Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə79/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   72   73   74   75   76   77   78   79   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
317 
nür. Bu nəinki onların danışdığı türk dilidir, həm də türklərin adət-
ənənələri və  mərasimləridir.  Ən nəhayət, bu, onların geyimləridir. 
Aşagıda biz “Don erməniləri”ndə ətraflı dayanacağıq, ancaq indi yal-
nız Vartanovun onlar haqqında dediyi sözləri sitat gətiririk:  “Onlar 
tarixi Ermənistandan olan erməniləri başa düşmürlər. Bu günə qədər 
aydın hiss olunan soyuqluq da buradandır. “Don erməniləri” kimi 
adlanan bu əhali xüsusi bir etnos olaraq qalmışdır”  (kursiv bizim-
dir). Sonralar erməni xalqının nümayəndələri E.Vartanovu necə ad-
landırmasından: “millət satqını”, “türklərin əlaltısı” və s. asılı olma-
yaraq, həqiqətdə E.Vartanov heç 70-ci illərin  əvvəllərində Kanada-
dan olan erməni alimləri C.Aloyan və A. Tatevosun dedikərini də de-
məmişdir, onlar elan etmişdilər ki, “Həqiqətdə isə erməniər-ariləş-
dirilmiş türklərdir” (kursiv bizimdir). Sonuncu fikrə indi də rast 
gəlmək olur, arabir bu fikrə qayıdırlar. 
Ancaq türklər ermənilərin türk mənşəli olduqlarını vaxtilə  rədd 
etdikləri kimi, indi də bunu rədd edirlər. Görün Murad Hacı “Arma-
qeddonun nəfəsi” (M., “Xranitel”, 2006) əsərində nə yazır: “Erməni-
lərin bir hissəsində (çox hissəsində!)” bizdə (türklərdə) olan həmin 
genetik yaddaş, həmin qan mürgüləyir... VII əsrdə bura (Qafqaza) is-
lam (və yaxud əvvəllər zərdüştilik) gəldikdə, onu hamı onu qəbul etmə-
di, bəzi türklər Altayın mənəvi irsini saxlamış Erməni kilsəsinə keçir-
lər. Dünya elm aləmi bu məsələyə diqqət yetirmişdir: türk dilli ermə-
nilər haqqında məqalələr və kitablar yazılmışdır (kursiv bizimdir). 
Hörmətli oxucular, başlıca, prinsipial bir məsələdə müəllif tam 
haqlıdır ki, türklərin müəyyən hissəsi erməni-qriqorianlıq dinini qə-
bul etmişdir. M.Hacının etdiklərinə olan böyük hörmətimizə baxma-
yaraq, onun ermənilərin türk tarixinə iddialarının əsası olması barədə 
fikri ilə razılaşa bilmərik. Öz düşüncələrimizi izah etməzdən öncə, 
“ermənilərin türk mənşəyini” “qıpçaq-ermənilər” (türk-qriqorianlar) 
məsələsindən ayırmaq istərdik. Qeyd etmək lazımdır ki, türklərin 
hansısa bir hissəsinin erməni-qriqorian dinini qəbul edə bilməsi və 
qəbul etməsinin (biz bu fikrin tərəfdarıyıq) sonradan erməni-qriqo-
rian kilsəsinin yuxarıda göstərilən xüsusiyyətləri üzündən qıpçaq-
türklərin erməni mənşəyinin “əsası” (biz bunun əksinə  çıxış edirik) 
K A M R A N  İ M A N O V 
 
318 
olması iddiasından o çıxmır ki, “ermənilər ariləşdirilmiş türklərdir”. 
Məntiq qanunlarına əsasən, “türklərin hansısa bir hissəsinin qriqorian 
dinini qəbul etməsi və hətta erməniçiliyin sonradan onları ermənilərə 
aid etməsi” tipli fərdi-təsdiq deyimlər heç də ona ümum-təsdiq əsas 
vermir ki, “bütün ermənilər ariləşdirilmiş türklərdir”. Məntiqdə 
bunun əksinədir, çünki dialektika fərdini ümumidən çıxarmağı tələb 
edir. Birincisi, məntiqi tabeliyin mahiyyəti də elə bundadır. İkincisi, 
“ermənilərin bizim tarixə olan iddiaları”na qayıdaraq, qeyd edək ki, 
bu iddialar “reduksiya edilmiş” ermənilər tərəfindən deyil, etnik er-
mənilər tərəfindən, özü də nəinki ancaq tarixə, həm də mədəniyyətə, 
əqli folklor nümunələrinə münasibət də irəli sürülür. Bunlar haqqında 
isə biz xüsusi olaraq “Gəldim, gördüm, ... mənimsədim” fəslində da-
nışmışdıq. 
E. Vartanovun “qıpçaq -ermənilər”in türk mənşəli olması fikrinə 
gəlincə, onunla tam razılaşmamaq çətindir. Onun erməniçilk tərə-
findən sürgünə məruz qalmasının təbii səbəbləri vardır. İş ondadır ki, 
onun dili ilə nəinki erməni tarixinin və regionun tarixinin saxtalaşdır-
masının davamına yol kəsilir, eləcə də türk-qıpçaq mədəniyyətinin və 
ənənələrinin ermənilər tərəfindən mənimsənilməsində əngəllər yaranır. 
Artıq biz irəlidə Krımın tarixi reallıqlarına münasibətdə Ukrayna 
alimlərinin tədqiqatları barədə danışmışdıq. Ukraynalı akademik A. 
Krımski hələ yüz il bundan əvvəl Krım ermənilərinin dilinin Krım 
tatarlarının dili ilə oxşarlığını qeyd etmişdir. Krım erməniləri adı al-
tında ilk növbədə qıpçaq-ermənilər və ya qıpçaq-qriqorianlar nəzərdə 
tutulurdu. Həmin bu “əsgi” erməni dili “Codex Cumanicus”la mü-
qayisə edilmişdi. Bu “Kumanlar Kodeksi” hələ XIV əsrdə latın dilin-
dən Krım türklərinin dilinə tərcümə üçün yaradılmış danışıq kitabçası 
idi. Göründüyü kimi, bu, ermənilərin sübut etdikləri kimi türkləşmiş 
ermənilərin dili yox, məhz erməniləşdirilmiş türklərin, daha dəqiq 
desək, türk-qriqorianlarının dilidir. Məşhur qazax alimi A. Qarkaves 
yazmışdır ki, “əgər erməni leksikasının erməni kilsəsi ilə bağlı ele-
mentlərini saymasaq, praktiki olaraq, bu, Cənub-Şərqi Avropa və 
Macarıstan qıpçaqlarının (kumanların, poloveslərin) XI-XIV əsrlərdə 
danışdıqları  həmin dildir”. Üstəlik də, o qeyd edir ki, bu dil “Qızıl 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
319 
Orda və  məmluk Misir yazılı  mənbələrinin qıpçaq-oğuz dilinə ya-
xındır” (kursiv bizimdir). 
“Qıpçaq-ermənilər”in dilinə düşmüş ukrayna, polyak və latın 
sözləri qıpçaq ermənilərinin yaşadıqları arealla sıx  əlaqədar olmuş-
dur. Bunu nəinki Krımda, eləcə də bütün Avropada rast gəlinən qıp-
çaq dilində erməni  əlifbası ilə yazılmış  qıpçaq abidələri sübut edir. 
Onları  İtaliyanın, Avstriyanın, Rumıniyanın, Polşanın, Rusiyanın, 
Ukraynanın muzey arxivinlərində tapmaq olar. Onlar Ermənistanda 
da saxlanılır. Qarkavesın məlumatlarına görə, yalnız Kiyevdə XVI-
XVII  əsr qıpçaqlarının məhkəmə aktlarına aid 28 kitab saxlanılır. 
Bütün bunlar səbəbsiz deyildi, ona görə ki, hələ XIV əsrdə erməni-
qıpçaqlar öz məhkəmə işlərini aparmaq hüququ almışdılar. 
Oxucuların diqqətinə onu da çatdıraq ki, saxlanılan sənədlərin 
içərisində erməni-qıpçaqların istifadə etdikləri Mxitar Qoşun “Qa-
nunnamə”si də olmuşdur. O, Polşa kralı Sigizmund tərəfindən təsdiq 
olunmuşdu. 
İndi isə erməniçiliyin erməni-qıpçaqlar adlandırdıqları türk 
(qıpçaq)-qriqorianların mədəni-tarixi irsi haqqında danışmaq istərdik. 
Materialın yalnız əlverişli şərh edilməsi məqsədi ilə bir vaxtlar Krım-
da yaşayan türk-qriqorianları “Krım erməniləri”, könüllü-məcburi 
köçürülmədən sonra hazırda Yeni Naxçıvan və onun ətraf kəndlərin-
də yaşayanları isə “Don erməniləri” adlandıracağıq. “Krım” erməni-
lərinin dilindən başlayaq. Mütəxəssislərin etiraflarına görə, bu qıp-
çaq- ermənilərin dili qıpçaq (poloves, kuman) dilinin birbaşa varisidir 
və karaim və krımçaq dillərindən heç nə ilə  fərqlənmir. Dilin lek-
sikası ukrayna və rus dillərinin hesabına qismən dəyişmiş, bir sözlə, 
slavyan dillərinin təsiri altına düşmüşdür. Latinizimlərə  də rast gə-
linir. Krım əhalisinin polietnikliyini nəzərə alsaq, bütün bunlar təbii 
prosesdir”. A. Qarkaves başqa cür yox məhz “Qıpçaq yazılı irsi” ad-
landırdığı  əsərində  “əsgi” erməni dualarının mətnini dərc etdirmiş-
dir. Misal üçün, “Bizim atamız” duasının adı erməni dilində “Xayr 
mer” kimi, mətni isə erməni əlifbasında verilir: 
K A M R A N  İ M A N O V 
 
320 
  
“Atamız bizim ku, gekdesen, 
  
 Arı bolsun adı senin, 
   
 Gelsin xanlıqın senin”  
Arərbaycanlı və eləcə də istənilən türk üçün duanın tərcümə olun-
masına ehtiyac duyulmur, çünki onlar Tanrıya ünvanlanmış müraciə-
tin mətnini tam başa düşürlər. Başqa bir misal göstərək. Kamene-
Podolskdakı ilk “erməni” kilsəsi kimi adlandırılan müqəddəs Nikola 
kilsəsi (qıpçaq-qriqorianlar bu şəhərdə ən böyük icmalardan biri idi) 
qıpçaq taciri Sinan Qutlubəyin vəsaiti hesabına (1393-cü il) tikil-
mişdir.  İlk dəfə çap nəşri qriqorian kilsəsinin keşişi qıpçaq O. Kar-
madenes tərəfindən həyata keçirilmişdir. Yuxarıda göstərilən “Codex 
Cumanicus”, qıpçaq dilindən latın dilinə bələdçi-tərcüməçi, qıpçaq-
qriqorianlar tərəfindən haradasa 1325-ci ilə yaxın yaradılmışdır. Yeri 
gəlmişkən, bu çap sənədinin linqvistik təhlili alimlərə  əsas verir ki, 
“erməni-qıpçaq” dili adlandırılan bu dilin türkləşmiş ermənilərin dili 
(ermənilər bunu təsdiq etməyə çalışırlar) yox, türk-qriqorianların 
dilidir. Bəli, “erməni-qıpçaq”ların Elbəy, Xasbəy, Kutlubəy və s. ad-
ları öz-özlüyündə hər şeyi deyir. Epiqrafik yazıların təhlili tarixiçi Q. 
Alişana nəinki qıpçaqların, eləcə  də çoxlu türk-qıpçaqların xristian-
lığa sitayiş etdiyini göstərməyə imkan vermişdir. Belə türkləri Azər-
baycanda “erməni” (monofizitlər), Gürcüstanda isə “gürcü” (pravos-
lavlar) adlanırmışlar. Yaxud qriqorian kilsə prixodlarının
 
mövcud ol-
duğu “erməni-qıpçaq”ların yaşayış  məskənlərinin adlarını götürmək 
olar: Kirasubazar, Naxçıvan, Ortalan, Bağçael, Qamışlıq və s. 
Tamamilə aydındır ki, bu, türk toponimikasıdır. 
Azərbaycan türklərinin şifahi xalq yaradıcılığında əvvəlki paraq-
raflarda “erməniləşdirilməsi” haqqında danışdığımız “Əsli və Kərəm” 
dastanı xüsusi yer tutur. 
Bir çox alimlərin fikrinə görə, Gəncə yeparxiyasının başçısı baş 
keşiş “Qara keşiş”in ailəsində böyüyən sonradan Əsli adı verilmiş 
gözəl Məryəm türk-qriqorianların izini əks etdirir. Üstəlik, bir sıra 
hallarda türk-qriqorianların müəyyən hissəsinin Qafqaz-alban mən-
şəli olması məsələsi tədqiq olunmuşdur. Qafqaz izi Krım çağatayla-


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə