KREDİT İTTİFAQLARINA KREDİT VERİLMƏSİNƏ DAİR
KREDİT TƏLİMATI
İCRAÇI KREDİT AGENTLİYİ
Səhifə:
11
Faiz = əsas borc x günlərin sayı x faiz\360
Faiz gündəlik hesablanacaq və balansda göstəriləcək, lakin sifarişçilərlə imzalanmış kredit müqavilələrinə
əsasən o aylıq, rüblük və ya qaytarma müddətindən əvvəl ödənilə bilər. Fəaliyyət sahəsindən asılı olaraq İKA-
nın rəhbərliyi faizin qaytarılma vaxtını müəyyən edəcək.
Əgər kreditin geri qaytarılması hissə-hissə icra edilibsə, əvvəlcə müəyyən olunmuş cərimə, sonra faiz
toplanacaq, qalan məbləğ isə əsas borcun qaytarılmasına sərf ediləcək.
Faiz məzənnəsində olan bütün dəyişikliklər yalnız yeni kreditlərə tətbiq ediləcək
.
2.2.5 Cərimələr
Kredit üzrə ödənişlər gecikdirildiyi təqdirdə, Borcalan Borcverənə cari kredit faiz dərəcəsinin iki mislində
(Cərimə Faizi) cərimə ödəməlidir. Cərimə faizinin hesablanmasının dayandırılması və ümidsiz kreditlərin
silinməsi AMB-nin müvafiq qaydalarına əsasən aparılır.
2.2.6 Kreditin təminatı
Kİ-yə verilmiş bütün kreditlər təyinatından asılı olmayaraq girov ilə təmin edilməlidir.
Girov Azərbaycan Qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət qeydiyyatından keçirilməlidir.
2.2.7 Kredit təminatının növü
Kİ aldığı krediti girov ilə təmin edəcəkdir.
2.2.7.1 Girovun qiymətləndirilməsi
Kİ tərəfindən təqdim edilən Girovun qiymətləndirilməsi İKA-nın məsul işçisi və ya bu proseduru həyata
keçirmək üçün cəlb olunmuş müstəqil mütəxəssis (qiymətləndirmə şirkəti) tərəfindən aparılır.
Qiymətləndirmə ilə bağlı bütün xərclər Borcalan tərəfindən ödənilir. Girov predmetinin dəyəri kredit
məbləğinin ən azı 150%-ni təşkil etməlidir.
2.2.7.2 Girovun
sığortası
Girov təminatı İKA-nın məqbul hesab etdiyi sığorta şirkəti tərəfindən sığortalanmalıdır.
2.2.7.3 Girovun azad edilməsi qaydaları
Kİ İKA qarşısında öhdəliyini -əsas borc, faiz borcu və cərimə (əgər varsa) tam yerinə yetirdikdən sonra girov
qoyulmuş əmlak girovdan azad oluna bilər. Bununla bağlı Kİ İKA-ya müraciət etməlidir. Bu müraciət İKA-
nın kredit şöbəsi və maliyyə şöbəsi tərəfindən araşdırıldıqdan sonra (borcun olmamasına dair) onlar bu barədə
Baş Direktora məlumat verməlidir. Baş Direktorun qərarına əsasən Girovun azad olunması ilə bağlı müvafiq
dövlət orqanlarına müraciət olunacaqdır.
2.3
Kreditin qaytarılmaması
İKA Kredit Siyasətində göstərilən prosedurlar və düzgün kredit idarəetməsi siyasəti vasitəsilə kreditin
qaytarılmamasının qarşısını almaq üçün Kİ-nin bütün səylərdən istifadə etməsini təmin edəcəkdir. Bundan
əlavə, İKA, Kİ-nin kreditin təhlilindəki şərtlərini ciddi şəkildə nəzərə alaraq verdiyi kreditləri təsdiq
edəcəkdir.
Kredit qaytarılmadığı halda, İKA kredit xəttinin dayandırılması barədə qərar qəbul etmək səlahiyyətindədir və
kreditin qaytarılmasını təmin etmək məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri həyata
keçirməlidir.
Формат: Список
KREDİT İTTİFAQLARINA KREDİT VERİLMƏSİNƏ DAİR
KREDİT TƏLİMATI
İCRAÇI KREDİT AGENTLİYİ
Səhifə:
12
2.4
İKA-nın Kİ-yə kredit verməsinə dair qovluqların saxlanması
Bütün kredit qovluqları İKA-nın kredit şöbəsi tərəfindən lazımi qaydada saxlanılmalı və qovluqlar düzgün
kredit qərarının çıxarılması üçün tələb olunan kredit haqqında məlumatı əhatə etməlidir.
Kredit qovluğunda ən azı aşağıdakı sənədlər olmalıdır:
Sənəd
Odkeçirməz
seyfdə saxlanılır
Şkafda
saxlanılır
Kİ-nin yaradılması barədə qərar (Təsis protokolu) (notarius tərəfindən
təsdiq olunmalıdır)
XX
Təsis müqaviləsi (notarius tərəfindən təsdiq olunmalıdır)
XX
Nizamnamə (notarius tərəfindən təsdiq olunmalıdır)
XX
Ödənilmiş səhm kapitlının sənədləşdirilməsi
XX
Ədliyyə nazirliyi tərəfindən qeydiyyatı və AMB-nin lisenziyası
XX
Vergi orqanlarında qeydiyyatı
XX
Təsdiq olunmuş imza nümunələri
XX
İH-nin, Müşahidə Şurası və Kredit Komissiyasının seçilmiş üzvlərinin
siyahısı
XX
Kİ-nin işə götürülmüş işçi heyəti;
XX
Paylarına düşən səhm kapitalı və imzalanma tarixi adlarının qarşısında
göstərilməklə üzvlərin siyahısı;
XX
Kİ-nin ilkin balansı;
XX
Növbəti 12 ay ərzində Kİ-nin gözlənilən fəaliyyəti üçün mənfəət/gəlir,
balans cədvəli və büdcə;
XX
Qaliq məbləğ
üçün üçüncü tərəfin- İdarə Heyəti, Müşahidə Şurası və
Kredit Komissiyasının üzvü olan Kİ üzvlərinin İKA-ya zəmanət
vermələri( təminatı olmayan kreditlər üçün);
XX
İpoteka müqaviləsi, Dövlət Reyestrindən çıxarış
XX
Kreditin monitorinqi forması;
XX
Sığorta polisi (əgər varsa)
XX
2.5
Kİ-yə kredit verilməsi prosesində İKA üzrə imzalama hüquqları
Sənəd
Kim hazırlayıb
Kim təsdiq edib
İş/nəticə üçün
kim
cavabdehdir
Kim təsdiq
edib/imzalayıb
Kredit müraciət
forması
Kİ
RN
Monitorinq və
Kredit şöbələri
Monitorinq və
Kredit şöbələri
Kreditin
qiymətləndirməsi:
Kİ-nin
vəsaiti
Kreditlərin
məqsədi və daxil
olan müraciət
Monitorinq və
Kredit şöbələri
Monitorinq və
Kredit şöbələri
Monitorinq və
Kredit şöbələri
Monitorinq və
Kredit şöbələri
Формат: Список
Формат: Список