunələr kimi bu gün də 
maraqla oxunur. 
Sabirin satiraları özəl bədii xüsusiyyətləri 
ilə seçilir. Yaratdığı fərdi  satirik tipi xarakter 
və dünyagörüşünə uyğun bir dildə danışdıran 
şair bu üsulla onun haqqında dolğun təsəvvür 
yaratmağa nail olur. Dialoq, sual-cavab, deyişmə və s. şairin satiralarında tez-
tez müraciət olunan üsullardan olub obrazların mənəvi aləminin, həyatdakı 
mövqeyinin başa düşülməsində əhəmiyyətli rol oynayır. 
Məcazlardan (bənzətmə, epitet və s.) orijinal istifadə baxımından Sabir sati-
raları misilsiz nümunələrdir. 
Satiralarını  əruz vəznində yazan şair bu vəznin imkanlarından bəhrələn-
məklə kifayətlənməmiş, onu öz yaradıcılıq üslubuna, satirik şeirin məzmununa, 
tələblərinə uyğunlaşdırmışdır. 
 
Mənbələrin araşdırılması  şairin satirik şeirlərinin bədii xüsusiyyətləri 
barədə dolğun təsəvvür yaradır. 
 
Şairin satiraları hansı bədii xüsu-
siyyətləri ilə diqqəti cəlb edir? 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə