7
qorunur. Dövlətin əsas vəzifəsi insanların hüquqlarını
qorumaqdan ibarət olur; çünki hüquqlarda mənəviyyatın
tərkibi olan dəyərlər toplanır. Məsələn, Finlandiya
Respublikasının 11 iyun 1999-cu il tarixli Konstitusiyasının
birinci
başlığının
birinci
paraqrafında
yazılır
ki,
Konstitusiya insan dəyərinin toxunulmazlığına, azadlıq və
şə
xsiyyət hüququna qarant durur, cəmiyyətdə ədalətin
icrasını təmin edir. Konstitusiya şərəfə və azad etiqada
qarant durur. İnsanların hüquq bərabərliyi başlığı altında
yazılır ki, hər kəs qanun qarşısında bərabərdir. Heç kəs
hörmətsizlik prinsipləri ilə cinsi, yaş, mənşə, dil, din, inanc,
fikir, sağlamlıq, şikəstlik və şəxsiyyətlə əlaqədar olan digər
ə
lamətlərə görə qeyri-bərabər vəziyyətdə qala bilməz.
Yaşamaq, azadlıq və şəxsiyyət hüququ toxunulmazdır.
1
BMT Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli
qətnaməsi ilə qəbul və elan edilən Ümumdünya İnsan
Hüquqları Bəyannaməsində də yazılır ki, maddə-1: Bütün
insanlar öz ləyaqətləri və hüquqları etibarilə azad və
bərabər doğulurlar. Onlara ağıl və vicdan bəxş edilib və
onlar bir-birilərinə münasibətdə qardaşlıq ruhunda
davranmalıdır. Maddə 2: Hər bir insan irqi, dərisinin
rəngi, cinsi, dili, dini, siyasi və digər əqidələri, milli və sosial
mənsubiyyəti, əmlak vəziyyəti, silk mənsubiyyəti və digər
vəziyyətlərinə görə heç bir fərq qoyulmadan hazırki
Bəyannamədə bəyan edilən bütün hüquqlara və bütün
azadlıqlara malik olmalıdır. Bundan əlavə, insanın mənsub
olduğu ölkənin və ya ərazinin müstəqil asılı, özünü idarə
etməyən və ya suverenliyi hər hansı digər şəkildə
məhdudlaşdıran ərazi olub-olmamasından asılı olmayaraq,
heç bir fərq qoyulmamalıdır.
2
1
Конституция Финляндии.
www.finlex.fi/fi/laki/kaannokset/1999/ru19990731.pdf
2
Ümumdünya İnsan Hüquqları Bəyannaməsi.
www.migration.gov.az/images/pdf/935e2ca153e49bce078042398ff16c2d.p
df
8
Hüquqi sənədlərdən görünür ki, hüquq normaları
mənəviyyatın tərkibi olan dəyərlərə məcburi və zəruri
xarakter və məzmun verir, dəyərləri qoruyur, onların
təmin olunmasını qarşısına əsas məqsəd və vəzifə kimi
qoyur. Dəyərlər hüquq normaları çərçivəsində dövlət
siyasətinin qayəsinə çevrilir. Hüquqi sənədlərdə əksini
tapan normalar dəyərləri (burada həm də maddi dəyərlər
nəzərdə tutulur) cəmləşdirməklə rəngarənglik tərkibindən
nəzəri bütöv vəhdəti meydana gətirir. Belə ki, hüquq
bərabərliyi analyışı bütün sistemləşdirici hallarda və
konkret obyektlərə münasibətdə məhz dialektik vəhdəti
meydana gətirir. Hüquqi sənədlər dialektik dəyərlərin
sistemləşdirici bərabərliyindən meydana gəlir. Hüquq
mənəvi kriteriyası zaman, məkan kateqoriyalarında və
vəziyyət, status məsələsində bərabərləşdirici rol oynayır.
Hüquq
pozitivləşdirmə,
dəyərləndirmə
və
bütün
məsələlərdə tarazlaşdırma rolunu oynayan kriteriyaya
çevrilir. Bu məntiqlə dövlətin mənəvi dəyərlər məcmuəsi
(dəyərlər bütövü) olması amili meydana gəlir. Dövlətin
vəzifəsi
onun
ə
dalətli
və
xeyirxah
məqsədlərinə
yönəlməlidir. Dövlətin fəlsəfəsi də onun hərtərfli hüquqi
təminatı
ilə
ə
laqəlidir.
İ
nsan
hüquqlarının
təmin
olunmasının yüksələn xətlə davam etməsinin təşkil edilməsi
məhz dövlətin funksiyasının fəlsəfəsində dayanır. Hüquq
dəyər olduğuna görə dövlət də substansional bütöv olaraq
bir dəyərdir. Dövlətin substansional dəyəri bir subyekt
kimi insanlarını özünə dəyərli obyektə çevirməsindən
meydana gəlir. Dövlətin hüquqi dəyəri onun pozitiv siyasəti
ilə tamamlanır və vəhdət məzmun kəsb edir. Hüquq
hissiyyatla əlaqəli olduğundan dövlət də hissiyyatlı bir
orqandır. Buna görə də hər bir fərdin hüquqlarının təmin
olunmasına hissiyyatlı yanaşmalıdır. Hüquqların təmin
olunmasını resurslarla əlaqəli olan inkişafla bağlamalıdır
9
və inkişaf tempində hüquqların təminat siyasətini
paralelləşdirməlidir.
Bu baxımdan da insan hüquqları anlayışı dəyər
olduğundan (dəyər da dərin mənalarda əksini tapan
qiymətdən ibarətdir) fəlsəfənin obyektidir və bu anlayışın
elmi mənasının, sistemli əsaslarının müəyyən olunması
məhz
məntiqi
ə
məliyyatların
köməyi
sayəsində
mümkündür. Məntiq və elm (əqli nəticədən elmin
yaranması), elm və məntiq (elmi cəhətdən müəyyən olunmuş
nəticələrin təkrar olaraq məntiqi əməliyyatların obyektinə
çevrilməsi) vəhdətdə fəlsəfi məzmuna xidmət edir.
Bu əsərdə “insan hüquqları” anlayışının dərk olunmasında
fəlsəfi-məntiqi metodlar qruplaşdırılır, eləcə də fəlsəfi-məntiqi
metodların köməyi ilə anlayışın tərkibi və bölgü komponentləri
dərk olunur. Anlayış fəlsəfi-məntiqi metodların obyektinə
çevrilir.
İnsan hüquqları anlayışının fəlsəfi-məntiqi metodlarla
dərk olunması (fəlsəfi-məntiqi metodlar həm də elmi-məntiqi
metodlardır) amilləri və tələbləri forma və məzmun etibarilə bu
anlayışın müxtəlif fəaliyyət məkanlarında elə sistemli əsaslarla,
nizamlı prinsiplərlə, normativ qaydalarla, kompleks (əhatəli)
prinsiplərlə, eləcə də konseptual əsaslarla, rasional və irrasional
formada (yəni duyğulara əsaslanmaqla) dərk olunmasından
irəli gəlir. (Qeyd: duyğu və intuisiya insanlar üçün təbii
olduğundan elə hüquqların dərk olunmasında bu kriteriyalar
böyük amillər kimi əhəmiyyət kəsb edir. Belə ki, hesab etmək
olar ki, duyğu əsasında insan hüquqları üzrə hissiyyat və
dərketmə formalaşır. Əqili (ağılı) də tam duyğulardan kənarda
düşünmək
olmaz.
İnsanların
əqli
fəaliyyəti
onların
duyğularından kənarda ola bilməz. Bu iki istiqamət bir
sistemin əlaqəli tərkibidir. Refleksiyanın (qıcıqların) özü də elə
duyğularla əlaqəlidir. Bu baxımdan da hüquqların dərk
olunmasında rasionallıq və irrasionallıq vəhdət təşkil edir.
İnsanın hissiyyatı onun əqli ilə birləşir və insanın maddi-
Dostları ilə paylaş: |