161
Hər bir tədqiqatçı əldə etdiyi məlumatları fəlsəfi
kateqoriyalardan istifadə edərəkə, məntiqi əməliyyatların
köməyi ilə təsnifat obyektinə çevirməli, bu baxımdan faktları
lazımi
səviyyədə
qruplaşdırmalıdır.
Qruplaşdırmada
konstruksiya yaratmalı, konkret nəticə olaraq bütöv bir
kompleksi ortaya qoymalıdır. Bu kompleks içərisində
başlanğıc, orta və son tezislərə müvafiq olaraq, nəzəri fikirləri
tezis başlığı ilə eyniləşdirməlidir. Bu məsələdə tədqiqatçı
hadisələri
tutuşduraraq,
fərqləndirmə
obyekti
kimi
uyğunlaşdırma, uzlaşdırma, harmonizasiya etmə, fərqləndimə
kimi proses qabiliyyətinə cəlb etməlidir.
Hər bir elm düşünmə, görmə, eləcə də digər duyma
proseslərindən formalaşır. Bununla bərabər intuisiya da elmin
formalaşmasında mühüm rol oynayır. Belə qəbul etmək olar ki,
intuisiya
(intellektual
intuisiya)
düşünmə
prosesinin
təkmilləşmiş mərhələsindən meydana gələn siqnallardır.
Bununla yanaşı, proseslər ardıcıllığını əvvəlcədən duyma
qabiliyyətidir. Ardıcıl düşünmədən artan intuisiya rasionalizmə
əsaslanır və hadisələrin baş verməsinin rasional qaydada
proqnozlaşdırılmasına səbəb olur.
Ardıcıl düşüncələr zənciri yeni istiqamətlərin və faktların
meydana gəlməsinin (aşkarlanmasının) əsasında dayanır. Beyin
özünün konstruktiv funksiyasını məhz obyektlərə təsirlərdə də
göstərir. Beyinin sistemli funksiyası (məlumatları sistemli,
ardıcıl olaraq qəbul etməsi və ötürməsi) məhz elmin sistemli
mahiyyətini üzərə çıxarır. Deməli, elmdən qabaq elə beyin
mövcud olur və beyin də öz sistemli funksiyasını məhz təbiətin
sistemli quruluşundan qəbul edir. Deməli, beyinin funksiyası
elə elmin yaranması proseslərini təmin edir. Beyin mövcud
olan elementləri lazımi olaraq tərkiblərə ayırır, bütövü yaradır.
Burada
məntiqi
əməliyyatlar
ilə
ümumiləşdirmə
və
məxsusiləşdirmə prosesləri həyata keçirilir.
Əvvəlcə də qeyd olunduğu kimi, elmin müəyyən sahələrdə
inkişafı prosesləri baza olaraq iki istiqamətdə-iki fazada həyata
162
keçirilir. Bu istiqamətlər öyrənmə və öyrətmə fazalarından
ibarətdir. Öyrənmə fazası əsas (baza) mətnin əmələ gəlməsini
təmin edir, öyrətmə fazası isə ümumi nəticələrdən ibarət olur.
Bunu mətnlərdə, yəni sintezlərdə də görmək olur, eləcə də
analizlərdən belə qənaətlərə gəlmək mümkündür. Nəticələri
öyrənə-öyrənə mətnlərdən çıxarmaq olar. (6 saylı qrafikdən də
bir qədər ətraflı tanış olmaq olar).
Sintezlərin meydana gəlməsi. Sintezlər cümlələrdən, fikir
birləşmələrindən yaranır. Fikirlər həm faktlar üzərində, yəni
carı və dövrü olaraq baş verən hadisələr üzərində formalaşır,
həm də mülahizələrin hadisələri qabaqlamasından meydana
gəlir. Mülahizələrin hadisələri qabaqlaması da faktlara
istinadlarla
nəticələnir,
tamamlanır.
