Microsoft Word insan huquqlar? v? qacq?nlar doc



Yüklə 180,6 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix06.05.2018
ölçüsü180,6 Kb.
#42830
1   2   3   4   5   6   7

 

26

hissəsidir. Meydana çıxan problemlərin  əsasında duran amillərə 



bu yanaşmalar çərçivəsində təsir göstərmək lazımdır. Hal-hazırda 

qaçqınların mənsub olduqları ölkələrdəki siyasi və iqtisadi 

vəziyyətlərə, o cümlədən xarici və daxili münaqişələrə, insan 

hüquqlarının pozulması hallarına, iqtisadiyyatın inkişaf 

səviyyəsinə və onun durumuna daha çox diqqət yetirilir. Bütün bu 

məsələlər bir-biri ilə qarşılıqlı əlaqədədir. Dövlətlər dəfələrlə qeyd 

ediblər ki, insan hüquqları bir-birindən asılıdır və təkcə mülki və 

siyasi hüquqları deyil, həmçinin iqtisadi, sosial və  mədəni 

hüquqları da əhatə edir. Bütün bu hüquqlara riayət olunması 

insanın inkişafının təmin edilməsi və insan ləyaqətlərinin qorunub 

saxlanmasının zəruri şərtidir. 

İnsan Hüquqları Komissiyası kütləvi tərketmələrin vaxtında 

qarşısını almaq sahəsində  fəaliyyət göstərməklə yanaşı son illər 

ölkə daxilindəki köçkün şəxslərin ağır vəziyyətini də  nəzərdən 

keçirmişdir. 1992-ci ildə, xüsusilə də ölkə daxilində köçkün olan 

şəxslərlə bağlı insan hüquqlarına dair məlumatların toplanılmasına 

və insan hüquqlarına, humanitar məsələlərə, qaçqınlara dair 

mövcud beynəlxalq hüquq və normaları, həmçinin onların ölkə 

daxilində köçkün olan şəxslərə  tətbiqinin mümkünlüyünün 

öyrənilməsi üçün Baş Katibin nümayəndəsi təyin edilmişdir. 

Həmin nümayəndənin məruzəsi Komissiyaya növbəti il, onun qırx 

doqquzuncu sessiyasında təqdim edildi. 

Həmin məruzədə beynəlxalq sistem çərçivəsində köçkün 

şəxslər probleminin insan hüquqları ilə bağlı aspektlərinin onun 

humanitar, siyasi və iqtisadi aspektləri ilə  sıx  şəkildə  əlaqəli 

oldğunu nəzərə almaqla, bu problemlə məşğul ola biləcək hər şeyi 

əhatə edən mexinizm 

  



 

27

yaradılması tövsiyyə olunurdu. Bu mexanizmin ən mühüm 



funksiyalarından biri əhalinin köçkünlüyə  məruz qalmasının 

əlamətlərini ilkin mərhələdə  aşkara çıxarmaq məqsədilə 

situasiyaları müşahidə etmək ola bilərdi. Bu cür ilkin xəbərdarlıq 

sisteminin yaradılması köçkün əhalinin iztirablarının 

yüngülləşdirilməsində  və  gələcək köçmələrin önlənməsinə 

yönəldilən yekdil fəaliyyət çərçivəsində ilk addım olardı. 

 

QAÇQINLARIN HÜQUQLARININ POZULMASI 

 

Hazırda beynəlxalq birlik etiraf etmişdir ki, insan hüquqlarının 



pozulması kütləvi tərketmələrin ən əsas səbəblərindən biridir. Bu 

problemi törədən hadisələrin önlənilməsi sahəsində  səy 

göstərilməsinə davam edilir, amma, sığınacaq axtaran şəxslərin 

mənsub olduqları ölkələri tərk etdikdən sonra üzləşdikləri 

çətinliklərə getdikcə daha çox diqqət yetirilir. Üç məsələ 

narahatçılıq doğurur. Birincisi, sığınacaq axtaranları öz ərazisinə 

buraxmamaq meylidir və bu, daha çox əndişə doğurur.  İkincisi, 

sığınacaq axtaranların onlara sığınacaq verilməsi barədə 

xahişlərinin nəzərdən keçirildiyi dövrdə, habelə qaçqın statusu 

aldıqdan sonra onların minimum hüquqlarının pozulmasıdır. 

Başqalarına qarşı dözülməzlik, irqçilik, ksenofobiya, 

təcavüzkarlıq, milli və etnik zəmində ziddiyyətlər və münaqişələr 

dünyanın bir çox rayonlarında güclənməkdədir və bütün bunlar 

əhalinin daha çox qruplarının, xüsusilə  də  sığınacaq axtaran 

şəxslərin və qaçqınların mənafeyinə toxunur. Üçüncüsü, 

qaçqınların mənsub olduqları ölkələrdə hüquqlarının pozulmasının 

davam etməsi və bu pozuntuların qaçqınların könüllü surətdə geri 

qayıda bilmələrindən əvvəl aradan qaldırılmasının zəruriliyidir. 

  

 



 

28

MƏHDUDLAŞDIRICI TƏDBİRLƏR 

 

Sığınacaq axtaran şəxsləri öz ərazisinə buraxmamaq meyli 



getdikcə güclənir. Bəzi hökumətlər sığınacaq axtaran şəxslərin, 

iqtisadi miqrantların və qeyri-leqal xaricilərin axını  şəraitində 

onların ərazisinə girişə mane olan məhdudlaşdırıcı tədbirlər həyata 

keçirmişlər. Bu tədbirlərə  bəzi ölkələrin vətəndaşlarının viza ala 

bilməsi üçün mürəkkəb və  ağır  şərtlərin müəyyənləşdirilməsi və 

rəsmi sənədləri olmayan xarici sərnişinləri daşıyan aviaşirkətlərə 

qarşı cərimələr qoyulması daxildir. 

 

SIĞINACAQ AXTARAN ŞƏXSLƏRLƏ 



PİS RƏFTAR 

 

Bəzi hallarda sığınacaq axtaran şəxslərlə  rəftar zamanı 



minimum zəruri normalara riayət edilmir. Kimin qaçqın olmasının 

müəyyən edilməsindəki qeyri-adekvat prosedurlar və  təyyarə 

limanlarında və  sərhədlərdə ölkəyə girişdən imtina sığınacaq 

axtaran bəzi  şəxslər üçün böyük çətinliklər törədir. Bu təcrübə 

bəzən sığınacaq axtaran şəxslərin zorla onların həyatı, azadlığı və 

təhlükəsizliyi üçün qorxulu olan yerə - öz ölkələrinə qaytarılması 

kimi qeyri-insani formalar alır. Bəzən o həddə çatır ki, sığınacaq 

axtaran  şəxslərlə dolu gəmilər müəyyən rayonlarda sahilə yan 

almağa cəhd göstərərkən, onları yenidən geri, dənizə qayıtmağa 

məcbur edirlər. Nəticədə bu şəxslər aclıqdan ölür və ya dəniz 

quldurlarının və köpək balıqlarının asan ovuna çevrilirlər. 

Pis rəftarın digər nümunələri fiziki zorakılıq, sığınacaq axtaran 

şəxslərin uzun müddət  ərzində  və heç bir qanuni əsas olmadan 

dustaqda saxlanılması, həmçinin kobud istintaq prosedurlarıdır. 

Həmçinin hökumət də qaçqınların və  sığınacaq axtaran şəxslərin 

müdafiəsini lazı- 

  



 

29

mi qaydada təmin etməyə bilər və  nəticədə onlar irqçilik və 



ksenofobiyanın törətdiyi fiziki zorakılığın qurbanı olmaq təhlükəsi 

altına qalırlar. 

 

SIĞINACAQ AXTARAN ŞƏXSLƏRİN ÖZ 

HÜQUQLARINDAN MƏHRUM EDİLMƏSİ 

 

Sığınacaq axtaran şəxslərin problemləri nəhayət onlar sərhədi 



keçdikdən və  sığınacaq istəmələri barədə xahişlərini nəzərdən 

keçirilməsinin birinci mərhələsindən, - yuxarıda da qeyd edildiyi 

kimi çox vaxt bu yol onların tutulub saxlanılması, ya da istintaqla 

nəticələnir, - keçdikdən sonra bitmir. Sığınacaq verilməsi 

haqqındakı  ərizələri müzakirə olunan müddətdə  və  hətta qaçqın 

statusu aldıqdan sonra belə onlar bir xeyli məhdudlyyətlər və 

maneələrlə üzləşə bilərlər. 

Bəzi hallarda qaçqınlar düşərgələrdə yaşamağa məcburdular və 

buna görə  də  məhkəmələrə  və hüquqi yardıma yol tapmaq 

imkanından məhrumdurlar. Bundan əlavə, qaçqınlar işə girmək öz 

işini qurmaq və ya torpaq almaq iqtidarında olmaya bilərlər. 

Faktiki olaraq, qaçqınlar zorla geri qaytarılmadıqları zaman, bir 

çox hallarda onlar qəbul edildikləri ölkələrdə  ləyaqətlərini 

alçaldan həyat  şərtləri ucbatından oradan getmək zərurətini hiss 

edə bilərlər. 

 

YAŞAMAQ, AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK 



HÜQUQLARININ POZULMASI 

 

Bəzi rayonlarda qaçqınlar vaxtaşırı hücum və sui-istifadələrin 



obyektinə çevrilirlər. Düşərgələrə  və qaçqın məntəqələrinə  hərbi 

və ya silahlı hücumlar zamanı çoxları  tələf olur. Gənc və 

yeniyetmə kişi qismi tez-tez hərbi və qiyamçı birləşmələrə qulluğa 

çağrılır və vətəndaş müharibələrində iştiraka məcbur edilir. 

Qaçqın düşərgələrinə edilən hücumlar Birləşmiş Mil- 



 

30

lətlər Təşkilatının Baş Assambleyası  tərəfindən çoxsaylı 



qətnamələrdə pislənmişdir.  İnsan Hüquqları Komissiyası da 

konkret hallarla bağlı, məsələn, Livan düşərgələrində  Fələstin 

qaçqınlarına, Tailand - Kamboca sərhəddindəki qaçqınlara edilən 

hücumlarla bağlı öz narahatçılığını ifadə etmişdir. Qaçqınların ən 

zəif qrupları qadınlar və uşaqlardır. Uşaqların hüquqları haqqında 

Konvensiyada (1989-cu il) qaçqın uşaqlara “lazımi qaydada 

müdafiə və humanitar yardımı” göstərilməsi (22-ci maddə) xüsusi 

şəkildə  nəzərdə tutulmuşdur. Qaçqınların  əksər hissəni qadınlar 

təşkil edir. Sığındıqları ölkələrdə onlar tez-tez fiziki zorakılığın və 

seksual təhqirin qurbanları olurlar. 

 

QAÇQINLAR VƏ İRQÇİLİYİN VƏ YA 

KSENOFOBİYANIN KOBUD TƏZAHÜRLƏRİ 

 

Son illər qaçqınlara və  sığınacaq axtaran şəxslərə zorakılıq 



tətbiq edilməklə hücum hallarının nəzərə çarpacaq qədər artdığı 

qeyd edilir. Bu hadisələrin geniş yayıldığı bəzi ölkələrdə qaçqınlar 

daim fiziki zorakılığın qurbanı olmaq təhlükəsinin qorxusu altında 

yaşayırlar və öz həyatları  və  təhlükəsizlikləri üçün əndişə 

keçirirlər. 

Xaricilərin xüsusilə  zəif qrupu kimi qaçqınlar tez-tez irqçi 

nifrətin təzahürlərinin başlıca obyektinə çevrilirlər. Bəzi ölkələrdə 

siyasi diskusiyaların gedişində çox vaxt xaricilərlə bağlı bütün 

məsələlər bir-birinə qarışdırılır. Sığınacaq axtaran şəxslər, 

qaçqınlar, iqtisadi miqrantlar, mühacirlər və mövsümi fəhlələr çox 

vaxt xaricilərin ümumi kateqoriyasında birləşirlər. 

Bunun da nəticələri üçlü xarakter daşıyır. Birincisi, qaçqınların 

müdafiəsi və onların zorla geri qaytarılmalarının qadağan 

olunması prinsipləri dəfələrlə pozulur. İkincisi, qaçqınlara qarşı 

zorakılıq hallarının sayı artır. Üçüncü- 

  



 

31

sü, qaçqınlar probleminin humanitar planda deyil, siyasi planda 



nəzərdən keçirməyə başlamışlar və  nəticədə mühacirlərlə bağlı 

siyasətlə qaçqınlara dair siyasət arasındakı hüdudlar yox olmağa 

başlamışdır. 

 

İNSAN HÜQUQLARININ POZULMASI VƏ KÖNÜLLÜ 

GERİYƏ QAYITMA 

 

İnsan hüquqları problemi ilə qaçqınlar problemini, nəhayət bir 



də uzun müddətli qərarlar axtarışı məsələsi birləşdirir. Qaçqınların 

statusu haqqında Konvensiyanın 1-ci maddəsinin S bəndində qeyd 

edilir ki, qaçqınların statusu daimi deyildir və sonra bu 

Konvensiyanın müddəalarının müvafiq şəxslərə hansı şərtlərdə bir 

daha şamil edilmədiyi sadalanır. 

Sürgün (ölkədən çıxarılma) qaçqınlar probleminin nə 

uzunmüddətli, nə də əsl humanitar həlli deyildir. Vətənlə məcburi 

ayrılma forması olan sürgün məsələnin yalnız müvəqqəti həllidir. 

Lakin repatriasiya yalnız o halda məqsədəuyğun və humanitar 

xarakter daşıya bilər ki, o, könüllülük əsasında və qaçqınların 

malik olduqları insan hüquqlarına riayət olunmasının təmin 

edildiyi təqdirdə həyata keçirilsin. 

Qaçqınların mənsub olduqları ölkələrdə insan hüquqlarının 

pozulmasına davam edildikcə  hər hansı bir qaçqının könüllü evə 

qayıtmaq qərarına gələcəyinə güman çox azdır. Deməli, 

qaçqınların könüllü geri qayıtmalarının  ən zəruri  şərti insan 

hüquqlarının bütün kateqoriyalarına hörmətin və onların 

təşviqinin bərpa olunması  və qaçqınların mənsub olduqları 

ölkələrdə hərbi münaqişələrə son verilməsidir. 

  

 



  

 



 

32

NƏTİCƏLƏR 

 

Qaçqınlar probemi beynəlxalq birliyə meydan oxumaqda 



davam edir. Qaçqınları  qəbul edən ölkələr bundan sonra da 

onların müdafiəsi ilə bağlı öz öhdəliklərini yerinə yetirməli, digər 

xalqların nümayəndələrinə qarşı dözümlülük şəraitinin 

yaradılmasına yardım göstərməli olduqları halda qaçqınların 

mənsub olduqları ölkələr  əhalisinin vətəni kütləvi tərketmələrinə 

səbəb olan fəaliyyətlərin qarşısını almağa borcludurlar. 

Eyni zamanda, beynəlxalq birlik yeni qaçqın axınlarının 

vaxtında qarşısının alınması üçün ən səmərəli yollar axtarıb 

tapmalıdır. Bu hadisələri törədən səbəbləri dərindən öyrənilməsi 

və yaranmış  vəziyyəti yaxşılaşdırmaq istiqamətində  fəaliyyət 

göstərilməsi davam etdirilməlidir. Əgər qaçqın axınlarının başlıca 

səbəbi yoxsulluqdursa, onda onun həlli yollarından biri inkişaf 

məqsədilə yardım və texniki yardım göstərilməsi ola bilər.  Əgər 

vətəni kütləvi tərketmələrin  əsas səbəbi inan hüquqlarının 

pozulmasıdırsa, onda problemin həlli hadisələrin gedişatının 

Birləşmiş Millətlər Təşkilatı sistemi orqanları  tərəfindən daim 

müşahidə edilməsindən, pozuntu hallarının beynəlxalq birlik 

tərəfindən pislənməsindən, konkret situasiyaları öyrənmək 

məqsədilə xüsusi məruzəçilərin təyin edilməsindən və tövsiyyələr 

hazırlanmasından ibarət ola bilər. Əgər qaçqın axınlarını doğuran 

səbəblər zorakılıqlar tətbiq edilən münaqişələrdirsə, onda 

məsələnin həlli preventiv (qoruyucu) diplomatiya sahəsində, 

münaqişələrin nizama salınması aləti kimi vasitəçiliyə yardım 

göstərilməsində, həmçinin humanitar hüquq müddəalarına riayət 

olunmasında tapıla bilər. 

Lakin beynəlxalq birlik həmişə fövqəladə vəziyyətlər- 

  



 

33

də  fəaliyyətə hazır olmalıdır. Bu baxımdan BMT Baş Katibi 



tərəfindən yaradılan ilkin xəbərdarlıq sistemi böyük əhəmiyyət 

kəsb edə bilər. O, iri qaçqın axınlarını törədə biləcək situasiyaların 

qabaqcadan aşkar edilməsində mühüm rol oynaya bilər. 

Fövqəladə  vəziyyətlərdə  ən səmərəli reaksiya üsulu həmişə 

əlaqələndirilmiş  və ümumi sistemə malik yanaşma üsulu 

olacaqdır. 

Beynəlxalq birliyə meydan oxuyan digər bir problem isə öz 

ölkələri daxilində köçkün olan, sərhəddi keçib kəskin ehtiyac 

duyduqları müdafiə  və yardım ala biləcəkləri  ərazilərə gedə 

bilməyən  şəxslərin problemidir. Son məlumatlara görə dünyada 

ölkə daxilində köçkün olan 24 milyondan çox insan vardır. 

Onların çoxu ümidsiz vəziyyətdədir, çünki, onlar çox zaman hərbi 

əməliyyatlar zonasında qalmağa məcburdurlar, doyunca 

qidalanmamaqdan  əziyyət çəkirlər, içməli sudan və tibbi 

xidmətlərdən istifadə etmək imkanlarından məhrumdurlar. Ölkə 

daxilində köçkün şəxslər problemi gələcək illərdə  də beynəlxalq 

birlik üçün ən ciddi şəkildə meydan oxumaqda davam edəcəkdir. 

  

 



  

 

  




 

34

 



 

Sorğuları bu ünvanlara göndərin:  

Centre for Human Rights  

United Nations Office at Geneva  

8-14 avenue de ia Paix  

1211 Geneva 10, Switzeriand 

 

 

New Yorf  Office 

Centre for Human Rights 

United Nations 

New York, N.Y. 10017,  

United States of America 

  



 

35

 



This brochure is the translation of the materials publishing by 

Human Rights Center of United Nations Organization 

Department at Geneva. 

 

The material translating by Tehran Veliyev dedicated to the 

refugees problems. There are information about the 

organizations which have activities for the refugees problem. 

The policy of the UN organizations and documents, the 

principles of this documents are the main matter of this 

brochures. There are information about the statutes of 

reftjgees, they rights in this booklet. The activities of 

international commonweal's for the -solving of refugees 

problem is the actual question in modern world. 

 

 

 

 

 

 

 

Мəҹмуə 

Бирлəшмиш 

Миллəтлəр 

Тəшкилатынын 

Ҹеневрəдəки  Шөбəсинин  Инсан  Һүгуглары  Мəркəзинин 

нəшр етдији материалларын тəрҹүмəсидир. 

 

 

 

 

 

 

 

 

İndiyədək “İnsan hüquqları seriyasından” çap edilib: 


 

36

 

 

İnsan hüquqlarına dair mexanizm  



 

İnsan hüquqları Bəşəriyyətin başlıca ideyası 

 

İnsan hüquqlarının qorunması və təşviqi ilə məşğul    olan 



milli təsisatlar  

 

İnsan hüquqları və qaçqınlar 



 

Yüklə 180,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə