Number 34, 2012
33
UOT 339.1
XÜSUSİ İQTİSADİ ZONALARIN
SOSİAL-İQTİSADİ İNKIŞAFA TƏSİRİ
Rasim ABUTALIBOV
Qafqaz univesiteti
rabutalibov@qu.edu.az
XÜLASƏ
Müasir dövrdə Xüsusi İqtisadi Zonalar (XİZ) xarici ticarət strategiyasının vacib elementlərindən biridir. Belə
ki, XİZ yerli və xarici kapitalın cəlb olunmasına, ixracın genişlənməsinə, valyuta ehtiyatlarının artmasına, yeni tex-
nologiyalara çıxma imkanına və nəticədə milli iqtisadiyyatın inkişafına və dünya bazarına daha səmərəli inteqrasiya
olunmasına gətirib çıxarmaqdadır. Xüsusi İqtisadi Zonalar (XİZ) dünya təsərrüfat təcrübəsində geniş yerə sahib
olmuşdur. Dünyada daha geniş yayılmış xüsusi iqtisadi zonaları aşağıdakılar kimi təsnifləşdirmək olar: azad gömrük
zonaları, azad ticarət zonaları, azad iqtisadi zonalar, azad istehsal zonaları, azad sənaye zonaları, elmi-sənaye parkları,
ofşor mərkəzləri və s.
Açar sözlər: Xüsusi İqtisadi Zonalar (XİZ), Azad iqtisadi zonalar, Azad ticarət zonaları, elmi-sənaye parkları,
Azad sənaye zonaları.
ВЛИЯНИЕ СПЕЦИАЛЬНЫЕ ЭКОНОМИЧЕСКИЕ ЗОНЫ НА
СОЦИАЛЬНОГО- ЭКОНОМИЧЕСКОГО РАЗВИТИЮ
РЕЗЮМЕ
В настоящее время oдним из важных составных элементов стратегии экспортной ориентации являются
специальные экономические зоны (СЭЗ), которые создаются для привлечения местного и иностранного
капитала, расширения экспорта, роста валютных доходов, получения доступа к новым технологиям и, в
конечном счете, для развития национальной экономики и ее более эффективной (тесной) интеграции в
мировую экономику. Специальные экономические зоны получили достаточно широкое распространение
в мировой хозяйственной практике. Однако среди наиболее распространенных в мире специальных эконо-
мических зон можно выделить следующие: таможенные свободные зоны; зоны свободной торговли; свободные
экономические зоны; свободные производственные зоны; свободные промышленные зоны; научно-промыш-
ленные парки; оффшорные центры и др.;
Ключевые слова: специальные экономические зоны (СЭЗ), зоны свободной торговли, свободные эко-
номические зоны, научно-промышленные парки, свободные производственные зоны.
THE EFFECT OF SPESIAL ECONOMICS ZONES ON SOCIO-ECONOMIC DEVELOPMENT
ABSTRACT
Currently Special Economic Zones are the main elements of foreign trade. Thus, SEZ attracts local and foreign
capital, increases the volume of export, increases the currency reserves, provides the opportunity for the emerging of
new technologies and consequently leads to the development of national economy and helps to integrate to the
world market more effectively. SEZs have great role in world household experience. More widespread special economic
zones can be classified as follows: free customs zones, free trade zones, free industrial zones, free economic zones,
free production zones, scientific and industrial parks, and offshore centers.
Key words: Special Economic Zones, Free Economic Zones, Free Trade Zones, scientific and industrial parks,
Free industry zones.
Giriş
Azərbaycan Respublikası artıq 20 ildən çox-
dur ki, bazar iqtisadiyyatı sisteminə keçmiş-
dir. Bu dövr ərzində bir çox inkişaf etmiş öl-
kələrdə tətbiq edilən proqramlar, modelllər
tədqiq olunmuş, öyrənilmiş və ölkə iqtisa-
diyyatının inkişafı istiqamətində tətbiq edil-
məyə çalışılmışdır.
Rasim Abutalıbov
JOURNAL OF QAFQAZ UNIVERSITY
Economics and Administration
34
Dünyanın aparıcı ölkələrində təsərrüfatın əra-
zi təşkilinin yeni formaları tətbiq edilməyə
başladı. Belə ki, inkişaf etmiş ölkələrdə Elmi
Texniki Tərəqqinin təsiri altında təsərrüfatın
yerləşməsi və ərazi təmərküzləşməsində daim
dəyişikliklər baş vermişdir. Əvvəllər təsər-
rüfatın ərazi təşkili formalarında üstün yeri
sənaye məntəqələri, qovşaqları, iri ixtisaslaş-
mış rayonları (kömür-metalurgiya, neft-kim-
ya və s. tuturdusa, son illər onun yeni for-
maları meydana gəlmişdir. Belə ki, Qərbi Av-
ropa və Şimali Amerika ölkələrində istehsa-
lın əlverişli dəniz və çay limanlarına doğru
yerdəyişməsi və iri dənizsahili komplekslə-
rin yaranmasına səbəb olmuşdur. [2.90]
Təsərrüfatın ərazi təşkilinin yeni formaların-
dan biri də Xüsusi İqtisadi Zonalardır(XİZ).
Xüsusi iqtisadi zonalar dünya təsərrüfat sis-
temində xüsusi çəkiyə malikidir və bu zona-
ların yaradılmasında məqsəd ölkə iqtisadiy-
yatının prioritet sahələrinin inkişafını sürət-
ləndirmək, yerli və xarici investisiyaların cəlb
edilməsinə daha əlverişli şərait yaratmaq,
ixracatı genişləndirmək, istehsala yeni müa-
sir texnika və texnologiyanın tətbiqinə nail
olmaq, rəqabət qabiliyyətli, səmərəli istehsal
və xidmət sahələrinin təşkilini dəstəkləmək,
yeni iş yerlərinin açılmasına şərait yaratmaq
və nəticədə ölkənin kompleks sosial-iqtisadi
inkişafına nail olmaqdır.
Xüsusi İqtisadi Zona güzəştli təsərrüfat fəa-
liyyəti zonaları olmaqla XX əsrin ikinci yarı-
sından başlayaraq ABŞ, Koreya, Polşa, Ma-
carıstan, Çin və başqa ölkələrdə yaranmış-
dır. [1.226] Dünya bankının hesabatına əsa-
sən 2008-ci ildə dünyanın 130 ölkəsində 3500-
dən çox XİZ mövcuddur. Bunların qlobal
ixracatda dövriyyəsi təxmini 200 milyard
dollardır və burada işləyənlərin sayı 40 mil-
yondur.
XİZ-lər ayrı-ayrı ölkələrin iqtisadiyyatlarına
da əsaslı təsir göstərmək imkanına malikdir.
Məsələn, Vyetnam kimi yalnız son 10-15 ildə
makroiqtisadi səviyyədə sabitliyə nail olmuş
ölkədə 190-a yaxın XİZ real praktiki proses-
lərdə öz tətbiqini tapmışdır və bu zonalarda
işləyənlərin sayı 950 min nəfər olmuşdur.
[3;49]
Xüsusi iqtisadi zonalar çox müxtəlifdir və
onların qarşısında duran vəzifələr, verilən
güzəştlər və istifadə olunan tənzimləmə va-
sitələri bir-birindən fərqlənir.
Xüsusi iqtisadi zonaların dünyada ən çox is-
tifadə edilən formaları azad iqtisadi zonalar,
azad gömrük zonaları, azad ticarət zonası,
azad sənaye zonaları, azad istehsal zonaları,
elmi-sənaye parkları(texnoparklar), ofşorlar,
eko-iqtisadi ərazi və s. mövcuddur.