Proqnozlaşdırmanı
həyata keçirmənin iki baza üsulu və nəticəsi formalaşır:
birincisi, faktlar ardıcıllığından nəticələrin çıxarılması ilə
meydana
gələn
proqnozlar;
ikincisi,
mülahizələr
zəncirliliyindən və faktlarla nəticələnən proqnozlar. Sintezlərdə
olan cümlələr təsdiq və inkardan ibarət olur. İnkarlar qəbul
etməmənin əsasında dayanır. Sintezlər həm də nəticələrdən
ibarət olur. Yəni hər bir cümlə başlanğıc və nəticə verə bilir.
Sonrakı cümlə şərt-başlanğıc, həm də nəticə ola bilir.
Sintezləşdirmə ümumilikdə öyrənmə mərhələsidir. Analizlərin
özləri də elə sintezlərdən ibarətdir.
Bir müəllif bir hadisəni öyrənərkən əldə etdiyi faktları,
nəzəri fikirləri məkan amili baxımından baza olaraq (baza
istqamətlər içərisində də digər istiqamətlər törənə bilər) iki
istiqamətdə müqayisə prosesinə cəlb etməlidir: birincisi,
hadisələrin
özünün
daxili
baxımdan
müqayisəsi-buna
sistemdaxili müqayisə demək olar. İkincisi, hadisələrə təsir
edən kənar amillər baxımından müqayisə-buna isə sistemxarici
müqayisə demək mümkündür. Sistemləri daxili və xarici
olmaqla-tərkib formalarına ayırmaq da mütləq və nisbidir.
Çünki bir sistem daxilində çoxlu sayda sistemlər mövcuddur.
(4 saylı qrafikdən də dərk etmək mümkündür).
163
Müəllif
hadisələrə
olan
münasibəti
ayrı-ayrı
müəlliflərin münasibətləri (qənaətləri) prizmasından öyrənir,
sonra isə bunlardan çıxış edərək özünün mülahizələri ilə yeni
düşüncə istiqamətlərini meydana gətirir. (6 saylı qrafikdən də
bunu dərk etmək olar) Hadisələrdə keçidlər baş verir, xətlər
arasında keçid birləşmələri meydana gəlir. Fikirlər arasında
ayrı-ayrı xətlər-cərəyanlar formalaşır. Bu xətlər və istiqamətlər
şəbəkəsi deduktiv qaydada yaradıcılığı böyüdür. Elm
genişlənir. (6 saylı qrafikdən də bunu dərk etmək olar).
Təfəkkürün yeni sistemləri formalaşır.
Sintezləşdirmə zamanı məkanlar arasında aşkarlayıcı
əlaqələr meydana gəlir. Beyin özünün aşkarlama funksiyasını
bütün istiqamətlərdə təmin edir.
Analizlərin meydana gəlməsi. Analizlər sintezlərdə
mövcud olur və həmçinin yeni üsullardan, yanaşma
metodlarından formalaşır. Analizlərin meydana gəlməsinin iki
baza yolunu qeyd etmək olar: birincisi, faktlardan meydana
gələn analizlər. Burada faktlar üzərində analizlər qurulur.
Faktlar toplanılır, hadisələr qruplaşdırılır, sahələr üzrə fəlsəfi
kateqoriyalarla təsnif olunur. İkincisi isə ilk növbədə
mühakimələr
irəli
sürülür,
mülahizələr
bilidirlir.
Bu
mülahizələr faktlarla tamamlanır. (Əlavə olaraq 7,8,9 saylı
qrafiklərə baxmaq olar). Faktlara söykənən mülahizələrin
özləri də faktlar rolunda çıxış edir. Deməli, faktlardan təcrübi
və nəzəri faktlar meydana gəlir.
Birinci analiz yolunda faktlar nəzəriyyə ilə tamamlanır. Bu
yolda nəticə fikiri əsas götürülür, faktlar bu nəticəni meydana
gətirən şərtlər rolunda çıxış edir. Məsələn, belə bir fikir
bildirək. Ukraynada baş verən böhran ABŞ-la Rusiya
arasında bir müddət üçün soyuq münasibətlərin yaranmasına
səbəb olacaq. (Bu, nəticədir, qənaətdir) Çünki Rusiya
Ukraynanın Qərbyönümlü siyasətinin qarşısını alır, təzyiq
vasitələrindən biri olaraq Krımda referendum keçirir və Krımı
Dostları ilə paylaş: |