16
Kutsal Quruculuq baxımından, Onun şah əsəri – Onun Ocağıdır –
canlı, diri, konkret Evladlar Birliyidir.
Bu Ocağın nəliyi, kimliyi aydın olmalıdır – özünə də, xalqa da. Onun
bütöv adı belədir: “Türkün (ilk) Ruhaniyyat Ocağı – İnam Atanın (Asif
Atanın) Mütləqə İnam Ocağı”. Adın canı, yönü, fəlsəfi-ruhani kimliyi son
üç sözdədir: Mütləqə İnam Ocağı.
Ocaq arasıkəsilməz gündəlik iş aparan, öz içində qaçılmaz ruhani
iyerarxiyası olan (qarşılıqlı səcdəli ilişkilərə əsaslanan) qurumdur. O öz
ilsırası (tarixi), günsırası (təqvimi) ilə yaşayır. Onun öz Bayrağı, Gerbi,
Himni, öz əlifbası, rəqəmləri var. Onun iç quruluşu (strukturu), öz iş ku-
ralları var. Öz Kutsal ünvanı – İnam Evi var; bu Ev bütün İnamçıların,
eləcə də İnam Ata xalqının ruhani Mərkəzidir. Ocaq Evladlarının özlərinə
məxsus ruhani geyimləri var və s... Bu müəyyənliklərdən qıraqda Ocaq,
Ocaqçı yoxdur.
Hər bir Ocaqçı həm də İnamçıdır (Mütləqə İnam Ocağının Evladıdır);
hər İnamçı isə Ocaqçı deyil, yalnız İnam Ata Dünyabaxışını daşıyan
şəxsdir.
Azərbaycanda – Güney olsun, Qüzey olsun, bütöv olsun – yalnız bir
Ocaq var və yalnız bir Ocaq ola bilər, Ulu Sözünün qüvvəti – “əgər o
ikidirsə, demək o yoxdur”. Çünki o, Türkün mənəvi-ruhani birliyinə
yetilməsi üçün qalanıb. (Bir də yada salaq ki, Onun ümuminsanlığa xid-
məti bu yol ilədir, ulusal simalaşma – Onun üçün vasitədir. Həm də bu,
Onun hər bir xalqa təklifi – önəri`sidir). Əgər o da bölünmüşlük yara-
dacaqsa, sönsə yaxşıdır və “1+”lik onun elə sönmüşlüyü – yoxluğu
demək olardı.
Düşüncə, axtarış ayrılığı başqa məsələdir – bir Ocaq içində –
mümkündür. Böyük, tək-tək, ələdüşməz (nadir) kişilərin Həqiqət axtarışı
Həqiqətdən sapma ilə də sonuclana bilir, Həqiqəti tapma ilə də. Sapan-
ların Həqiqətə dönüşü yaxarışla baş verir. (İslamda buna “tövbə” və ya
“istiğfar” deyilir). Böyük, tək-tək, ələdüşməz kişilər Həqiqətdən sapmanı
özləri üçün ölüm sayırlar. Yaxarış (tövbə) – süçdan ölmüşün dirilmə yal-
varışıdır. Mən bugün Mütləqə İnam Ocağının Ruhani Başçısı olaraq, suçu
bağışlamıram, keçmirəm suçdan. Suç var ki, ölümə təndir – keçilməz;
keçdin – oldun suçluya tay, suça güzəştli, öyrəncəli.
Əmək suçu yumur, arıtmır, ağartmır.
Suç ayrı, xəyanət ayrı. Xəyanətçiyə yönəlik Atanın qənaəti belədir:
“Xəyanətçiyə yaşamaq haqqı verilmir, özünü öldürmək haqqı verilir”.
(Yəni Ocaqdan çıxmaq, çıxarılmaq). Bağışlana, yuyula biləsi suç isə suç
yiyəsinin ölüb-dirilməsindən – yaxarışından keçir.
İnsanın mənəvi-ruhani çöküşünü önləmə qurumunun, Ruhani Dövlət
carçısı olan, Mütləqə İnam Sivilizasiyasına haylayan qurumun özəyində –
17
Ocaqda suç, suçlu ola bilməz! İnsanın mənəvi-ruhani çöküşünün səbəbi
elə bənzər qurumların suça qarşı barışmazlıqdakı mütləqsizliyi olmuşdur.
İnamın Yaradıcısı belə deyir.
Bu Ocaqdan çoxlu ayrılanlar olub – suçlu, suçsuz. Qayıdanlar da olub
– yaxarışla. Atanın sağlığında – Qəlbi (İlham Heydərov) qayıdıb, Ata
onun yaxarışını qəbul eləyib: ”Qəlbini Evladlıqda saxladım. Tövbəsi –
qəlbiydi” (Bax: bu nəşr, səh. 150).
Göylü-Əminə və Layiq-Vələddin də Ocaqdan ayrıldıqdan sonra
qayıtmaq istəmişdilər, Ata “yox” demişdi. Bu gənclər (ailə...) məndən xa-
hiş etmişdilər ki, onların qayıtmaları üçün mən də Atadan diləkdə bulu-
num. Mən bunu Ataya deyəndə Ata: “Zamin olursanmı?” deyə soruşdu.
Mən zamin olmadım. Onlar da bərpa olunmadılar.
Atadan sonra da Ocağa bəzi qayıdışlar olub. (Sadiq, İşıqlı, Yolruh).
Qayıdışın sorumluluğunu üstlənənlər özlərini Ata qarşısında hiss etmiş və
Atanın ola biləsi qərarına əsaslanmışlar. Onların da “tövbələrində” – ya-
xarışlarında qəlbləri olubmu? Bunu onların yazılı yalvarışları göstərir.
(Bax: Yolruh Atalı. “Ocağa qayıdış...” – “İnam Ata və Ocağı” özəl bu-
raxılışı, 25 Ata ayı 27-ci il – 25.IX.2005, s.14; İşıqlı Atalının yaxarışı olar-
aq, 30-cu ilin “Ruhani Səfər Günü” Mərasimindəki çıxışına bax; Sadiq
Atalı. “Ölmüşdüm – Dirildim” “İnama Doğru” dərgisi, Günəş Ayı 34-il –
Mart 2012, N1(19), s.12,13). İndi onlar Ocağın işində – İnam Atanın
Kutsal Quruculuq cəbhəsində fərəhli yük çəkməkdədilər. İşıqlı Atalı isə
31-ci (2009) – ildən Ocağın Yükümlüsü, qardaşı – Amaldaşı Yolruhla
birlikdə Ocağın qoşa qanadı kimi iş aparmaqdadırlar. Sabah necə
olacaqlar – deyə bilmərəm. Yəni mən bu adlar altında mütləq dəyər sun-
muram. Hər kəsin sonunu – sonu göstərər. Bugün Azərbaycanda Ocaq
halının bütöv mənzərəsi Safruhun “İnam Atanın Ocaq İrsi” içsəsində
göstərilən kimidir. (Bax: “İnama Doğru” dərgisi, N11(29), Qar-34-il – Yan-
var 2013). Daha dəqiqi, Safruh. “Ruhani İnsan uğrunda” kitabı).
İnamın (Atanın) Əməyi sayəsində “Ocaqçı” sözü bu xalqın özümlü id-
raklılarının, özümlü qeyrətlilərinin adıdır, onu ifadə eləyən termindir.
Həmin termin daşıyıcısının dahiyanə yazılmış yaşam – eyləm, iş – döyüş
tərzi var – “Ocaqçının Həyat Tərzi” adında. Ata daim “kamikadze, samu-
ray” deyib dururdu. Ataya qədər bizdə bu sahədə gözəl nağıllar vardı,
konkretləşmə yox idi. Ata konkretləşdirdi. Həm də ruhsal sahədə –
cəbhələrin ən çətinində, ən ucasında. Çirkini (gözəl olmayanı) gözəllik
yaratmağa göndərdi, üstündə dayandı – ondan Ocaq Evladı – Ocaqçı
yetirənə qədər!
Kutsal Quruculuq budur.