Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə13/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   ...   9   10   11   12   13   14   15   16   ...   64

                                                                                                                                                    
49
Dərdbilən bir təbib elədi dəvət, 
Saxladı yanında onu bir müddət. 
Qurtardı gözəli verdiyi dərman, 
Tərtəmiz sağaldı o, qızdırmadan. 
Əvvəlki gözəllik gəldi yerinə, 
Başladı şənliyə, çəmən seyrinə. 
Dərmandan tapınca o gözəl şəfa. 
Durdu axtarmağa könlünə dəva. 
Cavansa, gözəli görəndə belə, 
Duydu ki, ürəyi vurur eşq ilə. 
Evində şahanə bir məclis açdı, 
Udun xoş ətrini hər yana saçdı, 
Düzdü hər tərəfə gülü, sünbülü, 
Oturtdu bir yanda o qızıl gülü. 
Sonra da gətirib gəldi içəri 
Əjdaha ağzından çıxan qəməri. 
Üzündən pərdəni açıb, nəhayət, 
Elədi min cürə nəvaziş, hörmət. 
Şahzadə nə gördü? Məclis düzəlib, 
Sevgili yarı da məclisə gəlib... 
Qorxunc cəhənnəmdən, dardan qurtuldu. 
Həm cənnət, həm huri sahibi oldu. 
Nə deyim, nə qədər sevindi o şah! 
Daha nə şərh edim, artıqdır izah..." 
İskəndər dinlədi dedikcə çoban, 
Elə bil ayıldı pis bir yuxudan. 
Dincəldi, yox oldu çəkdiyi əzab, 
O yetkin qocadan aldı xam şərab. 
Şah burda çobanla söhbət edərkən: 
"Sağaldı!...Sağaldı!.." - Eşitdi birdən. 
Padşah da sevindi, oldu bəxtiyar. 
Bircə asqırmaqla sağalmışdı yar... 
Çobanı görərək belə xeyirxah, 
Onunla şahanə rəftar etdi şah. 
Hər kəsin zatı pak olarsa əgər, 
Ondan çox yazılar belə əsərlər. 
Ay daim nur saçar, Müştəri parlar, 


                                                                                                                                                    
50
Hünərli şəxsin də hünəri parlar. 
Itirmiş olmasa əqlini sərraf, 
Tez seçib ayırar, deməz qəlpə saf. 
Səninlə biri xoş danışsa əgər. 
Könüldən dinlə ki, bir xeyri dəyər. 
Nalayiq söz ilə etsələr xitab. 
Sən gərək sükutla verəsən cavab. 
ARŞİMİDES İLƏ ÇİNLİ  
KƏNİZİN HEKAYƏSİ 
Müğənni, yubanma, götür rudu sən, 
Dumanlar çulğayıb beynimi qəmdən. 
Elə nəğmə de ki, sənin xoş səsin 
Beynimi başımda sakin eyləsin! 
Yenə də o yurdun qocalarından 
Rumlu bir filosof elədi bəyan: 
"Vardı Arşimides adlı bir həkim, 
Padşaha ən yaxın olan bu nədim 
Kübar nəsildəndi Yunanıstanda, 
Mərdlikdə heç misli yoxdu cahanda. 
Yaxşılıq edəndi, varı da çoxdu, 
Ondan yaxşı adam Yunanda yoxdu. 
Əqli, düşüncəsi, idrakı vardı, 
Təlimə diqqətlə qulaq asardı. 
Ərəstu da ona atalıq etdi, 
Təlim vermək üçün bir ev düzəltdi. 
İskəndər divanı tapşırdı ona, 
Əmindi məzluma yar olduğuna. 
Ruslarla vuruşdan qayıdan xaqan 
Bir kəniz vermişdi şaha ərməğan. 
Alimin qəlbini oxşasın deyə, 
Şah ona bu qızı etdi hədiyyə. 
Elə bil ovçuya çatdı bir ceyran, 
Doymadı o şirin, əmlik quzudan. 
Sevdi çinli türkü, könlü şad oldu, 


                                                                                                                                                    
51
Qəmlər hindusundan o, azad oldu
89

Onunla söhbətə-işrətə daldı, 
Belə ki, bir müddət dərsdən də qaldı. 
Dərs verən ustadı aldı əndişə, 
Onun bu halından düşdü təşvişə. 
Onu dərsdən qoyan nədir görəsən? 
O saf düşüncəsi pozuldu nədən? 
Yüz nəfər şagirdə dərs öyrədirdi, 
Yaxşını, yamanı təlim edirdi. 
Ancaq Arşimides olmasa dərsdə, 
Qalan doxsan doqquz şagird gəlsə də, 
Dərs deyə bilməzdi həvəslə ustad, 
Çünki vardı onda böyük istedad. 
Ancaq o təkcə də gəlsə, müəllim 
Həvəslə edərdi dərsini təlim. 
Əlbəttə, ağıllı bir qulaq asan 
Yaxşıdır həmişə yüz şüursuzdan. 
Ustad bir gün sordu Arşimidesdən: 
"Nə olub, bizləri unutmusan sən" 
Nə işdir, de, səni dərsindən qoyan? 
Elmsiz yaşaya bilərmi insan?" 
Arşimides dedi: "Bir təşnə əgər 
Bir bulaq taparsa, söylə, neyləyər? 
Şah mənə göstərib xeyli nəvaziş, 
Gözəl bir çinli qız hədiyyə etmiş. 
Özün gənc olasan, yanında gözəl, 
Mümkünmü çəkəsən məhəbbətdən əl? 
Bununçün mən dərsdən soyudum, əfv et, 
Mümkünmü bir qəlbdə iki məhəbbət?" 
Müəllim gördü ki, Arşimidesi 
Yaman çulğamışdır şəhvət həvəsi, 
Dedi ki: "Çox yaxşı, mümkünsə əgər, 
O gülü bir mənim yanıma göndər... 
Bir görüm neyləyib sənə o gözəl 
Ki, dərsə, biliyə qoymursan məhəl?" 
Baş əyib ustadın bu fərmanına, 


                                                                                                                                                    
52
O bütü göndərdi pirin yanına. 
Ərəstu tapmışdı bir yeni dərman, 
Xıltı ayırırdı onunla qandan. 
O xılt ki, bədənə faydası vardı, 
Qanı saflaşdırar və artırardı. 
Bu dərman gözəllik məğzini aldı, 
Dik sərvi əyərək taqətdən saldı
90

Ustad o gözəldən aldığı xıltı 
Bir təştin içinə yığıb saxladı. 
Təşt onun tökdüyü xılt ilə doldu, 
Gözəl çirkinləşdi, saraldı, soldu. 
Söndü üzündə nur, dəyişdi halı, 
Soldu, xəzəl oldu o gül camalı. 
Çağırıb şagirdi bir gün müəllim, 
Ona öz yarını eylədi təqdim, 
Dedi: "Al, bu sənin çox sevdiyin yar, 
Nazlayıb sevinclə evinə apar!" 
Gənc baxıb sənəmə, sordu ustaddan: 
"Kimdir bu eybəcər qadın, ay aman! 
Bəs mənim o gözəl gövhərim hanı? 
Ürəkdən sevdiyim dilbərim hanı?" 
Onun cavabında alim əmr etdi. 
O ağzı örtülü təşti gətirtdi. 
Təştin qapağını açdığı zaman, 
Dünyanı eylədi bu işə heyran. 
Dedi: "Bəyəndiyin bu idi ancaq, 
Ləzzət aldığına indi buyur, bax. 
O gözəl bədəndə yalnız bu çirkin 
Xılt idi, əzizim, sənin sevdiyin. 
Mən həmin bu xıltı çıxartdığımdan, 
Sən onu eybəcər adlandırırsan. 
Qandan xılt çıxarsa, bax, belə olar. 
Xıltlı qan sevməyin nə mənası var? 
Gəl, tökmə üzünün suyunu nahaq, 
Insan bu su ilə canlanar ancaq. 
Üzdən bir damcı su getməzsə, inan. 
Üzünün suyuyla şad yaşar insan. 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə