Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə16/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   12   13   14   15   16   17   18   19   ...   74

42 
yaradıcılığı, publisistik fəaliyyəti, xarici ölkə  ədəbiyyatından etdiyi 
tərcümələri, dram əsərləri, kinossenariləri, ictimai-siyasi fəaliyyəti onun 
haqqında çox zəngin sənəd-informasiya bazasının formalaşmasına səbəb 
olmuşdur. Bu zəngin sənəd kütləsi ilkin mənbələrlə yanaşı, biblioqrafik 
mənbələrdə də əks etdirilmişdir. 
Elçin  Əfəndiyev irsinin biblioqrafik tədqiqinə  həsr edilmiş digər bir 
biblioqrafik vəsait 2013-cü ildə, M.F.Axundov adına Azərbaycan Milli 
Kitabxanası tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyası ilə nəşr 
edilmişdir. (Elçin (Əfəndiyev Elçin İlyas oğlu): biblioqrafiya / ixtisas red. və 
burax. məsul K.Tahirov, red. G.Səfərəliyeva; M.F.Axundov adına Azərbaycan 
Milli Kitabxanası.-Bakı, 2013.-560 s.). [3] 
Elçin  Əfəndiyevin  ədəbi-bədii və ictimai fəaliyyətini tam şəkildə  əks 
etdirən bu yeni biblioqrafik göstərici 1959-2013-cü illərdə  nəşr edilmiş 
materialları  əhatə edir. Biblioqrafik göstərici  əvvəlki vəsaitdən fərqli olaraq 
yenidən işlənərək daha da təkmilləşdirilmiş, metodiki baxımdan yeni tərtibatla 
mükəmməl şəkildə nəşr edilmişdir. 
Biblioqrafik göstərici Elçin Əfəndiyevin 1959-2013-cü illərdə  dərc 
edilmiş  əsərlərini, onun haqqında olan ədəbiyyatı,  ədəbi-bədii, publisistik 
yaradıcılığını, aldığı  fəxri fərman və ordenləri, həyat və  fəaliyyətinin  əsas 
tarixləri, görkəmli  şəxsiyyətlər Elçin haqqında, Elçinin kitab haqqında 
fikirləri, Elçinin “Ədəbi düşüncələri”ndən bölmələrini  əks etdirməklə yanaşı, 
üç hissədən ibartdir: 
I hissə:  Əsərləri – kitablar, dövri mətbuatda və  məcmuələrdə  dərc 
edilmiş  əsərləri, romanları, povestləri, hekayələri, ssenariləri, dram, səhnəcik 
və radio əsərləri,  ədəbi-tənqidi, publisistik məqalələri, habelə müsahibələri, 
tərcümələri, tərtib etdiyi, redaktoru olduğu və  rəy verdiyi əsərlər 
sistemləşdirilmişdir. 
II hissə: Həyat və yaradıcılığı haqqında ədəbiyyatı əhatə edir. Bu bölmə 
daxilində - kitablar, dissertasiya və avtoreferatlar, dövri mətbuatda və 
məcmuələrdə çap edilmiş  məqalələr, ekranlaşdırılmış  əsərləri haqqında, 
səhnələşdirilmiş  əsərləri haqqında, Elçinin Xaricdə Yaşayan Həmvətənlərlə 
Azərbaycan Mədəni  Əlaqələr Cəmiyyəti – “Vətən” Cəmiyyətində  fəaliyyəti, 
Elçinin Azərbaycan Respublikası Baş nazirinin müavini kimi fəaliyyəti 
işıqlandırılmışdır. 
Biblioqrafik göstəricidə bölmə  və yarımbölmələr daxilində materiallar 
xronoloji prinsip əsasında qruplaşdırılaraq Azərbaycan və rus dillərində 
sistemləşdirilmişdir. 
Vəsaitin “Elektron resurslar” yarımbölməsində Elçin haqqında 
internetdə verilən materiallar toplanaraq əks etdirilmişdir. Bu yarımbölmə 
daxilində Elçin Əfəndiyev haqqında müxtəlif internet saytlarında çıxmış 75 
adda mənbənin xronoloji ardıcıllıqla biblioqrafik təsviri verilmişdir. 
“Elçin”  şəxsi biblioqrafik göstəricinin III hissəsi köməkçi göstəricilərə 
həsr edilmişdir ki, buraya - Eçinin əsərlərinin əlifba göstəricisi, Elçin haqqında 


43 
yazan müəlliflərin  əlifba göstəricisi, Sərlövhə üzrə  təsvir olunmuş 
materialların  əlifba göstəricisi daxildir. Vəsaitin bu hissəsində  də  mənbələr 
Azərbaycan və rus dillərində qruplaşdırılmışdır. Biblioqrafik vəsaitdən 
istifadəni asanlaşdırmaq və vaxt itkisinə  qənaət etmək baxımından köməkçi 
göstəricilərin əhəmiyyəti olduqca böyükdür. 
“Azərbaycanın görkəmli  şəxsiyyətləri” seriyasında görkəmli yazıçı, 
tanınmış ictimai xadim Elçin Əfəndiyevə həsr edilmiş bu şəxsi elmi-köməkçi 
xarakterli biblioqrafik tədqiqat  əsəri Azərbaycan Milli Kitabxanasının uğurlu 
biblioqrafik fəaliyyətinin nəticəsidir. Bu uğurlu, müasir Biblioqrafiyaşünaslıq 
elminin nəzəri müddəalarına  əsaslanmaqla və biblioqrafiyalaşdırma 
metodikasına əməl edilməklə, öz mükəmməlliyi ilə seçilən biblioqrafik vəsait 
Milli Kitabxananın direktoru, Əməkdar Mədəniyyət işçisi, tarix üzrə  fəlsəfə 
doktoru, professor Kərim Tahirovun peşəkarlığı  və bu sahəyə ciddi 
münasibətinin nəticəsi olaraq ərsəyə gəlmişdir. 
Elçin (Əfəndiyev Elçin İlyas oğlu) biblioqrafik tədqiqat  əsəri müasir 
Azərbaycan  ədəbiyyatşünaslıq biblioqrafiyası elmini zənginləşdirməklə, 
uğurlu nailiyyəti də hesab edilə bilər. 
Elmi-köməkçi  şəxsi biblioqrafik vəsaitlər içərisində öz mükəmməl 
tərtibat və metodikasına görə geniş informasiya potensialına malik olan 
biblioqrafik vəsaitlərdən biri də dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr 
edilmiş informasiya mənbəyidir. Zəngin Nizami irsinin tədqiqində, təbliğində 
və tələbatçılara çatdırılmasında sənəd və informasiya bazası kimi biblioqrafik 
mənbələrin də xüsusi rolu olmuşdur. Ümumbəşəri yaradıcılığa malik Nizami 
Gəncəvi irsi ədəbi-bədii mənbələrlə yanaşı, biblioqrafik informasiya 
mənbələrində  də  əks etdirilmişdir. Bu mənbələrin yaradılmasının ilkin özəyi 
isə Nizami irsinin zənginliyi və bu irsə daim diqqət və sevgi olmuşdur. Nizami 
irsinə böyük hörmət və qayğı ilə yanaşan respublika rəhbərliyi daima bu irsin 
qorunub saxlanmasını, təbliğini həyata keçirmək üçün şairin  əsərlərinin 
nəşrini, yubileylərinin vaxtaşırı  təntənəli keçirilməsi üçün qərar və 
sərəncamlar vermişdir. 
Nizami irsini əks etdirən xüsusi biblioqrafik mənbələr respublikamızda 
keçən  əsrin 40-cı illərindən tərtib olunmağa başlamışdır. Xüsusi biblioqrafik 
mənbələrlə yanaşı, ümumi biblioqrafik informasiya mənbələrində  də Nizami 
yaradıcılığı, onun haqqında,  əsərlərinin təkrar nəşrləri  əks olunmuşdur. Bu 
biblioqrafik mənbələr XX əsrin 20-30-cu illərindən etibarən nəşr edilməyə 
başlamışdır. 
Bu baxımdan Nizamişünaslığın sənəd kütləsi də bu sahənin informasiya 
mənbəyi kimi biblioqrafiyalaşdırma prosesində  əsas obyekt rolunu oynayır. 
Buraya dahi şair Nizami Gəncəvinin ancaq qələmindən çıxan  əsərləri deyil, 
ümumiyyətlə, Azərbaycan  ədəbiyyatının tarixi, nəzəriyyəsi, bu sahənin 
tədqiqinə  həsr edilmiş kitablar, dövri nəşrlər, son dövrlərdə meydana gələn 
elektron nəşrləri, digər informasiya daşıyıcıları daxildir. 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə