açıq-aşkar hiss edilir. Eynilə bu iş Quranın təfsiri barədə də icra olunurdu. Quranın, təfsirçinin öz
şəxsi fikrinə əsasən təfsir olunması, Allahın hökmünü camaatın gözündə dəyişib onu öz istədiyi
kimi (təbii ki təfsirçinin istədiyi xəlifənin istəyi ilə uyğun gəlirdi) qələmə verə bilməsi bu cür
işlərdən biri idi. Bu səbəbə görə, elə İslamın lap ilkin çağlarından fiqh (şəriət elmi) hədis və təfsir
iki hissəyə bölünür. Birinci dəstə qəsbkar hökumət orqanlarına tabe olan dəstə olmuş və əksər
hallarda həqiqəti hökumətin məsləhətinə qurban verərək dünya malına çatmaq üçün Allahın
hökmünü təhrif etmişdir. İkinci dəstə isə doğru və düzgün İlahi hökmlərə heç bir məsləhəti üstün
tutmayan əsl İslami dəstə olmuşdur. Təbii ki onlar hər an hakimiyyət və onun yaltaq fəqihləri ilə
baş-başa gəlmiş və bu səbəbdən də çox vaxtlar qeyri-rəsmi şəkildə fəaliyyətdə olmuşlar.
İmam Sadiq (əleyhissəlam) məktəbinin hökumətə qarşı olan etirazının
məfhumu
Yuxarıda qeyd etdiklərimizi nəzərə alsaq asanlıqla başa düşərik ki Cəfəri fiqhi İmam Sadiq
əleyhissəlamın dövründəki rəsmi fəqihlərə qarşı təkcə sadə bir dini ixtilaf olmamış eyni zamanda
hökumətə qarşı iki məzmunu da özündə ehtiva etmişdir. Onların birincisi və eləcə də, ən əsası
hökumət orqanlarının lazımi dini məlumatlardan xəbərsiz olmasını və camaatı ideoloji cəhətdən
idarə edə bilmədiklərini isbat etmək olmuşdur. Yəni həqiqətdə onların xilafət kürsüsündə
oturmağa layiq olmadıqları sübut olunurdu. İkincisi isə hökumətə bağlı olan fəqihlərin fiqhi
məsələləri bəyan etmək və onların, hakim dairələrin istəklərini nəzərə alaraq qeyri-İslami
məsləhətləri əsasında qurduqları şəriətdə dinin təhrif olunmasını sübuta yetirmək idi. İmam Sadiq
(əleyhissəlam) elm ocağını genişləndirib fiqh İslam maarifi Quran təfsirini hökumətə bağlı olan
alimlərin dediyindən fərqli bəyan etməsi əməli olaraq hökumətə qarşı atılmış bir addım idi. O
Həzrət hamısı bir növ hökumətin əsas hissəsi sayılan rəsmi fiqh və məzhəbi təşkilatların
səhvlərini üzə çıxarıb hökumət orqanının şəriətdən kənar olduğunu isbat edirdi.
İmam Sadiq əleyhissəlamın səhabələrinə buyurduğu təlim və müzakirələrində xəlifələrin dini
elmlərdən xəbərsiz olduqları məsələsi İslam nöqteyi-nəzərindən onların xəlifəliyə səlahiyyətləri
olmadığı açıq-aşkar müşahidə olunur. Yəni İmam Sadiq (əleyhissəlam) öz fiqh və Quran
dərslərinin ehtiva etdiyi hökumətlə qarşıdurma məsələsini səhabələri arasında açıq-aşkar
müzakirəyə qoyurdu. İmam Sadiq əleyhissəlamdan olan hədisdə oxuyuruq: “Biz o kəslərik
ki Allah-taala bizə itaət etməyi camaata vacib buyurmuşdur. Halbuki camaat elə bir şəxsə itaət
edir ki sabah onun cahilliyi ucbatından Allah dərgahında üzürlü sayılmayacaqlar.” Bu o
deməkdir ki camaat rəhbər və xəlifələrinin cahilliyi nəticəsində səhvə düçar olub Allah yolundan
başqa yola getdiklərinə görə üzürlü sayılıb deyə bilməzlər ki biz öz seçimimizə görə səhv
etməmişik. Bizi bu yola sürükləyən bizim cahil rəhbərlərimiz olmuşdur. Bu üzr əsla qəbul
olunmayacaq, çünki bu cür rəhbərlərdən itaət etməyin özü səhv bir iş olub sonrakı səhvlərə
bəhanə ola bilməz.
İmam Sadiq (əleyhissəlam) məktəbinin şagirdlərindən bir nümunə
Qeyd etdik ki İmam Sadiq əleyhissəlamın məktəbində yetişmiş tələbələrin sayı dörd minə çatırdı.
Burada onların bir neçəsi barədə məlumat vermək yaxşı olardı ancaq qısa olsun deyə təkcə
onlardan biri haqqında məlumat verəcəyik. O da Hişam ibn Həkəmdir.
Hişam ibn Həkəmin elmi əzəməti
Hişam görkəmli alim böyük əqaidçi şirin və gözəl nitq sahibi və elmi mübahisədə çox mahir bir
şəxsiyyət idi. O İmam Sadiq (əleyhissəlam) və İmam Kazim əleyhissəlamın məktəbinin ən
görkəmli şagirdlərindən biri hesab olunurdu.
Hişam ibn Həkəm şiələrin hər tərəfdən müxtəlif məzhəblər və siyasi qüdrətlərin təzyiqlərinə
məruz qaldığı bir dövrdə şiə dünyasına çox böyük xidmətlər göstərmiş xüsusən şiə məzhəbinin
əsas əqidə dayaqlarından biri olan İmamət mövzusunu layiqincə müdafiə etmiş onun cəmiyyəti
islah edə biləcək mənasını gözəl şəkildə bəyan etmişdir. Düzdür Hişamın əqidə dayaqları və elmi
şəxsiyyəti İmam Sadiq əleyhissəlamın məktəbində möhkəmlənmiş və bu məktəbdə onun İslami
və fikri təkamülü öz inkişafını davam etdirmişdir. Ancaq hicrətin yüz qırx səkkizinci ilindən
sonra yəni İmam Sadiq (əleyhissəlam) şəhid olduqdan sonra Hişamın böyük şəxsiyyətliyi İmam
Kazım əleyhissəlamın tövsiyələri ilə təkamülə çatmış və bu sahədə son həddə qədər irəliləmişdir.
Hişam həqiqət axtarışında
Hişamın həyat tarixinə nəzər yetirdikdə, məlum olur ki o elm və həqiqət vurğunu olmuş bu
məqsədinə çatmaq və elm mənbəyindən sirab olmaq üçün əvvəl öz dövrünün elmlərini öyrənmiş
sonra isə elmini təkmilləşdirmək üçün yunan filosoflarının kitablarını oxuyub fəlsəfəni çox yaxşı
mənimsəmişdi. Hətta o, axırda Aristotelin fəlsəfəsinin inkarına dair bir kitab yazmışdı. Daha
sonra öz elmi-fikri təkamülünün tələbinə əsasən, müxtəlif məktəblərdə olmuş ancaq heç hansı bir
məktəbin fəlsəfəsi onu qane etməmişdi. Onun elm teşnəliyini yalnız İslamın möhkəm
məntiqəuyğun və aşkar təlimatı söndürə bilmişdir. Buna görə də, müxtəlif məktəblərlə tanış
olduqdan sonra onlardan uzaqlaşmış və əmisi vasitəsilə İmam Sadiq əleyhissəlamla tanış
olmuşdur. Həmin tarixdən etibarən onun həyat tərzi İslamla olan dərin tanışlığı və şiə məntiqini
qəbul etməsi sayəsində tamamilə dəyişilmişdir.
Bəziləri demişlər: “Hişam ibn Həkəm əvvəllər bir müddət (Zənadiqə məzhəbindən olub tam
materializm əqidəsində olan) Əbu Şakir Disaninin şagirdi olmuş sonra isə cəbriyyə məzhəbinə
keçərək bu əqidəyə mənsub Cəhm ibn Səfanın tərəfdarlarından biri olmuşdur.”
Bu fikirdə olan şəxslər bu məsələni Hişamın zəif cəhətlərindən sayıb onu əqidə pozğunluğu ilə
ittiham etmişlər. Halbuki əvvəla o nəinki Əbu Şakir Disaninin şagirdi olmamışdır hələ onunla bir
sıra elmi mübahisələr aparıb onun İslam dininə gəlməsinə səbəb olmuşdur. Üstəlik təsəvvür etsək
ki bu fərziyyə düzgündür və Hişam yuxarıda qeyd etdiyimiz məzhəblərin əqidələri ilə maraqlanıb
bu o demək deyildir ki o həmin məzhəblərin əqidəsini qəbul etmişdir. Onların əqidəsi ilə
maraqlanmaq sadəcə olaraq onunla bəhs və elmi müzakirə etmək üçün olmuşdur. İkincisi də, bu
dəyişikliklər onun əqli və fikri təkamülünün seyr etmək funksiyasını daşımış həqiqət axtarışında
olub haqqı son dərəcə agahlıq nəticəsində tapmaq istəyən şəxs üçün heç də zəif cəhət hesab
olunmur. Əksinə bu onun əqidə və fikri təkamülünün son həddi kimi başa düşülməli və buna
əsasən, hökm yürüdülməlidir. Bunu da bilirik ki, Hişam ömrünün sonunadək İslamın və şiə
məzhəbinin əsaslarının təbliği sahəsində çalışmış həyat tarixində parlaq səhifələr qoyub
getmişdir.
Fikirlərin mübarizə dövrü