Azad iqtisadi zonalar
Dünya təcrübəsinə nəzər yetirsək görərik ki,
xüsusi iqtisadi zonaların ən çox istifadə edi-
lən formalarından biri də Azad İqtisadi Zo-
nalardır. AİZ-ın yaradılması konkret priori-
tet iqtisadi məsələlərin həlli, strateji proqram
və layihələrin həyata keçirilməsinə yönəldil-
miş ayrı-ayrı ərazi və regionların iqtisadiy-
yatının inkişafında təsirli istiqamətdir. Göm-
rük prosedurlarının sadələşdirilməsi və uni-
fikasiyası üzrə beynəlxalq konvensiyaya əsa-
sən azad iqtisadi zona termini altında ölkə
ərazisinin bir hissəsi başa düşülür ki, burada
əmtəələr milli gömrük xaricində olan obyekt-
lər kimi qəbul edilir və bu səbəbdən də adi
gömrük nəzarətinə və vergitutmaya cəlb edil-
mir. Başqa sözlə, AİZ-lar xüsusi rejimli ölkə
əraziləridir.
AİZ-ların fəaliyyətinin müsbət misalı kimi
Birləşmiş Ərəb Əmirliklərdə, Çində qurulan
azad iqtisadi zonaları göstərmək olar.
Xüsusi iqtisadi zonaların
yaradılmasında Dubay modeli
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri
son dövrlərdə dünyanı ən möhtəşəm şəhər-
lərindən biri kimi tanınmaqdadır. Belə ki,
dünyanın ən böyük ilk 500 şirkətinin 120-si
və həmçinin dünyanın ən hündür göydələn-
ləri(binaları) da burada yerləşməkdədir.
Ta-
rixi mənbələrdə qeyd olunur ki, 1940-cı ilə
Xüsusi iqtisadi zonaların sosial-iqtisadi inkişafa təsiri
Number 34, 2012
35
qədər Dubay çox da böyük olmayan bir ya-
şayış məntəqəsi olub. 1970-ci illərdə Dubay
neftdən və ticarətdən gələn gəlirlər hesabına
tədricən inkişaf etməyə başlayırdı. 1979-cu
ildə Dubayda Cəbəl Əli limanı tikildi. Onun
ətrafında isə 1985-ci ildə Cəbəl Əli Azad İq-
tisadi Ticarət Zonası salındı.
Burada 6400 şir-
kət fəaliyyət göstərir və Dubay şeyxliyinin
toplam ixracatının 50 faizi bu Azad iqtisadi
ticarət zonasının payına düşür. Həmçinin
BƏƏ-liyinə qoyulan investisiyanın 20 faizi
buradadır və 160 min işçi burada çalışmaq-
dadır.
[6]
Bu şəhərin inkişaf və tərəqqisinin ilk nümu-
nəsini Dubay hava limanında görmək olar.
Bu hava limanı ildə 10,5 milyon sərnişinə
xidmət göstərir. Bu şəhərin yerli əhalisi 25-
30 il əvvəl 350 minə yaxın idi. Lakin bu gün
Dubayda 2 milyona yaxın əhali yaşayır.
Cə-
bəl Əli Azad İqtisadi Ticarət Zonasında Du-
bay Ticarət Mərkəzi, Süni Liman, 67 körpü
və digər mühüm obyektlər mövcuddur. Bu-
radakı müəssisələrin 51 faizi ərəblərin, 49 faizi
isə əcnəbi iş adamlarının ixtiyarındadır. Ver-
gi və gömrük rüsumlarından azad olunan
Dubayın xüsusi iqtisadi zonasında dünyanın
ən modern infrastrukturu qurulub. Yaxın Şər-
qin ən böyük ticarət limanı da burada yerləşir
və 51 ölkə ilə tiracət əməliyyatları aparılır.
Müasir texnoparklar modeli
Dünya iqtisadiyyatında texnoparklar inno-
vasiyalı iqtisadiyyatın əsas hərəkətverici qüv-
vəsi hesab edilir. Hal-hazırda dünyada 400-
dən çox texnoparklar fəaliyyət göstərir və
günü-gündən bu kimi parkların sayı artmaq-
dadır. Milli iqtisadiyyatın yeni sahələrinin
formalaşmasında və rəqabətqabiliyyətli ol-
masında texnoparkların rolu çox böyükdür.
Texnoparkların yaradılmasının əsas məqsəd-
ləri biliklərin və ixtiraların texnologiyalara
çevrilməsi, həmin texnologiyanın kommer-
siya məhsuluna çevrilməsi, kiçik elmtutumlu
sahibkarlıq sektoru vasitəsi ilə texnologiya-
ların sənayeyə ötürülməsi, elmtutumlu fir-
maların formalaşması və onların bazarda tə-
şəkkülü, elmtutumlu biznes sahəsində mü-
əssisələrin dəstəklənməsi, sənayenin struk-
tur yenidənqurulması, məşğulluq problemi-
nin qismən həlli, yüksək texnologiyalar sa-
həsində elmi-texniki nailiyyətlərin sürətli tət-
biqi və s. [11]
Texnoparklar ilk dəfə ötən əsrin 50-ci illərində
ABŞ-da Stenford Universitetinin təşəbbüsü
ilə yaradılmışdır. Həmin dövrdə universi-
tetin yerləşdiyi Kaliforniya ştatında ABŞ hö-
kumətinin sifarişi ilə hərbi sənaye məhsulları
istehsal edən şirkətlər yüksək texnologiyalar
sahəsində də müəyyən irəliləyişlər əldə et-
mişdilər. Ona görə də Stenford Universiteti
bu şirkətlərə özünün boş qalmış ərazisində
icarə yer vermək qərarına gəlmişdir.
Amerika Biləşmiş Ştatlarında
texnopark nümunəsi -Silikon Vadisi
ABŞ-da ən məşhur texnoparklar Kaliforniya
ştatında elmi mərkəzi Stenford Universiteti
olan Silikon Vadisi və Kremn Vadisi texno-
parklarıdır. ABŞ-ın Silikon (silisium) Vadisi
11 yanvar 1971-ci ildə qurulmasına baxma-
yaraq, müasir texnoparkların modeli kimi
də xarakterizə etmək olar.
Hazırda iri İT-şirkətlərin kiçik vətənlərinə
çevrilmiş Stenford sənaye parkında yüksək
texnologiyalar sahəsinin 300-400 min mütə-
xəssisi çalışır və burada 7 minə yaxın şirkət
fəaliyyət göstərir. Bununla yanaşı vadidə 2
milyondan çox insan çalışır. Hazırda bu texno-
parkda "Google", "Hewlett-Packard", "Cisco
Systems", "Adobe Systems", "Advanced Micro
Devices" (AMD), "Apple Inc.", "Dolby Labo-
ratories Inc.", "eBay", "Intel", "Oracle Corpo-
ration", "Sun Microsystems", "Symantec",
"Yahoo!" və s. kimi dünyanın ən məşhur şir-
kətləri fəaliyyət gösrərir. Kompyuterlərin və
digər texnoloji məhsulların dünya ixracının
20%-i Silikon Vadisinın payına düşür.
Texnoparkların yaradılmasında
Çin təcrübəsi
Müasir dövrdə Çinin iqtisadiyyatının tex-
nologiyalar və innovasiyalar əsasında for-
Rasim Abutalıbov
JOURNAL OF QAFQAZ UNIVERSITY
Economics and Administration
36
malaşması və inkişaf etdirilməsi prosesi sü-
rətlə davam etməkdədir.
Məhz Çində Şanxay şəhərində texnoparkı iki
şəhər məhəlləsi formasında hazırlamışlar və
nəticədə artıq real gəlir əldə etmişlər. Belə
ki, Şanxay Xüsusi iqtisadi zonası Çinin ilk
qurulan xüsusi iqtisadi zonası ünvanına sa-
hibdir və 1980-ci ildə Çin Mərkəzi Komitəsi-
nin aldığı qərarla qurulmuşdur.
Şanxay şəhəri son 20 ildə Çinin əsas istehsal
mərkəzlərindən birinə çevrilmişdir. Bu xü-
susi zonanın qurulması təkcə istehsalı deyil,
həmçinin Tədqiqat və İnkişaf (Research $
Development) sahəsində dünyada uğur qa-
zanmış şirkətlərinə də ev sahibliyi etməkdə-
dir. XİZ qurulması nəticəsində Şanxay şəhəri
Çinin 659 şəhərləri arasında 4-cü ən böyük
iqtisadi şəhəri olmuşdur və burada adam
başına düşən gəlir 15 min Amerika Birləşmiş
Ştatları dolları səviyyəsinə çatmışdır. [13]
Şanxay şəhərində ildə 11.4 milyard dollarlıq
yüksək texnologiyalı məhsullar istehsal edil-
məkdədir.
Əvvəllər bir balıqçı qəsəbəsi olan Şanxay,
Xüsusi İqtisadi Zonanın qurulması və uğur-
lu fəaliyyəti nəticəsində XX əsrdə Çinin və
dünyanın ən aparıcı sənaye, ticarət və liman
şəhərlərindən birinə çevrilmişdi.
Xüsusi iqtisadi zonalarının
Türkiyə nümunəsi
Türkiyədə Xüsusi İqtisadi Zonalar son dövr-
lərdə daha geniş inkişaf etməyə başlamışdır.
Belə ki, Xüsusi iqtisadi zonalar qanunlarla
tənzimlənir və burada fəaliyyət göstərən şir-
kətlərə vergi və digər güşətlər tətbiq olunur.
Həmçinin yeni layihəsi olan və XİZ-lərdə fə-
aliyyət göstərmək istəyən fərdlərədə dövlət
dəsdək olur və onlara təmənnasız maddi yar-
dımlar göstərilir. Əlbətdəki, bu kimi təmən-
nasız yardımlar heç də yaxşı qarşılanmaya
bilər. Lakin Türkiyə təcrübəsinə nəzər yetir-
sək görərik ki, bu kimi yardımlar sonradan
ölkə iqtisadiyyatına öz faydasını göstərmək-
dədir.
Türkiyə İqtisadiyyat Nazirliyinin 2011-ci ilin
31 dekabr ayının statistik məlumatlarına əsa-
sən hal-hazırda Türkiyədə 19 AİZ fəaliyyət
göstərir və günü-gündən yeniləri qurulmaq-
dadır. Burada işləyənlərin sayı 54.022 nəfər-
dir və illik ticarət dövriyyəsi 22 milyard dol-
lardan çoxdur.
Cədvəl:
Azad İqtisadi Zonalar üzrə illik ticarət dövriyyəsi (1000 ABŞ dolları)
Mənbə: Türkiyə İqtisadiyyat Nazirliyinin rəsmi mənbələrindən götürülmüşdür.
Xüsusi iqtisadi zonaların sosial-iqtisadi inkişafa təsiri
Number 34, 2012
37
Azərbaycan Respublikasında Xüsusi
İqtisadi Zonaların vəziyyəti
Son dövrlərdə Azərbaycan Respublikasında
neft və qaz sektorundan gələn gəlirlərin art-
ması və qeyri-neft sektorunun inkişaf etdiril-
məsinə istiqamətlənən addımlar, ölkədə bu
kimi xüsusi iqtisadi zonaların qurulması və
inkişaf etdirilməsini zəruri edir. Təsadüfi
deyil ki, 14 Aprel 2009-cu ildə Xüsusi İqtisa-
di Zonalar haqqında Azərbaycan Respubli-
kasının qanunu qüvvəyə binmişdir. 28.12.
2011-ci il tarixində Azərbaycan Respublika-
sının Prezidenti tərəfindən "Bakı şəhərində
Balaxanı Sənaye Parkının yaradılması" və
"Bakı şəhərində Balaxanı Sənaye Parkının fə-
aliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər
haqqında" Azərbaycan Respublikası Prezi-
dentinin Sərəncamı imzalanmışdır. Bu par-
kın yaradılmasında başlıca hədəf təkrar isteh-
sal sahəsində maraqlı olan potensial sahib-
karlar və investorlar üçün əlverişli şərait ya-
ratmaq olacaqdır. Park ərazisində mexaniki
emal və istehsal qurğuları üçün bütün şəra-
itlər və lazımi dəstək hökumət tərəfindən tə-
min ediləcəkdir. Sənaye Parkının Balaxanı
poliqonuna və tullantıların yandırılması za-
voduna, o cümlədən əsas nəqliyyat qovşağına
yaxınlığı xammal və enerji təchizatı və əldə
edilmiş xam material və ya istehsal edilmiş
məhsulun asanlıqla satış bazarına çıxmasına
əlverişli imkan yaratmış olacaqdır. Bundan
başqa 2012 il 05 noyabr tarixində "Yüksək
Texnologiyalar Parkının yaradılması haqqın-
da" və 2012-ci il 21 dekabr tarixində sənaye
və texnopark rezidentlərinə 7 il müddətinə
vergi və gömrük güzəştlərinin edilməsini
nəzərdə tutan "Azərbaycan Respublikasının
Vergi Məcəlləsində dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikası tərəfin-
dən fərman imzalayıb.
Azərbaycan Respublikasında XİZ-lərin yara-
dılması ayrı-ayrı ərazilərin və sahələrin sü-
rətli inkişafına, rəqabət qabiliyyətli ixrac yö-
nümlü məhsulların istehsalının artmasına
və bütövlükdə ölkənin kompleks sosial-iqti-
sadi inkişafına gətirib çıxaracaqdır. Hal-ha-
zırda ölkədə müxtəlif formalı XİZ-lər üçün
əlverişli iqtisadi və coğrafi mühit mövcud-
dur və bu istiqamətdə mövcud infrastruktur
yaradılmaqdadır.
Azərbaycan Respublikasında texnopark
nümunəsi - Sumqayıt Texnoparkı
Sumqayıt Texnoparkı ölkədə qurulan ilk tex-
noparkdır. 45 hektar ərazisi olan bu texno-
parkın istismara verilməsi ölkəmizdə elek-
troenergetikanın inkişafına, enerji müəssisə-
lərinin yenidən qurulmasına və müasirləş-
dirilməsinə, elektroenergetika sənayesi üçün
məhsullar istehsal edəcək zavodlar, sexlər
qurulmasına geniş imkanlar açacaqdır.
Müəssisə tam işə düşdükdən sonra burada
3 min nəfərdən çox insanın, o cümlədən yük-
sək ixtisaslı mühəndislərin daimi işlə təmin
edilməsi nəzərdə tutulur.
Bu vəya digər texnoparkların səmərəli fəaliy-
yətlərini təmin etmək üçün dünyada ciddi
uğurlar əldə etmiş texnoparkların müsbət
təcrübəsini nəzərə almaq lazımdır.
Son dövrlərdə Ələt qəsəbəsinin ətrafına ay-
rıca diqqət yetirilir. Bərə limanının və gəmi-
qayırma zavodunun Qaradağ rayonuna kö-
çürülməsi məsələsi burada həmçinin yeni
Azad İqtisadi Zonanın qurulması məsələsini
də ortaya çıxarır. Bərənin Ələtə keçirilməsi
ilə yüklər Mərkəzi Asiyadan və Çindən Ələtə
gələrək Bakıya girmədən Avropaya, cənuba
və şimala yola salınması nəzərdə tutulur.
Nəticə və təkliflər
Azərbaycan Respublikasında xüsusi iqtisadi
rayonların qurulması və inkişaf etdirilməsi
üçün kompleks tədbirlərin işlənib hazırlan-
ması lazımdır. İlk növbədə vergi, gömrük
və digər güzəştlərinin nələrdən ibarət olun-
masına açıqlıq gətirilməlidir və qanunlarla
tənzimlənməlidir. Bundan əlavə burada fə-
aliyyət göstərən müəssisələrə hansı şərtlərə
əsasən qurulması bu planda tam şəkildə öz
əksini tapmalıdır. Bilindiyi kimi dünyada XİZ-
Rasim Abutalıbov
JOURNAL OF QAFQAZ UNIVERSITY
Economics and Administration
38
lər xarakter və funksional baxımdan üç yerə -
özəl, dövlət və qarışıq formalara bölünürlər.
Dünyada ən çox tətbiq edilən qarışıq XİZ for-
malarıdır. Azərbaycan Respublikasında qu-
rulan Sumqayıt texnoparka və Balaxanı Eko-
Sənaye Parkına nəzər yetirsək görərik ki, bu-
rada əsasən dövlət müəssisələrin rolu geniş-
dir. Əlbətdəki, istər bu zonalarda istərsədə
digər qurulacaq XİZ-lərdə xüsusi mülkiyyə-
tin, yerli və xarici özəl müəssisələrin, həm-
çinin universitetlərin, tədqiqat institutların
da bu işə cəlb olunması istiqamətində addım-
ların atılması vacibdir. Bunun üçün bizə da-
ha yaxın olan Türkiyənin təcrübəsi tədqiq
olunmalı və dünya təcrübəsindən də istifadə
edərək yeni konsepsiya hazırlanmalıdır. Bun-
dan başqa XİZ-lərin regionlarda qurulması
üçün ayrı tədqiqatlar aparılmalı və əsaslan-
dırılmış xüsusi təkliflər paketi hazırlanmalı-
dır. Azad İqtisadi Zonaların qurulması mə-
sələləri ortaya çıxdığı zaman ən çox müza-
kirə olunan ərazilər Sumqayıt şəhəri, Nax-
çıvan MR-nın Sədərək qəsəbəsi, Lənkəran
şəhəri olmuşdur. Lakin hal-hazırda əsasən
Bakı şəhəri və Abşeron iqtisadi rayonunda
qurulmasına daha çox diqqət yetirilir. Azər-
baycanın təbii və coğrafi mövqeyi ölkəmizin
digər ərazilərində də bir çox XİZ formaları-
nın qurulması imkanlarını ortaya çıxarır. Əsa-
sən sərhədyanı və liman ərazilərdə azad ti-
carət zonaların qurulması məsələlərinə baxıla
bilər. Xüsusəndə İran, Türkiyə və Rusiya ilə.
Göründüyü kimi Xüsusi İqtisadi Zonaların
ölkə iqtisadiyyatın inkişafında rolu çox bö-
yükdür. Bu vasitələrdən istifadə edərək istər
köhnə ərazilərdə yeni təsərrüfatçılıq sahə-
lərinin inkişaf etdirilməsinə vəya yeni təsər-
rüfat sahələrinin formalaşmasına gətirib çı-
xaracaqdır.
ƏDƏBİYYAT
1. Nuriyev Ə.X., "Regional siyasət və idarəetmənin
əsasları" İkinci nəşr, Bakı - "Elm" - 2007, 427 səh.
2. Həsənov T.G, "İqtisadi-coğrafi rayonlaşdırma",
Dərslik, Bakı-"Bakı Universiteti" nəşriyyatı, 2012,
245 səh.
3. Əliyev Ş.T., "Xüsusi iqtisadi zonaların tətbiqi prob-
lemləri", Bakı-Azərbaycan Respublikasının Prezi-
denti yanında Elmin İnkişafı Fondu, 2012, 360səh.
4. А. В. Пушкин, И. Г. Богданов, "Особые эконо-
мические зоны в России. Правовое регулиро-
вание", 2009 г., Альпина Паблишер, 232 стр.
5. http://www.tamizshahar.az/?/az/content/255/
6. http://www.agm.org.tr/Dosyalar/24temmuz%20
sunum%20[Uyumluluk%20Modu].pdf
7. http://www-wds.worldbank.org/external/default/
WDSContentServer/WDSP/IB/2011/03/01/000158
349_20110301083120/Rendered/PDF/WPS5583.pdf
8. http://www.amrc.org.hk/system/files/Special%20
Economic%20Zones%20in%20Asia.pdf
9. https://openknowledge.worldbank.org/bitstream
/handle/10986/2341/638440PUB0Exto00Box03615
27B0PUBLIC0.pdf?sequence=1
10. http://www.economic-review.ru/publications/67/
11. http://ict.az/az/index.php?option=com_content&
task=view&id=1050&Itemid=122
12. http://www.unesco.org/new/en/natural-sciences/
science-technology/university-industry-partner-
ships/science-parks-around-the-world/
13. http://www.gozlemgazetesi.com/yazarlar/serkan-bur
ken/1697-dunya-turkiye-ve-ozel-ekonomik-bolgeler.html
Dostları ilə paylaş: |