22
biblioqrafik təsvirə dair 3 standart tətbiq edilir: biblioqrafik
təsvirin Beynəlxalq
standartı (İSBD), kataloqlaşdırmanın İngilis-Amerika qaydaları (AASR 2) və
maşınla oxunan kataloqların müxtəlif MARC formatları. İSBD (Biblioqrafik
təsvirin Beynəlxalq standartı) daha universaldır və ondan bütün dünyada
istifadə edilə bilər. AASR 2 standartı (İngilis-Amerikan qaydaları) ingilis dilli
ölkələrdə tətbiq edilir. (8,s.92)
Kitabxanaların kompüterlə təchiz edilməsi ilə əlaqədar olaraq
biblioqrafik yazı informasiyanın maşınla oxunan daşıyıcıda əks etdirilməsi
zəruriliyini yaratmışdır. Kitabxana-informasiya texnologiyasının inkişafı ilə
əlaqədar olaraq kitabxana informasiyasının əksər hissəsi MARC formatının
köməyi ilə kodlaşdırılmışdır. MARC formatı – informasiyanın
maqnit lenti və
diskdə, lazer disklərində, yəni maşınla oxunan daşıyıcılarda yazının əks
etdirilməsi qaydalarından ibarətdir.
Qeyd etmək lazımdır ki, hər bir formatın əsasını biblioqrafik təsvir
qaydaları təşkil edir. UNİMARC formatının əsasını İSBD standartı
(Biblioqrafik təsvirin Beynəlxalq standartı) təşkil edir. Bütün ölkələr
UNİMARC formatından istifadə etmək məqsədilə öz kataloqlarından yazıları
İSBD-nin təsvir qaydalarına uyğunlaşdırmağa səy göstərirlər. İlk dəfə maşınla
oxunan formatlar ABŞ-da meydana gəlmişdir. Müasir informasiya dünyasında
təxminən 60-dan çox ölkədə milli formatlar hazırlanmışdır ki, onların da
ümumiləşdirilmiş adı MARC adlandırılır.
Lakin qeyd etmək lazımdır ki, bütün formatların tərtibi biblioqrafik
təsvirə dair dövlət standartına əsaslanır ki, həmin standartların
da Beynəlxalq
Biblioqrafik Təsvir qaydalarına əsaslanması vacib şərtlərdən biridir.
1968-ci ildə Rusiyada İdarələrarası kataloqlaşdırma komissiyasının iki
iclası keçirilmişdi. Burada kataloqlar üçün dövlət standartlarının layihələri
təsdiq edilmişdir. Beləliklə, əsas biblioqrafik təsvir qaydaları bütün
kitabxanalar üçün məcburi hesab edilirdi. 1970-ci il yanvarın 1-dən etibarən
kitabxanalarda aşağıdakı dövlət standartları tətbiq edilməyə başladı: DÖST
7.1-69 “Biblioqrafik və informasiya nəşləri üçün çap əsərlərinin təsviri”;
DÖST 7.2-69 “Kataloqlar üçün dövri nəşrlərin təsviri”; DÖST 7.3-69
“Kataloqlar üçün kitabların təsviri”; DÖST 7.13-70 “Kataloqlar üçün xüsusi
nəşr növlərinin və texniki sənədlərin təsviri” və s.
İdarələrarası kataloqlaşdırma komissiyası 1979-cu
ildən etibarən
Beynəlxalq təsvir qaydalarının hazırlanması ilə məşğul olur. Bu dövlət
standartının qarşısında bütün kitabxanalar, idarələr, elmi idarə və texniki
informasiya
mərkəzləri, həmçinin də nəşriyyatlar üçün vahid təsvir qaydalarını
özündə əks etdirmək məqsədi qoyurdu.
Bu baxımdan Rusiyanın və eləcə də respublikamızın kitabxanalarında 10
ilə yaxın bir müddətdə tətbiq edilən “Çap əsərlərinin biblioqrafik təsvir
qaydaları” (7.1-76) adlı dövlət standartı xüsusi mərhələ təşkil etmişdir. 7.1-76
dövlət standartında biblioqrafik təsvirin 7 sahəsi müəyyənləşdirilmişdir.
23
Məsələnin həlli
XX əsrin 70-ci illərindən biblioqrafik təsvirin standartlaşması problemi
ilə dünyanın ən görkəmli mütəxəssisləri məşğul olmuşlar. Mütəxəssislərin
böyük bir qrupu beynəlxalq kitabxana cəmiyyətləri və idarələri
kataloqlaşdırma bölməsinə
(İFLA) cəlb olunmuşlar. Beynəlxalq
kataloqlaşdırma işində Rusiya mütəxəssisləri də fəal iştirak etmişlər. İFLA
tərəfindən hazırlanan sənədlər silsiləsində xüsusən biblioqrafik təsvirin
quruluşu, biblioqrafik təsvirin mətni, biblioqrafik ünsürlər konkretləşdirilmiş
və bu da bir sıra ölkələrdə milli təsvir qaydalarının yaradılması və yeniləşməsi
üçün bazaya çevrilmişdir.
Bu məqsədlə 1984-cü ildə Rusiyada yeni dövlət standartı hazırlanıb çap
edilmişdir. 1986-cı il yanvarın 1-dən kitabxanaların, elmi-texniki məlumat
orqanlarının, kitab palatalarının, nəşriyyatların
və biblioqrafik fəaliyyətlə
məşğul olan digər müəssisələrin işində “Sənədlərin biblioqrafik təsvir
qaydaları: Ümumi tələblər və tərtibi qaydaları” (7.1-74) dövlət standartı
tətbiq
edilməyə başlamışdır. Bu standart 1978-ci ildən qüvvədə olan “Çap əsərlərinin
biblioqrafik təsviri” (7.1-76) standartının əvəzinə tərtib edilmişdir.
DÖST 7.1-84 dövlət standartı özündə prinsipial dəyişiklikləri əks
etdirməsə də, DÖST 7.1-76 dövlət standartı ilə müqayisədə aydın olur ki, hər
iki standart arasında əhəmiyyətli fərqlər vardır. Qeyd etmək lazımdır ki, 7.1-84
dövlət standartında təsvirin funksiyası dəqiqləşdirilmiş, onun əsas növləri və
quruluşu müəyyələşdirilmişdir. Standartda ilk dəfə olaraq biblioqrafik təsvirlər
obyektinə görə 3 qrupa bölünmüşdür:
monoqrafik təsvirlər, toplu təsvirlər,
analitik təsvirlər.
Biblioqrafik təsvirin tərtibi metodikası ilə məşğul olan hər bir şəxs bilir
ki, 7.1-84 standartı biblioqrafik təsvirə dair standartların üçüncü nəslinə aiddir
(7.1-69; 7.1-76; 7.1-84) və standart uzunömürlü olaraq 20 ilə yaxın bir dövr
ərzində Rusiyanın və eləcə də Azərbaycanın kitabxanalarında tətbiq
edilmişdir. Hər bir standarta yenidən nəzər salınması onların Beynəlxalq
biblioqrafik təsvir qaydalarına (İSBD) uyğunlaşdırılması ilə əlaqədar idi. 7.1-
76 standartı biblioqrafik təsvir qaydalarına keçid mərhələsini təşkil etsə də,
ciddi dəyişikliklərə görə ondan fərqlənirdi. DÖST 7.1-84 standartı daha çox
Beynəlxalq təsvir qaydalarına yaxınlaşdırılsa da, burada bəzi prinsipial
fərqlərə yer verilmişdi. (8,s.93)
Buna görə də yeni bir standartın yaradılması əsas məsələ kimi qarşıda
dururdu. Bu məqsədlə 2003-cü ildə Rusiyada Standartlaşdırma, metrologiya
və sertifikatlaşdırma komitəsi tərəfindən DÖST 7.1-2003 “Biblioqrafik yazı.
Biblioqrafik təsvir” Beynəlxalq dövlətlərarası Standartı yaranmışdır ki, bunun
da əsas məqsədi biblioqrafik yazıların mübadilə üçün
Rusiya və Beynəlxalq
katalodlaşdırma qaydalalarını bir-birinə yaxınlaşdırmaqdan ibarət olmuşdur.
Bu məqsədlə əvvəlcədən bir sıra işlər görülmüşdür. Görülən işlərin əsasını
DÖST 7.80-2000 “Biblioqrafik yazı. Təsvirin başlığı. Ümumi tələblər və