195
vaiz, şirindilli natiq olub.
Çiçək xəstəliyi nəticəsində
iki gözünü itirmiş və üzü çopur-çopur olmuşdu. O,
hədsiz güclü hafizəyə malik olub. Şair dostları arasında
qurman kimi tanınıb, çillə plovu və badımcanı sevib.
Çox vaxt aşağıdakı beyti zümzümə edərmiş:
Canım kimi sevdiyim yeməklər
Çillə, cücə və badımcandır.
Şəhab İrəvani: Məhəmməd xan Qacar İrəvaninin
oğlu Həsən xan ilk gəncliyindən nümunəvi əxlaqı,
gözəl davranışı ilə seçilib. O, dövrünün elmlərini kamil
öyrənib. Məhəmməd Mirzə yazır: "Həsən xan gəncli-
yində Əli Nağı Mirzənin yaxın dairəsinə düşüb və indi
də (hicri-qəməri tarixi ilə 1240-cı il)
həmin şəxsin ya-
nında hörmət və izzət sahibidir. Bu insanların köməyi
ilə qəzəl yaradıcılığında xeyli irəli gedib". Həsən xan
Mahmud Mirzəni mədh eləyən bir şeirində deyir:
Zülfün üzündə oddan çıxan tüstüyə bənzər,
Ey hökmdar, sənin tüstündən göz yaşarır.
Qabil İrəvani: Məhəmməd xan Qacarın oğlu, Çeş-
mə və Şəhab İrəvanilərin qardaşı olan Hüseynəli Mah-
mud Mirzənin müasirlərindən və yaxınlarındandır.
Onun belə bir şeiri var:
Sənin zülmlərindən çox gileyim var,
Bizim gileyimiz çox, sizin hövsələniz.
O uzun hörüklərdən təkcə mən həyəcanlı deyiləm,
Bu hörüklər mənim kimi çox insanları divanə etmişdir.
Nazim İrəvani: Abbasqulu xan Cavanşirin oğlunun
yavəri olan Əli Əkbər xanın oğlu Əli xan İrəvandan
İrana köçmüşdü. Nəsrəddin şaha yaxın idi. Bir müddət
196
xarici işlər naziri və ədliyyə naziri olmuşdu. Əli Əkbər
xan Təbrizdə məskunlaşmışdı. İbrət Naininin yazdığına
görə, o, buradan Herata göndərilmişdi... Heratdan qayıt-
dıqdan sonra Tehrana gəlmiş və orada vəfat etmişdi.
Tehranda doğulan Əli xan fars dili üzrə təhsil aldıq-
dan sonra orduda xidmət etmişdi. O, polkovnik rütbəsinə
yüksəldikdən sonra bir müddət rus səfirliyinin mühafizə-
sinə rəhbərlik etmiş, sonra köhnə qoşun hissələri dağıdıl-
dığına görə, kazak məktəbində çalışmış, bir müddət orada
hərbi fənləri tədris etmişdi. Tədricən sultanlıq rütbəsinə
yüksələn Əli xan dəfələrlə Ərdəbil
və Qaracadağa ezam
olunaraq orada öz vəzifəsini yerinə yetirmişdir. Bundan
sonra ingilis səfirliyinin mühafizəsinə rəhbərliyə cəlb
edilmiş və altı il həmin vəzifədə çalışmışdı. Hal-hazırda
qoşun komandanlığının baş müşavirlər idarəsində
xidmətini davam etdirir. Əsas məşğuliyyəti qəzəl
yazmaqdır və bu sahədə mərhum şair Mühitin yolunu
davam etdirir. O, şeirlərindən birində yazır:
Nə üçün sənin ətrini gülə veriblər?
Məgər onlar sənin gözəl üzünü görməyiblər.
Gülə de ki, rəngin ilə fəxr eləmə,
Bir külək əsər səni soldurar.
Əgər qiyamət günü Nazim torpaqdan qalxsa,
Birinci səni axtarıb tapar.
1
1
Tərcümeyi-hallar və ixtisarla verilmiş İrəvan şeir nümunələri
Əziz Dövlətabadinin "Qafqazda fars şeirinin nümayəndələri"
kitabı əsasında hazırlanmışdır.
197
İrəvanın Mirzə Müslüm Qüdsinin
qələmi ilə tərənnümü
Hacı Mirzə Ağasinin atası “Qüdsi” təxəllüslü
Mirzə Müslüm İrəvan şairlərindəndir. O, əsərlərində, o
cümlədən üç yüz beytdən artıq olan bir məsnəvisində
doğulduğu torpağı vəsf etmişdi. Beytləri kitabın
müxtəlif fəsillərində Həsən Xəttam adı ilə verilən bu
məsnəvini oxuculara təqdim etmək yaxşı olar. Əziz
Dövlətabadi onun haqqında yazır: "Qüdsi divanının bir
nüsxəsi 2814 nömrəsi altında Hacı Məhəmməd
Naxçıvaninin “Şadrəvan” kitabxanasında saxlanılır. 23
x16 ölçüdə olan divan 350 səhifədən ibarətdir və hər
səhifədə 18 beyt vardır. Burada Rəsuli-Əkrəm (s.s),
dövrün əmir və vəzirlərinin tərifi, tarixi hadisə və
faciələrə, böyüklərin vəfatına
aid madeyi-tarixlər, fars,
türk, ərəbcə məsnəvilər, qəzəllər yer almışdır.
Bu məsnəvidə Çuxursəd, Qırxbulaq, Xan bazarı,
Dərəbağı, Xan məscidi, Göyçə yaylağı kimi İrəvan
məhəllələrinin bir çoxunun adı çəkilir".