Microsoft Word Iqt mikro cavablar imtahan doc



Yüklə 357,24 Kb.
Pdf görüntüsü
səhifə6/15
tarix01.04.2018
ölçüsü357,24 Kb.
#35691
1   2   3   4   5   6   7   8   9   ...   15

Liberal  model  —  xüsusi  mülkiyyətin  möhkəm  mövqeyi  ilə  fərqlənir.  Daha  çox  Amerika 

iqtisadiyyatında  fəaliyyət  göstərir.  Bu  modelin  xarakterik  xüsusiyyətləri  ondan  ibarətdir  ki, 

deyildiyi kimi burada dövlət mülkiyyətinə nisbətən xüsusi mülkiyyətin çəkisi yüksəkdir, bu isə 

xüsusi  sahibkarlığı  daha  da  inkişaf  etdirir.  Dövlətin  iqtisadiyyatı  tənzim  etməsi  minimum 

dərəcədədir,  makroiqtisadi  prosesləri  əhatə  edir,  ancaq  elm  və  biznesin  təşkilində  rolu  vardır. 

Buna  görə  də  ümumi  Milli  məhsulda  dövlət  büdcəsinin  xüsusi  çəkisi  azdır,  sosial  məsələlərin 

həlli  nəzərdə  tutulmur,  o  ancaq  qalıq  prinsipinə  uyğun  aparılır.        Sosial  yönümlü  bazar 

iqtisadiyyatı  modeli  ilk  dəfə  Almaniyada  tətbiq  olunmuşdıır.  Alman  neoliberalisti  V.Oykenin 

sosial  —  bazar  təsərrüfatı  nəzəriyyəsini  L.Erxard  1998-ci  ildə  alman  iqtisadiyyatında  praktiki 

olaraq  həyata  keçirmişdir.  Bu  modeldə  dövlət  xüsusi  mülkiyyətdən  fərqli  olaraq  qiymətləri  və 

gömrük  işlərini,  texniki  normaları  tənzimləməklə  iqtisadiyyata  güclü  təsir  edir,  onun  fəaliyyəti 

daha çox sosial istiqamətə yönəldilir, səhiyyə — təhsil və basqa xidmət sahələri əhaliyə məxsus 

olmaqla dövlət tərəfındən maliyyələşdirilir. Hləmçinin təsərrüfatın bütün sahələrinin (iri, orta və 

xırda) sabit inkişafı üçün şərait yaradılır ki, bu da işsizliyi minimuma endirir.    Sosial yönümlü 

bazar iqtisadiyyatı modelindən biri də sosail — demokrat modelidir. Bu model daha erkən və 

daha  çox  sveçrədə  inkişaf  etdiyi  üçün  onu  sveç  modeli  də  adlandırırlar.  Bu  model  dövlət 

mülkiyyətinin həddindən artıq çox olması ilə fərqlənir. Ümumi milli ınəhsulda dövlət büdcəsinin 

payının  çox  olmasına  rəğmən  dövlət  aztənıinatlı  əhalinin  yaşayış  səviyyəsini  yüksəltmək  ücün 

milli  gəlirin yenidən bölgüsü hesabına güclu sosail siyasət yeridilir.  şsizlik dövlət səviyyəsiııdə 

təşkii edilərək omın səviyyəsi 2%-dən yuxarı qalxmır. Ümumi milli ınəhsulda dövlət büdcəsinin 

payı 70% təşkil edir və bunun  50% sosial ehtiyacların ödənməsinə gedir 

  5.4   Bazar iqtisadiyyatının milli modelləri və onların xarakterik xüsusiyyətləri 

Bu  modellərlə  yanaşi  digər  diqqəti  çəkən  milli  modellər  də  mövcuddur.  Daha  çox  əmək 

intizamına  əsaslanaraq  əmək  məhsuldarlığının  yüksək  inkişaf  səviyyəsi  ilə  xarakterizə  olunan 

Yapon modeli xüsusilə fərqlənir. Onun mühüm xüsusiyyəti ondan ibarətdir ki, milli mənafelərin 

təmin olunması əsasında bütün ehtiyatlar ancaq ölkənin iqtisadi artımının inkişafına yönəldilərək 

hərbi xərclərdən imtina edilir. Fransız modeli dövlətin tənzimləyici rolunun yüksək olması və 5-

lik planların həyata keçirilməsi ilə xarakterizə olunur. Yapon möcüzəsinin əsas səbəbi 5-lik cari 

və  30  illik  strateji  planların  hazırlanması  və  həyata  keçirilməsidir.                      Ən  mütərəqqi 

modellərdən  Cənubi  Koreya  və  Çin  modellərini  də  göstərmək  olär.  Bu  model  də  iqtisadi 

inkişafın  planlaşdırılması,  kiçik  biznesin  inkişafı  üçün  indikativ  planlaşdırma,  idxalın  xüsusi 

dövlət nəzarətində olması ilə xarakterizə olunur. Çin Xalq Respublikası sosialist ölkəsi olmasına 

baxmayaraq  planlı  əmtəə  iqtisadiyyatı  modelinə  keçmişdir.  Bu  bazar  prinsiplərinə  əsaslanan 

sosialist  iqtisadi  sisteminin  prinsiplərini  özündə  birləşdirən  modeldir.        Siyasi  və  iqtisadi 

müstəqillik  əldə  etdikdən  sonra  Azərbaycan  üçün  uyğun  model  sosial  yönümlü  bazar 

iqtisadiyyatıdır.  Azərbaycan  reallığı  üçün  dövlət  mülkiyyətinin  nisbətən  yüksək  olması 

iqlisadiyyatın    döviət  lərəfındən  daha  geniş  tənzim  edilməsi,  xırda  və  orta  sahibkarlığın 

inkişafının əhalinin sosial ınüdafiəsinin  təmin edilməsinin köməyi   bu modelin    iqtisadi inkişaf 

modeli  kimi seçilməsinə səbəb oldu.  

      5.5    Azərbaycanda bazar iqtisadiyyatının formalaşmasının ümumi cəhətləri və 

xüsusiyyətləri 

Sovet dövründə Azərbaycan Respublikasında iqtisadiyyatın quruluşu SSR  xalq təsərrüfatının bir 

elementi  kimi  onun  tələblərinə  uyğun  formalaşdırılmışdır.  Buna  görə  də  yeni  iqtisadi  sistemə 

transformasiya  dövründə  bütün  sahələrdə  iqtisadi  –  siyasi  sosial  islahatlar  nəticəsində  struktur 

siyasət  vasitəsilə  bazar  iqtisadiyyatına  uyğun  sahibkarlığın  bütün  formalarının  inkişafını 



formalaşdırmaq  lazım  gəlirdi.    Hər  şeydən  əvvəl  özəlləşdirmənin  həyata  keçirilməsi 

makroiqtisadi  sabitliyin  təmin  edilməsi,sahibkarlığın  həvəsləndirilməsi,xarici  iqtisadi  əlaqələrin 

liberallaşdırılmasının  həyata  keçirilməsi  lazım  idi.  Azərbaycan  Respublikası  bazar  iqtisadi 

sisteminə keçiddə müstəqillik haqqında Konstitusiya aktı qəbul etdikdən sonra ilk olaraq iqtisadi 

islahatların hüquqi bazasını yaratdı.milli pul vahidindən

 

manat dövriyyəyə  buraxıldı, əmtəə və 



xidmətlər  bazarı,  maliyyə  bazarı,  əmək    bazarı  formalaşdırılmış  və  bazar  mexanizminin 

elementləri  səmərəli  fəaliyyət  göstərir.  Bazar  iqdisadiyyatının  məzmun  və  mahiyyətini  özündə 

ə

ks etdirən azad sahibkarlıq qərarlaşmışdır. Azərbaycan iqdisadiyyatında bazar münasibətlərinin 



inkişafı  iqtisadi-sosial  həyatın  bütün  sahələrinin  inkişafına  şərait  yaratmış  və  sosial    yeniliyi 

bazar  iqdisadiyyatı  reallaşmışdır  ölkəmizdə  bazar  münasibətlərinin  inkişafı        milli 

iqdisadiyyatımız dünya bazar sivilizasiyasına uyğunlaşdırılır.  

 

II kollokvium 

 

Mövzu 6. Rəqabət və inhisarlar. Antiinhisar tənzimlənməsi 



          6.1    Rəqabətin mahiyyəti və meydana gəlmə tarixi 

Tələb, təklif və qiymətlə yanaşı rəqabət də bazar iqtisadiyyatının   mühüm ünsürü kimi 

çıxış edir. Rəqabət latın sözü olub «toqquşmaq» mənasını verir. O qiymət mexanizmi ilə birlikdə 

bazar  iqtisadiyyatının  ən  mühüm  zəruri  tənzimləyicisidir. Rəqabət istehsalın və reallaşmanın 

ən yaxşı şəraitinə nail olunması üçün bazar subyektlərinin cəhdidir. O tələb və təklifin qarşılıqlı 

əlaqəsinə, bazar qiymətinin tarazlaşmasına doğru hərəkət edən iqtisadi qüvvədir.  

Rəqabət məhsul satışından maksimum/mənfəət almaq  uğrunda əmtəə istehsalçılarının 

bəhsləşməsidir. O bazarın hər bir subyektinin (istehsälçısının) oz məhsullarını reallaşdırmaq 

üçün işgüzar münasibətlərini müəyyən edir. Bu isə öz məqsədinə çatmaq üçün onların arasında 

rəqabətə səbəb olur. Çoxlu sayda istehsalçılann xüsusi mənafeləri qarşılaşır və nəticədə onlar 

məcburi qaydada orta tarazlı qiymət qoyulmasında razılaşırlar. 

Rəqabətin meydana gəlməsi üçün ilkin şərt bir-biri ilə heç bir asılılığı olmayan və 

müəyyən mülkiyyətə malik olan istehsalçıların olmasıdır. Digər şərt bu istehsalçıların öz 

əmtəələrini reallaşdırmaq üçün əmtəə — pul münasibətlərinin olmasıdır.  

6.2     Rəqabətin tipləri: Azad vergi – təkmil rəqabət 

Rəqabətin mahiyyətini izah etdikdən sonra onun tiplərinin xarakteristikasını şərh etmək 

lazımdır.  Rəqabətin əsasən iki tipi mövcuddur: təkmil (azad) və qeyri

-t

əkrnil. Azad rəqabət hələ 




Yüklə 357,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə